Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-221/2020 14.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – “Yusifbəyli və Partnyorları vəkil bürosunun vəkili” Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Oğuz rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 14, mənzil 9-da yaşayan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-221/2020 nömrəli xx xxxxxx 2020ci il tarixli qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1963-cü ildə Saatlı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, keçid 1410, ev 4, mənzil 86-da qeydiyyatda olmaqla Saatlı rayonu, Musalı kəndində yaşayan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-221/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, qəsdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə “Azərbaycan Respublikasının Sanitariya-Epidemioloji salamatlıq haqqında” Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xx xxxx 2020-ci il saat 00.00-dan etibarən xx xxxxx 2020-ci il saat 00.00-dək xüsusi karantin rejimi elan edilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla Azərbaycan Respublikasının şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının dayandırılması ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girməklə Oğuz rayonunda qeydiyyatda olduğu halda özünü və idarə etdiyi “Mercedes-Benz E240” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilini 50 manat pulun müqabilində xüsusi buraxılış rejimi qaydalarını pozaraq xüsusi keçid postundan Bakı şəhəri ərazisinə keçmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində keçid postundan təxminən 1 kilometr aralıda postda xidmət edən polis əməkdaşlarının görə bilməyəcəyi şəraitdə Bakı şəhəri istiqamətində yolun kənarında aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məxsus “Mercedes-Benz E240” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasına, Təqsirləndirilən şəxs1 isə həmin avtomobilin arxa yük yerində gizlənməklə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 65-ci kilometrliyində yaradılmış xüsusi polis postundan Bakı şəhəri istiqamətində keçməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs2 qəsdən və tamah məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, qəsdən və tamah məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə “Azərbaycan Respublikasının Sanitariya-Epidemioloji salamatlıq haqqında” Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xx xxxx 2020-ci il saat 00.00-dan etibarən xx xxxxx 2020-ci il saat 00.00-dək xüsusi karantin rejimi elan edilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla Azərbaycan Respublikasının şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının dayandırılması ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girməklə Oğuz rayonunda qeydiyyatda olan Təqsirləndirilən şəxs1 və sonuncunun idarə etdiyi “Mercedes-Benz E240” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilini 50 manat pulun müqabilində xüsusi buraxılış rejimi qaydalarını pozaraq xüsusi keçid postundan Bakı şəhəri ərazisinə keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində keçid postundan təxminən 1 kilometr aralıda postda xidmət edən polis əməkdaşlarının görə bilməyəcəyi şəraitdə Bakı şəhəri istiqamətində yolun kənarında aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məxsus “Mercedes-Benz E240” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasına, Təqsirləndirilən şəxs1 isə həmin avtomobilin arxa yük yerində gizlənməklə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 65-ci kilometrliyində yaradılmış xüsusi polis postundan Bakı şəhəri istiqamətində keçməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olsa da, faktiki olaraq ünvan 1 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. Arvadı isə Saatlı rayonundan olduğundan onun valideynləri həmin rayonda yaşayır. Onun öz valideynləri isə Oğuz rayonunda yaşayır. xx xxxx 2020-ci il tarixdə o, özünə məxsus “Mercedes E-Class” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı və oğlu ilə ilk əvvəl Oğuz rayonuna, ardınca isə Saatlı rayonuna getmişdir. Sonrakı gün Azərbaycan Respublikası ərazisində karantin rejimi tətbiq olunmuş və o, rayon qeydiyyatında olduğundan Bakı şəhərinə gələ bilməmişdir. O, buna görə orada yaşayan qohumlarından xahiş etmişdir ki, onun maşınını sürüb Bakı şəhərinə apara biləcək Bakı şəhərində qeydiyyatda olan şəxs tapsınlar. xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci il tarixə keçən gecə Saatlı rayonunda qohumları ona bir nəfər Əsgər adlı taksi sürücüsünü tapmışlar. xx xxxx 2020-ci il tarixdə təxminən saat 01 radələrində Əsgər onun maşınını sürmüş, o, ön oturacaqda oturmaqla onlar üzü Bakı şəhəri istiqamətinə doğru yola düşmüşlər. Təxminən saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinin girəcəyindəki posta yaxınlaşdıqda o, qərara gəlmişdir ki, avtomobilin yük hissəsinə keçib orada gizlənsin. Bundan sonra sürücü Əsgər adlı şəxs onun tapşırığına əsasən avtomobili yolun kənar hissəsində saxlamış, o da avtomobilin yük yerinə keçərək orada gizlənmişdir. Bundan sonra Əsgər tək Bakı şəhərinə gələn şəxs kimi avtomobili Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi karantin postunda yoxlama məntəqəsində saxlayıb, Bakı şəhər qeydiyyatlı şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına göstərib keçmişdir. Həmin vaxt polislər avtomobilin yük yerini yoxlamadıqlarına görə onu görməmişlər. Onlar təxminən 1 kilometrdən çox keçdikdən sonra Əsgər maşını saxlamış və o, yük yerindən çıxıb, salona keçib oturmuşdur. Əsgər onu Bakı şəhəri Nərimanov rayonuna gətirmiş, o, buna görə Əsgərə əvvəlcə razılaşdığı kimi 50 manat pul vermişdir. Hesab edir ki, onun törətdiyi əməl cinayət əməli deyil, inzibati xətadır və törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Təqsirləndirilən şəxs sonda əməlində cinayət tərkibi olmadığından, ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmamışdır. 2020-ci ilin mart ayının əvvəllərində ölkədə koronavirus epidemiyasının yayılmasına görə epidemiya rejimi ilə bağlı insanların bir-biri ilə təmaslarını azaltmaq üçün Azərbaycan Respublikası Baş Nazirinin qərarı ilə epidemiya rejimi yaradılmışdır. xx.xx.2020-ci il tarixdə isə ölkənin bir sıra şəhər və rayonlarında xüsusi karantin rejimi tətbiq olunmuşdur. Bununla bağlı Respublika rayonlarında qeydiyyatda olan şəxslərin Bakı şəhərinə girişi qadağan edilmişdir. Qadağalara görə istər rayonlarda qeydiyyatda olan maşınların, istər rayonlarda qeydiyyatda olan sürücülərin, istərsə də sərnişinlərin Bakı şəhərinə girişi qadağan edilərək rayon qeydiyyatında olan şəxslərin Bakı şəhərinə girişinin qarşısının alınması üçün xüsusi postlar yaradılmışdır. Həmin postlarda yoxlamalar təşkil edilərək, bu kimi şəxslərin Bakı şəhərinə girişi məhdudlaşdırılmışdır. O da bu kimi məlumatları söhbətlərdən və televiziyada verilən elanlardan eşitmişdir. O, xx xxxx 2020-ci il tarixdə onkoloji xəstə olan həyat yoldaşını xəstəxanadan çıxarıb, Saatlı rayonuna aparmışdır. O, xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci il tarixə keçən gecə Saatlı rayonunda yaşayan tanışı Zabitə adlı qadın ona demişdir ki, kürəkəni və qızı onun evinə qonaq gəlmişlər, lakin kürəkəni Elşən rayon qeydiyyatında olduğu üçün karantin rejimi qaydalarına görə Bakı şəhərinə qayıda bilmir. nHəmçinin o, bildirmişdir ki, kürəkəni Elşənin işi Bakı şəhərindədir və bu səbəbdən təcili Bakı şəhərinə getməlidir. Bundan sonra o, razılaşmışdır ki, Bakı şəhərində qeydiyyatda olduğuna görə Elşənin idarə etdiyi “Mercedes Benz E240” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili 50 manat pul əvəzində Elşənin özü ilə birlikdə Bakı şəhərinə aparsın. xx xxxx 2020-ci il tarixdə təxminən saat 01 radələrində o, Elşənin maşınını sürmüş, Elşən isə ön oturacaqda oturmaqla üzü Bakı şəhəri istiqamətinə doğru yola düşmüşlər. Təxminən saat 03 radələrində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinin girəcəyindəki posta yaxınlaşdıqda o, Elşənin tapşırığına əsasən maşını saxlamış, Elşən də maşından düşərək, avtomobilin yük hissəsinə keçib, orada gizlənmişdir. Bundan sonra o, tək Bakı şəhərinə gələn şəxs kimin avtomobili Bakı-Qazax- Gürcüstan yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi karantin postunda yoxlama məntəqəsində saxlayıb, Bakı şəhəri qeydiyyatlı şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına göstərərək postu keçmişdir. Polislər avtomobilin yük yerini yoxlamadıqlarına görə Elşəni görməmişlər. Onlar təxminən bir kilometrdən bir qədər artıq hərəkət etdikdən sonra o, maşını saxlamış və Elşən yük yerindən çıxaraq, keçib maşının salonunda oturmuşdur. Sonra o, Elşəni onun yaşadığı Bakı şəhəri Nərimanov rayonunda yerləşən evinə aparmışdır. Bunun müqabilində Elşən ona 50 manat pul vermiş və o, maşının ona təhvil verib, öz evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə dəvət olunmuşdur. Orada sorğu-sual zamanı o, hər şeyi olduğu kimi danışmışdır. Hesab edir ki, onun törətdiyi əməl cinayət əməli deyil, inzibati xətadır və törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Təqsirləndirilən şəxs sonda əməlində cinayət tərkibi olmadığından, ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasında xx xxxx 2020-ci il saat 00:00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması xx xxxx 2020-ci il tarixədək dayandırılmış, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişin daşıma nəqliyyat vasitələrinin; - avtobus, mikroavtobus, taksi və s. ölkənin başqa şəhər və rayonlarından Bakıya, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunmuşdur. xx xxxx 2020-ci il tarixdən koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə tədbirlər gücləndirilməklə Azərbaycan Respublikasının Sanitariyaepidemioloji salamatlıq haqqında Qanununa müvafiq olaraq xx xxxx 2020-ci il saat 00:00dan xx xxxxx 2020-ci il saat 00:00-dək xüsusi karantin rejimi elan edilərək xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişin daşıma fəaliyyəti dayandırılmışdır. Lakin ölkə ərazisində xx.xx.2020-ci il saat 00:00-dan etibarən koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq “Mercedes E-Klass 240” markalı, **- VD-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarə etdiyi avtomobillə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan sərnişinləri avtomobil yollarında yaradılmış xüsusi keçid postlarından müxtəlif yollarla qanunsuz keçirib onların Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna daşıyaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratması barədə daxil olmuş məlumatın yoxlanılması zamanı xx xxxx 2020-ci il tarixdə saat 11:00-da Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən olunaraq o, BMCMİ-yə dəvət olunmuş və onun xx xxxxxx 1990-cı il tarixdə Oğuz rayonunda anadan olmuş, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 14, mənzil 9-da kirayədə yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə ona məxsus “Mercedes E-Klass 240” markalı **-VD-*** qeydiyyat nişanlı avtomobili Saatlı rayonundan Bakı şəhəri istiqamətinə idarə etmək üçün Bakı şəhərində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 50 manat pul vermiş, sonuncu həmin pul qarşılığında onu avtomobilin yük yerində gizlətməklə epidemiya əleyhinə rejimin, xüsusi karantin rejiminin tələblərini pozaraq avtomobil yollarında yaradılmış xüsusi keçid postlarından qanunsuz keçirib Bakı şəhərinə daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X10 bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, X7 xx xxxx 2020-ci il tarixli əmrinə əsasən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 65-ci kilometrliyində xüsusi polis postu yaradılmış və o, həmin posta təhkim edilmişdir. X12 alayının Stasionar postundan fərqli olaraq Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 65-ci kilometrliyində yaradılmış xüsusi polis postu karantin rejiminin pozulma hallarının qarşısını alınmasına nəzarət etmiş, Bakı şəhərinə daxil olmaq istəyən nəqliyyat vasitələrin və şəxslərin buna hüququ olub-olmaması yoxlanılmışdır. Belə ki, “Azərbaycan Respublikasının Sanitariya- Epidemioloji salamatlıq haqqında” Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xx xxxx 2020-ci il saat 00.00-dan etibarən xx xxxxx 2020-ci il saat 00.00dək xüsusi karantin rejimi elan edilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla Azərbaycan Respublikasının şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və sərnişinlərin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyətinin dayandırılmışdır. xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək o, xidmətdə olmuşdur. Həmin vaxtdan uzun müddət keçməsi ilə bağlı “Mercedes E-Klass 240” markalı, **-VD-*** qeydiyyat nişanlı avtomobilin postdan keçib-keçməməsi barədə dəqiq fikir söyləyə bilmir. Həmçinin təlimata uyğun onun hər hansı nəqliyyat vasitəsində axtarış aparılmasına hüququ və icazəsi olmamışdır. Hər hansı bir şəxs avtomobilin yük yerində gizləndiyi halda belə onun müəyyən edilməsi mümkün olmamışdır. Təlimata uyğun olaraq nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərin qeydiyyatda bağlı şəxsiyyət vəsiqələri yoxlanılır. Yol Patrul Xidməti alayının Stasionar postundan fərqli olaraq xüsusi karantin postlarında sürücünün nəqliyyat vasitəsinin idarə etmək hüququnun olub-olmaması yoxlanılmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət X10 bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru Şahid3 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tərəflərə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli qərar və tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 26, 27) Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli qərar və tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 47, 48) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-366/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 92- 94) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-367/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 95- 97) Maddi sübut hesab edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, “Mercedes-Benz E240” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (İ cild, i.v. 103-104) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 105) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 halhazırda məhkumluğu yoxdur. (İ cild, i.v. 106-107) Oğuz RİHB-nin X8 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 saylı, xx xxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda Oğuz RİHB-nin X8 Dairəsi üzrə nümayəndəliyində daimi qeydiyyatda olmaqla ailəsi ilə birgə Bakı şəhərində yaşayır. (İ cild, i.v. 141) Oğuz RİHB-nin X8 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 saylı, xx xxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi arvadı X4 və 2018ci il təvəllüdlü X3 ibarətdir. (İ cild, i.v. 142) Oğuz RİHB-nin X8 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 143) 79 saylı MKİS tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 151) Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihama dəyişikliklər edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihama dəyişikliklər edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, “Mercedes-Benz E240” markalı, **- VD-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılması barədə xx xxxx 2020-ci il tarixli qərarın nəzərə alınması qərara alınmışdır. (İ cild, i.v. 152-155) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-686/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. (İ cild, i.v. 193-195) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-687/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. (İ cild, i.v. 196-155) AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qeydiyyatdadır. (İ cild, i.v. 203) AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatdadır. (İ cild, i.v. 203) Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD seriyalı 248174 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 240” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs1 mülkiyyətindədir.(İ cild, i.v. 203) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli 123/MEŞ saylı rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə yuxarı tənəffüs yollarından götürülmüş yaxmaların COVİD-19 infeksiyasına görə müayinələrinin cavabları neqativ olmuşdur. Onun xx xxxx 2020-ci il tarixdə koronavirus (COVİD-19) və ya başqa virusa yoluxub-yoluxmaması ilə əlaqədar tibbi sənəd olmadığından bu barədə dəqiq fikir söyləmək mümkün deyidir. 2. Hər hansı bir sağlam şəxs tərəfindən sanitariya-gigiyena qaydaları pozulmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (COVİD- 19) bir yerdən başqa yerə daşıması mümkündür və digər şəxsləri yoluxdura bilər. Nəzərə almaq lazımdır ki, COVİD-19 infeksiyasına yoluxmuş və şübhəli şəxslərin müalicəsi və karantində saxlanılması üçün ayrılmış tibb müəssisələrində sanitariya-epidemioloji rejimə əməl edilməsi, məhdudlaşdırıcı tədbirlər, laborator müayinələr üçün nümunələrin götürülməsi, tibbi tullantıların ən qısa müddət ərzində xüsusi qaydalar çərçivəsində (bir dəfəlik konbinizon, üz maskası, əlcək və.) utilizasiyası ciddi nəzarət altında həyata keçirilir. (İ cild, i.v. 262-263) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli 124/MEŞ №li rəyində görünür ki, 1. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə yuxan tənəffüs yollarından götürülmüş yaxmaların COVİD-19 infeksiyasına görə müayinələrinin cavabları neqativ olmuşdur. Onun xx xxxx 2020-ci il tarixdə koronavirus (COVİD-19) və ya başqa virusa yoluxub-yoluxmaması ilə əlaqədar tibbi sənəd olmadığından bu barədə dəqiq fikir söyləmək mümkün deyidir. 2. Hər hansı bir sağlam şəxs tərəfindən sanitariya-gigiyena qaydaları pozulmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (COVİD- 19) bir yerdən başqa yerə daşıması mümkündür və digər şəxsləri yoluxdura bilər. Nəzərə almaq lazımdır ki, COVİD-19 infeksiyasına yoluxmuş və şübhəli şəxslərin müalicəsi və karantində saxlanılması üçün ayrılmış tibb müəssisələrində sanitariya-epidemioloji rejimə əməl edilməsi, məhdudlaşdırıcı tədbirlər, laborator müayinələr üçün nümunələrin götürülməsi, tibbi tullantıların ən qısa müddət ərzində xüsusi qaydalar çərçivəsində (bir dəfəlik konbinizon, üz maskası, əlcək və.) utilizasiyası ciddi nəzarət altında həyata keçirilir. (İ cild, i.v. 259-260) Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X5 «xxxx» MMCdən daxil olmuş xx xxxx 2020-ci il tarixli 5336/20 saylı məktubla daxil olan məlumatlara keçirilən baxış keçirmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** və ***- ***-**-**, Təqsirləndirilən şəxs2 isə ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 isifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi: xx.xx.2020-ci il tarixdə saat 10.06-dan 10.10-dək Saatlı rayonu, xx.xx.2020-ci il tarixdə saat 01.28-dən 01.34-dək Hacıqabul rayonu, xx.xx.2020-ci il tarixdə saat 01.49-da "Qaradağ rayonu, Ələt qəsəbəsi Ələt-Qazax yolunun 10-cu km-nin sağ hissəsində, xx.xx.2020-ci il tarixdə saat 14.46-da Bakı şəhər, Nərimanov rayonu, 1936-cı məhəllə, Ağa Neymetulla küçəsi ilə Çernyayevski küçəsinin kəsişməsində yerləşən anten dairəsində olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 isifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi: xx.xx.2020-ci il tarixdə saat 05.13-dən 12.27-dək Saatlı rayonu, xx.xx.2020-ci il tarixdə saat 13.29-da Salyan rayonu, xx.xx.2020-ci il tarixdə saat 14.09-dan 19.52-dək Neftçala rayonu, xx.xx.2020-ci il tarixdə saat 22.48-dən 23.26-dək Saatlı rayonu, xx.xx.2020-ci il tarixdə saat 04.43-dən etibarən Bakı şəhəri ərazisində yerləşən anten dairəsində olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 isifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi: xx.xx.2020-ci il tarixdə saat 22.56-da Salyan rayonu, xx.xx.2020-ci il tarixdə saat 22.59-dan 23.15-dək Hacıqabul rayonu, xx.xx.2020-ci il tarixdə saat 23.31dən 23.37-dək Şirvan rayonu, xx.xx.2020-ci il tarixdə saat 23.56-dan xx.xx.2020-ci il tarixdə saat 23.37-dək Saatlı rayonu, xx.xx.2020-ci il tarixdə saat 02.47-dən etibarən Bakı şəhəri ərazisində yerləşən anten dairəsində olmuşdur. (İ cild, i.v. 251) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-221/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli məlumatından görünür ki, martın 23-də Nazirlər Kabinetində koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilmiş, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xx xxxx 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir. Həmin məlumatın 2-ci bəndinə əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmışdır. “ Sanitariya-epidemoloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun: 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması və Təqsirləndirilən şəxs2 qəsdən və tamah məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi təqsirləndirilən şəxslərin işin faktiki hallarına uyğun ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özlərini təqsirli bilməmələrinə tənqidi yanaşaraq, hesab edir ki, onların bu kimi ifadələri cinayət məsuliyyətindən yayınmaq və həmçinin öz məsuliyyətlərini yügülləşdirmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirilməli və onların cinayət əməllərini törətməkdə təqsirli olmaları iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl cinayət əməli deyil, inzibati xətadır ilə bağlı ifadələrindəki xüsusata hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmasına görə məsuliyyət nəzərdə tutur. Həmin cinayət karantin rejimini pozmaqla xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratması anından başa çatmış sayılır. Göstərilən cinayət subyektiv cəhətdən dolayı qəsdlə törədilə bilər. Yəni təqsirkar karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaradacağını qabaqcadan görür, belə vəziyyəti arzu etmir, lakin belə təhlükənin yaranmasına şüurlu surətdə yol verir. İbtidai istintaq dövründə aparılmış məhkəmə-tibbi ekspertiza rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza aparılan dövrdə COVİD-19 infeksiyası aşkar olunmasa da, lakin ekspert tərəfindən verilmiş rəydən göründüyü kimi hər hansı bir sağlam şəxs sanitariya-gigiyena qaydaları pozulmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (COVİD-19) bir yerdən başqa yerə daşıması mümkündür və digər şəxsləri yoluxdura bilərdi. Belə olan halda təqsirləndirilən şəxslərin hər ikisi Bakı-Qazax-Gürcüstan magistiral yolunun 65-ci kilometrliyində yaradılmış xüsusi karantin postundan Bakı şəhəri istiqamətinə keçməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək, bədənlərində, paltarlarında və ya sair formada koronavirusun (COVİD-19) bir yerdən başqa yerə daşımasına şərait yaratmışlar, bununla da epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla öz əməlləri ilə koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaranmasına şüurlu surətdə yol vermişlər. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını (CM- 59.1.4) və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və onlara azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, təqsirləndirilən şəxslərə onların ibtidai istintaq dövründə tutma altında və həbsdə və ev dustaqlığında saxlanıldıqları müddət nəzərə alınmaqla cəza təyin edilməli (CM-nin 69.3, CPM-158.2.1,158.2.2, 158.6), Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş “Mercedes-Benz E240” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalıdır (CPM-131). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən hal-hazıradək, yəni xx xxxxxxx 2020-ci il tarixədək tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 06 (altı) ay 17 (on yeddi) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 06 (altı) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi üzrə ona təyin olunmuş 06 (altı) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəzanı ibtidai istintaq dövründən bu günə kimi çəkdiyindən o, cəza çəkməkdən azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetnə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdən hal-hazıradək, yəni xx xxxxxxx 2020-ci il tarixədək tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 06 (altı) ay 17 (on yeddi) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 06 (altı) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi üzrə ona təyin olunmuş 06 (altı) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəzanı ibtidai istintaq dövründən bu günə kimi çəkdiyindən o, cəza çəkməkdən azad olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş “Mercedes-Benz E240” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. Hökmdən elan olunduğu andan, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-221/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-221/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver