Məhkəmə qərarları › İş №1(002)-217/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-217/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-217/2023 18.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1995-ci ildə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 1777.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qəraının 2.4cü bəndinə əsasən cəzadan azad edilmiş, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqınlar şəhərciyi bina 6, mənzil 8-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə saat 22.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqınlar şəhərciyində yerləşən 2 nömrəli binanın 4cü blokun qarşısında Zərərçəkmiş şəxs 2016-cı ildə törətdikləri cinayət əməlinə görə məhkəmə prosesində onun əleyhinə ifadə verməsini bəhanə edib Zərərçəkmiş şəxsla mübahisə etmiş, yaranmış münaqişə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib, ətrafdakı insanların gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyməklə üzərində olan istintaqa məlum olmayan ülgücü (lezva) silah qismində istifadə edib Zərərçəkmiş şəxs boyun nahiyəsinə bir dəfə vuraraq sonuncuya boyunun sol ön-yan səthinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzəli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur və onu uzun müddətdir ki, tanıyır. Ayhan onun barəsində məhkəmədə yalan ifadə verdiyi üçün ona qarşı hirsli olmuşdur. Tarixi unutduğu vaxtda evdə təkbaşına spirtli içki araq alıb içdikdən sonra evdən tapdığı cibinə qoyub həyətə çıxaraq Ayhanı axtarmağa başlamışdır. O, Ayhanın yaşadığı binanın qarşısına çatan zaman Ayhanın Ayxanla söhbət etdiyi görmüşdür. O, onlara yaxınlaşıb, salamlaşmış və Ayhanı bir az kənara çəkib onunla söhbət etmək istədiyini demişdir. Həmin vaxt orada başqa şəxslər də olmuşdur. O, Ayhana nə üçün məhkəmədə ona qarşı yalan ifadə verdiyini demişdir. Ayhan da ona kobud cavab verərək, “olan olub, yaxşı eləmişəm” demişdir. O, Ayhanın bu sözündən əsəbiləşib, cibində olan ülgücü (lezvanı) sağ əli ilə tutub onun sifət nahiyəsinə tərəf vurmaq istəmiş, lakin Ayhan başını geri çəkdiyi üçün ülgüc (lezva) onun boyun nahiyəsini kəsmişdir. Həmin vaxt orada olan şəxslər araya girərək onları ayırmışlar. O, da orada qalmayıb yaşadığı evə getmişdir. Törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Fərid onun qoşudur və onu uzun müddətdir ki, tanıyır. 02 fevral 2023-cü il tarixdə saat 22.00 radələrində evdən çıxaraq evlərinin yaxınlığında olan marketə getmiş və marketdən çıxıb yaşadığı evə tərəf getməyə başlamışdır. Bu zaman Ayxan və Fərid ona yaxınlaşmış, Ayxan onunla görüşüb hal əhval tutmuş, həmin vaxt o, da özünə məxsus mobil telefonla danışırmış. Bu zaman Ayxan ondan mobil telefonunu istəmiş, o, da Ayxana mobil telefonu nəyə görə istədiyini soruşmuş, Ayxan isə telefondan xoşunun gəldiyini ona bildirmiş, da Ayxana “telefonuma zəng gələcək, bu səbəbdən telefonu verə bilməz” sözünü demişdir. Onlar danışa-danışa binanın qarşısına gəlmişlər. Fərid sərxoş vəziyyətdə ona yaxınlaşıb hansı səbəbdən məhkəmədə əlehinə ifadə verməsinin səbəbini soruşmuş, o, da Fəridə əcəb etdiyini demişdir. Bu zaman Fərid əlində olan lezva ilə onun sifətini kəsmək istəmiş o, geri çəkilən zaman lezva onun bonunun sol yan tərəfini kəsmişdir. Bundan sonra onlar bir-birilərinin yaxasından əlləri ilə tutmuş, həmin vaxt orada olan Maşallah, Ayxan və Murad onları ayırmışlar. O, orada qalmayıb yaşadığı evə getmişdir. Daha sonra isə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, fevral ayının əvvələrində saat təxminən 22.00 radələrində işdən evə qayıdan zaman yaşadığı binanın qarşısında Maşallah, Ayhan, Fərid və Ayxanın yığışdığını və səs-küy gəldiyini görmüşdür. Həmin şəxsləri qonşu kimi tanımış, normal münasibəti normal olmuşdur. Onlara yaxınlaşdıqda bilmişdir ki, Ayhanla Fərid dava edib.Bundan sonra Ayxan və Maşallahla onları sakitləşdirmiş, Ayhanı evə yola salmışlar. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 17 fevral 2023-cü il tarixli, 90 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərboyunun sol ön-yan səthinin kəsilmiş yarası iti kənara və ya iti uca malik əşya (alət) (ola bilsin ülgüc) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 17 saylı X3 Stansiyasına müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını (əl çatan nahiyədə olmasını) nəzərə alıb demək olar ki, həm şəxsin özü tərəfindən və həm də kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 01 may 2023-cü il tarixli, 1197 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Şəxsiyyətin dissosial tip pozuntusu” müəyyən edilir.Təqsirləndirilən şəxs aşkar olunan şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, ona ittiham elan olunan əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham 9olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 1777.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qəraının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarından görünür ki, Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 16 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar