Məhkəmə qərarları › İş №1(002)-22/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-22/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-22/2025 14.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 2008-ci ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2024-cü il tarixli qərarı ilə CM-nin 126.1 və 127.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəl 30 iyul 2024-cü il tarixdən hesablanmış, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş və hal-hazırda Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar müəssəsində (kompeleks) saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2008-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Füzuli rayonu, Kərimbəyli kəndində yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, 11 fevral 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Qəsəbə küçəsində yerləşən “GSM Baku” adlı telefon mağazasına gəlib söyüş söydüyünə görə ona haqlı iradını bildirən Zərərçəkmiş şəxs ilə mübahisə etdikdən sonra marketdən çıxıb bir qədər aralıda “Araz market”lə üzbəüz geyim mağazasının qarşısında yenidən Zərərçəkmiş şəxsla mübahisəsini davam etdirərək ətrafda xeyli adamların toplaşmasına əhəmiyyət vermədən, özünün şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq, heç bir əsaslı səbəb olmadan həmin vaxt yanında olmaqla münaqişəyə qoşulan tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs üzərinə hücum edib ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs baş və sinə nahiyələrinə bir neçə dəfə yumruqla qəsdən vuraraq sonuncuya sağ gicgah nahiyəsinin dərialtı hematoması, üst dodağın selikli qişasının əzilmiş yaraları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti, üst dodağın və boyun nahiyəsinin sıyrıqları, döş qəfəsinin və sol almacıq nahiyələrinin qançırları ilə nəticələnən həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, 11 fevral 2024-cü il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Qəsəbə küçəsində yerləşən “GSM Baku” adlı telefon mağazasında söyüş söydüyünə görə haqlı irad bildirən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında mübahisə baş verdikdən sonra mağazadan çıxıb bir qədər aralıda “Araz market”lə üzbəüz geyim mağazasının qarşısında yenidən Zərərçəkmiş şəxsla mübahisələrini davam etdirərək münaqişə yaratdığını görüb, hüquq və qanuni mənafelərinə toxunmadığı halda həmin münaqişəyə qoşularaq, ətrafda xeyli adamların toplaşmasına əhəmiyyət vermədən, özünün şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq, bir qrup şəxs halında Təqsirləndirilən şəxs1la birlikdə E,Süleymanovun üzərinə hücum edib ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs baş və sinə nahiyələrinə bir neçə dəfə yumruqla qəsdən vuraraq sonuncuya sağ gicgah nahiyəsinin dərialtı hematoması, üst dodağın selikli qişasının əzilmiş yaraları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti, üst dodağın və boyun nahiyəsinin sıyrıqları, döş qəfəsinin və sol almacıq nahiyələrinin qançırları ilə nəticələnən həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə 11 fevral 2024-cü il taixdə baş vermişdir. Həmişəki kimi idmana getmiş, axşam radələrində idmandan evə qayıtmışdır. Evdən çıxanda bıçağı itilətdirmək üçün götürmüşdür. Sonra həmin yerə çatmışdır. Emin mağazanın qapısında dayanmışdır, o Eminə icazə ver keçim içəri demişdir. Emində ona, bu boyda yol var keç də. O ona heç bir söz demədən mağazaya girmişdir. Mağazada ona burada artıq bıçaq itilənmədiyini bildirmişdirlər. O mağazadan çıxanda telefonla dostu ilə danışan zaman söyüş söymüşdür. Emin ona söyüş söymə camaat gəlib gedir demişdir. O da yaxşı söymərəm demişdir, amma burda heç kim yoxdur niyə aqressiv danışdığını soruşmuşdur. Emin yenidən ona demişdir ki, yaşlı adamlar, qadınlar keçir yoldan söymə. Ona təkrar heç nə demədən, çölə çıxmışdır. Çöldə dosdu Mühammədlə dayanıb söhbət edirmişlər. Eminin səsinə ora uşaqlar yığılmışdı. Təxminən uşqların saylı 7-8 nəfər olmuşdur. Emin yenidən ora gəlmiş, onlara oradan dağılışmaqlarını yoxsa, hamınızı taptalayacağını bildirmişdir. Uşaqlar nəsə demək istəyəndə, o uşaqlara “gəlin gedək, problem yaranmasın” demişdir. Uşaqların hamısını yığıb məktəb tərəfə aparmışdır. Onlar gedən vaxt Emin onları söyməkdə, təhqir etməkdə davam etmişdir. O Eminə eyni yerdə yaşadıqlarını, qonşu olduqlarını artıq söhbətlərə ehtiyac olmadığını bildirmişdir. Həmin vaxt onun yanında uşaqlar da olmuşdur. O qabağa getmək istəyəndə Emin, Mühəmmədi söymüşdür, Mühəmməd də qarşılığında onu söymüş, o da Eminə bir şillə bir də təpik vurmuşdur. Daha sonra o kənara çəkilmiş, uşaqların Emini döydüklərini görmüşdür və daha sonra oradan çıxıb getmişdir. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmaq üçün valideyni tərəfindən cəhdlər göstərilməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nın 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yaşadığı Müşfiqabad qəsəbəsində yerləşən 33 saylı tam orta məktəbin 10A sinif şagirdidir. 11 fevral 2024-cü il tarixdə saat 20 radələrində evdən çıxıb Müşfiqabad qəsəbəsində yerləşən “GSM” Telecom adlı telefon mağazasında tanışları işlədiyindən həmin mağazaya getmişdir. Mağazanın giriş qapısında Emin adlı qəsəbə sakini dayanmışdır. O Emindən mağazaya daxil olmaq üçün yol istəmiş, Emin isə ona “bu boyda yol var, keç də” deyərək cavab vermişdir. O Eminə heç nə deməyib mağazaya daxil olmuşdur. Mağazada tanışları Nihat və Mühamməd adlı qəsəbə sakinləri olmuşdur. O Nihat və Mühammədlə salamlaşdıqdan sonra Emin mağazaya daxil olmuş, həmin vaxt o telefonla danışaraq çölə çıxmışdır. O mağazaya geri qayıdanda telefonda keçmiş məşq yoldaşı Murad adlı şəxslə danışan zaman söyüş söymüşdür. Emin onun söyüş söyməyinə irad bildirərək demiş ki, “camaat var, niyə söyüş söyürsən”. O zəngi bağlayıb Eminə demiş ki, “burada bizdən başqa heç kim yoxdu, iki nəfər mənim tanışımdır”. Emin onunla mübahisə edərək onun düz hərəkət etmədiyini və çıxıb getməyini bildirmişdir. O mağazadan çölə çıxmış, həmin vaxt mağazanın qarşısında dostu Təqsirləndirilən şəxs2 və yanında dörd-beş nəfər tanışı ilə dayanıb söhbət edirmiş. Mühamməd onun Eminlə mübahisə etdiyini görmüş, Emin onlara demiş ki, “dağılışın burdan, tapdalıyaram sizi”. O Mühammədə demişdir ki, “bu dava axtarır, gəlin gedək”. Onlar 33 saylı tam orta məktəb tərəfə gedirmişlər, Emin Müşfiqabad qəsəbəsində yerləşən “Araz” market tərəfə gəlib yüksək səslə söyüş söyüb onlara demişdir ki, “siz qaçqınsız, biz Şamaxılıyıq, buranın yerli sakiniyik”. O da Eminə demiş ki, “biz qonşuyuq, elə niyə deyirsən?”. Emin ümumi məcburi köçkünlərin ünvanına nalayiq ifadələr işlətmişdir. O Eminə yaxınlaşıb üz nahiyəsindən bir dəfə sillə ilə vurmuş, Emin qışqırıb dizlərini yerə atmış, onun ayaqlarını qucaqlamış, o Emini itələmişdir. Bundan sonra dava düşmüşdür. Daha sonra onun arxasında olan üzlərini görmədiyi bir neçə nəfər Eminin üstünə düşüb döymüşlər. Emin qaçıb getmiş, onlar da oradan dağılıb hərə öz evinə getmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 11 fevral 2024-cü il tarixdə saat 20 radələrində Müşfiqabad qəsəbəsində yerləşən “Araz” marketin qarşısında baş vermişdir. Dava-dalaş zamanı Emin ona heç bir xəsarət yetirməmişdir. Hadisə günün axşam saatlarında, havanın qaranlıq vaxtında baş verdiyi üçün, həmçinin gözləri zəif gördüyündən ətrafda kimlərin olduğunu dəqiq görməmişdir. Münaqişə zamanı o heç bir nalayiq ifadə işlətməmişdir. Eminin kiçik qardaşı Elvin ilə 2023-cü ildə aralarında sözlə mübahisə olmuşdur. Emin ondan bu səbəbdən acıqlı qalmış, onunla məqam düşdüyü zamanı mübahisə yaratmışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o hadisə vaxtı Elçinlə həmin ərazidə dayanmışdır. Elçin Eminlə içəridə nəsə söhbət edirdilər. Onlar çıxdılar çölə, Eminlə mübahisə etdik, o bizə dedi sizi tapdalayaram, söyüş söymüşdür. Emin Elçini vurmuş, sonra oda də Emini vurmuşdur. Ona verilən suallara əlavə olaraq bildirmişdir ki, o Emini yumruqla vurmuşdur. Xeyr, o yıxılmadı. Orada uşaqlar çox idi, axşam vaxtı idi, qaranlıq idi, başqa adamların Emini vurmağını görməmişdir. Dava çöldə olmuşdur. Təxminən ora 20-30 nəfər yığılmışdır. Dava təxminən 2-3 dəqiqə davam etmişdir. O, öz ifadəsində törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, yaşadığı Müşfiqabad qəsəbəsində yerləşən 50 saylı tam orta məktəbin 10A sinif şagirdidir. 11 fevral 2024-cü il tarixdə saat 20 radələrində Müşfiqabad qəsəbəsində yerləşən “CSM” Telecom adlı telefon mağazasının qarşısında Elçini görüb dayanmışdır. Mağazanın qarşısında Müşfiqabad sakini Emin adlı şəxs də dayanmışdır. Elçin mağazanın içərisinə keçmiş, o çöldə dayanmışdır. Elçin telefonla danışırmış, telefonla danışan zaman söyüş söymüşdür. Buna görə Eminlə aralarında mübahisə düşmüş, Elçin Eminə demiş ki, “içəridə söyüş söydüm, mağazada olanlar da mənim tanışlarımdı”. Elçin ilə Emin mağazadan çölə çıxmışlar. Biraz aralarında sözlə mübahisə davam eləmiş, daha sonra Emin ümumi olaraq məcburi köçkünlərin ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar “Araz” marketin qarşısında olan zaman Elçin Emini sillə ilə vurmuş, Emin yerə əyilib Elçinin ayağını qucaqlamışdır. O da Eminin başından bir dəfə sillə ilə vurmuşdur. Həmin vaxt ətrafda çox adam olmuş, onları aralaşdırmışlar, onlar da çıxıb getmişlər. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı o Elçin ilə dayanıb Eminlə söhbət etmişlər. Elçin, Kənan, Eldar onun dostlarıdır, münaqişə vaxtı onlar bir yerdə olmuşlar, o bir dəfə Eminin baş nahiyəsindən sillə vurub kənara çəkilmiş, orada adam çox olmuş, Emini daha kimlərin döydüyünü, kimlərin aralaşdırdığını görməmişdir. Eminlə əvvəllər heç bir düşmənçiliyi, ədavəti, heç bir mübahisələri olmamışdır. Hadisənin əks olunduğu görüntüdə Zərərçəkmiş şəxs hücum edib zərbə atan birinci şəxs Təqsirləndirilən şəxs1dur, Elçinin arxasınca Eminə zərbə atan isə odur. Hadisə zamanı əvvəlcə Elçin Eminin üstünə hücum çəkib yumruqla bir neçə dəfə baş və bədən nahiyələrindən zərbə vurur, Elçinin arxasınca o hücum edərək Eminin baş və bədən nahiyələrindən bir neçə dəfə yumruqla zərbə vurmuşdur. O ilkin ifadəsində özünü müdafiə etmək üçün bildirmişdir ki, Eminin baş nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Elçini əvvəldən tanıyırmış. Bu hadisədən təxmini bir il əvvəl Elçin onun qardaşını beşbarmqala vurmuşdu. Qonşu olduqları üçün onu bağışlamışlar. Mühammədi isə tanımır. Bu hadisə isə bu il baş vermişdi. Axşam saatları idi. O mağazaya “adapter” almağa getmişdir. O içəri girəndə mağazada müştəri olduğu üçün, gözləmişdir ki, o çıxsın. Bu vaxt Elçin gəlmiş, yanında başqa adam da olmuşdur. Üç nəfər olmuşlar. Mağazada mağazanın sahibi, onun işçisi, bir də müştəri olmuşdur. Elçin mağazaya girmiş, belindən bıçaq çıxarmış, bıçaq açıq olmuşdur. Elçin söyüş söyməyə başlamışdır. O, Elçinə bununla bağlı irad bildirmişdir. Elçinin onun sözündən acığı gəlmiş və ona çöldə çıxıb söhbət etməklərini bildirmişdir. Onlar çölə çıxıb qapıdan bir qədər aralanmışlar. Onlar çölə çıxanda Anar müəllim də qapıda olmuşdur. Anar ondan nə baş verdiyini soruşmuşdur. O Anarla söhbət edən vaxt onların yanına bir neçə nəfər də gəlmişdir, onlar təxminən yeddi nəfər olmuşlar. Onlar onu yanlarına çağırıb dairəyə almışlar. Elçin ona niyə irad bildirdiyini soruşdu. Bu zaman söhbət edən vaxt Elçin onun yumuruqla burnundan vurmuşdur. Sonra Elçingilin yanındakı digər adamlar da onu döyməyə başlamışlar. Bundan sonra onlar qırmızı rəngli “Prius” minib oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda yaşayır. O atası Süleymanov Zakirə məxsus “Shacman” markalı **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Təxminən 11 ildir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayırlar. Şahid4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid2, Ramiz və Rəşad adlı şəxslər Müşfiqabad qəsəbə sakinləridir, adlarını qeyd etdiyi şəxslər məcburi köçkünlərin yerləşdiyi binalarda yaşayırlar, onlar isə həyət evlərində yaşayırlar. 11 fevral 2024-cü il tarixdə saat 18 radələrində o Müşfiqabad qəsəbəsində yerləşən telefon təmiri mağazasının qarşısında dayanmışdır. Elçin və yanında üç nəfər qəsəbə sakinləri mağazaya daxil olub belindəki kəmərdən iri ölçülü bıçağı çıxarıb mağazada işləyən satcıya demiş ki, “bu bıçağı itiləyə bilərsən?”. Mağazada işləyən uşaq sakit təbiətlidir, Elçinə yox demişdir. Elçin əlində bıçaqla geri qayıdıb əlində bıçağı oynada-oynada demiş ki, “buradakıların var-yoxunu ... edərəm”. O da Elçinə demiş ki, “söyüş söymə, kiminsə anası-bacısı yoldan keçir, ayıbdır, söyüş söymə”. Onun bu sözü Elçin və yanındakılarının xoşuna gəlməmişdir. Onlar mağazanın qarşsında biraz dartışmışlar. Biraz dartışmışlar, daha sonra Elçin və yanındakılar ondan biraz kənarlaşıb bir neçə nəfər toplaşmışlar. O öz yaşadığı evin yaxınlığında yerləşən “Araz” marketlə üzbəüzdə fəaliyyət göstərən paltar satışı ilə məşğul olan mağazanın qarşısında dayanmışdır. Təxminən 3-5 dəqiqə sonra Elçin yanında bir neçə nəfər tanışları ilə birlikdə ona yaxınlaşaraq onun baş və bədən nahiyələrindən yumruq və təpiklə zərbələr vurub onun ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin vaxt orada olan qəsəbə sakini, onunla qonşuluqda yaşayan Anar müəllim onu tutub aralaşdırmış, yoxsa onu çox pis döyəcəkmişlər. Elçin və yanındakılar çıxıb getmişlər, o da evə qaçmışdır. DİN-in 102 zəng xidmətinə hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elçin və yanındakılarla onların arasındakı dava-dalaş təxminən 1 dəqiqə davam etmiş, onların qonşuluğunda yaşayan Anar müəllim onu tutub Elçingilin əlindən almış, o da qaçıb getmişdir. Elçin və yanında üç nəfər telefon mağazasında olan zaman əlində bıçaq tutub nalayiq ifadə işlədən zaman o Elçinə irad bildirmişdir. Onun iradı Elçinin xoşuna gəlməmiş, buna görə mağazanın qarşısında bir qədər dartışmışlar. Daha sonra Elçin yanında təxminən on - on beş nəfərlə üstünə hücum edib onu döymüşlər. Təxminən 1 il əvvəl, 2023-cü ilin əvvəllərində Elçin ondan yaşca kiçik qardaşı Zərərçəkmiş şəxslə dalaşmışdır. Həmin vaxtdan onların münasibətləri pisləşmiş. Elçinin qardaşı ilə dalaşmasından sonra onlar dəfələrlə qəsəbədə rastlaşmışlar, lakin aralarında heç bir münaqişə olmamışdır. Elçin yalan deyir, onun ümumilikdə məcburi köçkünlərin ünvanına nalayiq ifadələr işlətməyi tamamilə məntiqsizdir. Heç bir əqli qüsuru yoxdur, kəm ağıl deyil, ruhi-əsəb xəstəliyi yoxdur, bu günə qədər də olmamışdır. Sadəcə olaraq Elçin və yanındakılar özlərinə bəraət qazandırmaqdan ötrü belə bir ifadə verirlər. Münaqişə zamanı o heç kimə xəsarət yetirməmiş, heç kimin də ünvanına nalayiq ifadə işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. “SOCAR”-da Təhlükəsizlik Departamentində mühafizəçi vəzifəsində çalışır. Müşfiqabad qəsəbəsində yaşayan Zakirin oğlu Emini uzun müddətdir ki, tanıyır. Emini arabir görür, lakin atası Zakiri isə uzun illərdi ki, tanıyır, münasibətləri yaxşıdır. Müşfiqabad qəsəbəsi, yeni qəsəbə deyilən yerdə “Araz” marketlə üzbəüzdə paltar mağazası işlədir. 11 fevral 2024-cü il tarixdə saat 20 radələrində o işlətdiyi mağaza tərəflərdə bərbərə getmişdir. Bərbərdə olan zaman orada olanlardan xatırlamadığı bir nəfər ona demiş ki, “kəndlin Emini döyürlər”. O işlətdiyi mağazaya tərəf gəlmiş, görmüş ki, Zakirin oğlu Emini çoxlu sayda uşaqlar dövrəyə alıb mübahisə edirlər. Mübahisənin məğzi ondan ibarət olmuş ki, mübahisə edən uşaqlardan biri söyüş söyüb, Emin də həmin uşağa irad bildirmiş ki, “hamının anası-bacısı var, söyüş söymək olmaz”. O Emingilini aralaşdırıb Emini öz yaşadığı evə yola salmağa çalışmışdır. Emin də getmək istəməmiş. O da Emini öz işlətdiyi mağazaya aparmaq istəmişdir. Emin mağazanın qarşısına getmiş, o da Eminlə mübahisə edən uşaqların qarşısını kəsmiş ki, hər hansı hadisə baş verməsin. Birdən uşaqlardan biri demiş ki, “əmi olar, Eminə söz deyim”. Qəfil səs eşitmiş, görmüş ki, Eminin üstünə hücum çəkmişlər. O dərhal araya girib Emini oradan uzaqlaşdırmışdır. Uşaqlar da çıxıb getmişlər. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Emin ilə mübahisə edən, Emini döyən uşaqlar Müşfiqabad qəsəbə sakinləridir, lakin heç birinin adını bilmir. Həm də dava-dalaş zamanı hava qaranlıq olduğundan, həm də qarışıqlıq düşdüyündən Emini döyən uşaqların konkret kimlər olduğunu görməmişdir. Münaqişə zamanı o çalışırmış ki, Emini aralaşdırsın ki, ağır xəsarət almasın. Eminin üstünə çox uşaq hücum çəkmiş, lakin hamı vura bilməmiş, içərilərindən bir-ikisi Emini yumruq-təpiklə vurmuşdur. O da Emingili aralaşdırmış və Emini də evlərinə yola salmışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda heç bir işlə məşğul olmur. Təxminən 11 ildir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Məcburi köçkünlər” şəhərciyində yaşayırlar. Mühammədi və Elçini təxminən 10 ildir ki, Müşfiqabad qəsəbəsindən tanıyır, münasibətləri yaxşı olmuşdur. 11 fevral 2024-cü il tarixdə axşam saatlarında yaşadığı küçənin aşağısında dayanmış. Birdən tanış uşaqların bir yerə yığışdığını, aranın qarışdığını görmüşdür. Dərhal məsələni aydınlaşdırmaq üçün özümü uşaqların yanına çatdırmışdır. O Mühammədə çatanda görmüş ki, Müşfiqabad qsəbəsindən tanıdığı Emin adlı şəxs Mühamməd və Elçin ilə mübahisə edir. Mübahisə zamanı Mühamməd Eminə nəsə demiş, Emin də Mühammədə demiş ki, “sənin böyüyündü”. Emin dayandığı yerdən Araz marketlə üzbəüzdə yerləşən paltar mağazasının qarşısına gəlmiş. Mühamməd, Elçin, o, Kənan Eminin yanına getmişlər. Eminə çatan kimi Mühamməd ilə Elçin vurmağa başlamışlar. Ortalıq qarışmış, bir neçə nəfər onları aralaşdırmışdır. Qarışıqlıq zamanı Emini o da araşdırmağa çalışmışdır. Eminin tanışları da, adlarını bilmədiyi iki-üç nəfər qəsəbə sakini Emini oradan uzaqlaşdırmışlar. Onlar da öz evlərinə getmişlər. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. O məhkəməyə teleqram ünvanlayaraq, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda heç bir işlə məşğul olmur. O Elçini və Emini təxminən 3-4 aydır ki, Müşfiqabad qəsəbəsindən tanıyır. Adətən tanışı “GSM Baku” adlı telefon mağazasında olur. Onun yaşadığı ərazidə elə də çox tanışı yoxdur. Emin arabir onun oturduğu mağazaya gəlib oturub onunla söhbət edir. 2024-cü ilin fevral ayının əvvəllərində axşam saatlarında mağazada oturub telefonla oyun oynayırdım. Mağazada ondan başqa mağazanın sahibi Kamil adlı şəxs də olmuşdur. Kamil kişi yaşlı adamdır, gözdən əlildir, gözləri demək olar ki, görmür. Həmin vaxt Emin mağazaya gəlmiş. Emin qapının ağzında, çöl tərəfdə dayanıb onunla salamlaşmış, mağazaya daxil olmamışdır. Biraz keçmiş ki, məcburi köçkünlər şəhərciyində yaşayan Elçin adlı şəxs mağazanın qarşısında dayanıb əlində bıçaqla ona demiş ki, “burada bıçaq itiləmirsiniz?”. O da Elçinə demiş ki, “bura mobil telefon mağazasıdır, burda bıçaq itiləmirlər”. Elçin də dönüb gedəndə telefonla danışırmış, telefonla danışdığı zaman elə-belə söyüş söymüşdür. Emin həmin vaxt müdaxilə edib demiş ki, “söyüş söymə, cammatın anası-bacısı var”. Elçin telefonla danışadanışa gedirmiş, Eminin sözündən sonra geri qayıtmışdır. Elçin Eminə demiş ki, “yaxşı, söyüş söymürəm”. X13 arasında mübahisə yaranmışdır. O mağazanın içərisində olduğu üçün heç nəyə qarışmamış. Emin ilə Elçin mübahisə edə-edə onun oturduğu mağazadan yuxarı qalxmışlar. Daha sonra nə baş verdiyindən, kimin kimi döydüyündən xəbəri olmamışdır. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Emin ilə Elçin mağazanın qarşısında mübahisə edib yuxarı qalxmışlar, o da mağazadan çölə çıxmamış deyə aralarında nə baş verdiyindən heç bir məlumatı olmamışdır. Elçin onun oturduğu mağazanın qarşısında Emin ilə mübahisə edən zaman tək olmuş, yanında heç kim olmamışdır. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə, baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. O məhkəməyə teleqram ünvanlayaraq, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda yaşadığı Müşfiqabad qəsəbəsində yerləşən 33 saylı tam orta məktəbin 11 sinif şagirdidir. Elçin, Mühamməd, Eldarı yaşadığı Müşfiqabad qəsəbəsindən tanıyır. Onlar da onunla birlikdə məcburi köçkünlər şəhərciyində yaşayırlar. Münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs da Müşfiqabad qəsəbəsindən tanıyır. Onun Eminlə yox, qardaşı Elvin ilə münasibəti olmuşdur. Elvin də hazırda hərbi xidmətdədir. 11 fevral 2024-cü il tarixdə saat 20 radələrində evdən çıxıb Müşfiqabad qəsəbəsi, yeni qəsəbə deyilən yerləşən “GSM Baku” Telekom adlı mağazaya gedirmiş ki, telefonunu təmir etdirsin. O mağazada olan zaman mobil telefonunu mağazada işləyən Nihat adlı uşağa vermiş ki, təmir eləsin. O mağazaya gələndə Emin mağazanın qapısında dayanmışdır. Biraz keçmiş ki, mağazaya Elçin də gəlmişdir. Emin qapıda dayandığından Elçin Eminə demiş ki, “icazə verirsən mağazaya daxil olum?”. Emin biraz yekəxanalıq edərək Elçinə demiş ki, “görmürsən bu boyda yer var, keç də”. Elçin heç nə demədən mağazaya bir təhər daxil olmuş, mağazanın qapısını bağlamışdır. Mağazada olan zaman Elçin telefonla danışmış, telefonda danışdığı şəxslə biraz söyüşlə danışdır. Birdən Emin qışqırmış ki, “nə söyüş söyürsən, camaatın anası-bacısı var”. Elçin sakit tərzdə Eminə demiş ki, “əvvala mağazanın qapısı bağlıdır, səs mağazadan çölə çıxmır, burada da qadın yoxdur”. Bundan sonra Eminlə Elçin arasında mübahisə yaranmışdır. Onlar mağazadan çölə çıxmışlar. Çöldə Mühamməd, Eldar dayanıb onu gözləyirmişlər ki, birlikdə qutab yeməyə getsinlər. Emin səs-küy salmağa başlamış, Elçin onları kənarlaşdırıb demiş ki, “Eminin məqsədi məni işə salmaqdır, mən bunları tanıyıram, gəlin gedək, problem olmasın”. Onlar getdikləri zaman Emin onlara arxalarınca qışqıraraq demiş ki, “hamınızı tapdalıyaram”. Emin qışqırıb öz yaşadığı evə tərəf gedirmiş. Elçin Eminə tərəf gedib demiş ki, “nə deyirsən?”. Elçin Eminlə söhbət edən zaman söyüş söymüş, Emin də Mühammədə demiş ki, “sənin sahibindir”. Bu zaman Elçin də, Mühamməd də Eminin üstünə hücum çəkmiş, yumruqla zərbələr atmışlar. O da orda olmuşdur, lakin Eminə zərbə atmağa imkan olmamış, Elçin Emini döyən zaman bir nəfər Emini tutub aralaşdırmağa çalışmış. Orada olanlardan demək olar ki, bir, ya da iki nəfər Eminə zərbə atmış, qalan hamı Eminin başına toplaşmış, amma heç kim Emini vurmamışdır. Dolu bədən quruluşlu, balaca boy kişi Emini aralaşdırıb evlərinə tərəf yola salmışdır. Onlar da oradan uzaqlaşıb getmişlər. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Emin yalan deyir, Elçin mağazaya daxil olanda Emin özü Elçinə sataşmış. Elçin mağazanın qapısı bağlı telefonla danışan zaman telefonda danışdığı şəxslə söyüşlə danışmış, Emin Elçinin danışığına müdaxilə edib demiş ki, “camaatın anası-bacısı var, söyüş söymə”. Elçin görmüş ki, Emin özü bilərəkdən münaqişə yaratmağa çalışır, Elçin onlara demiş ki, “gəlin gedək, mən bunu yaxşı tanıyıram”. Bundan sonra Emin yenə söz atdı deyə münaqişə yaranmışdır. Hadisə günün axşam saatlarında, havanın qaranlıq vaxtında baş verdiyi üçün ətrafda kimlərin olduğunu dəqiq görməmişdir. Bildiklərindən Elçin, Mühamməd, Eldar olmuş, digərləri isə həm ara qarışdığından, həm də tanımadığı şəxslər olduğundan kimlər olduğunu dəqiq deyə bilmir. Emin döyüləndən sonra məcburi köçkünlərin ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 Qaradağ rayon şöbəsinin 24 fevral 2024-cü il tarixli 88 saylı rəyindən görünür ki,

1. Vǝtəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın sağ gicgah nahiyəsinin dərialtı hematoması və üst dodağın selikli qişasının əzilmiş yarası, üst dodağın və boyun nahiyəsinin sıyrıqları, döş qəfəsinin və sol almacıq nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda başın sağ gicgah nahiyəsinin dərialtı hematoması və üst dodağın selikli qişasının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvrumaya aid edilir, üst dodağın və boyun nahiyəsinin sıyrıqları, döş qəfəsinin və sol almacıq nahiyələrinin qançırları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir.

2. Vǝt. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi, eləcə də yıxılma nəticəsində törənməsi inandırıcı deyildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 20 iyul 2024cü il tarixli 2115 saylı rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Təqsirləndirilən şəxs2 ünsiyyətçillik, adaptivlik, emosionallıq çətin situasiyalar zamanı çıxış yolu tapa bilmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual inkişafı yaş xüsusiyyətlərinə uyğundur, o, etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarındadır. X6 törətmiş olduğu cinayət əməlinin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 22 iyul 2024cü il tarixli 2129 saylı rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Ünsiyyətçillik, özünəməxsus mövqe prinsipǝ malik olmaq, söz götürməmək, çılğınlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, o, etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlinin mahiyyətini dərk edə bilərdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, 11 fevral 2024-cü il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni qəsəbədə yerləşən "Sədərək Qiymətinə" adlı mağazanın təhlükəsizlik kamerasından götürülmüş, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 11 fevral 2024-cü il tarixdə saat 19:47 radələrində "Özbək pambıq materiallarının çəki və topdan və pərakəndə satışı" adlı mağazanın qarşısında iş üzrə Zərərçəkmiş şəxs üstünə hücum çəkərək yumruqla bir neçə dəfə zərbə vurur, ətrafa çoxlu sayda insanlar toplaşır. Təqsirləndirilən şəxs1 başqa bir nəfər də, yəni Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs baş və bədən nahiyələrindən bir neçə dəfə yumruqla zərbə vurur. Ətrafda olan bir neçə nəfər şəxs dava-dalaşı aralaşdırır. Video görüntü 47 saniyə davam edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci və 127.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş daha sonra həmin hökmdən təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü dəişdirilərək CM-nin 126.1 və 127.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəl 30 iyul 2024-cü il tarixdən hesablanmış. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə özlərini qismən təqsirli bilsələr də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən zərəçəkmiş şəxsin və şahidlərin ifadələrini müqayisəli şəkildə təhlil edərək onların verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onların törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslə atasının barışıq əldə etməyə real cəhdlər göstərməsini və əməlini qismən etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlini qismən etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, ailə və maddi vəziyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi, Təqsirləndirilən şəxs2 isə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs2 üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 27 iyun 2024-cü il tarixdə saat 12:40-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində 27 iyun 2024-cü il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 27 iyun 2024-cü il tarixdə saat 14:30-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində 27 iyun 2024-cü il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən 40 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ :

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırkı cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2024-cü il tarixli qərarı ilə dəişdirilərək təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 birinci hökm üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş vahid cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəişdirilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 hal-hazırda Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar müəssəsində (kompleksdə) azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasını əvvəli 30 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin.

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Füzuli rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, təhsilini davam etdirmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Füzuli rayonu İcra və Probasiya şöbəsinə tapşırılsın. Hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 tərəfindən isə hökmün surətinin ona rəsmi qaydada təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar