Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-221/2021 08.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01.06.1960-cı ildə Ağdam rayonu, Xındırıstan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən, daş karxanasında nəzarətçi-usta işləyən, məhkumluğu olmayan, Ağdam rayonu, Kəlbahüseynli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, Korgöz əhəng-daş yatağında yerləşən, “xxxx” ASC-nin mülkiyyətində olan, icarə müqaviləsi əsasında fiziki şəxs Şahid1 istifadəsinə verilmiş daş karxanasında 01.02.2016-cı il tarixli əmək müqaviləsinə, eləcə də 01.02.2016-cı il tarixdə keçdiyi vəzifə təlimatına əsasən nəzarətçiusta kimi karxanada istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik etməsi, iş sahələrində və iş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, sanitariya normalarına və qaydalarına riayət olunması, həmin qaydaların yerinə yetirilməsinin həyata keçirməsi, fəhlələrin istehsalat təlimatı ilə tanış edilməsi, avadanlığın və alətlərin texniki istismar qaydalarının yerinə yetirilməsinin həyata keçirilməsi, iş sahələrində işçilər tərəfindən işlərin düzgün və təhlükəsiz yerinə yetirilməsinin təmin edilməsi, istehsal və əmək intizamı, daxili əmək rejiminə və başqa qaydalarına riayət edilməsi, iş sahələrində avadanlıqların, maşın, mexanizm və dəzgahların hərəkətdə olan hissələrin üzərində qoruyucu örtüklərin və bloklayıcı mexanizmlərin olmasına nəzarət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olduğu halda 26.03.2021-ci il tarixdə ona iş üçün müraciət etmiş 15.02.1964cü il təvəllüdlü X1, fiziki şəxs Şahid1 məlumat vermədən, əmək müqaviləsi bağlanılmasını təmin etmədən, daş kəsən maşının (kombaynın) idarə edilməsinə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müvafiq təlim və təlimatlandırmalar keçirmədən, qoruyucu dəbilqə vermədən, daş kəsən maşının (kombaynın) hərəkət etdiyi relslərin sonluqlarında qoruyucu dayaqların quraşdırılmasını, daş kəsən maşının hərəkət istiqamətində adamların 10 metrdən az məsafədə olmasına nəzarətin həyata keçirilməsini təmin etmədən “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.” 12.0.004-79 DÜST-nin (dövlət standartının) 1.1, 2.5 bəndləri, “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 5, 6, 7, 8, 242, 244 bəndləri, “Tikinti materialları sənayesində texniki təhlükəsizlik və istehsalat sanitariya qaydaları”»nın (İ-ci cild) 9.4 bəndi və “Daş karxanasında nəzarətçi-ustanın (növbə ustanın) vəzifə təlimatı”nın 4, 7, 8, 9, 10 bəndlərinin tələblərini pozub sonuncunu karxanada daş kəsən maşının (kombaynın) idarə edilməsi üçün həmin tarixdə işə buraxaraq ona kombaynla işləməyə icazə vermiş, X16 27.03.2021-ci il tarixdə, saat 04 radələrində kombaynı işə salıb mişar daşlarını kəsmək üçün relslərin üzərində hərəkət gətirmiş, kombayn işlədiyi müddətdə isə relslərin sonuna gedərək orada dayanmış, kombayn relslərin sonuna çatdıqda sonluqlarda qoruyucu dayaqlar quraşdırılmadığından relsdən çıxaraq həmin vaxt orada olmuş X8 üzərinə düşüb ona üst çənədə İ, İİ, İİİ, İV, V, Vİ dişlərin sınığı ilə müşayiət olunan üst dodağın və yanağın əzilmiş yarası, burun sümüklərinin yerdəyişən sınığı, başın alın nahiyəsinin, sol çiyin qurşağının sıyrıqları, burunun, alt çənə nahiyəsinin qançırları, ölümə birbaşa səbəb olan, kəskin qan itirmə ilə müşayiət olunan sağ tərəfli İİİ qabırğanın yerdəyiş sınığı, sağ ağ ciyərin zədələnməsi nəticəsində travmatik və hemorragik şokla nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, nəticədə sonuncu hadisə yerində ölmüş, bununla da Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan X8 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1981-ci ildə müddəli hərbi xidmətdən təxris olunmuş, təxris olunduqdan sonra traktor, yük avtomobili sürücüsü kimi işləmişdir. Təxminən 10 il əvvəl Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən daş karxanasında sürücü, həm də nəzarətçi kimi işləmişdir. 2015-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən Korgöz əhəng-daş yatağında Şahid1 daş karxanasında işləyir. İlk gündən onun yanında nəzarətçi-usta vəzifəsində işləmişdir. Nəzarətçi-usta kimi onun vəzifəsi istehsal prosesini tənzimləmək, işçilərə nəzarət etmək, onlara əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarını izah etmək, işçilər tərəfindən həmin qaydalara riayət edilməsini təmin etmək, işçilərin təlabatları, avadanlıqların təmiri üçün lazım olan məsələlər barədə Şahid1 məlumatlandırmaq, onun tərəfindən alınmış təminatları işçilərə çatdırmaqdan ibarət olmuşdur. O, demək olar ki, bütün günü işdə olur, gecə də iş yerində qalır, ayda bir və ya iki dəfə evinə gedib bir-iki gün sonra geri gəlmişdir. Karxanasının sahibi Şahid1dur. Ondan başqa vəzifəli şəxs yoxdur. Onu işə Şahid1 qəbul etmiş, onunla əmək müqaviləsi bağlanmış, ona vəzifə təlimatı, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları izah edilmişdir, bu barədə təlimat keçmiş, vəzifə təlimatını imzalamışdır. O və digər işçilər Şahid1 tərəfindən bir il əvvəl xüsusi geyimlə təmin edilmiş, lakin həmin geyimlə işləmək çətin olduğundan onlar ondan az hallarda istifadə etmiişdir. Daş karxanasında üç kombayn var, onlardan biri işləmir. Karxanada 4 briqada işləmiş, onların ikisi digər iki briqadanı bir həftədən bir dəyişmişdir. Hər briqadada müxtəlif saylarda işçi olur, briqadada işçilərin sayı 3-4 nəfər arasında dəyişir. X8 işlədiyi briqadada dörd nəfər işçi olmuşdur. Bunlarda üçü fəhlə, biri isə kombanyordur. Fəhlələr Şahid3, Şahid2, Şahid4 və kombanyor X16 olmuşdur. İş qrafikinə əsasən iş saatları 08:00-dan 18:00-dək olmuşdur. Amma bununla belə o gecələr də əraziyə çıxıb nəzarət etmişdir. İşdə olduğu müddətdə karxananın ərazisində olan vaqonlarda qalmışdır. Briqadanın tərkibi tez-tez dəyişir, işçilər daima olaraq bir briqadanın tərkibində işləmir, bəzən növbə, bəzən isə işçi dəyişir. X16 müxtəlif fasilələrlə iki il olar ki, onların karxanasında işləmişdir. X16 yaxşı işçi olmuşdur, o, istədiyi vaxt işləmək üçün onların karxanasına gəlmiş, o isə onu işə qəbul etmişdir. Bundan başqa, ümumiyyətlə, karxanada işləyən işçilər günəmuzd işləmiş, yəni istədikləri vaxt çıxıb gedə və ya işə qayıda bilmişlər. X16 təxminən iki ay olar ki, işdən çıxmışdır. O, işdən çıxanda ona bildirmişdir ki, istədiyi vaxt geri gələ bilər. X16 26.03.2021ci il tarixində, saat 13 radələrində karxanaya gəlmiş, ona müraciət etmiş, işləmək istədiyini bildirmişdir. Həmin günü Novruz Bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərinin sonuncu günü olmuşdur. Ona görə də Şahid1 işə gəlməmiş, bütün işlərə o özü nəzarət etmişdir. O, X11 dərhal işə başlamasını demiş. O, işə başladıqdan bir az sonra kombaynın matorunda nasazlıq yaranmışdır. Balafər Əmirov nasazlığı özü bir neçə saat sonra aradan qaldırmış, lakin bir az sonra kombaynın motorunun sepi qırılmış, bununla əlaqədar Balafər Əmirov yenidən işi dayandırmalı olmuşdur. O, nasazlığı axşam saatlarında aradan qaldıra bilmiş və dərhal da kombaynı işlətməyə başlamışdır. Artıq iş saatı qurtarsa da Balafər Əmirov işləmişdir. O ona dincəlməsini desə də o, cavabında işləmək lazım olduğunu bildirmiş və işinə davam etmişdir. Kombayn işləmədiyi üçün fəhlələr də işləyə bilməmişdir, bu isə onların hər birinin həmin günü qazanc əldə edə bilməməsi deməkdir. Odur ki, onlar hamısı işləmək və həmin gün üçün qazanc əldə etmək istəmişlər, günü qazancsız qurtarmaq istəməmişlər. O buna etiraz etməmiş, ərazi işıqlandırılmış, onlar işıqlı şəraitdə işləməyə davam etmişlər. İş prosessində fəhlələr kombaynın kəsdiyi mişar daşlarını kənara atmışlar. Kombanyor isə kombaynı idarə etmişdir. Adətən kombanyor kombaynı hərəkətə gətirərək relsin üstü ilə hərəkətə qoşur və kəsilib qalan mişar daşlarını fəhlələr kənara atmışlar. Belə olan halda kombanyor kombayn üzərində hərəkət etdiyi relsinin qarşısını tam açır və yoxladıqdan sonra kombayn relsin sonuna çatana kimi relsin baş hissəsində dayanıb gözləmişdir. 27.03.2021-ci il tarixində, saat 4 radələrində kombanyor Balafər Əmirov kombaynı hərəkətə gətirmiş və onun yanında dayanıb işinə nəzarət etməyə başlamışdır. Həmin vaxt isə fəhlələr kombaynın kəsdiyi daşları təxminən 10 metr arxada kənara atmışdır. O, sonuncu dəfə onu görəndə o, kombaynın yanında oturub siqaret çəkmişdir. O, Balafərə yaxınlaşıb yatacağını ehtimal etdiyi üçün ona əgər yuxusu gəlirsə işi dayandırmasını demişdir. O isə cavabında narahat olmamağı, yuxusu gəlmədiyini bildirmişdir. Bundan sonra onlardan uzaqlaşaraq konun yanına gəlmiş, konda nasazlıq olmuş, onu xoda salmaq üçün çalışmışdır. Onlardan uzaqlaşdıqdan təxminən 30 dəq sonra birdən Şahid4 qaçaraq onun yanına gəlmiş və bildirmişdir ki, Balafər kombaynın altında qalaraq ölmüşdür. O dərhal hadisə yerinə gəlmiş və Balafərin meyitinin kombaynın baş hissəsində, relslərin sonunda, kombaynın altında sıxışıb qaldığını görmüşdür. Onlar köməkləşərək kombaynı geri çəkib onu relslərin üstündə 50 sm geri itələmişlər. Bundan sonra Balafərin meyitini oradan çıxararaq kənara qoymuş, bir daha yoxlayıb onun öldüyünə əmin olmuşdur. O, dərhal hadisə barədə Şahid1 məlumat vermişdir. Hava küləkli olduğundan onlar Balafərin meyitinin toz olacağını gördüyü üçün köməkləşərək onu vaqonlardan birinə gətirmiş və Hikmət müəllimi gözləməyə başlamışlar. Bir az sonra hadisə yerinə prokurorluq, daha sonra polis əməkdaşları gəlmiş, meyiti və hadisə yerini müayinə etdikdən sonra meyiti morqa göndərmişlər. O hadisədən dərhal sonra fəhlələrin sözlərindən bilmişdir ki, onlar iş gördükləri müddətdə Balafər Əmirov onlardan aralanaraq irəli gedib, fəhlələr isə kəsilən mişar daşlarını kənara atmışlar. Təxminən 1 saat sonra kombayn relsin sonuna çatıb və relsdən çıxaraq yerə düşmüşdür. Fəhlələr kombaynın relsdən çıxıb yerə düşdüyünü görüb narahat olmuşlar. Odur ki, Şahid4 dərhal qaçaraq kombaynı elektrik cərəyanından ayırıb və onlar Balafəri axtarmağa başlamışlar. Çünki Balafər kombaynı relsin sonuna çatmamış dayandırmalı olmuşdur. Şahid4 kombaynı elektrik cərəyanından ayırdıqdan sonra onun əks tərəfinə keçib və aşağı əyiləndə Balafərin kombaynın altında olduğunu, kombaynın sonunda olan dəmirin isə onun başına batdığını görüb və dərhal qışqıraraq onları çağırmışdır. Onlar tez köməkləşib kombaynı relsin üstünə qaldırmış və təxminən 50 sm geri çəkilmiş, Balafər Əmirovu oradan çıxarıb kənara çəkmişlər. Lakin məlum olmuşdur ki, Balafər Əmirov artıq ölmüşdür. X16 ilə münasibəti yaxşı olmuş, onun daş karxanasında kiminləsə ədavəti və ya düşmənçiliyi olmamışdır. X2 uzaqlaşanda onu görməmişdir. Onu sonuncu dəfə kombaynın yanında oturmuş vəziyyətdə görmüşdür. O fikirləşmişdir ki, bəlkə onun yuxusu gəlir, odur ki, ona yaxınlaşıb ondan yuxusunun gəlib-gəlmədiyini soruşmuş və gəlirsə gedib yatmasını demişdir. O isə cavabında yuxusu gəlmədiyini, işləmək lazım olduğunu demişdir. Onunla danışanda onun yuxusu gəldiyini hiss etməmişdir. Hesab edir ki, Balafər Əmirov kombaynı relsin üstü ilə hərəkətə gətirdikdən sonra relsin sonuna gedərək orada gözləyibdir. Həmin vaxt onu oturduğu yerdə yuxu tutmuş, kombayn relsin sonuna çatanda relsdən çıxaraq düşüb və nəticədə Balafər onun altında qalaraq ölmüşdür. Hadisənin başqa cür baş verməsi mümkün deyil. Çünki əgər hadisə o, kombaynı söndürən zaman olsaydı o, həmin yerdə deyil, kombaynın digər tərəfində olan düymələrinin yanında ölüb qalmış olardı. İşlədiyi daş karxanasında əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya yanğın mühafizəsi qaydalarına o nəzarət edir, nəzarətçi-usta vəzifəsindən başqa faktiki olaraq karxananın bütün işlərini görür, işlərə və işçilərə o nəzarət edir. Ondan və Şahid1 başqa isə karxanada ümumi nəzarəti həyata keçirən heç kim yoxdur. Hadisə yerində üç fəhlə, Şahid2, Şahid4 və Şahid3 olmuşdur. O hadisə yerinə sonradan gəlmiş və meyitin çıxarılmasına köməklik göstərmişdir. Digər şəxslər hadisə yerinə sonradan gəlmişlər. Amma hadisənin birbaşa şahidi heç kim olmamışdır, çünki ətrafda onlardan başqa heç kim olmamışdır. X16 onların karxanasında artıq iki ay idi ki, işləmirdi. O, işə 26.03.2021-ci il tarixdə gəlmişdir. Balafər Əmirov işə gəldiyi gün qeyri-iş günlərindən biri idi, ona isə kombaynı işlədə bilən kombayor lazım idi, kombanyor olmadığından artıq neçə gün idi kombaynın birinin işini dayandırmışdır. Ona görə də Balafər Əmirov iş üçün müraciət edən kimi ona işə başlamasını tapşırmışdır. Qeyri-iş günləri olduğu üçün Şahid1 da işə gəlməmişdir, ona etinasızlıq edərək Balafər Əmirovu işə götürməyi və onu işə buraxmağı barədə Şahid1 deməmiş, fikirləşmişdir ki, bu barədə Şahid1 o, işə gələndə deyər, Balafər Əmirov tanıdığı işçidir və Hikmət müəllim onunla əmək müqaviləsi bağlayar. Lakin, hadisə Balafər Əmirov işə başladığı gün, bir neçə saat sonra baş vermişdir. O həmin günü Balafər Əmirova əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarını izah etməmişdir. Yuxarıda göstərdiyi kimi Balafər Əmirov daha əvvəllər onun yanında işləmiş və həmin dövrdə ona həmin qaydaları izah etmişdir. Sonuncu dəfə ona nə vəzifə təlimatlarını, nə də əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarını izah etməmişdir, bu barədə hər hansı sənəd tərtib etməmişdir. Bu barədə sənədləri onunla əmək müqaviləsi bağlandıqdan sonra edəcəkdi. Karxanada iş saatı 08:00-dan 18:00-dək olmuş, lakin bəzi briqadalar növbəli qrafiklə gecə saatlarında da işləyirlər. Balafər Əmirovun işlədiyi növbə işini saat 18:00-da bitirməli idi. Karxanada işçilər günəmuzd işləyirlər, yəni işlədikləri qədər pul qazanırlar, ona görə də işləməyə maraqlıdılar. 26.03.2021-ci il tarixində kombaynda yaranan nasazlıqla əlaqədar həmin kombaynda işləyən briqadanın işçiləri işləyə bilməmiş, buna görə Balafər Əmirov və onun işlətdiyi kombaynda işləyən fəhlələr gecə saatlarında işləyib bunu əvəzləşdirmək istəmişlər. Son olaraq əməlindən peşman olmasını, hadisənin təsadüfi axarı zəminində baş verməsini, ailəli olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməklə onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirlmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası 12.02.1964-cü ildə Cəlilabad rayonu, Soltankənd kəndin doğulub, onlar ailədə 7 övlad olublar, atası 1992-ci ildə anası X29 ilə ailə qurmuş, birgə nikahdan 27.07.1993-cü ildə qardaşı X21, 05.11.1994-cü ildə bacısı X22, xx.xx.1996-cı ildə o və 15.11.2001-ci ildə bacısı X18 doğulubdur. Qardaşı və böyük bacısı ailəlidir, onlar ayrı yaşayırlar, o və kiçik bacısı subaydır, valideynləri ilə birlikdə yaşayırlar. X5 orta təhsilli idi, müddətli hərbi xidmətdə olmuşdur, hər hansı xəstəlikdən, kəmağıllıqdan və ya psixi xəstəlikdən əziyyət çəkməmişdir, tam sağlam idi, spirtli içkilər içmirdi, siqaret çəkirdi, narkotik maddələr qəbul etmirdi. X5 müxtəlif daş karxanalarında kombanyor işləmiş, o, daimi olaraq bir karxanada işləmiş, amma işlədiyi daş karxanaları Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşmişdir. Maddi cəhətdən anası və bacısını maddi olaraq atası təmin edirdi, ailədə hər hansı maddi çətinlikləri olmamış, normal dolanmışlar. Ona görə də atasının mütəmadi olaraq işləməsinə ehtiyac yox idi. Odur ki, atası daş karxanalarında 7-10 gün işlədikdən sonra rayona qayıdır və bir müddət sonra yenidən iş üçün Bakı şəhərinə gedirdi. Onun işlədiyi daş karxanalarını tanımamış, həmin karxanaların müdirləri və işçiləri ilə əlaqələri olmamışdır, atası daimi olaraq bir karxanada işləmədiyi üçün həmin şəxsləri tanımaq mümkün də olmamışdır. Atası sonuncu dəfə karxanadan evə 2021-ci ilin mart ayının ilk günlərində gəlmişdir, həmin vaxt onun hansı daş karxanasından gəldiyini bilmir, o, özü də bu barədə deməmişdir, ümumiyyətlə o, bu barədə heç vaxt danışmırdı. Həmin vaxtdan sonra atası evdə olmuşdur. Sonuncu dəfə o atasını 17.03.2021-ci il tarixində evdə görmüş, həmin günü işləri ilə əlaqədar Xırdalan şəhərinə gəlmişdir. Amma ailə üzvləri ilə söhbət zamanı dəqiqləşdirmişdir ki, atası sonuncu dəfə evdən 26.03.2021-ci il tarixdə, səhər saatlarında çıxmış və işləmək üçün Bakı şəhərinə, karxanaya gedəcəyini demişdir. Həmçinin atası sonuncu dəfə bacısı ilə 26.03.2021-ci il tarixdə, saat 21 radələrində telefonla danışıb, ona kombaynda nasazlıq olduğunu, nasazlığı aradan qaldırdığını, hazırda yemək yediyini, bir azdan kombaynı işə salacağını deyibdir. Onun hansı daş karxanasında və kimin yanında işlədiyini bilməmişdir. O, Xırdalan şəhərində əmisigildə qalmışdır. 27.03.2021-ci il tarixdə, saat 04 və ya 05 radələrində əmisi oğlu İbişalı bildirmişdir ki, atası daş karxanasında xəsarət alıb. Onlar dərhal birlikdə Lökbatan qəsəbəsinə gəlmiş, morqa getmiş, orada o bilmişdir ki, hadisə nəticəsində atası ölmüşdür. X3 hansı daş karxanalarında işlədiyini, işlədiyi yerdə əmək və ya xidmət müqaviləsi bağlayıb-bağlamadığını bilmir, bu barədə onun nə mənimlə, nə də ailə üzvləri ilə söhbəti olmamışdır. Amma atası təcrübəli işçi idi, işini layiqincə bacarırdı, ehtiyatlı adam olmuşdur. Hadisə barədə o hadisə günü atasının işlədiyi şəxslərdən eşidib bilmişdir. Eşitdiklərinə görə atası kombaynı işə saldıqdan sonra onun hərəkət etdiyi relslərin sonuna gedərək orada oturaraq kombaynın relslərin sonuna çatmasını gözləyib, lakin orada onu yuxu tutmuşdur, kombayn relsin sonuna çatanda o, ayılmayıb və kombaynı söndürən olmadığından kombayn relsdən çıxaraq düşmüş və atası onun altında qalaraq sıxılıb ölmüşdür. Hesab edir ki, hadisə belə olmuşdur, çünki atası ayıq olsaydı o, həmin yerdə oturub qalmazdı, durub kombaynın motorunu söndürərdi. Eləcə də hadisə kombaynı söndürmək istədiyi vaxt olsaydı o, kombaynın motorunu işə salan düymələri tərəfdə olardı, döymələr isə kombaynın yan tərəfindədir. Son olaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib məhkəmədən Ə.M.Niyazoa cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, Korgöz əhəng-daş yataqları ərazisində yerləşən “xxxx” ASC-yə məxsus daş karxanasının ərazisini müqavilə əsasında icarəyə götürmüş, hazırda da oranı o işlədir. İcarəyə götürdüyü ərazi 1 hektardır, lakin o həmin ərazinin yalnız az bir qismindən istifadə edir, çünki yararlı yer azdır, hazırda mişar daşı kəsilən yerin ölçüsü 40x120 metrdir. Həmin ərazidə üç kombayn vardır, onlardan hazırda ikisi işləyir. Karxanada 4 briqada işləyir, onların ikisi digər iki briqadanı bir həftədən bir dəyişir. Hər briqadada müxtəlif saylarda işçi olur, briqadada işçilərin sayı 3-4 arasında dəyişir. X8 işlədiyi briqadada dörd nəfər işçi olmuş, bunlardan üçü fəhlə, biri isə kombanyordur. Fəhlələr Şahid3, Şahid2, Şahid4 və kombanyor X12r. Briqadanın tərkibi tez-tez dəyişir, işçilər daima olaraq bir briqadanın tərkibində işləmir, bəzən növbə, bəzən isə işçi dəyişir. Daş karxanasında nəzarətçi-usta Təqsirləndirilən şəxsdur, o, uzun müddətdir ki, onun işçisidir, onunla əmək müqaviləsi bağlamış, işə qəbul edəndə ona vəzifə təlimatını, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarını izah etmişdir, bununla bağlı sənədləri imzalatmışdır. Vəzifə təlimatına əsasən daş karxanasında işləyən işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarını Təqsirləndirilən şəxs izah etməlidir, iş zamanı həmin qaydalara riayət edilməsinə nəzarəti o etməlidir. Demək olar ki, daş karxanasında bütün işlərə, yəni istehsalat prosessinə nəzarət nəzarətçi-ustaya tapşırılmışdır. Karxananın sahibi odur, ondan və nəzarətçi-ustadan başqa karxanada başqa vəzifəli şəxs yoxdur. İş qrafiki saat 08:00-dan 18:00-dəkdir. Amma bununla belə Təqsirləndirilən şəxs gecələr də əraziyə çıxıb nəzarət edir. İşdə olduğu müddətdə o, karxananın ərazisində olan vaqonlarda qalır. Ondan başqa karxanada işləyən, rayonlardan gələn işçilər də vaqonlarda qalırlar. İş prosessində fəhlələr kombaynın kəsdiyi mişar daşlarını kənara atırlar. Kombanyor isə kombaynı idarə edir. Adətən kombanyor kombaynı hərəkətə gətirərək relsin üstü ilə hərəkətə qoşur və kəsilib qalan mişar daşlarını fəhlələr kənara atırlar. Belə olan halda kombanyor kombayn üzərində hərəkət etdiyi relsinin qarşısını tam açır və yoxladıqdan sonra kombayn relsin sonuna çatana kimi relsin baş hissəsində dayanıb gözləyir. X16 müxtəlif fasilələrlə iki il onların karxanasında işləmişdir. O, yaxşı işçi olmuşdur, o, istədiyi vaxt işləmək üçün onların karxanasına gəlmiş, onlar isə onu işə qəbul etmişdir. Ümumiyyətlə, karxanada işləyən işçilər günəmuzd işləyir, yəni istədikləri vaxt çıxıb gedə və ya işə qayıda bilirlər. X16 təxminən iki ay idi ki, o, işdən çıxmışdır. O, işdən çıxanda Təqsirləndirilən şəxs bildirmişdir ki, istədiyi vaxt geri gələ bilər. Novruz Bayramı ilə əlaqədar qeyri-iş günləri olduğu üçün 19.03.2021-ci il tarixindən o işə hər gün getməmişdir, demək olar ki, işə bir gündən bir getmişdir. Sonuncu dəfə karxanaya 25.03.2021-ci il tarixində getmişdir. Həmin günlərdə Balafər Əmirovu görməmişdir. 27.03.2021-ci il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq bildirmişdir ki, karxanada hadisə olmuşdur. Balafər həmin günü işləmək üçün karxanaya gəlmiş, o, Balafəri işə qəbul edib, kombayn işlədən başqa kombanyor olmadığı üçün onu dərhal işə buraxıb, düşünüb ki, ona növbəti iş günündə bu barədə deyər, Balafər işə başlayan kimi kombaynda nasazlıq yaranıb, Balafər onu özü təmir edib, bir neçə saat sonra işə başlayıb, lakin bir az sonra kombaynın motorunun sepi qırılmış, Balafər onu yenidən təmir edib, təmir axşam saatlarına kimi çəkib, ona görə də işçilər işləyə bilməmişlər, qazanc əldə etmək üçün onlar gecə saatlarında işləmişlər, Balafər kombaynı qoşaraq relslərin sonuna gedib, orada yatıb qalıb, kombayn relsin sonuna çatanda o, ayılmamışdır, kombayn sonda relsdən düşüb və həmin vaxt orada uzanmış Balafər onun altında qalaraq ölmüşdür. O dərhal evdən çıxaraq birbaşa Qaradağ rayon prokurorluğuna gəlmiş, prokurorluğa bu baradə məlumat vermiş və prokurorluğun əməkdaşı ilə birlikdə hadisə yerinə getmişdir. O, hadisə yerində fəhlələrin sözlərindən bilmişdir ki, onlar iş gördükləri müddətdə Balafər Əmirov onlardan aralanaraq irəli gedib, fəhlələr isə kəsilən mişar daşlarını kənara atmışlar. Təxminən 1 saat sonra kombayn relsin sonuna çatıb və relsdən çıxaraq yerə düşmüşdür. Fəhlələr kombaynın relsdən çıxıb yerə düşdüyünü görüb narahat olmuşlar. Odur ki, Şahid4 dərhal qaçaraq kombaynı elektrik cərəyanından ayırıb və onlar Balafəri axtarmağa başlamışlar. Çünki o, kombaynı relsin sonuna çatmamış dayandırmalı idi. Şahid4 kombaynı elektrik cərəyanından ayırdıqdan sonra onun əks tərəfinə keçib aşağı əyiləndə Balafərin kombaynın altında olduğunu, kombaynın sonunda olan dəmirin isə onun başına batdığını görüb və dərhal qışqıraraq Əligili çağırmışdır. Onlar köməkləşib kombaynı relsin üstünə qaldırıb və təxminən 50 sm geri çəkmişlər, Balafər Əmirovu oradan çıxardıb kənara çəkmişlər. Lakin məlum olmuş ki, Balafər Əmirov artıq ölübdür. X16 ilə münasibəti yaxşı olmuş, onunla və ya daş karxanasında kiminləsə ədavəti və ya düşmənçiliyi olmamışdır. Hesab edir ki, Balafər Əmirov kombaynı relsin üstü ilə hərəkətə gətirdikdən sonra relsin sonuna gedərək orada gözləyib, həmin vaxt onu oturduğu yerdə yuxu tutub, kombayn relsin sonuna çatanda relsdən çıxaraq düşüb və nəticədə Balafər onun altında qalaraq ölmüşdür. Hadisənin başqa cür baş verməsi mümkün deyil. Çünki əgər hadisə o, kombaynı söndürən zaman olsaydı o, həmin yerdə deyil, kombaynın digər tərəfində olan düymələrinin yanında ölüb qalmış olardı. Karxanada əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya yanğın mühafizəsi qaydalarına nəzarətçiusta nəzarət edir. O isə birbaşa ona tabedir. Karxanada nəzarətçi-usta Təqsirləndirilən şəxsdur. O, vəzifəsindən başqa faktiki olaraq karxananın bütün işlərini görür, işlərə və işçilərə nəzarət edir. Ondan və Təqsirləndirilən şəxs başqa isə karxanada ümumi nəzarəti həyata keçirən başqa heç kim yoxdur. X16 onun karxanasında artıq iki ay olar ki işləmirdi. O, işə 26.03.2021-ci il tarixdə gəlib, onu işə Təqsirləndirilən şəxs buraxmışdır, bu barədə isə ona deməmişdir. Təqsirləndirilən şəxs bunun səbəbini ona belə izah etmişdir ki, Balafər Əmirov işə gəldiyi gün qeyri-iş günlərindən biri idi, ona isə kombaynı işlədə bilən kombayor lazım idi, kombanyor olmadığından artıq neçə gün idi kombaynın birinin işini dayandırmışdı. Ona görə də Balafər Əmirov iş üçün müraciət edən kimi Təqsirləndirilən şəxs ona işə başlamasını tapşırıb. Qeyri-iş günləri olduğu üçün o işə gəlməmiş, Təqsirləndirilən şəxs onu narahat etməmək üçün etinasızlıq edərək Balafər Əmirovu işə götürməyi və onu işə buraxmağı barədə ona deməmişdir, fikirləşmişdir ki, o işə gələndə bu barədə deyər, Balafər Əmirov tanıdığı işçidir, onunla əmək müqaviləsini sonrakı gün bağlayar. Lakin hadisə Balafər Əmirov işə başladığı gün, bir neçə saat sonra baş vermişdir. Təqsirləndirilən şəxs həmin günü Balafər Əmirova əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarını izah etməmiş, onunla əmək müqaviləsi bağlamadan sonuncunu işə buraxmışdır. O, bu barədə sənədləri onunla əmək müqaviləsi bağlandıqdan sonra edəcəkdir. Karxanada iş saatı 08:00-dan 18:00-dəkdir. Bəzi briqadalar növbəli qrafiklə gecə saatlarında da işləyirlər. X32 işlədiyi növbə işini saat 18:00-da bitirməli idi. Karxanada işçilər günəmuzd işləyirlər, yəni işlədikləri qədər pul qazanırlar, ona görə də işləməyə maraqlıdılar. Hadisə günü, yəni 26.03.2021-ci il tarixində kombaynda yaranan nasazlıqla əlaqədar həmin kombaynda işləyən briqadanın işçiləri işləyə bilməyiblər. Ona görə də hesab edir ki, onlar gecə saatlarında işləyib bunu əvəzləşdirmək istəyiblər. Təqsirləndirilən şəxs əslində onlara işləməyə icazə verməməli idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18 yaşından müxtəlif daş karxanalarında, bəzən isə fərdi tikililərdə fəhlə işləyir. Təxminən 2 aydır ki, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən Korgöz əhəng-daş yatağında Şahid1 məxsus daş karxanasında fəhlə kimi işləyir. Onu işə Şahid1 qəbul etmişdir. O işə qəbul olunanda onunla əmək müqaviləsi bağlanıb, ona əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları izah edilib, bu barədə təlimat keçməmişdir, eləcə də ona vəzifə təlimatı izah edilmişdir. Daş karxanasında üç kombayn vardır, karxanada 3 briqada işləyir, hər briqadada müxtəlif saylarda işçi olur, briqadada işçilərin sayı 3-5 nəfər arasında dəyişir. Onlrın briqadasında dörd nəfər işçi var idi. Bunlarda üçü fəhlə, biri isə kombanyordur. Fəhlələr o, Şahid3, Şahid2 Allahşükür oğlu və kombanyor X12r. İş qrafikləri qarışıqdır, o 4 saatdan bir işləyir, amma bəzən işə uyğun olaraq gecələr işləmir, yatıb dincəlir. Əlavə olaraq bildirmək istəyir ki, briqadanın tərkibi tez-tez dəyişir, işçilər daima olaraq bir briqadanın tərkibində işləmir, bəzən briqada, bəzən isə işçi dəyişir. Karxanada bizim işlərimizə nəzarət edən, işi təşkil edən nəzarətçi Təqsirləndirilən şəxsdur. Amma daş karxanasının sahibi Şahid1dur. X16 daha əvvəllər də onunla eyni karxanada işləmişdir. Onu sonuncu dəfə bir neçə ay əvvəl görmüşdür. 10.03.2021-ci il tarixində o sonuncu dəfə işdən çıxmış və 24.03.2021-ci il tarixdə işə geri qayıtmışdır. X16 işə bir gün əvvəl, yəni 26.03.2021-ci il tarixində, saat 13 radələrində çıxmışdı. O da onlar kimi qarışıq qrafiklə işləyirdi. 26.03.2021-ci il tarixində gün boyu fasilələrlə işləmişlər, 27.03.2021-ci il tarixində gecə saatlarında da işi davam etdirmişlər. Fəhlə kimi o və digər fəhlələr kombaynın kəsdiyi mişar daşlarını kənara atmışlar. Kombanyor isə kombaynı idarə edir. X16 işlədiyi bu müddətdə cəmi bir xətt boyu mişar daşı kəsmişdir, çünki kombaynın motorunda olan problemlə əlaqədar o, gün boyu fasilə verməli olmuşdur. Adətən kombanyor kombaynı hərəkətə gətirərək relsin üstü ilə hərəkətə qoşur və kəsilib qalan mişar daşlarını onlar kənara atmışlar. Belə olan halda kombanyor kombayn relsin sonuna çatana kimi relsin baş hissəsində dayanıb gözləmişlər. 27.03.2021-ci il tarixində, saat 04 radələrində kombanyor Balafər Əmirov kombaynı hərəkət gətirdi və bizdən aralanaraq irəli getdi, biz isə öz növbəmizdə kəsilən mişar daşlarını kənara atırdıq. Təxminən 1 saat sonra kombayn relsin sonuna çatdı və relsdən çıxaraq yerə düşdü. Onlar kombaynın relsdən çıxıb yerə düşdüyünü görüb narahat olmuşlar. Odur ki, o dərhal qaçaraq kombaynı elektrik cərəyanından ayırmışlar və onlar Balafəri axtarmağa başlamışlar. Çünki o, kombaynı relsin sonuna çatmamış dayandırmalı idi. O kombaynı elektrik cərəyanından ayırdıqdan sonra onun əks tərəfinə keçmiş və aşağı əyiləndə Balafərin kombaynın altında olduğunu, komaynın sonunda olan dəmirin isə onun başına batdığını görmüş və dərhal digər işçiləri çağırmışdır. Onlar köməkləşib kombaynı relsin üstünə qaldırmış və təxminən 60-70 sm geri itələmişlər, Balafəri oradan çıxardıb kənara çəkmiş, lakin məlum olmuşdur ki, Balafər artıq ölübdür. Onlar dərhal bu barədə nəzarətçi Təqsirləndirilən şəxs demiş və meyiti hadisə yerindən götürərək qaldıqları otağa gətirmişlər. Bir az sonra Təqsirləndirilən şəxs bu barədə Şahid1 demiş, sonradan Təqsirləndirilən şəxs sözlərindən bilmişdir ki, Hikmət müəllim özü prokurorluğa gedərək hadisə barədə bildirmişdir. Bir müddət sonra isə hadisə yerinə prokurorluq, daha sonra isə polis əmkdaşları gəlmişlər, hadisə yerinə və meyitə baxış keçirildikdən sonra isə meyiti morqa göndərmişlər. X16 ilə münasibəti yaxşı olub, onunla və ya daş karxanasında kiminləsə ədavəti və ya düşmənçiliyi olmamışdır. X16 onlardan uzaqlaşarkən hara getdiyini deməmiş, o, yatacağı barədə bizə heç bir söz deməmişdir. Hesab edir ki, Balafər Əmirov kombaynı relsin üstü ilə hərəkətə gətirdikdən sonra relsin sonuna gedərək orada gözləyibdir. Həmin vaxt onu yuxu tutmuş, kombayn relsin sonuna çatanda relsdən çıxaraq düşmüş və nəticədə onun baş hissəsindən dəymişdir. Hadisənin başqa cür baş verməsi mümkün deyil. Çünki əgər hadisə o, kombaynı söndürən zaman olsaydı o, həmin yerdə deyil, kombaynın digər tərəfində olan düymələrinin yanında ölüb qalmış olardı. İşlədiyi daş karxanasında əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya yanğın mühafizəsi qaydalarına nəzarəti əsasən Təqsirləndirilən şəxs, eləcə də Hikmət müəllim özü edirdi. Həmin qaydalara başqa kimin nəzarət etdiyini bilmir, sadaladığı şəxslərdən başqa heç kimi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid4 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdilər. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən əhəng-daş yataqları ərazisidir. Ərazinin yaxınlığında hər hansı ünvanlı obyekt yoxdur. Şahid1 istifadəsində olan daş karxanasının ərazinin ölçüləri 120x60 metrdir, uzunluğu qərbdən şərqə doğrudur. Əraziyə giriş tərəfdə bir neçə ədəd vaqon vardır. Həmin vaqonlardan birində 15.02.1964-cü il təvəllüdlü X8 meyiti vardır. Meyitin müayinəsi zamanı müəyyən edilmişdir ki, meyitin burun sümüklərdə patoloji hərəkətlilik vardır. Üst çənədə sol İ, İİ, İİİ, İV, V, Vİ dişlər sınmışdır, digər dişləri tamdır, təbiidir. Əllə yoxladıqda sağ tərəfdə İİİ qabırğanın patoloji hərəkətliliyi hiss olunur. Meyitdə başın alın nahiyəsində 2,2x1 sm ölçüdə, qeyri-müəyyən formalı, üzəri sağlam dəri toxuması səviyyəsindən aşağıda yerləşən, çəhrayımtıl-qırmızı rəngli sıyrıq, sol çiyin qurşağının ön səthində 18x9 sm ölçüdə, eyni xarakterli və rəngli sıyrıq, burun nahiyəsində 2,6x1 sm ölçüdə, qeyri-müəyyən formalı, qırmızı rəngli qançır, alt çənə nahiyəsində 6x4 sm ölçüdə qançır, döş qəfəsinin ön səthinin sağ yarısında 12x6,5 sm ölçüdə, eyni xarakterli və rəngli qançır, üst dodaq nahiyəsində sol yanağa qədər uzanan 9x1 sm ölçüdə, kənarları nahamar, üzərində qanaxma izləri olan yara vardır. Bədən səthində başqa hər hansı xəsarət aşkar edilməmişdir. Meyitin mümkün xarici baxışı aparıldıqdan sonra meyit daxili müayinə olunması üçün “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X33 Qaradağ rayon şöbəsinə göndərilmişdir. Bundan sonra baxış davam etdirilmişdir. Müəyyən edilmişdir ki, hadisə karxananın şərq hissəsində, əraziyə giriş tərəfdən baxdıqda karxananın sonunda baş vermişdir. Karxananın ərazisinə giriş qərbdəndir, kombaynın relsləri və iş istiqaməti qərbdən şərqə doğrudur, relslər karxananın təxminən mərkəz hissəsindədir, kombayn isə relslərin üzəri ilə hərəkət edərək ərazinin sonuna çatmışdır. Ərazinin bitdiyi yerdə daş qırıntıları-tullantılar yığılmışdır, təpə yaranmışdır. Kombayn “SM-89” modellidir, onun üzərində hərəkət etdiyi relslər arasındakı məsafə 4,25 m-dir. Kombaynın korpusunun ölçüləri 4,85x3,85 m-dir. Kombaynın üzərində olan kəsici-mişarının qoşulduğu, kombaynın korpusunun üzərindəki hərəkət edə bilən hissənin ölçüləri isə 2x3,05 m-dir. Kombaynın altında, ön yaxın hissədə, yerə paralel vəziyyətdə yerləşən üç ədəd kəsici mişar vardır, mişarlar arasındakı məsafə 20 sm-dir, mişarların diametri 40 sm-dir. Ondan arxada isə yerə perpendikulyar olan, diametri 60 sm olan bir ədəd kəsici mişar vardır. Relslər bir-birinə paraleldir, lakin giriş tərəfdən baxdıqda sağdakı rels soldakı relsdən 40 sm hündürdədir. İşləmə mexanizminə görə kombaynın altında-öndə olan 3 ədəd mişar daş qatını yan tərəfdən 3 yerdən bərabər ölçülərdə kəsir, arxadakı mişar isə onu üstündən kəsir və nəticədə eyni ölçülü mişar daşları alınır. Kombaynın elektrik qutusu və motorunu işə salan düymələr kombaynın arxa tərəfindən baxdıqda sağ tərəfdə-öndədir. Kombaynın motoru ön tərəfdədir. Kombaynın önünə baxış zamanı onun önündə, mərkəz hissəsində dəmir üzərində və eyni istiqamətdə yerdə, daş qırıntıları və daş tozu üzərində qanabənzər ləkələr vardır. Aydınlaşdırılmışdır ki, X8 meyiti oradan çıxarılmışdır. Kombaynın altına baxış zamanı müəyyən edildi ki, kombaynın önündə olan və yerə paralel vəziyyətdə quraşdırılmış 3 ədəd mişarın yerdə qalmış tozun üzərində izi qalmışdır. Həmin izin xarakterinə əsasən aydın görünür ki, kombayn relsdən düşərkən yerə yaxın olan mişar yerdə orada iz qoymuş, kombayn geri çəkilərkən həmin yerdə iz qalmışdır. Həmin izin yuvasının ölçüsü izi qoyan mişarın ölçüsü ilə tam eynidir, iz dairəvi formalıdır, diametri 50 sm-dir. Həmin izə və mişarın hazırki vəziyyətinə əsasən kombaynın 65 sm geri çəkildiyi və eyni ölçüdə irəli çəkildikdə relslərin bitdiyi, yəni kombaynın relsdən çıxaraq yerə düşəcəyi görünür. Ətrafda hər hansı çəpərləmə, xəbərdaredici və mühafizəedici işarə yoxdur. Baxış zamanı hadisə yerində və ətrafda öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya aşkar edilməmişdir. Hadisə yerində vaqonlardan birinə gəlinmişdir. Vaqonlardan biri ofis otağı kimi istifadə edilir. Otaqda təqdim edilən sənədlər arasından bir vərəqdə Şahid1 adına fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsi; bir vərəqdə oğlunun Şahid1 şəxsiyyət vəsiqəsi; bir vərəqdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi; yeddi vərəqdə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında bağlanmış əmək müqaviləsi; bir vərəqdə Təqsirləndirilən şəxs əmək müqaviləsinin bildirişi; iki vərəqdə Şahid1 və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış “Daş karxanasında nəzarətçi-ustanın (növbə ustasının) vəzifə təlimatı”; iki vərəqdə Şahid1 ilə “xxxxla” ASC arasında bağlanmış icarə müqaviləsinin surətləri çıxarılaraq götürülmüşdür.(i.v.2-10); Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fiziki şəxsin vergi uçotu haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamədən görünür ki, Şahid1 fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 12.05.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir. (i.v.13); Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, onların arasında 01.02.2016-cı il tarixdə müqavilə bağlanmış və sonuncu daş karxanasında ustanəzarətçi kimi işə qəbul olunmuşdur.(i.v.15-22); “Daş karxanasında nəzarətçi-ustanın (növbə ustasının) vəzifə təlimatı” ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs vəzifəsi barədə 01.02.2016-cı il tarixdə təlimatlandırılmışdır.(i.v.23-24); 01.01.2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən “xxxx” ASC ilə Şahid1 arasında icarə müqaviləsi bağlanmışdır. (i.v.25-26); Notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X13 qardaşı Balafər Əmirovun daş karxanasında ölməsi ilə bağlı heç bir şikayəti və tələbinin olmaması, gələcəkdə də olmamasını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.(i.v.74); Notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X19 atası Balafər Əmirovun daş karxanasında ölməsi ilə bağlı heç bir şikayəti və tələbinin olmaması, gələcəkdə də olmamasını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.(i.v.75); Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X33 Qaradağ rayon şöbəsinin 27.03.2021-ci il tarixli, 29 nömrəli rəyindən görünür ki, X4 ağ ciyərin cırılması, kəskin daxili qanitirmə, sağ tərəfli İİİ qabırğanın yerdəyimiş sınığı ilə müşayiət olunan döş qəfəsinin qançırı, üst çənədə sol İ, İİ, İİİ, İV, V, Vİ dişlərin sınığı ilə müşayiət olunan üst dodağın və yanağın əzilmiş yarası, burun sümüklərinin yerdəyişən sınığı, başın alın nahiyəsinin, sol çiyin qurşağının sıyrıqları, burunun, alt çənə nahiyəsinin qançırları xəsarətləri aşkar edilmişdir. Göstərilən xəsarətlər həyatidir, onun ölümündən az əvvəl bər küt əşyanın təsirindən yaranmışdır, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla 27.03.2021-ci il tarixdə qərarda göstərilən şəraitdə yarana bilərlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamələtinə malikdirlər. X8 ölümünə səbəb kəskin daxili qanitirmə ilə müşayiət olunan sağ tərəfli İİİ qabırğanın yerdəyişmiş sınığı, sağ ağciyərin zədələnməsi nəticəsində inşikaf edən travmatik və hemorragik şok olmuşdur. Meyitin əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, ölüm meyitin meyitxanda müayinə oldunduğu vaxtdan 6-8 saat əvvəl baş vermişdir. (meyitin müayiəsi 27.03.2021-ci il tarixdə, saat 10:00-dan 11:05-dək aparılmışdır.) X6 götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirt və narkotik maddələr aşkar edilməmişdir.(i.v.78-83); Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 10 dekabr 2015-ci il tarixli, 1 (002)- 261/2015 saylı hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 222.2-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il islah işləri cəzasına məhkum olunmuşdur.(86-88) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qaradağ rayon prokurorluğunda CM-in 222.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmış və cinayət işi 31.10.2015-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. (i.v.106); Cəlilabad Rayon İcra Hakimiyyəti Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (108) Ağdam rayon Rayon İcra Hakimiyyəti Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 550 saylı, 28 aprel 2021-ci il tarixli arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X17, oğlu X30, gəlini X14, nəvələri X25 və X20 ibarətdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin 19.04.2021-ci il tarixli, 10/1362 nömrəli həmin rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən Korgöz əhəngdaşı yatağında fiziki şəxs Şahid1 istifadəsində olan daş karxanasında daş kəsən maşının (kombaynın) idarə edilməsi əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müvafiq təlim və təlimatlandırmalar keçirilməmiş X11 həvalə edildiyinə, ona qoruyucu dəbilqə verilmədiyinə, daş kəsən maşının (kombaynın) hərəkət etdiyi relslərin sonluqlarında qoruyucu dayaqlar quraşdırılmadığına, eləcə də həmin daş kəsən maşının hərəkət istiqamətində adamların 10 metrdən az məsafədə olmasına nəzarət keçirilmədiyinə görə, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.” 12.0.004-79 DÜST-nin (dövlət standartının) 1.1, 2.5 bəndlərinin, “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 5, 6, 7, 8, 242, 244 bəndlərinin, “Tikinti materialları sənayesində texniki təhlükəsizlik və istehsalat sanitariya qaydaları”nın (İ-ci cild) 9.4 bəndinin və “Daş karxanasında nəzarətçi-ustanın (növbə ustanın) vəzifə təlimatı”nın 4, 7, 8, 9, 10 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbidir. Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən Korgöz əhəngdaşı yatağında fiziki şəxs Şahid1 istifadəsində olan daş karxanasında daş kəsən maşının (kombaynın) idarə edilməsi əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müvafiq təlim və təlimatlandırmalar keçirilməmiş X15 həvalə edildiyinə, ona qoruyucu dəbilqə verilmədiyinə, daş kəsən maşının (kombaynın) hərəkət etdiyi relslərin sonluqlarında qoruyucu dayaqlar quraşdırılmadığına, eləcə də həmin daş kəsən maşının hərəkət istiqamətində adamların 10 metrdən az məsafədə olmasına nəzarət keçirilmədiyinə görə, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.” 12.0.004-79 DÜST-nin (dövlət standartının) 1.1, 2.5 bəndlərinin, “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 5, 6, 7, 8, 242, 244 bəndlərinin, “Tikinti materialları sənayesində texniki təhlükəsizlik və istehsalat sanitariya qaydaları”nın (İ-ci cild) 9.4 bəndinin və “Daş karxanasında nəzarətçi-ustanın (növbə ustanın) vəzifə təlimatı”nın 4, 7, 8, 9, 10 bəndlərinin tələbləri həmin daş karxanasnın ustanəzarətçisi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur.(116-121); 25 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə tövsif edilməsi, ona həmin maddə ilə ittiham elan edilməsi haqqında qərarın çıxarılması, qərarın təsviri hisəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs X8 daha əvvəllər hadisə baş vermiş daş karxanasında işləməsi, onu daha əvvəl təlimatlandırması, lakin sonuncu dəfə yenidən X10 işə götürdükdən sonra onu təlimatlandırmaması barədə göstərdikləri özünü müdafiə üçün gətirdiyi dəlillər kimi qəbul edilərək sübut kimi qəbul edilmədən rədd edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Korgğz qəsəbəsi, Korgöz əhəndaş yatağında yerləşən daş karxanasının icarədarı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid1 oğlunun və qeyrilərinin əməllərində hər hansı bir cinayətin tərkibi müəyyən edilmədiyindən həmin hissədə cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır (122-138); Təqsirləndirilən şəxsdən yazılı iltizam alınması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyərək CPM-nin 155.5-ci maddəsinə əsasən ondan yazılı iltizam alınmışdır.(i.v.160); Ağdam rayon icra və Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Qaradağ rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10.12.2015-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs CM-nin 222.2-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10% tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs qazancından hər ay 13 manat dövlət nəfinə tutulmaqla cəzası tam icra edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş 27 may 2021-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbini yoxdur, ona cəza verilməməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət 162.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1 və 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini həm ibtidai araşdırma zamanı həm də məhkəmədə etiraf etməsini, əməlindən səmimi olaraq peşmançılıq hissi keçirməsini, yaşlı olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlədirilməsini, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, (CM 59.2), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmadığını (CM 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməsi düzgündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayəti etiraf etməsini, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, onun şəxsiyyətini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və səmimi peşmançılığını, həmçinin cəzanın onun islah olunması perspektivlərinə və gələcək həyatına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 33 (otuz üç) iş saatı və məhkəmədə isə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 53 (əlli üç) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 318 (üç yüz on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə tikinti və quraşdırma sahələrində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (bir) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti həyata keçirən orqanlara məluma vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 53 (əlli üç) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 318 (üç yüz on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-221/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-221/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver