Məhkəmə qərarları › İş №1(002)-221/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-221/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-221/2023 16.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Qobustan rayonu Ərəbşahverdi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş və cəzası ödənilməmiş, Qobustan rayonu, Ərəbşahverdi kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsi, ev 112-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti olmadığı halda qohumu, Vətən Müharibəsi iştirakçısı Zərərçəkmiş şəxs1 əlillik dərəcəsi ilə pensiya təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin dekabr ayının əvvəllərində vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə Bakı şəhəri, Yasamal rayonu, Respublika Kliniki Xəstəxanasının qarşısında 1000 manat, həmin gün axşam saatlarında Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, 1-ci massivdə əlavə olaraq 400 manat olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1400 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti olmadığı halda, qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı Vətən Müharibəsi iştirakçısı Zərərçəkmiş şəxs2 əlillik dərəcəsi ilə pensiya təyin etdirəcəyini vəd verib aldadaraq, 2021-ci ilin dekabr ayının ortalarında vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, 1-ci massivdə 700 manat, bir neçə gün sonra həmin ünvanda əlavə olaraq 700 manat olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1400 manat pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasının qohumudur. Zərərçəkmiş şəxs2 isə Elmirin vasitəsilə tanımışdır. 2021-ci ilin noyabr ayında o, Elmirin 2020-ci ildə baş tutan İİ Qarabağ müharibəsində iştirak etməsi ilə bağlı travma almasına görə əlillik dərəcəsi alıb Qazilik statusunun alınması üçün həmin işi həll edə bilən adam axtardığını eşitmişdir. Bu barədə Elmirlə maraqlananda Elmir ona həkimdən müvafiq tibbi sənədlərin lazım olduğunu demişdir. O da Elmirə bu işi həll edə biləcəyini demişdir. Elmir özünə görə onunla danışanda tanışı Zərərçəkmiş şəxs2 da həmin sənədlərin lazım olduğunu demişdir. O da onlara kömək edəcəyini demişdir. O, Elmir və Fəridin hərəsindən 1500 manat, ümumilikdə 3000 manat alıb onların əlillik dərəcəsini həll edəcəyini demişdir. Lakin onlar hərəsinə 1400 manat verə biləcəklərini deyəndə onlarla razılaşmışdır. 2021-ci ilin dekabr ayında Elmir və Fəridlə Sənqəçal qəsəbəsində dörd yol deyilən ərazidə görüşmüşlər. Birlikdə Fəridin avtomobili ilə Sahil qəsəbəsinə gəlmişlər. Elmir ona verəcəyi pula görə avtomobilini satdığı üçün Sahil qəsəbəsində maşından düşüb bir nəfərdən satdığı maşına görə pul almışdır. Bundan sonra Fəridin maşınına əyləşib birlikdə 20 Yanvar metrostansiyasının yaxınlığına, Respublika Kliniki Xəstəxanasının yanına getmişlər. Elmir orada ona 1000 manat pul və Fəridlə özünün sənədlərini vermişdir. O, 1000 manat pulu və tibbi sənədləri Elmirdən alıb xəstəxanaya daxil olmuşdur. Oradan çıxıb işin həll olunduğunu, tezliklə sənədlərin hazır olacağını bildirmişdir. Lakin xəstəxanada heç kimlə görüşməmiş və. Heç kimə pul verməmişdir. Həmin günü axşam saatlarında Elmirlə Sənqəçal qəsəbəsində görüşmüş və Elmir ona əlavə 400 manat pul vermişdir. Bundan sonra Fərid ona Elmirin iştirakı ilə 2021-ci ilin dekabr ayının ortalarında Qaradağ rayonu, Sənqəçal qəsəbəsində 1400 manat pul vermişdir. Fərid əvvəl 700 manat, bir iki gün sonra da əlavə 700 manat pulu ona vermişdir. O, Elmirdən və Fəriddən aldığı pulları, yəni 2800 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hər dəfə Elmir və Fərid ondan iş barədə soruşanda onlara iki ay ərzində işlərinin düzələcəyini demişdir. Lakin onların hər ikisini aldatmış və pullarını sonradan qaytara bilməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışıq əldə etmişdir. Ailəlidir və himayəsində üç azyaşlı uşağı var. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2-ci Qarabağ döyüşlərində iştirak etmişdir. Müharibə veteranıdır. Ona 2021-ci ildə xəstəxanada uzun müddət müalicə olunmaq haqqında tibbi sənəd lazım olmuşdur. O isə işinə görə uzun müddət xəstəxanada yatmaq istəməmişdir. Həmin ilin noyabr-dekabr ayında tanışı Zərərçəkmiş şəxs2 ilə əlillik dərəcəsi təyin edilməsi ilə bağlı söhbət edəndə Təqsirləndirilən şəxs adlı qohumu bunu eşidib özü onlara yaxınlaşıb demişdir ki, onun Respublika Kliniki Xəstəxanasında tanışı var. Onlara lazım olan sənədi düzəldə bilər. Bunun üçün hər birindən 1500 manat pul istəmişdir. Lakin onlar Qarabalaya hərəsinə görə 1400 manat verə biləcəklərini demişlər. O da onlarla razılaşmışdır. Əvvəlcə, o, maşınını satıb Qarabalaya 2021-ci ilin dekabr ayının əvvəllərində Yasamal rayonundakı Respublika Kliniki Xəstəxanasının qarşısında 1000 manat vermişdir. Eyni zamanda Fəridlə onlar Qarabalaya müharibədə iştiraklarına aid sənədlərin surətini də vermişlər. Həmin vaxt Fərid də Qarabalaya pul vermək üçün qızıl-zinət əşyalarını lombarda girov qoyub pul götürmüşdür. Qarabala onlardan tibbi sənədləri alıb xəstəxanaya getmişdir və çıxıb demişdir ki, işi danışıb həll edir. Onlar hər ikisi də Qarabalaya inanmışlar. Həmin günü o, yaşadığı Sənqəçal qəsəbəsində 1-ci massivdə Qarabalaya Fəridin yanında əlavə 400 manat da vermişdir. Bundan bir neçə gün sonra Fərid də Qarabalaya Sənqəçal qəsəbəsində 2021-ci ilin dekabr ayının ortalarında hissə-hissə iki dəfəyə hər dəfə 700 manat olmaqla 1400 manat pulu onun yanında Sənqəçal qəsəbəsində vermişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən Respublika xəstəxanasına getmişdir. O xəstəxanaya daxil olub yenidən onların yanına gəlib işlərinin alındığını dediyi üçün ona inanaraq müharibədə iştiraklarına aid sənədləri vermişlər. Bundan sonran isə Fərid və o, işin alınmamasını görüb dəfələrlə Təqsirləndirilən şəxs pullarını tələb etsələr də, nəticə olmaması səbəbindən polisə müraciət etmişlər. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə təqdim edərək təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, massiv 1 ev 7-də yaşayır. Azərenerji ASC-də maşın sexində çilingər işləyir. 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibə veteranıdır. Ona 2021-ci ildə xəstəxanada uzun müddət müalicə olunmaq haqqında tibbi sənəd lazım olmuşdur. O, isə işinə görə uzun müddət xəstəxanada yatmaq istəməmişdir. Həmin ilin dekabr ayında tanışı Qaradağ rayonu, Sənqəçal qəsəbəsində yaşayan onun cəbhə yoldaşı Zərərçəkmiş şəxs1 uzaq qohumu Qarabala adlı şəxs onun və Elmirin qazi statusu ilə bağlı söhbət etdiklərini eşidib özü onlara yaxınlaşıb demişdir ki, onun Respublika Kliniki Xəstəxanasında tanışı var, lazım olan sənədi düzəldə bilər. Bunun üçün hər biri Qarabalaya 1500 manat pul verməli olmuşlar. Lakin sonra Qarabaladan xahiş etmişlərd ki, hərəsinə 1400 manat verə bilərlər. O da razılaşmışdır. X5 2021-ci ilin dekabr ayının əvvəllərində Yasamal rayonundakı Respublika Kliniki Xəstəxanasının qarşısında 1000 manat vermişdir. Eyni zamanda Elmir və o, Qarabalaya müharibədə iştirakına aid sənədlərin surətini də vermişdir. Bu ərəfədə o da Qarabalaya pul vermək üçün evlərində olan qızıl-zinət əşyalarını lombarda gorov qoyub pul götürmüşdür. Qarabala onlardan tibbi səmədləri alıb xəstəxanaya getmiş və çıxıb demişdir ki, işlərini danışıb həll edir. Onlar da Qarabalaya inanmışlar. Həmin günü Elmir yaşadığı Sənqəçal qəsəbəsində 1-ci massivdə Qarabalaya onun yanında əlavə 400 manat vermişdir. Bundan bir neçə gün sonra o da Qarabalaya Sənqəçal qəsəbəsində Qazi statusu ilə bağlı sənədlərin düzəltməsi üçün 2021-ci ilin dekabr ayının ortalarında hissə-hissə iki dəfəyə hər dəfəsində 700 manat olmaqla 1400 manat pulu Elmirin yanında Sənqəçal qəsəbəsində vermişdir. Təqsirləndirilən şəxs onları 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən Respublika xəstəxanasına onunla birlikdə daxil olmağa qoymamışdır. O, xəstəxanaya daxil olub çıxanda demişdir ki, işləri alınır və onlar inanıb topladıqları sənədləri ona vermişlər. Bundan sonran o, işin alınmamasını görüb dəfələrlə Təqsirləndirilən şəxs Elmirlə birgə pulu tələb etsələr də, nəticə olmaması səbəbindən polisə müraciət etmişlər. Ona aydın olmuşdur ki, Qarabala pulu ələ keçirmək üçün onları yalandan vəd verib aldatmışdır. O da, Elmir də ilk dəfə Qarabala ilə Respublika Kliniki Xəstəxanasının yanında görüşmüşlər. Elmir ona 1000 manat pulu orada vermişdir. Ona görə də hər ikisi ərizələrində pulları Yasamal rayonu ərazisində verdiklərini göstərmişlər. Əslində, o, Qarabalaya 2021-ci ilin dekabr ayının ortalarında 1400 manat pulu Sənqəçalda yaşadıqları məhlədə 1-ci massivdə vermişdir. Əvvəlcə 700 manat, bir-iki gün sonra isə yenə 700 manat vermişdir. Qarabala Elmirə uzaq qohum olduğu üçün onlar buna görə hüquq mühafizə orqanlarına müraciət etməyib gözləmişlər. Qarabala bu aylar ərzində pulu qaytaracağını demişdir. Ona görə də gözləmişlər. Lakin aldandıqlarını bilərək və pulu ala bilmədikləri üçün ərizə ilə Qaradağ RPİnin 11-ci PB-nə müraciət etmişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan hökmdən görünür ki, təqsirləndirilən şəxs Əsədov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materillarında olan Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs, ona Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 1000 manat cərimə cəzasını ödəməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axtarış nəticəsində tutulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materillarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair təqdimat təmin edilməmiş və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilmişdir. İş materillarından görünür ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışıq əldə etməsini və himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Əsədov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş 1000 manat cərimə cəzasını ödəmədiyindən ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 1000 (bir min manat) cərimə cəzası hazırki cəza ilə tam toplanmaqla ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1000 (bir min manat) cərimə cəzası təyin edisin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında və həbsdə olduğu 01 ay 07 gün həbsdə olmanın 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası və 1000 (bir min manat) cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun rayonunun ərazi hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar