Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-220/2024 18.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:30-da X2 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Zərdab rayonu Bıçaqçı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Zərdab rayonu Bıçaqçı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə, saat 01 radələrində qeyri-rəsmi nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs Ələsgər qızının yaşadığı ünvan 1 ünvanında olarkən Zərərçəkmiş şəxs telefonla başqa kişi ilə danışdığını görüb kimlə danışdığını soruşaraq mübahisə etmiş, qısqanclıq zəminində aralarında yaranmış münaqişə vaxtı yumruq və təpiklə Zərərçəkmiş şəxsnm baş və bədən nahiyələrinə vuraraq ona başın təpə və başın sol gicgah nahiyələrinin dərialtı hematomaları və hər iki bazu və sol said nahiyələrinin qançırlarından ibarət ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 6 ildir tanıyır və onunla qeyri-rəsmi olaraq ər-arvad münasibətləri vardır. Birgə yaşadıqları müddətdə Rəna ilə mübahisələri olub, lakin sonradan barışaraq münasibətlərini davam etdirmişlər. 20 fevral 2024-cü il tarixdə, təxminən saat 13 radələrində o, Zərərçəkmiş şəxs yaşadığı Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 2, mənzil 16 ünvanına gəlib, Rənanın mərhum oğlu Səbuhi də evdə olmuş, Səbuhi əvvəldən onun Rəna ilə olan münasibətlərini bilmiş, lakin Səbuhi ilə bununla əlaqədar hər hansı formada mübahisələri olmamışdır. O, oraya gələndən sonra Rəna onunla mehriban formada görüşmüş, o evdə Səbuhi ilə təmir işləri ilə məşğul olmuşdur. İşin sonunda axşam tərəfi evdə oturub ailəvi şəkildə yemək yemiş və spirtli içki içmişlər. Sonra Rənanın mobil nömrəsinə zəng gəlmiş və Rəna telefonu açıb, Hüseyn adlı şəxslə danışıb və Hüseyn Rənanı görüşə çağırmıdır. Onlar danışıb qurtardıqdan sonra o, Rənaya əsəbləşmiş ki, Hüseyn niyə onu görüşə çağırır, ona xəyanət etməsini demişdir. Oğlu da anasının Hüseynlə danışmasına görə əsəbləşmiş və Rənanın Hüseyinlə görüşmə barədə danışıqlarına görə o, onun qoluna yumruqla zərbə vurmuşdur. Sonra isə o, mərhum Səbuhi ilə oradan getmişlər. Onların mübahisələri zamanı Səbuhi anasının əlindən mobil telefonunu zorla almışdır ki, telefonla danışmasın. Səbuhi ilə o, evdən çıxıb Ələt qəsəbəsindəki kafelərdən birində əyləşib spirtli içki qəbul etmiş və sonra yenidən evə gəlmişlər. Onlar evə gələndə Rəna evdə olmamışdır. Rəna saat təxminən 03 radələrində evə gəlmiş, oğlu Səbuhi anasından harada olduğunu soruşmuş, anası da qonşuda olduğunu demişdir. Orada nə onun, nə də Səbuhinin Rəna ilə mübahisələri, davaları olmamışdır. Sadəcə olaraq əsəbi olduğu üçün Rənanın qolundan vurmuşdur. O, gecəni Rənagildə qalmış və könüllü olaraq Rəna ilə də birgə yatmışdır. Səhərisi günü çıxıb evinə getmişdir. Sonradan Rənanın ondan şikayət etməsini bilmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs ona istinad olunan əməldə təqsirli olması, həmçinin zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 6 ildir tanıyır, onunla qeyri-rəsmi ər-arvad münasibətindədirlər. xx.xx.2024-cü il tarixdə Şahmar onlarda olarkən mərhum oğlu Səbuhi də evdə olmuş, onlar evdə təmir işləri görmüşlər. Saat təxminən 17 radələrində Məşğulluq idarəsində işləyən Hüseyn adlı şəxs ona zəng vuraraq dost xidmətindən sənədləri gətirməsini, onu MKTB-yə işçi kimi götürmələri barədə bildirmişdir. Həmin vaxt Şahmar ona «sən kiminlə danışırsan, sən mənə xəyanət edirsən, gecənin bu vaxtı yalnız əxlaqsız qadınlara zəng edirlər» demişdir, o nə qədər izah etsədə ki, həmin şəxs işlə əlaqədar zəng edib, nə oğlu, nə də Şahmar inanmayaraq onunla hər ikisi mübahisə etmişlər. Şahmar həmin vaxt çox əsəbi olmuş və ona yüngül bədən xəsarətləri yetirmişdir. Şahmar onun əlindən mobil telefonunu almış, elə bu səbəbdən də o, Şahmardan polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışlar, ona dəymiş ziyan tamamilə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 17 may 2024-cü il tarixli, 09/124 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ələsgər qızının məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın təpə və başın sol gicgah nahiyələrinin dərialtı hematomaları, hər iki bazu və sol said nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə başın təpə və başın sol gicgah nahiyələrinin dərialtı hematomaları, həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir., hər iki bazu və sol said nahiyələrinin qançırları isə həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Məmişov X1 RPİ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Resmpublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub və Azərbaycan Respublikası CPM- nin 40.3 və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli qərarla barəsində cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurmuş ziyanı tamamilə ödəməsini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş zərəri tam şəkildə ödəməsini və onunla barışığın əldə olmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının CPM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 15 may 2024-cü il tarixdən 17 may 2024cü il tarixədək, yəni 02 (iki) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək, yəni 02 (iki) gün tutma altında olma müddəti nəzərə alınmaqla , onun üzərində qəti olaraq 1000 (min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №1(002)-220/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-220/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver