Məhkəmə qərarları › İş №1(002)-221/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-221/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-221/2025 03.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 7də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və imkanı olmadığı halda tanışı Zərərçəkmiş şəxs qızma sosial müavinat verilməsi və eləcədə sonuncunun ünvan 3 ünvanında yerləşən evini bank girovundan çıxarılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri ərazisində müxtəlif ünvanlardan sonuncuya məxsus olan 5522********4360 nömrəli kart hesabından özünə məxsus "xxxx" ASC-yə aid 4127 ******** 2430 nömrəli və "xxxx" ASC-yə aid ************6918 nömrəli kart hesablarına xx.xx.2025- ci il tarixdə saat 10:12-də 100 manat, xx.xx.2025-ci il tarixdə saat 10:22-də 500 manat, xx.xx.2025-ci il tarixdə saat 12:12-də 510 manat və həmin tarixdə 90 manat, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə saat 13:25-də Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, yerüstü piyada keçidinin yaxınlığında Zərərçəkmiş şəxs mobil tətbiq vasitəsi ilə köçürdüyü 250 manat pul vəsaitlərini vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib, zərərçəkmiş şəxsə 1450 (bir min dörd yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2025-ci ilin əvvəllərində dəqiq xatırlamadığı tarixdə “Tik-Tok” sosial şəbəkəsində təsadüfən tanış olmuşdur. Aralarında səmimi münasibət yarandığına görə telefon vasitəsilə danışmış və təxminən 4 ay ərzində münasibət saxlamışlar. Həmin müddətdə 2-3 dəfə Bakı şəhərinin müxtəlif ünvanlarında görüşüb birlikdə vaxt keçirmişlər. Bir neçə dəfə söhbət əsnasında Fatima ailə vəziyyətinin çətinliyi barədə ona məlumat verib ondan sosial yardım almasına köməklik etməsini xahiş etmişdir. O, da Fatimaya bu məsələni həll edə biləcəyini deyərək həmin şəxsə 200 manat pul və sənədlərini göndərməsini demişdir. Zərərçəkmiş şəxs razılıq verərək onun kart hesabına 200 manat pul köçürmüş, “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə də sənədlərinin şəkillərini göndərmişdir. Zərərçəkmiş şəxs aldığı pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş, Fatimaya isə yalan danışaraq məsələnin tezliklə həll olunacağını demişdir. Bundan bir neçə gün sonra Fatima ilə danışarkən Fatima ona Salyan rayonunda yerləşən evlərinin hansısa bankda girovda olduğunu deyərək həmin evi girovdan çıxartmaq üçün köməklik göstərməsini xahiş etmişdir. O, da Fatimaya kömək edəcəyini deyib məsələnin həlli üçün əlində pulu olmadığına görə ona bir qədər pul göndərməsini demişdir. Zərərçəkmiş şəxs onun kart hesabıma hissə-hissə olmaqla ümumilikdə 1450 manat məbləğində pul göndərmişdir. Zərərçəkmiş şəxs başqa vaxtlarda pul götürməmişdir. Sonradan Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yarandığına görə həmin şəxsdən ayrılaraq münasibətə son qoymuşdur. Fatimadan aldığı pulları şəxsi hetiyatclarma xərcləmiş, Fatimaya sosial yardım və evinin bank girovundan çıxarmaq səlahiyyətinə malik olmadığını, bu məsələlərin həlli üçün hər hansı bir iş görmədiyini, Fatimanı aldadaraq pullarını ələ keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs vurmuş olduğu 1450 manat maddi ziyanın hamısını həmin şəxsə ödəmişdir, Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Məhkəmədən yetkinlik yaşına çatmamış övladının və xəstə atasının, evə qazanc gətirən yeganə şəxs olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2025-ci ilin mart ayında dəqiq xatırlamadığı tarixdə “Tik-Tok” sosial şəbəkəsində təsadüfən tanış olmuşdur. Sözügedən sosial şəbəkədə bir neçə gün Təqsirləndirilən şəxsla yazışdıqdan sonra aralarında münasibət yaranmış, “WhatsApp” sosial şəbəkəsində yazışaraq zəngləşib danışmağa başlamışlar. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək ölkənin vəzifəli şəxslərinin mühafizəsində işlədiyini və buna görə də onu tez-tez narahat etməməsini demişdir. Bununla belə Azərlə təqribən 1 ay münasibət saxlamış və hətta onunla bir neçə dəfə görüşüb birlikdə vaxt keçirmişlər. Təqsirləndirilən şəxsla aralarında yaxın münasibət yarandığına görə Azərə “sosial müavinat almaq istəyirəm, lakin bu məsələni həll edə bilmirəm. Salyan rayonundakı evimiz bank tərəfindən girovadadır, evi bankın girovundan çıxarada bilmirik” sözlərini demişdir. Azər isə bu məsələləri həll edə biləcəyini ona demiş, o, da Azərdən ona kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də ona kömək edəcəyini, lakin bu işlərin həll edilməsi üçün müəyyən məbləğdə pul lazım olacağını demişdir. Təqsirləndirilən şəxs onu inandırmaq üçün xüsusi geyimlərdə çəkdirdiyi şəkilləri ona atmış, ona sosial müavinət düzəldəcəyi ilə bağlı vəd vermişdir. O, Azərdən ümumilikdə hansı məbləğdə pul lazım olacağını soruşsa da Azər bu barədə ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs bu məsələrin həll edilməsi üçün hissə-hissə olmaqla ondan ümumlikdə 2875 manat pul almışdır. Həmin pulun 1435 manatını 2025-ci ilin aprel ayının əvəllərindən ortalarınadək olan vaxtlarda Bakı şəhərində müxtəlif yerlərdə görüşdükləri zaman Təqsirləndirilən şəxs olmaqla təklikdə nağd şəklində əlbəəl vermişdir. Buna görə də, 1435 manat əlbəəl verməsini təsdiq etmək etmək üçün hazırda onda heç bir sübut yoxdur. Qalan 1450 manat pulu isə özünə məxsus "xxxx" ASC-yə aid “5522- 0993-8733- 4360” saylı kart hesabından Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid “4127-2093- 0232-2430” saylı kart hesabına xx.xx.2025-ci il tarixdə saat 10:12-də 100 manat, xx.xx.2025-ci il tarixdə saat 10:22-də 500 manat, xx.xx.2025-ci il tarixdə saat 12:12-də 510 və 90 manat pul köçürmüşdür. Sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə yaşadığı Salyan rayonuna gedərkən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Salyan rayonu istiqamətində hərəkətdə olarkən Qobustan qəsəbəsindəki yer üstü piyada keçidinin yaxınlığında Azər ona telefonla zəng edərək sosial müavinat məsələsinin həll edilməsi üçün 250 manat pul lazım olduğunu, həmin məbləğdə pul verildikdən bir neçə gün sonra bu məsələnin həll ediləcəyini bildirmişdir. O, da Azər Mməmədova inandığı üçün həmin gün saat 13:25-də 250 manat pul vəsaitini Azərin ona bildirdiyi “4127-2093-0232-2430” saylı kart hesabına köçürmüşdür. 27 aprel 2025-ci il tarixdən sonra o, nə qədər cəhd etməsinə baxmayaraq Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilmədiyi üçün Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüdür. Bu barədə rəfiqəsi Şahid məlumat verdikdən sonra Zafta, ona baş vermiş hadisə ilə bağlı polisə şikayət etməsini məsləhət görmüşdür. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı Qaradağ RPİ-nin 11-ci PB-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs köçürmə yolu ilə 1450 manat pul verdiyini sübut edə bildiyinə görə, hazırda məhkəmə iclasında Təqsirləndirilən şəxs ona həmin məbləğdə ziyanı ödəməsi ilə razılaşır. Təqsirləndirilən şəxs ona ziyanı ödədiyinə görə həmin şəxsə qarşı şikayəti və tələbi yoxdur. Şahid məhkəmə iclasında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun rəfiqəsidir. 2025-ci ilin mart-aprel ayları ərzində Zərərçəkmiş şəxs ilə söhbət etdiyi vaxt Fatima ona Azər adlı şəxslə tanış olduğunu və Azərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işlədiyini demişdir. Onların arasında yaxın münasibətlərin olduğu barədə məlumatsız olmuşdur. Həmin ərəfədə Fatima ona Azərin sosial müavinat düzəltməsi və Salyan rayonunda yerləşən evlərinin bank girovundan çıxarılmasında köməklik edəcəyi barədə məlumat vermişdir. Bunun üçün Fatima onun yanında özünə məxsus bank kart hesabından mobil bank tətbiqi vasitəsi ilə Azərin kart hesabına pullar köçürmüşdür. Bir müddət sonra Fatima ona Azərin sosial müavinət düzələdəcəyinə və Salyan rayonunda yerləşən evinin girovdan çıxarılacağına dair vəd verərək müxtəlif vaxtlarda hissə-hissə pul aldığını, lakin qeyd olunan məsələləri həll etməyərək onu aldatdığını bildirmişdir. Fatimanın dediyinə görə, Azərə həmin məbləğin bir hissəsini kartla köçürmə yolu ilə, digər hissəsini isə nağd şəkildə əlbəəl vermişdir. Fatimanın Azərə konkret nə hansı məbləğdə pul verdiyi ona məlum olmamışdır. O, Fatimaya Azər adlı şəxsin barəsində polisə şikayət etməsini məsləhət görmüşdür. Fatima da Azər tərəfindən aldadılaraq pullarının ələ keçirilməsi barədə polisə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 01). “Şübhəli şəxsin tutulması haqqında” 18 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2025-ci il tarixdə saat 21:00-da tutulmuşdur (i.v. 40). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 50-51). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 20 may 2025-ci il tarixli qərardan görünür ki, 20 may 2025-ci il tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir (i.v. 63-64). “Əşyanın götürülməsi haqqında” 30 iyul 2025-ci il tarixli qərardan, “əşyaya baxış keçirilməsi haqqında” həmin tarixli protokoldan və Zərərçəkmiş şəxs götürülmüş “İban” mobil tətbiqi vasitəsilə pul göndərilməsini təsdiq edən elektron qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 5522 ******** 4360 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus 4127 ******** 2430 nömrəli kart hesabına xx.xx.2025-ci il tarixdə saat 10:12-də 100 manat, xx.xx.2025-ci il tarixdə saat 12:12-də 510 və 90 manat, xx.xx.2025-ci il tarixdə saat 13:25-də 250 manat və Təqsirləndirilən şəxs təqdim etdiyi ************6918 nömrəli kart hesabına xx.xx.2025-ci il tarixdə saat 10:22-də 500 manat pul vəsaitləri köçürülmüşdür (i.v. 94-98, 99-100, 102). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 30 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs 4127********2430 nömrəli kart hesabına mobil bank tətbiqi vasitəsilə pul köçürmələrini təsdiq edən elektron qəbzlərin surətləri, həmçinin "xxxx" ASC-də Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli hesab çıxarışı iş üzrə maddi sübut hesab edilmiş və qəbzlərin surətləri cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 103-104). “İfadənin yerində yoxlanılması haqqında” 06 sentyabr 2025-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiyi halları və xüsusatları bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncu dəfə 26 Aprel 2025-ci il tarixdə saat 13:25-də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, yerüstü piyada keçidinin yaxınlığında olarkən 250 manat pul göndərdiyi yeri göstərmişdir (i.v. 121-123). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 09 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 138-139). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan iş üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Bundan sonra, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan iş üzrə icraata Azərbaycan Respublikası CM-nin 73.1.2-ci maddəsinə əsasən xitam verilməklə cinayət məsuliyətindən azad edilmişdir (i.v. 79-80). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AZ1114/********** nömrəli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyini, Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72-74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan iş üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən, bundan sonra, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan iş üzrə icraata Azərbaycan Respublikası CM-nin 73.1.2-ci maddəsinə əsasən xitam verilməklə cinayət məsuliyətindən azad edilmişdir. Buna görə də, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarları qanuni qüvvəyə mindiyi vaxtdan sonrakı tarixlərdə törədildiyindən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasına və ona dəymiş ziyanı ödəməsinə baxmayaraq Təqsirləndirilən şəxs barəsində hazırda Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə olan iş üzrə icraata Azərbaycan Respublikasının CM-nin 73-1.1-ci maddəsi ilə xitam verilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əvvəllər məhkum edilməməsini, əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödəməsi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18 may 2025-ci il tarixdə saat 21:00-dan 20 may 2025-ci il tarixə saat 12:30-dək tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, ünvan 7 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 4127********2430 nömrəli kart hesabına mobil bank tətbiqi vasitəsi ilə pul köçürmələrini təsdiq edən elektron qəbzlərin surətləri, həmçinin Zərərçəkmiş şəxs "xxxx" ASC-də olan hesabından edilmiş xx.xx.2025-ci il tarixli çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul vəkil X2, iş materialları ilə tanış olduğu və məhkəmənin iclasları zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat məbləğində pul vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Nazirlər Kabinetinin “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli Qərarına NK-nin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, NK-nin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 may 2025-ci il tarixdə saat 21:00-dan 20 may 2025-ci il tarixə saat 12:30-dək tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, ünvan 7 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla), cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 4127********2430 nömrəli kart hesabına mobil bank tətbiqi vasitəsi ilə pul köçürmələrini təsdiq edən elektron qəbzlərin surətləri, Zərərçəkmiş şəxs "xxxx" ASC-də olan hesabından edilmiş xx.xx.2025ci il tarixli çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul vəkil X2, iş materialları ilə tanış olduğu və məhkəmənin hazırlıq iclası zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat məbləğində pul vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar