Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-219/2024 04.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, Siyəzən Broyler ASC-də satış nümayəndəsi vəzifəsində işləmiş, halhazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda mənimsəməklə talamışdır. Belə ki, o, Siyəzən rayonu, Siyəzən şəhərində yerləşən Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin satış nümayəndəsi vəzifəsində işləyərək həmin cəmiyyətlə xx.xx.2017-ci il tarixdə bağlanmış əmək və xx.xx.2017-ci il tarixdə bağlanmış maddi məsuliyyət daşıması haqqında müqavilələrə əsasən məsul şəxs olaraq öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımalı, idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüş, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı olduğu halda işlədiyi müddətdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Zərərçəkmiş şəxs-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən şossesində yerləşən “Meyvəli” ticarət bazarında olan anbarından 698971,50 manat (altı yüz doxsan səkkiz min doqquz yüz yetmiş bir manat əlli qəpik) dəyərində toyuq məhsullarını satış nümayəndəsi olaraq mağazalara vermək üçün faktiki, eləcə də ASC-nin istifadə etdiyi məhsulların qəbulu, satışı, maliyyə və digər əməliyyatın aparıldığı vahid informasiya sistemi olan “AZMSALE” proqramında fərdi adından və şifrəsindən istifadə edərək qəbul edib müxtəlif ticarət obyektlərinə təhvil verərək toyuq məhsullarının satışından işlədiyi müddətdə, müxtəlif tarixlərdə hissə-hissə toplanmış cəmi 698971,50 manatın (altı yüz doxsan səkkiz min doqquz yüz yetmiş bir manat əlli qəpik) 671693,50 manatını (altı yüz yetmiş bir min altı yüz doxsan üç manat əlli qəpik) qeyd edilən proqram vasitəsilə kassaya mədaxil qəbzlərinə əsasən ASC-nin xəzinəsinə mədaxil etsə də, qeyd edilən müddət ərzində vahid niyyətlə 27278,00 (iyirmi yeddi min iki yüz yetmiş səkkiz) manatı ASC-nin kassasına mədaxil etməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə talayıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını xeyli miqdarda mənimsəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 2016-cı ildən 2020-ci il tarixə kimi Zərərçəkmiş şəxs də satış nümayəndəsi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs ilə bağladığı əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımaq əmək funksiyasının icrası zamanı onun öhdəsinə qoyulmuşdur. Zərərçəkmiş şəxs ilə bağladığı tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüşdür. Həmin şirkətdə o, toyuq məhsullarını Zərərçəkmiş şəxs-nin anbarından qəbul edib məhsulların çatdırılması bilavasitə ona həvalə edilmiş mağazalara təhvil vermiş və həmin mağazalardan əldə etdiyi ödənişləri şirkətlərə təhvil vermişdir. Lakin, onun ərazi dairəsinə daxil olmayan, tanışına aid bir mağazaya da şirkətin məlumatı olmadan toyuq məhsulları təhvil vermiş və oradan əldə olunmuş ödənişləri şirkətə təqdim etməmişdir. 2020-ci ilin may ayında audit yoxlaması keçirilmiş və həmin vaxt onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində keçirdiyi əməliyyatlar yoxlanılmış və onun hesabında 27278.00 manat çatışmazlıq aşkar edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində iki azyaşlı uşağının olduğunu, hazırda zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-də 2017-ci ildən satış nümayəndəsi vəzifəsində çalışmış, satış fəaliyyətinin yoxlanılması ilə bağlı 2020-ci ilin yanvar ayının əvvəllərindən may ayının əvvəllərinə olan dövrlə bağlı araşdırma aparılarkən Təqsirləndirilən şəxs və digərlərinin işlərində çatışmazlıq müəyyən olunmuşdur. Bununla bağlı həmin şəxslərlə görüş təşkil olunmuş və həmin məbləğlərin ödənilməsi təklif edilmişdir. Həmin məbləğlər ödənilmədiyindən audit yoxlanılması keçirilmiş və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat verilmişdir. Təqsirləndirilən şəxs özü izahat yazaraq 27278.00 manat hüquqi şəxsə aid pulu öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəməyə xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin direktoru tərəfindən imzalanmış ərizəni təqdim edərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi zərərin tamamilə ödəndiyini, onunla barışdıqlarını, ona qarşı hər hansı maddi və pul tələbləri olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs-də bölgə müdiri vəzifəsində işləmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin fevral ayında 2020-ci ilin may ayına kimi Zərərçəkmiş şəxs-də bölgə müdiri vəzifəsində işləmişdir. Onun işi tabeliyində olan satış nümayəndələrinin bütün işinə ümumi nəzarət etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs 01 aprel 2017-ci il tarixdən Zərərçəkmiş şəxs-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 27278,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 698971,50 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 27278,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs-də Bakı-Abşeron üzrə anbar müdiri vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs-də olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş planşet və telefonlarda olan proqrama daxil edirlər. Təqsirləndirilən şəxs 01 aprel 2017-ci il tarixdən Zərərçəkmiş şəxs-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 27278,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 698971,50 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 27278,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs-nin əməliyyatçı mühasibi vəzifəsində işləyən X3 Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-də auditor vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş sənədə əsasən "xxxx" MMC-də auditor vəzifəsində işləməyə başlamışdır. 2020-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən həmin şirkətdə auditor yoxlamasının keçirilməsi üçün müraciət edilmiş və tərəfindən orada yoxlama həyata keçirilərək auditor aktı tərtib edilmişdir. Aparılmış auditor yoxlaması nəticəsində tərəfindən tərtib edilmiş 19 may 2020-ci il tarixli 20/03/3 nömrəli müstəqil auditor hesabatında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 01 aprel 2017-ci il tarixdən Zərərçəkmiş şəxs-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 27278,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 698971,50 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 27278,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Aparılmış yoxlamanın həyata keçirildiyi dövr ərzində Zərərçəkmiş şəxs-də satış nümayəndələri ilə həyata keçirilən bütün əməliyyatlar “AZMSALE” proqramı vasitəsilə elektron formada aparılır. Təqsirləndirilən şəxs təqsirli olması özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Cinayət işinin 1-ci cildinin 24-25-ci vərəqlərində olan 19 may 2020-ci il tarixli 20/03/3 nömrəli müstəqil auditor hesabatından görünür ki, Zərərçəkmiş şəxs-də satış nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs xx.xx.2020 - xx.xx.2020 tarixləri aralığında cəmiyyətin anbarından 698971,50 manat dəyərində toyuq məhsulları qəbul etmiş, qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 27278,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmiş, audit yoxlaması dövründə ziyanın 968.00 manatını ödəmiş, 26310 manat ödənilməmiş qalmışdır. Cinayət işinin 1-ci cildinin 36-43-cü vərəqələrində olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi və “tam maddi məsuliyyət haqqında” müqavilələrdən görünür ki, işçi məsul şəxs olaraq öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımalı, idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüş, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalıdır. Cinayət işinin 1-ci cildinin 89-92-ci səhidələrində olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən şossesində yerləşən “Meyvəli” ticarət bazarında yerləşən anbarıdır. Cinayət işinin 1-ci cildinin 202-210-cu vərəqələrində olan Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hesabı üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan qaiməfakturalar, inventarizasiya aktları, audit rəyləri, əmək və alqı-satqı müqavilələri, elektron qaimələr, təhvil təslim aktları, üzləşdirmə aktları və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 20/03/3 saylı müstəqil Auditor Hesabatını tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla həmin sənədlər üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 26.310,00 manat məbləğində müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Cinayət işinin 1-ci cildinin 224-227-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs qismində, Nümayəndə isə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 230-246-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılmasına dair audit rəyi, xx.xx.2017-ci il tarixli əmək müqaviləsi və “tam maddi məsuliyyət haqqında” müqavilə, Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazma izahat, Təqsirləndirilən şəxs öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edə biləcəyini nəzərə alaraq maddi sübut hesab edilməklə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 247-ci vərəqəsində olan məhkumluğun yoxlanılması haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur Cinayət işinin 1-ci cildinin 250-251-ci vərəqələrində olan 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 265-266-cı vərəqələrində olan 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəməyə xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin direktoru tərəfindən imzalanmış ərizəni təqdim edərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi zərərin tamamilə ödəndiyini, onunla barışdıqlarını, ona qarşı hər hansı maddi və pul tələbləri olmadığını bildirmişdir. Məhkəmə elektron sisteminin qohumluq məlumatları bölməsindən əldə olunmuş və cinayət işinə əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir və onun xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 onun övladlarıdırlar. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs tərəfindən mənimsəmə və ya israf etmə cinayət əməlinin törədilməsi faktı tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində əlavə cəza qismində maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 ibtidai istintaq dövründə 42 iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 42 iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən göstərilmiş 42 (qırx iki) iş saatı hüquqi xidmətə görə 252 (iki yüz əlli iki) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 42 (qırx iki) iş saatı hüquqi xidmətə görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işinin materiallarında olan və maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılmasına dair audit rəyi, xx.xx.2017-ci il tarixli əmək müqaviləsi və “tam maddi məsuliyyət haqqında” müqavilə, Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazma izahatlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatnın dəyəri 252 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin məcəllənin 46.2-ci maddəsinə əsasən 02 il müddətə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin materiallarında olan və maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılmasına dair audit rəyi, xx.xx.2017-ci il tarixli əmək müqaviləsi və “tam maddi məsuliyyət haqqında” müqavilə, Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazma izahatlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatnın dəyəri 252 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən göstərilmiş 42 (qırx iki) iş saatı hüquqi xidmətə görə 252 (iki yüz əlli iki) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 42 (qırx iki) iş saatı hüquqi xidmətə görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-219/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-219/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver