Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-218/2022 13.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 3-cü massiv nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq altı ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 6,330 olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üstündə saxlayaraq daşımış, Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən 11 aprel 2022-ci il tarixdə saat 16:41-də Bakı şəhəri Qaradağ rayonu, Ümid qəsəbəsi, 2-ci massivdə yerləşən “Cənub” marketin yaxınlığında saxlanılaraq, Qaradağ RPİ-nin 38-ci PB-nə aparılmış və orada Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan torbada olan altı ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib, üstündə saxlayaraq, daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,453 qram, 1,052 qram, 1,011 qram, 0,971 qram, 1,167 qram və 0,676 qram olan ümumi təmiz çəkisi isə 6,330 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən hadisədən bir ay əvvəl olarmış ki, narkotik maddə nəşədən, yəni qurudulmuş marixuanadan istifadə edirmiş. xx.xx.2022-ci il tarixdə Bakı-Ələt avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ilə üzbəüz dayanacağında olan zaman özünü İran vətəndaşı kimi təqdim edən şəxslə söhbət edən zaman həmin şəxs bildirmişdir ki, onda narkotik maddə qurudulmuş marixuana vardır. O, özü narkotik maddə marixuanadan istifadə etdiyi üçün 30 manata 6 ədəd bükümdə narkotik maddə qurudulmuş marixuana almışdır.xx.xx.2022-ci il tarixdə həmin narkotik maddə qurudulmuş marixuanadan kiçik bir hissəsini tüstü yolu ilə qəbul etmişdir. Qalan hissəsini isə üstündə saxlamışdır ki, özü istifdadə edər. xx.xx.2022-ci il tarixdə saat 16:41-də Qaradağ rayonu, Ümid qəsəbəsi 2-ci massivdə yerləşən “Cənub” marketin yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək 38-ci PB-nin əməkdaşları olduqdan sonra bildirmişlər, sonra onun kim olduğunu soruşmuşlar, həmin vaxtı o, özünü şübhəli aparmış və oradan uzaqlaşmağa cəhd etmişdir. Həmin vaxtı polis əməkdaşları onu saxlayaraq 38ci PB-nə gətirmişlər. 38-ci PB-də üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilərkən, könüllü olaraq, üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuşdur. O da həmin vaxtı çıxılmaz vəziyyətdə qaldığı üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş 06 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü masanın üzərinə qoyaraq, bildirmişdir ki, bükümlərin içərisində narkotik maddə olan nəşə, yəni qurudulmuş marixuana vardır. Şəxsi istifadəsi üçün almışdır. Həmçinin həmin vaxtı o, şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üstünə qoymuşdur. Onun üstündən başqa qanunla qadağan edilmiş digər əşya və predmet aşkar edilməmişdir. O, həmin vaxtı bildirmişdir ki, həmin narkotik maddə marixuananı şəxsi istifadəsi üçün Bakı-Ələt avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ilə üzbəüz dayanacağında olan İran vətəndaşından 30 manata almışdır. Daha sonra onun üstündən aşkar edilmiş 6 ədəd büküm açılmış və içərəsində marixuana olması müşahidə edilmişdir. Bundan sonra həmin 6 ədəd büküm qablaşdırılmış və zərfə qoylaraq üzəri möhürlənmişdir. Sonra isə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və protokol işitrak edən şəxslər tərəfindən imzalanmışdır. Həmin narkotik maddə onundur, öz istifadəsi üçün əldə etmişdir, heç vaxt satışı ilə məşğul olmamışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, həyat yoldaşının heç bir yerdə işləməməklə ailədə yeganə qazanc gətirən şəxs olduğunu, həyat yoldaşının İİ qrup, özünün isə İİİ qrup əlilliyi olduğunu, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. 11 aprel 2022-ci il tarixdə saat 16:41 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 2-ci massivdə yerləşən “Cənub” marketin yaxınlığında Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə xidmət edən zaman həmin bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyətini soruşduqda, özünü şübhəli aparmağa davam etmiş və oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxtı onlar həmin şəxsin narkotik vasitə təsiri altında olmasında və üzərində qadağan edilmiş əşya və predmet saxlamasında şübhəli bilib, şübhəli şəxs qismində Qaradağ rayon RPİ-nin 38-ci PB-nə gətirmişlər. Polis bölməsində həmin şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Balaqardaşov küçəsi, ev 14, mənzil 17-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 38-ci PB-də xidməti otaqda polis əməkdaşlarının iştirakı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən video çəkilişdən də istifadə edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etmək təklif edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellefona bağlamada 06 ədəd gümüşü rəngli siqaret kağızı bükümü çıxarıb təqdim etmişdir. Həmçinin üzərindən bir ədəd “Samsung” markalı mobil telefon da aşkar edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə narkotik maddə nəşə, yəni marixuana vardır. Həmin bükümləri xx.xx.2022-ci il tarixdə Ələt-Bakı avtomobil yolunun Ümid qəsəbəsindən keçən avtodayanacaqda tanımadığı İran vətəndaşından 30 manata almışdır. Daha sonra isə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş və üzərindən başqa qanunla qadağan edilmiş digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 06 ədəd bükümdə olan maddə zərfə qoyularaq, protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və zərf polis əməkdaşları və saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Həmin vaxtı polis bölməsində Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə marixuanadan istifadə etməsi barədə məlumatı olsa da onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Şahid Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 öz ifadəsində Qaradağ RPİ-nin 38-ci PB-nin digər əməkdaşı X6 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2022-ci il tarixli 7/345 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs..... Təqsirləndirilən şəxs” yazılar və imzalar olan zərfdə siqaret sellofanındakı 6 (altı) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,453 qram; 1,052 qram; 1,011 qram; 0,971 qram; 1,167 qram; 0,676 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-6,330 qramdır. Qeyd: marixuanaların ümumi təmiz çəkisi 6,330 qram, tədqiqata sərf edilmiş 0,12 qram (hər obyektdən 0,02 qram), qalıq 6,210 qram. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci il tarixli 7/366 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş MEM-nə məxsus 1 ədəd qəhvəyi rəngli kağız paketdə üzərində “Şübhəli şəxs... Süleymanov R” yazılar və imzalar olan zərfdə siqaret sellofanındakı 6 (altı) ədəd gümüşü rəngli kağız bükümlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuanaların ümumi təmiz çəkisi 6,210 qram, tədqiqata sərf edilmiş 0,12 qram (hər obyektdən 0,02 qram), qalıq 6,090 qram. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 04 iyun 2022-ci il tarixli 2979 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ethiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Ona hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellefona bağlamada 06 ədəd gümüşü rəngli siqaret kağızı bükümü çıxarıb təqdim etmişdir. Həmçinin üzərindən bir ədəd “Samsung” markalı mobil telefon da aşkar edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə narkotik maddə nəşə, yəni marixuana vardır. Həmin bükümləri xx.xx.2022-ci il tarixdə Ələt-Bakı avtomobil yolunun Ümid qəsəbəsindən keçən avtodayanacaqda tanımadığı İran vətəndaşından 30 manata almışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 06 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 6,330 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatında istifadə olunmuşlar nəzərə alınmaqla, hazırda qalıq qalmış 06 ədəd bükümdə 6,090 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2006-cı il tarixdə X11 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X3 və xx.xx.2008-ci il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan 022854 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. İş materiallarında olan ƏƏSMN tərəfindən verilmiş arayışdan görünür ki, X11 İİ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla həyat yoldaşının İİ qrup, özünün isə İİİ qrup əlilliyi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 11 aprel 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 6,090 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv ediməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 144 (yüz qırx dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 11 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 6,090 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 144 (yüz qırx dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-218/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-218/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver