Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-218/2021 08.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X6 üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikasının Meqri rayonunda anadan olmuş, Azərbaycan Respubliksı vətəndaşı, evli, orta təhsilli, «xxxx» QSC-nin İXİ-in İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru işləyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu Çaykənd kəndində qeydiyyatda olan, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, mənzil 29, ev 7 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa Az ağır zərər vurmuşdur. Belə ki, o 26 dekabr 2020-ci il tarixdə saat 16 İedələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəzəbəsi massiv 2, 74 D ünvanında erləşən «İbrahim» ərzaq mağazasının qarşısında şəxsi münasibətləri pozulması -əticəsində tanışı Zərərçəkmiş şəxs qəsdən bir dəfə yumruqla sifət nahiyəsindən vuraraq sonuncuya burun dəlik vasitəsilə tənəffüsünün pozulması, burun -elinin səthi əzilmiş yarası ilə müşayiət olunan burun sümüklərinin yerinidəyişən ikili sınığı ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, faktiki olaraq ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özü «xxxx» QSC-nin mehsalat Xidmətlər İdarəsinin İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin elektrik nadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs 1992-ci ildən tanıyır. Məftun onun əmisi Şahid1 ilə qonşuluqda yaşayır, məhlədə ərzaq mağazası işlədir. Məftun ilə qonşu kimi münasibətləri olub, sonuncunun mağazasında həmişə alış veriş etmişlər, ədavət və düşmənçilikləri olmamışdır. Baş vermiş dava dalaş hadisəsindən təxminən 20-25 gün əvvəl əmisi Şakirin məhəlləsində Məftunun işlətdiyi kafenin qapısının qarşısında sonuncunun qardaşı Mübariz ilə təsadüfən çiyinləri toqquşmuşdu. Buna baxmayaraq onlar bir birinə üzrxaqlıq edib ayrılmışlar. Bu məsələ ilə bağlı Məftunun qardaşı ilə çiyin çiyinə dəydikləri üçün onu hədələməklə sifarişlər göndərmiş, qonşular və əmisi uşaqlarının vasitəsi ilə Mübariz ilə çiyin çiyinə toqquşduğu üçün barəsində təhqiredici sözlər demişdir. 26 dekabr 2020-ci il tarixdə saat 16:00 radələrində vəfat etmiş böyük əmisi X3 qəbr üstündən gəlmiş, digər əmisi Şakirin evinin yaxınlığında məhəllədə onun sonuncunun oğlu Şahid2 ilə birlikdə dayandığı zaman Məftunu işlətdiyi ərzaq mağazasının qarşısında görmüş. Həmin məsələyə aydınlıq gətirmək üçün Məftuna yaxınlaşmış və nəyə görə ona təhqiredici sözlər göndərdiyi bildirərək, əgər hər hansı bir incilik qalıbsa Məftunun qardaşı Mübarizin ondan yaşca böyük olduğu üçün bir daha üzr istəməyə hazır olduğunu demişdi. Bu zaman Məftun qolundan tutaraq onu mağazanını içərisinə dəvət etmiş, orada ona təhqiredici sözlər deməyə başlamış, «qardaşıma çiyin atana» deməklə nalayiq sözlər işlətmişdi. Məftunun onu təhqir etməsinə görə iradlarını bildirmişdi. Elə bu zaman onlar bayıra mağazanın qarşısına çıxmışlar. Həmin vaxt ətrafda heç kim yox idi, onlardan bir qədər aralıda polis nəfəri dayanmışdır. Onların mübahisələri sakit sözlərlə keçdiyindən onları heç kim eşitməmişdir. Mağazanın qarşısında bir daha mübahisə etdikləri zaman Məftun onu nalayıq sözlərlə təhqir etməyə başlamış və bunun ardınca qəflətən sol yumruqla sağ göz nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdi. O, da özünü müdafiə etmək üçün bir dəfə yumruqla Məftunun sifət nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Dava dalaş zamanı orada kənarda dayanmış tanımadığı polis nəfəri yaxınlaşaraq onları ayırmışdı ki, dalaşmasınlar. Dava qurtardıqdan sonra oraya əvvəl əmisi oğlu Tural, sonra Məftunun qardaşı Mübariz və daha sonra əmisi Şakir və Məftunun qardaşı Mahal yaxınlaşmışlar. Əmisi Şakir dava dalaş etdiklərinə görə onlara iradlarını bildirmiş, evə getməyini ondan tələb etmişdir. Bundan sonra əmisi oğlu Şahid2 onun qolundan tutub evə aparmaq istəyərkən onlara Mübariz yaxınlaşmış və «belə qudurmuşunuz siz!» sözlərini deyərək yumruqla Turalın döş qəfəsindən vurmuşdu. Buna baxmayaraq əmisi Şakirin orada olmasını nəzərə alıb onlar Mübarizə cavab qaytarmamışlar və oradan uzaqlaşıb əmisi Şakirin evinə getmişlər. Üstündən təxminən 1 saat keçdikdən sonra Məftun, qardaşları Mübariz və Mahal əmisi Şakirin evinin qarşısına gəlmişlər və əmisindən onun çölə çıxmağını tələb etmişlər. Lakin əmisi bir təhər onlardan yaxasını qurtarmış və onları yola salmışdır. Başqa heç nə baş verməmiş, daha sonra ona məlum olmuşdur ki, Məftun 10-cu PB-nə ondan şikayət ərizəsi yazmış və ekspertizadan keçmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməklə onunla barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun yaşadığı ünvanda öz həyətində özünə məxsus ərzaq mağazası vardır. Təqsirləndirilən şəxs onun qonşusu Şahid1 qardaşı oğludur. Sadiq onların qəsəbələrində yaşamır, lakin əmiləri onlarla qonşuluqda yaşayırlar. Sadiq də əmilərinin evlərinə gəlib-getdiyinə görə onu tanıyır. Əvvəllər aralarında heç bir ədavətləri, düşmənçilikləri olmamış, həmçinin onunla qohumluq əlaqələridə yoxdur. Onun qardaşı X10 həyətinin yanında özünə ev tikdirir, onun həyətində isə əvvəllər yeməkxana və şirniyyat bişirdikləri yerdə Mübarizin evində işləyən fəhlələr yeməklərini yeyirlər. 2020-ci ilin dekabr ayının əvvəllərində Sadiq həmin yeməkxananın qarşısndan keçəndə qardaşına çiyni ilə vuraraq ona qarşı kobud rəftar etmiş və ünvanına nalayiq sözlər demişdir. O, bunları fəhlələrdən eşitdikdən sonra Sadiqin ünvanına iradını bildirmiş, lakin həmin vaxtlarda Sadiqin özünü görməmişdir. Sadiqin adını bilmədiyi əmisi oğluna demişdir ki, Sadiqə desinlər ki, bura gəlməsin onun qardaşına çiyin vurubdur. Sadiqin adını bilmədiyi əmisi oğlu da demişdir ki, «Sadiq içkili olubdur, bilməyibdir, bir də olmayacaqdır». 26.12.2020-ci il tarixdə saat 16 radələrində o, mağazada idi və öz işləri ilə məşğul olmuşdur. Həmin vaxt Sadiq mağazaya gəlmiş və ona demişdi ki, «məni axtarmısan, mənə nə sözün vardır?» O, Sadiqə demişdi ki, «biz burda qonşuyuq, ayıbdır, sən mənim qardaşıma çiyin vurursan, burda hörmətsizlik edirsən». Sadiq də demişdi ki, «sən burda mağaza işlədirsən deyə biz bura gəlməyək?» Beləliklə, aralarında sözlə mübahisə olmuşdur. Mübahisələri təxmnən 2-3 dəqə davam etdikdən sonra sonra onlar mağazadan çölə çıxmışlar, mağazanın qarşısında yolda dayanıb yenə də öz aralarında sakit səslə mübahisə etmişlər. Həmin vaxt ətrafda onlardan başqa heç kim olmamışdır. Onlardan bir qədər aralıda bir nəfər də polis formasında olan polis əməkdaşıda olmuşdur. Onlar yolda dayanıb öz aramızda sözlə mübahisə edən zaman Sadiqi əli ilə yarım yumruqla sifətindən itələmiş və demişdi ki, «çıx get burdan məni əsəbləşdirmə, mənim şəkərimi qaldırdın». Həmin vaxt Sadiq əli ilə onun sifət nahiysindən möhkəm zərbə ilə vurmuşdu. Ağrıdan o, qeyri-ixtiyari qışqırmış və onun burnundan qan axmağa başlamışdır. Orada olan polis əməkdaşı tez onların yanlarına gələrək onları ayırmış. Bu vaxt hadisə yerinə Sadiqin əmisi oğlu Tural gəlmişdi. Tural Sadiqi çəkib yaxınlıqda yerləşən öz evlərinə tərəf aparmağa başlamış. Bu zaman onun yanına qardaşı Mübariz, sonra isə digər qardaşı Mahal və qonşusu Şakir gəlmişlər. Şakir Tural və Sadiqin üstlərinə qışqırmış və onlar çıxıb getmişlər. Eyni zamanda onun qardaşları Mübariz və Mahal da onu evinə aparmışdılar. Evdə ona ilk tibbi yardım göstərildikdən sonra o, qərara gəlmişdi ki, gedib Sadiqin əmisi Şakirin yanına məsələni aydınlaşdırsın, Sadiqlə aralarında olan narazılığı aradan qaldırsın. O, Şakirin həyətinə qardaşları Mübariz və Mahalla getmiş, Şakirin həyət darvazasını döymüş və Şakir qapını açdıqdan sonra o, Şakirə demişdi ki, «Sadiqə de, gəlsin ona bir kəlmə söz deyim, məsələni aydınlaşdırım, məndən üzr istəsin, gedim». Şakir demişdi ki, «Sadiq gəlsə səndən üzr istəməyəcək, səni yenə vuracaq, yaxşısı budur ki, burdan gedəsən». O, da qardaşları ilə bir yerdə ordan aralanıb evinə getmişlər. O, 3-4 gün gözləmiş ki, Sadiq gəlib ondan üzr istəyər, lakin Sadiq gəlməmiş və o, əsəbləşib ərizə ilə polis bölməsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2016-ci ildən DİO-da və hazırki tutduğu vəzifədə polis nəfəri vəzifəsində xidmət edir. Belə ki, 26.12.2020- ci il tarixdə saat 16 radələrində xidmətdə olduğu zaman Lökbatan qəsəbəsi Orucov küçəsi ev 29, mənzil 7 ünvanında yerləşən «İbrahim» marketdən təxminən 25-30 metr aralıda durmuşdu. Həmin vaxt o, görmüşdü ki, marketdən iki nəfər çıxdı və marketin qabağında dayanaraq söhbət etməyə başladılar. Onlardan biri həmin marketdə işləyən Məftun olmuş, digəri isə sonradan adını bildiyi qəsəbədə yaşayan Sadiq idi. Təxminən 2-3 dəqiqə sonra «İbrahim» marketdə satıcı qismində işləyən Məftun adlı şəxslə qəsəbədə yaşayan Sadiq adlı şəxsin biri birlərinə yumruq vurmalarını görmüş və tez onların yanlarına gələrək dalaşmasınlar deyə, onları ayırmışdı. Hadisədən sonra hadisə yerinə Məftunun və Sadiqin qohumları gəlmişdi. Əraziyə naryad çağırmaq istəyən zaman Məftun adlı şəxs «ehtiyac yoxdur, biz barışmışıq, burda nəvarki» dediyinə görə o, naryad çağırmamış və Məftunu öz qohumları Sadiqi isə öz qohumları götürüb çıxıb getmişdilər. Ərazidə tam sakitçilik yarandığından o, xidmətini davam etdirmişdi. Həmçinin bildirir ki, Məftun və Sadıq bir-birini vurmazdan əvvəl öz aralarında sakit formada söhbət edirdilər. O, uzaqda olduğundan onların hansı məzmunda söhbət etdiklərini və ya bir birini söyməklərini eşitməmişdir. Məftunla Sadıq bir-birini vuran zaman ətrafda kənar şəxs yox olmamış. Onlar dalaşmasın deyə o, onları araladıqdan sonra onların qohumları hadisə yerinə gəlmişlər və onları götürüb getmişdilər. Məftun və Sadiq söhbət etdikdən sonra əvvəl Məftun Sadiqi sifət nahiyyəsindən, sonra Sadiq Məftunu sifət nahiyyəsindən əli ilə vurmuşdur. Hadisədən sonra hadisə yerinə onların qohum-əqrabası gəlmişlər və onları hadisə yerindən aparmışlar. Məftun və Sadiqin aralarında olan söhbət mağazanın qarşısında təxminən 3-4 dəqiqə davam etmişdir. Sonradan ani olaraq Məftun əvvəl Sadiqin sifətindən əllə vurdu, sonra isə Sadiq Məftunun sifətindən yumuruğu ilə vurmuşdur. O, tez onların yanlarına gələrək onları aralaşdırmışdı ki, davanı davam etməsinlər. Dava-dalaş qurtardıqdan sonra hadisə yerinə onların qohumları gəlmiş və onları hadisə yerindən aparmışdılar. Hadisə ancaq Məftun və Sadıq arasında baş vermişdir. X2 yumruqla sinə nahiyyəsindən Şahid2 vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, qardaşı Zərərçəkmiş şəxs həyətinin yanında özünə ev tikdirir və buna görə də, çox vaxt bu tikintidə olur. Məftunun həyətinin bir yanında isə sonuncuya məxsus «İbrahim» ərzaq mağazası və yeməkxanası vardır. Həmin mağazadan qonşular alış-veriş edirlər. Təqsirləndirilən şəxs qardaşı Məftunun qonşusu Şahid1 qardaşı oğludur. Sadiq qəsəbədə yaşamır, lakin əmiləri qonşuluqda yaşayırlar. Sadiq də əmilərinin evlərinə gəlib-getdiyinə görə onu tanıyır, əvvəllər aralarında heç bir ədavət, düşmənçilik olmamış, eləcə də onunla qohumluq əlaqələri yoxdur. 2020-ci ilin dekabr ayının əvvəllərində Sadiq həmin yeməkxananın qarşısndan keçəndə onun çiyninə çiyni ilə vuraraq ona qarşı kobud rəftar etmişdir. Qardaşı Məftun bunları məhlələrdən eşitdikdən sonra Sadiqin ünvanına iradını bildirmişdi. 26.12.2020-ci il tarixdə saat 16 adələrində o, yenədə öz tikintisi ilə məşğul olurdu, qardaşı Məftun isə mağazasında idi və öz işi ilə məşğul idi. Həmin vaxt o, Məftunun səsini eşitmiş və mağazanın qarşısına çıxan zaman zrada Məftunu, Sadiqi, Sadiqin əmisi oğlu Turalı və bir nəfər polis əməkdaşını görmüşdü. Həmin «vaxt Sadiqin və Məftunun sifəti yaralanmışdır və Məftunun burnundan qan gəlirdi. Sadiqin əmisi oğlu Tural Sadiqi çəkib yaxınlıqda yerləşən öz evlərinə tərəf aparmağa başlamışdı. O, qardaşı Məftuna yaxınlaşan zaman digər qardaşı Mahal və qonşu Şakir də gəlmişlər. Şakir Tural və Sadiqin üstlərinə qışqırmış və onlar çıxıb getmişdilər. Eyni zamanda o, və qardaşı Mahal da Məftunu evinə aparmışlar. Evdə Məftuna ilk tibbi yardım göstərildikdən sonra Məftun dedi ki, gedim Sadiqin əmisi Şakirin yanına, məsələni aydınlaşdırım, Sadiqlə aramızda olan narazılığı aradan qaldırım». O, da Şakirin həyətinə qardaşları Məftun və Mahalla getmiş, Şakirin həyət zarvazasını döymüşlər. Şakir qapını açmış, Məftun Şakirə demişdi ki, «Sadiqə de, gəlsin ona bir kəlmə söz deyim, məsələni aydınlaşdırım, məndən üzr istəsin, gedim». X15 zemişdi ki, «Sadiq gəlsə səndən üzr istəməyəcək, səni yenə vuracaq, yaxşısı budur ki, burdan gedəsən». O, da qardaşları ilə bir yerdə oradan aralanıb Məftunun evinə getmişdir. Məftun 3-4 gün gözlədi ki, Sadiq gəlib ondan üzr istəyər, lakin Sadiq gəlmədi və Məftun əsəbləşib ərizə ilə oolis bölməsinə müraciət etmişdi. Suallara cavab olaraq Mübariz Şamilov bildirmişdir ki, 26.12.2020-ci il tarixdə saat 16 radələrində o, Sadiq və Məftunun yanlarına gələndə Turalıda orada görmüşdür. Həmin vaxt Tural Sadiqin qoluna girib onu mağazanın qarşısından öz evlərinə tərəf aparırdı. O, qardaşı Məftuna yardım etmiş, Turalla Sadiqə heç fikirdə verməmiş, nədə ki, Turalı vurmamışdır. Şakir düz ifadə verməmişdir, o, Məftuna demişdi ki, «Sadiq gəlsə səndən üzr istəməyəcək, səni yenə vuracaq, yaxşısı budur ki, burdan gedəsən». O, da qardaşları ilə bir yerdə ordan aralanıb Məftunun evinə getmişlər. O, yuxarıda göstərdiyi kimi, Məftunla Sadiqin aralarında olan münaqişəni görməmişdir. O, hadisə yerinə çatanda orada dava-dalaş yox idi. O, qardaşları ilə Şahid1 həyətinin darvazasının yanında görüşərkən orada təhqiramiz ifadələr işlədən olmayıb. Onlar oraya Sadiq qardaşı Məftunu vurduğuna görə Sadiqin üzr stəməsi üçün getmişlər, lakin, Sadiq çölə belə çıxmamışdır. Məhkəmə iclasında Şahid1 və Şahid2 iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələri tədqiq olunmaqla elan edilmişdir. Şahid1 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Şakirov Məftunla bir məhlədə yaşayır, qonşudur və münasibətləri normaldır. Məhlədə Məftun «İbrahim» ərzaq mağazası işlədir və oradan alış-veriş edirlər. 26.12.2020-ci il tarixdə böyük qardaşı mərhum Soltanın Lökbatan qəsəbəsində yerləşən qəbrini ziyarət etdikdən sonra qardaşı Soltanın oğlu Novhəlin Lökbatan qəsəbsi, massiv 2 ünvanında yerləşən evində oğlu Tural və qardaşı uşaqları ilə birlikdə çörək yeməyə getmişlər. Daha sonra saat 15 radələrində qardaşı oğlu Sadiq və öz oğlu Tural ilə birlikdə məhəlləyə asudə vaxt keçirməyə çıxmışlar. Sadiq və Tural küçədə qalmışlar, o, isə onlardan ayrılaraq evinə getmişdi. Təxminən 20-25 dəqiqədən sonra yenidən evdən çıxaraq ondan təxminən 10- 15 metr irəlidə dayanan Məftunun böyük qardaşı Mahalı görmüşdü. Mahalın şəhərdə qalması səbəbi ilə çoxdandır onu görmədiyini bildirib onunla görüşüb söhbətləşmişlər. Onlar söhbət edərək Məftuna məxsus mağazaya tərəf getmişlər və orada Şakir oğlu Turalı, qardaşı oğlu Sadiqi, Məftunu, Məftunun qardaşı Mübarizi və bir nəfər tanımadığ polis əməkdaşını görmüşdü. Orada ona məlum olmuşdu ki, Məftunla Sadiq dalaşıblar və onları polis əməkdaşı aralaşdırıb. Həmin vaxt oğlu Turalın qardaşı Vahidin oğlu Sadiqə «əmi oğlu gəl, keç bu yana» deyib müraciət edərək Sadiqi yaranan münaqişədən aralaşdıraraq evinə tərəf aparırdı. Tural Sadiqi evə aparan zaman qolundan tutmuşdur. Tural Sadiqi apararkən o, görmüşdü ki, Sadiqin sifəti yaralanıb və Məftunun burnundan qan axır. Məftun və qardaşı Mübariz də Sadiqin üzərinə gəlmişlər, Sadiqi söyərək döyəcəkləri ilə hədələmişlər. Həmin anda Məftunun qardaşı Mübariz onun oğlu Turalın sinə nahiyəsinə bir dəfə yumruqla möhkəm zərbə ilə vurmuşdu. Mübarizin zərbəsindən oğlu Tural qıvrılmış, bir neçə dəqiqə dayanmış və sinəsini tutmuş, özünə gəldikdən sonra yenidən Sadiqi çəkib evə aparmışdı. O, bunu görcək tez irəli durmuş, qardaşı oğlu Sadiqə ə qonşu Məftuna öz iradını bildirib demişdi ki, «ayıbdır, burda qonşuyuq, dava-dalaş nəyə lazımdır, aralaşın gedin evinizə». Onlar da onu eşitmişlər və hər ikisi aralaşaraq getmişdilər. Sadiq və Tural onun evinə getmişlər. O, da onların ardınca getmişdir. Sadiqin gözü şişmişdi, o, başa düşmüşdü ki, Sadiqi Məftun vurub. Sadiqə evdə tibbi yardım etmişlər. O, Sadiqdən soruşmuşdu ki, «nə məsələdir, niyə dalaşmısınız?» Sadiq demişdi ki, «əmi, Məftun deyibdir ki, guya mən onun işlətdiyi kafedə yeyib-içib çıxanda onun qardaşı Mübarizə çiyin vurmuşam. Mən isə Məftuna dedim ki, Mübarizə de, əgər mən ona çiyin vurmuşamsa gəlsin ondan üzr istəyim. Ona görə də, Məftun nalayiq ifadələr işlətdi, məni mağazadan bayıra çıxartdı və məni yumruqla vurdu». Qeyd etmişdir ki, o, Məftunla Sadiqin dalaşmasını və ya bir-birilərini vurmalarını görməmişdir. Beləliklə, təxminən 40-50 dəqiqə vaxt keçmişdi ki, onun həyət darvazası möhkəm zərbə ilə döyülmüşdü. O, evdəkilərə həyətə çıxmamaqlarını tapşıraraq tez həyətə çıxmışdır ki, görsün nə baş verib və görmüşdü ki, Məftun, qardaşları Mübariz və Mahal darvazanın qarşısında dayanıblar. O, soruşmuşdu ki, «nə baş verdi, noldu»? Bu vaxt Məftun və Mübariz onu itələyib həyətə girməyə cəhd etmişlər. Məftun və Mübariz «hanı Sadiq, çıxsın çölə, onun zaşına oyun açacağıq, onunla haqq-hesabımızı etməyə gəlmişik» deyirdilər, Mahal isə sakit :ayanmışdır. O, Məftun və Mübarizi həyətə buraxmayıb demişdi ki, «ayıbdır, biz qonşuyuq. Sadiq evdə yoxdu, harasa getdi». Həmin vaxt Mahal kənarda dayanıb bunları seyr edirdi. Ondan sonra Məftun və qardaşları çıxıb gettmişlər. Sonradan ona məlum olmuşdu ki, Məftun polisə ərizə ilə müraciət etmişdir. Sualları cavab olaraq Şahid1 bildirmişdir ki, o, yaranmış münaqişəni sakitləşdirmişdir ki, yenidən münaqişə baş verməsin. O, həmişə qanunlarımıza riayət edən adam olmuş, oğlu da dövlətimizə və xalqımıza sadiq olan bir şəxsdir. Məftunla sadəcə qonşu kimi salamı olubdur. Məftun və Sadiqin aralarında olan münaqişə 15,12.2020-ci il tarixdə saat 16 radələrində Məftunun işlətdiyi «İbrahim» mağazasının qarşısında olmuşdur. O, oraya gələndə artıq dava-dalaş yox idi və orada o, Məftunu, Sadiqi, Mübarizi, Turalı və kənar şəxslərdən bir nəfər polis əməkdaşını görmüşdür. Başqa orada heç kim olmamışdır. Məftun və Sadiq bir-birini vurmasını o, görməmişdir. Sadiqi oğlu Tural aparan zaman Mübariz Turalı sinəsindən bir dəfə vurmuşdur. Lakin, o, Tural və Sadiqin üstlərinə qışqıraraq evə getmələrini dediyi üçün onlar Mübarizin bu hərəkətinə heç bir reaksiya verməmişlər. Məftun və qardaşları Mübarizlə Mahal onun darvazasının qarşısına gələn zaman orada dava-dalaş olmamış, heç kim heç kimi vurmamışdır. Orada ancaq sözlə mübahisə olmuş və sonra Məftunla qardaşları Mübariz və Mahal çıxıb getmişlər. Həmin gün o, hər hansı bir xəsarət almamış və ekspertizadan keçmək istəmir. Şahid2 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onların qonşusudur, məhəllədə ərzaq mağazası işlədir, mağazasından həmişə alış-veriş etmişlər, nə atası Şakirin, nədə onun Məftunla, onun qohumları və ailə üzvləri lə ədavət və düşmənçilikləri olmamışdır. 26 dekabr 2020-ci il tarixdə günorta saatlarında Qarabağ döyüşlərində iştirak edib xəsarətlər aldığı üçün bununla bağlı Müdafiə Nazirliyindən gələn qonaqları qarşılayıb yola salmış, daha sonra isə qohumları vəfat etmiş böyük əmisi X1 qəbr üstündən yaşadıqları evə gəlmişlər. O, müdafiə nazirliyindən gələn qonaqları yola saldıqdan sonra Sadiqlə bayırda durub söhbət edirdi. Sonra Sadiq ondan ayrılmış və Məftunu işlətdiyi mağazanın qarşısında görüb Məftuna tərəf getmişdi. Sadiq Məftunun yanına çatdıqdan sonra onlar birlikdə mağazaya girmişdilər, bir neçə dəqiqədən sonra onlar mağazadan çıxıb mağazanın qarşısında söhbət etməyə başlamışdılar. O, Məftun və Sadiqə fikir verməmişdi. Aradan bir neçə dəqiqə də keçdikdən sonra o, onlar tərəfə baxanda görmüşdü ki, onların yanlarında polis əməkdaşı var. O, nə baş verdiyini öyrənmək üçün mağaza tərəfə qaçmış, orada Məftunu və Sadiqi görmüş, sonra Məftunun qardaşı Mübarizdə ora gəlmişdi. Orada ona məlum olmuşdu ki, Məftun ilə əmisi oğlu Sadiq dalaşıblar və polis əməkdaşı onları ayırıb. Həmin vaxt Sadiqin və Məftunun sifətləri yaralı idi. O, Sadiqi oradan aparmaq üçün qoluna girmişdi. Elə bu zaman oraya atası Şakir və Məftunun qardaşı Mahal yaxınlaşmışlar, atası onun və Sadiqin üstlərinə qışqırmış və onunla Sadiqin evə getməklərini tələb etmişdi. O, da atasının sözünə əsasən Sadiqin qoluna girib evlərinə aparmaq istəyərkən onlara Məftunun qardaşı Mübariz yaxınlaşmış və «belə qudurmuşunuz siz!» sözlərini deyərək yumruqla onun döş qəfəsindən vuraraq ona xəsarət yetirmişdi. Buna baxmayaraq atası Şakirin orada olmasını nəzərə alıb onlar Mübarizə cavab qaytarmamış və oradan uzaqlaşıb evlərinə getmişlər. Üstündən təxminən 1 saat keçdikdən sonra Məftun, qardaşları Mübariz və Mahal onların evlərinin qarşısına gəlmişlər və atasından Sadiqin çölə çıxmağını tələb etmişlər. Atası Sadiqə evdən çıxmamağı tapşırıb bir təhər onları sakitləşdirib evlərinə yola salmışdır. Sonralar ona məlum olmuşdur ki, Məftun əmisi oğlu Sadiqdən polisə şikayət etmişdir. Suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə əmisi oğlu Təqsirləndirilən şəxs bir birlərinə xəsarət yetirmələrini görməmiş, lakin qeyd etdiyi kimi mağazanın qarşısında onların yanlarında polis əməkdaşı görüb onlara yaxınlaşanda ona məlum olmuşdu ki, onlar dalaşıblar. Onlar həmin vaxt artıq bir birlərinə xəsarət yetirmişlər.Hadisədən təxminən 15 dəqiqə sonra, saat 16:15 radələrində ona yalnız qonşu Mübariz yumruqla döş qəfəsimdən vuraraq xəsarət yetirmişdir. Başqa bir şəxs ona xəsarət yetirməmişdir. Məftunla Sadiqin aralarında baş vermiş münaqişə 26.12.2020-ci il tarixdə saat 16 radələrində Məftunun işlətdiyi «İbrahim» mağazasının qarşısında baş vermişdir. Məftunla qardaşları onların evinin darvazasının qarşısına gələn zaman orada ancaq sözlə mübahisə olmuşdur, heç bir münaqişə və dava-dalaş olmamışdır və atası Şakir onları öz evlərinə yola salmışdır. Qeyd etdiyi kimi o, Məftunla Sadiqin yanlarına gələn zaman orada heç kim yox idi, ancaq bir polis nəfəri vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının 30 dekabr 2020-ci il tarixli 876 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- burun dəlik vasitəsilə tənəffüsünün pozulması, burun belinin səthi əzilmiş yarası ilə müşayiət olunan burun sümüklərinin yerinidəyişən ikili sınığı bərk küt əşya (əşyalar) təsirindən müayinədən 3-5 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi yəni 26.12.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasıyalarını nəzərə alıb demək olar ki, həmi xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində törənməsi az inandırıcıdır. (i.v 22-24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının 30 dekabr 2020-ci il tarixli 04 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizası zamanı aşkar edilmiş xəsarət- sağ gözətrafı nahiyənin qançırı bərk küt əşya təsirindən müayinədən 10-12 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi yəni 26.12.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. vət. Təqsirləndirilən şəxs almış olduğu xəsarətin xarakteri və lokalizasıyalarını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, kənar şəxs tərəfindən yetirilə bilərdi. (i.v 25-27); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 22.01.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.79) Şübhəli şəxsin tutulması haqqında 15 mart 2021-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə tutulmuşdur. (i.v.91-92) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cm-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (i.v.142-143) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 17 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 17.03.2021-ci il tarixli vəsatəti təmin edilməsindən imtina edilmiş, o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. (i.v.165-166) Qətimkan tədbiri seçilməsi barədə 17.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 174-175) Sübutların qiymətləndirilməsi haqqında 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə cinayət təqibi, onun barəsində seçilmiş başqa yerə getməmək haqqıda iltizam qətimkan tədbiri, ona hüquqlarının müdafiəsi üçün təyin edilmiş 10 saylı Vəkillər Bürosunun X4 iştirakına xitam verilmiş, hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs zərərçəkmiş qismində tanınaraq ifadəsi alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə cinayət təqibinin başlanması rədd olunmuş, Zərərçəkmiş şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta mövcud olduğundan onun barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Qaradağ RPf-nin 10-cu PB-nə göndərilmiş, X10 tərəfindən Şahid2 yumruqla sinə nahyyəsindən vurulması faktı sübuta yetirilmədiyindən həmin xüsusat üzrə X5 cinayət təqibi rədd edilmiş, Şahid2 yumruqla sinə nahiyyəsindən vurulması faktına dair ifadə vermiş Təqsirləndirilən şəxs və atası Şahid1 ifadələrinin həmin hissəsi sübut növü kimi qəbul edilməmiş, iş üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri və sənədlər sübut növü kimi qəbul edilmişdir. .(i.v 182-194) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 195-196) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (i.v 209-210) Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs oğlu ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1.1, 127.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını təsdiq edən məhkəməyə təqdim etdiyi ərizəsini və prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməl və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 ibtidai istintaq dövründə 59 (əlli doqquz) iş saat və müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 59 (əlli doqquz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 354 (üç yüz əlli dörd) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 59 (əlli doqquz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 354 (üç yüz əlli dörd) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-218/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-218/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver