Məhkəmə qərarları › İş №1(002)-218/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-218/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-218/2024 17.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamcısı Dövlət ittihamçısı, Zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs-də satış nümayəndəsi vəzifəsində işləmiş, hal-hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Siyəzən rayonu, Siyəzən şəhərində yerləşən Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin satış nümayəndəsi vəzifəsində işləyərək həmin cəmiyyətlə xx.xx.2017-ci il tarixdə bağlanmış əmək və xx.xx.2017-ci il tarixdə bağlanmış maddi məsuliyyət daşıması haqqında müqavilələrə əsasən məsul şəxs olaraq öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımalı, idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüş, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı olduğu halda işlədiyi müddətdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Zərərçəkmiş şəxs-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xəcəhəsən şosesində yerləşən “Meyvəli” ticarət bazarında olan anbarından 549181,49 manat (beş yüz qırx doqquz min yüz səksən bir manat qıxr doqquz qəpik) dəyərində toyuq məhsullarını satış nümayəndəsi olaraq mağazalara vermək üçün faktiki, eləcə də ASC-nin istifadə etdiyi məhsulların qəbulu, satışı, maliyyə və digər əməliyyatın aparıldığı vahid informasiya sistemi olan “AZMSALE” proqramında fərdi adından və şifrəsindən istifadə edərək qəbul edib müxtəlif ticarət obyektlərinə təhvil verərək toyuq məhsullarının satışından işlədiyi müddətdə, müxtəlif tarixlərdə hissə-hissə toplanmış cəmi 549181,49 manatın (beş yüz qırx doqquz min yüz səksən bir manat qıxr doqquz qəpik) 540429,49 manatını (beş yüz qırx min dörd yüz iyirmi doqquz manat qırx doqquz qəpik) qeyd edilən proqram vasitəsilə kassaya mədaxil qəbzlərinə əsasən ASCnin xəzinəsinə mədaxil etsə də, qeyd edilən müddət ərzində vahid niyyətlə 8752,00 (səkkiz min yeddi yüz əlli iki) manatı ASC-nin kassasına mədaxil etməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə talayıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını xeyli miqdarda mənimsəmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 179.2.3 və 179.2.4-cü maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, 2017-cı ildən 2020-ci ilə kimi isə Siyəzən Broylerdə satış nümayəndəsi vəzifəsində işləmişdir Şirkətin satış yeri Bakı şəhəri Qaradağ rayonunda yerləşən Meyvəli bazarın ərazisində yerləşən soyuducu anbardır. Şirkətdə olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş planşet və telefonlarda olan proqrama daxil edirlər. Həmin sifariş ilkin olaraq dərhal şirkətin mərkəzi ofisində görünür. Satış nümayəndələrinə nəzarət edən bölgə müdirləri fəaliyyət göstərir, sifarişləri ilkin olaraq onlar görürlər. Həmin sifarişlər daha sonra anbarda görünür. Anbarın işçiləri tərəfindən mal yığımı olur. Lakin çox vaxt onlara bəzi vaxtlar faktura təqdim edilmirdi. Bəzi vaxtlarda faktura ona verilirdi. Həmin şirkətdə o, toyuq məhsullarını Siyəzən Broylerin anbarından qəbul edib mağazalara satışını həyata keçirmişdir. İşlədiyi müddətdə əvvəlki dövrlərdə onun hesabatlarında heç bir çatışmazlıq olmamışdır. O, həmin müddətlərdə qaimə ilə götürdüyü toyuq məhsullarının dəyərinin tam olaraq ödəmişdir. 2020-ci ilin may ayında onun hesabııda 8752.00 manat çatışmazlıq aşkar edilmişdir. Həmin vaxt audit yoxlaması keçirilmiş və yoxlama keçirilən zaman o, borcun bir hissəsini ödəmiş və son olaraq onun hesabında 5628.00 manat çatışmazlıq aşkar edilmişdir. Həmin pul satış həyata keçirdiyi mağaza sahiblərinin ödənişi həyata keçirməməsi nəticəsində yaranmışdır. Törətdiyi əməldən peşmandır.Hal-hazırda zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş və aralarında barışıq əldə olunmuşdur.O, əlavə olaraq bildirmişdir ki, zərər çəkmiş şəxsə dəymiş ziyanın 25% miqdarında dövlət nəfinə ödəniş etmişdir. Qeyd olunanlara əsasən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Təqsirləndirilən şəxs əməlləri nəticəsində Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə ziyan dəymişdir.Audit yoxlaasından sonra şirkətə dəymiş ziyanın 8752,00 (səkkiz min yeddi yüz əlli iki) manat olduğu müəyyən edilmişdir. Zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs-yə dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələblərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş Zərərçəkmiş şəxs-də bölgə müdiri vəzifəsində işləmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs-də bölgə müdiri vəzifəsində işləmişdir. Onun işi tabeliyində olan satış nümayəndələrinin bütün işinə ümumi nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 8752,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Təqsirləndirilən şəxs sifarişi əsasında 549181,49 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 8752,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Audit dövründə Təqsirləndirilən şəxs tərəfindən borcunun 3124,00 manatı ödənilmiş və beləliklə Cəmiyyətə vurulmuş ziyan 5628,00 manat təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş Siyəzən Broyler” ASC-nin satış ofisinin xəzinədarı vəzifəsində işləmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs-nin satış ofisinin xəzinədarı vəzifəsində işləmişdir. Onun xəzinədar kimi vəzifəsi satış nümayəndələrinin satdığı malların müqabilində etdiyi ödənişləri qəbul etməkdən və xəzinəyə daxil etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 8752,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 549181,49 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 8752,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Audit dövründə Təqsirləndirilən şəxs tərəfindən borcunun 3124,00 manatı ödənilmiş və beləliklə Cəmiyyətə vurulmuş ziyan 5628,00 manat təşkil etmişdir. İş materiallarında olan 19 may 2020-ci il tarixli 20/03/2 nömrəli müstəqil auditor hesabatından görünür ki, Zərərçəkmiş şəxs-də satış nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs xx.xx.2020 - xx.xx.2020 tarixləri aralığında cəmiyyətin anbarından 549181,49 manat dəyərində toyuq məhsulları qəbul etmiş, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 8752,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmiş, audit yoxlaması keçirilən dövrdə ziyanın 3124,00 manatı ödəmiş, lakin 5628,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hesabı üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan qaimə - fakturalar, inventarizasiya aktları, audit rəyləri, əmək və alqı-satqı müqavilələri, elektron qaimələr, təhvil təslim aktları, üzləşdirmə aktları və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 20/03/2 saylı müstəqil Auditor Hesabatını tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla həmin sənədlər üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 5628,00 manat məbləğində müəyyən olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, zərərçəkmiş şəxsə dəymiş 8752,00 (səkkiz min yeddi yüz əlli iki) manat zərərin 25%-i, yəni 2188 (iki min yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununun 1.7.3 bəndinə əsasən 73-1.2-ci maddədə “bir misli” sözləri “iyirmi beş faizi” sözləri ilə əvəz edilmişdir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat məbləğində pul X1 məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat məbləğində pul X1 məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar