Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-220/2023 13.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:30-da X3 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, məhkumluğu olmayan, işsiz, Mingəçevir şəhəri, X4 küçəsi ev 3,mənzil 54 ünvanında qeydiyyatda olmaqla ünvan 3 küçəsi, nömrəsiz evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı X1 ilə özgə əmlakını gizli yolla talamaq məqsədilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023- ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Meyvəli ticarət mərkəzinin çıxışı ilə üzbəüz yolun digər tərəfində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “İveco” markalı DD-437-VD Gürcüstan Respublikası dövlət qeydiyyat nömrə nişanlı evakuatorun arxa hissəsinə bərkidilmiş, avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş, pilləkən funksiyasını həyata keçirən, avtomobilin ehtiyyat hissəsi sayılan, hər biri 140(yüz qırx) manat dəyərində 2(iki) ədəd 2,5 metr uzunluğunda aliminium lövhəni vahid niyyətlə gizli yolla talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 280 (iki yüz səksən) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Mingəçevir şəhəri, X4 küçəsi, ev 3, mənzil 54 ünvanında qeydiyyatda olmaqla ünvan 3 küçəsi, nömrəsi ev ünvanında yaşayır. Avtobus sürücüsüdür. İsmayıl Məmmədovu uzun müddətdir tanıyır, onunla və qardaşı ilə dostluq edir. xx.xx.2023-cü il tarixdə İsmayıl ona Meyvəli TM ilə üzbə- üz yolun digər tərəfində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında dəmir metal olduğunu və həmin metalı oradan götürmək lazım olduğunu demişdir. O, onunla razılaşmış və birlikdə oraya getmişlər. Meyvəli TM ilə üzbə- üz yolun digər tərəfində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığına çatmışlar və yerdə olan 2(iki) ədəd metal pilləkənləri götürmüşlər. Daha sonra oradan təsadüfən keçən taksilərdən birini dayandıraraq yükləri olduqlarını bildirərək, həmin taksini idarə edən sürücü ilə 15(on beş) manat qarşılığında 2(iki) ədəd aliminium lövhəni Bakı şəhəri, Səbail rayonu, 20-ci sahəyə aparmaq və onları geri gətirməsi barədə razılaşmışlar. Hər ikisi pilləkənləri avtomobilə yükləyərək yola düşmüşlər. Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən metal qəbulu məntəqəsinə çataraq hər 2(iki) pilləkəni 165 (yüz altmış beş) manat qarşılığında həmin metal qəbulu məntəqəsinə satmışlar. Əldə etdikləri pulu elə həmin gün restoranların birində xərcləmişlər. xx.xx.2023-cü il tarixdə yenidən həmin metal qəbulu məntəqəsinə metal aparıb satmaq istəyən zaman polis əməkdaşları ona və İsmayıl Məmmədova yaxınlaşaraq özlərini təqdim edib, oğurluq etdiklərini bildirmişlər və hər ikisini 10-cu PB-nə dəvət etmişlər. Suallara cavab olaraq bildirmişdir ki, İsmayıl Məmmədov ona sözügedən ünvandan metal götürməklə bağlı təklif edəndə həmin pilləkənları oğurlayacaqlarını bilməmişdir. O, bu barədə hadisədən sonra bilmişdir. Əməlindən peşmandır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə 20 fevral və 17 mart 2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində məhkəmədə verdiyi ifadə ilə eyni ifadələr versə də, məhkəmədə verdiyi ifadədən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadələrində xx.xx.2023-cü il tarixdə İsmayıl Məmmədov ilə işdə olan zaman, Meyvəli TM- də yerləşən kafedə spirtli içki qəbul etdiklərini, həmin gün təxminən saat 18:00 radələrində kafedən çıxaraq yaxınlıqda gəzdiklərini, bu zaman Meyvəli TM ilə üzbə- üz yolun digər tərəfində yerləşən ”ABU”” yanacaq doldurma məntəqəsinin yaxınlığında “İveco” markalı avtobilin arxa hissəsində metal pilləkən olduğunu gördüklərini, həmin metala baxış keçirən zaman metalın aliminium olduğu onlara məlum oldğunu, daha sonra hər ikisi də həmin pilləkənləri oğurlamağa qərar verdiklərini, müəyyən qədər ətrafa baxdıqdan sonra saat 18:30-da oğurluq məqsədlərini həyata keçirmək üçün “iveco” markalı avtobillə yaxınlaşaraq, avtomobilin arxa hissəsinə qoşulu olan 2(iki) ədəd pilləkən kimi istifadə olunan aliminium lövhəni oğurlayaraq oradan uzaqlaşdıqlarını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “İveco” markalı DD- 437-VD Gürcüstan Respublikası dövlət qeydiyyat nömrə nişanlı evakuatoru etibarnamə əsasında idarə edərək, Bakıdan Gürcüstan Respublikasına minik avtomobilləri aparır, həmçinin Gürcüstan Respublikasından Bakı şəhərinə gətirir, əldə etdiyi gəlir ilə də öz ailəsini dolandırır. Evakuatorlarda avtomobilləri yükləmək üçün arxa hissəsinə bərkildilmiş pilləkən funksiyasını həyata keçirən 2(iki) ədəd 2,5 metr uzunluğunda aliminium lövhələr olur. O, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində idarə etdiyi evakuatoru Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi Meyvəli ticarət mərkəzi ilə üzbəüz yolun digər tərəfində yeləşən “ABU” Yanacaq doldurma məntəqəsinə çatmamış boşluq ərazidə saxlayaraq şəxsi işləri ilə məşğul olmaq üçün oradan uzaqlaşmışdır. Həmin gün işlərini bitirdikdən sonra, saat 19:00 radələrində avtmobilin olduğu yerə yaxınlaşmışdır. Bu zaman avtomobilin arxa hissəsində olan pilləkən funksiyasını həyata keçirən 2(iki) ədəd 2,5 metr uzunluğunda aliminium lövhələrin yerində omadığını, oğurlandığını aşkar etmişdir. Daha sonra isə baş verən hadisə ilə əlaqədar DİN-in 102 Xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona hər bir aliminium lövhənin qiyməti 200(iki yüz) manat olmaqla ümumilikdə 400(dörd yüz) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs bağışlamış və ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu, Salmanbəyli ərazi dairəsi, Salmanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Salyan yolu şosessi üzərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı metal qəbulu məntəqəsində işləyir. İşlədiyi zaman ayrı-ayrı şəxslərdən müxtəlif metallar alaraq zavodlara satır və əldə etdiyi gəlir ilə öz ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə işdə olan zaman əvvəlcədən tanıdığı, yəni əvvəllərdə ona metal satan və şəxsiyyət vəsiqəsinin surəti onda olan Fəxrəddin adlı şəxs yanında bir nəfər şəxs ilə birlikdə metal qəbulu məntəqəsinə yaxınlaşaraq 2(iki) ədəd aliminium lövhə alduğunu və onu satmaq istədiyini bildirmişdir. O, metalı ala biləcəyini, ancaq çəkisinin müəyyən edilməli olduğunu demişdir. Fəxrəddin adlı şəxs və yanında olan adı ona sonradan məlum olmuş İsmayıl adlı şəxs metal lövhələrin yükləndiyi markasını bilmədiyi avtomobilə yaxınlaşaraq avtomobilin sürücü ilə birlikdə metal lövhələri metal qəbulu məntəqəsinə gətirmişlər. Həmin aliminium lövhələrin çəkisi və qiyməti tərəfindən müəyyən edildikdən sonra həmin şəxslər ilə 165(yüz altmış beş) manat qarşılığında razılaşmışdır. Həmin metal lövhələri götürərək Fəxrəddin və İsmayıl adlı şəxsə 165(yüz altmış beş) manat pul ödəmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları işlədiyi metal qəbulu məntəqəsinə gələrək, ondan 2(iki) ədəd aliminium lövhə alıb- almamağını soruşmuşlar və həmin metal lövhələrin oğurluq yolu ilə əldə edildiyi barədə ona məlumat vermişlər. O, həmin polis əməkdaşlarına 2(iki) gün bundan əvvəl aldığını bildirərək həmin aliminium lövhələri və həmin lövhələri ona satan Fəxrəddin adlı şəxsin anket məlumatlarını polis əməkdaşlarına bildirmişdir. xx.xx.2023-cü il tarixdə isə Fəxrəddin və İsmayıl adlı şəxs yenidən metal qəbulu məntəqəsinə gələn zaman isə polis əməkdaşları da yenidən metal qəbulu məntəqəsində olmuşlar. Bu zaman polis əməkdaşları Fərrux və İsmayıl adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edib hər iki şəxsi polis bölməsinə dəvət etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Toyota corolla” markalı, **- KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə “Bolt” taksi şirkətində sürücü kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı Xocahəsən qəsəbəsinə gedən zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli TM-in yaxınlığından keçərkən 2(iki) nəfər şəxs əl hərəkəti edərək onu dayandırmışdır. O, həmin şəxslərin kim olmasım bilməmişdir. Həmin şəxslərdən nisbətən uca boy olan, avtomobili dayandırdıqdan sonra ona yaxınlaşaraq yükəri olduğunu həmin yükü 20-ci sahəyə aparmağını istəmişlər. O, həmin şəxslərin yükünü 20-ci sahəyə aparmaq və onları geri gətirmək üçün 15 manat qarşılığında onlarla razılaşmışdır. Həmin şəxslər idarə etdiyi avtomobilə metal yükləyəcəklərini bildirən zaman onlardan metalı haradan əldə etdiklərini soruşmuş, bu zaman nisbətən uca boy olan adı ona sonradan məlum olan Fəxrəddin adlı şəxs ona evakuatoru göstərərək həmin evakuatorun onun olduğunu həmin metalın yenisini aldığı üçün işlənmiş olanı satmağa apardığını bildirmişdir. O, buna görə onlardan şübhələnməmişdir. O, avtomobilini düz evakuatorun yanına sürmüşdür. Daha sonra həmin metallar avtomobilinə yükələnilmiş və 20-ci sahədə yerləşən metal qəbulu yerinə getmişlər. Həmin metalları satdıqdan sonra o, hər iki şəxsi yenidən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli TM-in yaxınlığına gətirərək 15 manat pulunu almış və oradan yaşadığı evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları istifadəsində olan mobil nömrəyə zəng edərək oğurluq hadisəsi olduğunu onun avtomobili ilə oğurlanan əmlakların aparıldığını bildirmişlər. O, polis bölməsinə yaxınlaşmış və həmin metalların satıldığı metal qəbulu məntəqəsini polis əməkdaşlarına göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə ekspertizanın xx.xx.2023-cü il tarixli, 9/1559 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 02 ədəd, 2.5 metr uzunluğunda avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş aliminum lövhələrin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 280.00 (02 ədəd x 140.00) manat müəyyən edilir. Cinayət işində olan xx.xx.2023-cü il tarixli “baxış keçirmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, metal qəbulu məntəqəsini işlədən Şahid1 tərəfindən təqdim edilmiş 2(iki) ədəd metal lövhəyə Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov tərəfindən baxış keçirilmişdir. Həmin predmetlərə baxış keçirən zaman müəyyən edilmişdir ki, 2(iki) ədəd metal lövhə 2.5 metr uzunluğunda 60 santimetr enindədir və üzərlərində deşiklər vardır. Baxış keçirilmiş predmetlər Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov tərəfindən götürülmüşdür. Cinayət işində olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokodan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs 02 ədəd, 2.5 metr uzunluğunda avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş aliminum lövhə təqdim edilmişdir. Zərərçəkmiş şəxs təqdim edilən əşyaları tanıyaraq bildirmişdir ki, həmin əşyalar ona məxsusdur, X1 və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Cinayət işində olan “DVD diskə baxış keçirilməsi haqqında“ 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskin içərisində **********-2 adlı video görüntü vardır. Video görüntü 01 dəqiqə, 01 saniyə davam edir. Həmin video görüntüdə 1 (bir) nəfər uzun boylu, açıq göy rəngli cins şalvar geyinmiş, 45- 50 yaşlarında kişi cinsindən olan şəxs aliminium lövhəni tərəzinin üzərinə qoyduğu, balaca boy, üzü saqqallı 25-30 yaşlarında kişi cinsindən olan digər şəxsin isə metal qəbulu məntəqəsinin çöl hissəsindən əlavə olaraq 1 (bir) ədəd aliminium lövhə gətirərək digər şəxs ilə köməkli şəkildə tərəzinin üzərinə yerləşdirdiyi aşkar şəkildə görünür. Bu zaman həmin yerdə 1 (bir) nəfər 30-35 yaşlarında orta boylu ağ rəngli idman ayaqqabısı və qara rəngli papaq geyinmiş şəxsin də olduğu, ancaq həmin şəxsin bir qədər kənarda dayanaraq metal qəbulu məntəqəsini işlətdiyi bilinən şəxsdən pul alaraq saydığı görünür. Daha sora metal qəbulu məntəqəsini işlədən və aliminum lövhələri tərəzinin üzərinə qoyan şəxslər tərəziyə baxırlar və aliminum lövhələri tərəzinin üzərinə qoyan şəxslər metal qəbulu məntəqəsinin içərisində yerləşən digər otağa daxil olurlar. Bu zaman metal qəbulu məntəqəsinin qapısının qarşısında qara rəngli paltar geyinmiş, orta boylu, qara rəngli papaq taxmış bir nəfər şəxsin də dayandığı, ancaq metal qəbulu məntəqəsinə daxil olmadığı görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxslərdən üzü saqqallı 25-30 yaşlarında kişi cinsindən olan metal qəbulu məntəqəsinin çöl hissəsindən əlavə olaraq 1 (bir) ədəd aliminium lövhə gətirərək tərəzinin üzərinə qoyan şəxsin İsmayıl Məmmədov, açıq göy rəngli cins şalvar geyinmiş, şəxsin isə özü olduğunu, mağazanın çöl hissəsində dayanmış digər şəxsin isə taksi sürücü olduğunu, həmin şəxsin adını bilmədiyini, baş verən alqı satqı zamanı metal qəbulu məntəqsində olan digər şəxsin isə onlardan əvvəl mağazaya gəlmiş adını bilmədiyi başqa metal satan şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan 22 mart 2023-cü il tarixli qəbzdən görünür ki, 02 ədəd, 2.5 metr uzunluğunda avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş aliminum lövhə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nizami Rayon Məhkəməsinin 1 (007)-62/11 nömrəli xx.xx.2011 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməktə təqsirli bilinib 01 (bir) il 10(on) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə 08 (səkkiz) ay 01 (bir) gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsini, onunla barışığın əldə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının CPM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd, 2.5 metr uzunluğunda avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş aliminum lövhənin zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd, 2.5 metr uzunluğunda avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş aliminum lövhənin zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizasına görə 50 (əlli) manat xərc Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Paşayev
Məhkəmə qərarları › İş №1(002)-220/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-220/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver