Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-222/2021 26.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1984-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 317-2.1-ci maddələri ilə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanıldığı cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyaları təkrar saxlamış, gəzdirmiş və istifadə etmişdir. Belə ki, o, 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən istintaqa məlum olmayan mənbədən əldə etdiyi “Cəzaçəkmə müəssisələrinin X7” ilə qadağan olunmuş, daxilində “Azercell” GSM danışıq kartı olan bir ədəd “X9 Prime Plus” markalı, “SM- G532F/DS” modelli, “352820/08/211928/5, 352821/08/211928/3” imei kodlu mobil telefon aparatını özündə saxlamış, gəzdirmiş və 18 may 2020-ci il tarixdə saat 17:50 radələrində Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən 1-ci rejim korpusunun 13 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilərkən məsuliyyətdən yayınmaq məqsədilə əlində saxladığı həmin mobil telefonu sındıraraq kameranın pəncərəsindən çölə atmışdır. Bundan əlavə o, 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən istintaqa məlum olmayan mənbədən əldə edib Qaydalarla qadağan olunmuş əşya olan - bir ədəd “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli “**********31592”, “**********31600” imei kodlu mobil (smartfon) telefon aparatını özündə saxlamış, gəzdirmiş və ondan +7 989 ***-**-** abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqram təminatı vasitəsilə əmisi oğlu Şahid7 istifadəsində olan 070 811-90-38 və tanışı Şahid6 istifadəsində olan 055 409- 69-69 mobil telefon nömrələrinə səs yazıları və mətnli mesajlar yazaraq əlaqə saxlamaqla istifadə etmiş, 05 mart 2021-ci il tarixdə saat 10:35-də 8 saylı Cəzaçəkmə müəssisəsinin və Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin əməkdaşları tərəfindən 1-ci rejim korpusunun 13 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada ona məxsus dolabçanın içərisində olan elektrik saçqırxan qutusunun alt hissəsindən daxilində ***-***-**-** nömrəli “Azercell” GSM danışıq kartı olan həmin mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, törətdiyi cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.07.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 317- 2.1-ci maddələrlə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasını PX-nin 8 saylı Cəzaçəkmə müəssisəsində çəkir, cəzaçəkmə müəssisəsində əməkdaşlar və ya digər məhkumlar tərəfindən fiziki və ya mənəvi təzyiqlərə məruz qalmamışdır. 18 may 2020-ci il tarixdə saat 17:50 radələrində müəssisənin əməkdaşları onun saxlanıldığı 1-ci rejim korpusun 13 saylı kamerasına daxil olaraq axtarış-baxış tədbirlərinin keçirilməsinə başlamış, daxil olarkən əməkdaşlar kameradan kənar müəssisənin ərazisindən bir ədəd sındırılmış vəziyyətdə “Samsung” markalı mobil telefonu məhkumlara göstərərək kimə məxsus olduğunu soruşmuşlar. Lakin heç bir məhkum həmin telefonun ona aid olduğunu bildirməmiş və bu barədə məlumatlarının olmadığını demişlər, daha sonra əməliyyat bölməsinin xidməti otağına dəvət olunaraq tədbir iştirakçılarının və hal-şahidlərinin iştirakı ilə mobil telefon aparatı qablaşdırılaraq müvafiq protokol tərtib edilmiş, lakin həmin protokolu imza etməkdən imtina etmiş, çünki həmin sınıdırılmış mobil telefon aparatı ona məxsus olmamış və kimin tərəfindən sındırılaraq kameradan çölə atılması barədə xəbəri olmamışdır. Bundan başqa 05 mart 2021-ci il tarixdə saat 10:35 radələrində müəssisənin əməkdaşları qəflətən saxlanıldığı 1-ci rejim korpusun 13 saylı kamerasına daxil olaraq hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbirlərinin keçirilməsinə başlanmış, tədbir zamanı müəssisənin əməkdaşları ona məxsus olan dolabçadan elektrik saçqırxan qutusunun alt hissəsindən, daxilində ***-***-**-** nömrəli danışıq kartı olan bir ədəd “Xiaomi” markalı, həmçinin həmin tədbir zamanı ona məxsus olan ərzaq məhsullarının yığıldığı taxta rəfin içərisində gizli saxlanc yerindən, daxilində danışıq kartı olmayan bir ədəd “Samsung” markalı mobil telefon aparatını aşkar edərək götürmüşlər. Aşkar olunmuş hər iki mobil telefon aparatı ona məxsus olmuş, lakin “Samsung” markalı mobil telefon aparatı işlək vəziyyətdə olmamış, aşkar olunmuş “Xiaomi” markalı mobil telefondan istifadə edərək dost-tanışları ilə əlaqə saxlamış, danışıqları hər hansı kriminal xarakterli mövzu daşımamış, aşkar olunmuş mobil telefon aparatları əməkdaşların, hal şahidlərinin və onun iştirakı ilə qablaşdırılaraq müvafiq protokol tərtib olunmuş və bütün tədbir iştirakçıları həmin protokolu öz imzaları ilə təsdiq etmişlər. Aşkar olunmuş “Samsung” və “Xiaomi” markalı mobil telefon aparatlarını birlikdə müəssisəsinin istehsalat sahəsinin zibilliyindən təxminən 15-20 gün öncə tapmış, “Samsung” markalı telefon işlək vəziyyətdə olmasa da “Xiaomi” markalı mobil telefonunu işlək vəziyyətdə olmaqla daxilində “Azercell” danışıq kartı olmuş, həmin telefonların tapılması barədə heç kimə bildirməmiş və “Xiaomi” markalı mobil telefondan daxilində olan nömrə ilə “Whatsapp” vasitəsi ilə bir neçə dəfə dost-tanışları və qohumları ilə əlaqə saxlamış, məsələn əmisi oğlu Şahid7la istifadəsində olan (070) 811- 90-38, həmçinin tanışı Şahid6la istifadəsində olan (055) ***-**-** nömrələri ilə fevral-mart aylarında əlaqə saxlamışdır. O son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsinin Əməliyyat bölməsinin böyük inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 18 may 2020-ci il tarixdə təxminən saat 17:50 radələrində alınmış əməliyyat məlumatına əsasən hal şahidlərinin və müəssisənin digər əməkdaşları ilə birlikdə 1-ci rejim korpusunun 13 saylı kamerasına daxil olaraq axtarış-baxış tədbirlərinin keçirilməsinə başlamış, tədbirə başlamazdan öncə həmin kamerada cəza çəkən məhkumlara üzərlərində və kamerada məhkumlar üçün hər-hansı bir qadağan olunmuş əşyanın olub-olmamasını və könüllü olaraq təhvil verilməsi barədə xəbərdarlıq olunduqdan sonra məhkumlar üzərlərində və kamerada istifadəsi və saxlanması qadağan olunmuş əşyanın olmadığını bildirmiş, axtarış tədbirləri zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2011-ci il tarixli, 1(101)- 714/2011 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1; 234.4.3-cü və 317- 2.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş həmin kamera da xüsusi rejimdə cəza çəkən Təqsirləndirilən şəxs əlində saxladığı, daxilində “Sim” danışıq kartı olan bir ədəd “Samsung Duos” markalı mobil telefon aparatını məsuliyyətdən yayınmaq məqsədilə sındıraraq kameranın pəncərəsindən çölə atmış, bundan sonra tədbir davam etdirilərkən həmin kamerada xüsusi rejimdə cəza çəkən X5 yataq yerindəki yastığın altından gizlədilmiş vəziyyətdə daxilində “Sim” danışıq kartı olan daha bir ədəd “Samsung Duos” markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar olunaraq götürülmüş, bununla əlaqədar məhkumlar Təqsirləndirilən şəxs və X6 ayrı-ayrılıqda əməliyyat bölməsinə dəvət olunaraq aşkar olunmuş mobil telefonlarla bağlı onlara protokola imza etməkləri və izahat vermələri bildirilmiş, lakin hər iki məhkum özlərini qeyrisəmimi apararaq protokola imza etməkdən və yazılı izahat verməkdən imtina etmiş, aşkar olunmuş iki ədəd mobil telefonlarla bağlı müvafiq protokol tərtib edilərək digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə 05 mart 2021-ci il tarixdə saat 10:35-də Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin və cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə birlikdə müəssisənin 1-ci rejim korpusunun 13 saylı kamerasına hal şahidləri ilə birlikdə qəflətən daxil olmuş, axtarış-baxış tədbiri keçirilən zaman həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus məhkumlar üçün nəzərdə tutulmuş ərzaq məhsullarının yığılan taxta rəfin içərisindən xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən daxilində danışıq kartı olmayan bir ədəd “Samsung Duos” markalı və dolabçanın içərisində olan elektrik saçqırxan qutusunun alt hissəsindən daxilində “Azercell” GSM danışıq kartı olan bir ədəd “Xiaomi” markalı mobil telefon aparatları aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyaların aşkar olunması ilə əlaqədar əməkdaşların, hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək mobil telefonlar qablaşdırılaraq protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşı, ədliyyə mayoru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 18 may 2020-ci il tarixdə təxminən saat 17:50 radələrində alınmış əməliyyat məlumatına əsasən hal şahidlərinin və müəssisənin digər əməkdaşları ilə birlikdə 1-ci rejim korpusunun 13 saylı kamerasına daxil olaraq axtarış-baxış tədbirlərinin keçirilməsinə başlamış, tədbirə başlamazdan öncə həmin kamerada cəza çəkən məhkumlara üzərlərində və kamerada məhkumlar üçün hər-hansı bir qadağan olunmuş əşyanın olub-olmamasını və könüllü olaraq təhvil verilməsi barədə xəbərdarlıq olunduqdan sonra məhkumlar üzərlərində və kamerada istifadəsi və saxlanması qadağan olunmuş əşyanın olmadığını bildirmiş, axtarış tədbirləri zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2011-ci il tarixli, 1(101)-714/2011 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1; 234.4.3-cü və 317-2.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş həmin kemarada xüsusi rejimdə cəza çəkən Təqsirləndirilən şəxs əlində saxladığı, daxilində “Sim” danışıq kartı olan bir ədəd “Samsung Duos” markalı mobil telefon aparatını məsuliyyətdən yayınmaq məqsədilə sındıraraq kameranın pəncərəsindən çölə atmış, bundan sonra tədbir davam etdirilərkən həmin kamerada xüsusi rejimdə cəza çəkən X5 yataq yerindəki yastığın altından gizlədilmiş vəziyyətdə daxilində “Sim” danışıq kartı olan daha bir ədəd “Samsung Duos” markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar olunaraq götürülmüş, bununla əlaqədar məhkumlar Təqsirləndirilən şəxs və X6 ayrı-ayrılıqda əməliyyat bölməsinə dəvət olunaraq aşkar olunmuş mobil telefonlarla bağlı onlara protokola imza etməkləri və izahat vermələri bildirilmiş, lakin hər iki məhkum özlərini qeyri-səmimi apararaq protokola imza etməkdən və yazılı izahat verməkdən imtina etmiş, aşkar olunmuş iki ədəd mobil telefonlarla bağlı müvafiq protokol tərtib edilərək digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə 05 mart 2021-ci il tarixdə saat 10:35-də Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin və cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə birlikdə müəssisənin 1-ci rejim korpusunun 13 saylı kamerasına hal şahidləri ilə birlikdə qəflətən daxil olmuş, axtarış-baxış tədbiri keçirilən zaman həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus məhkumlar üçün nəzərdə tutulmuş ərzaq məhsullarının yığılan taxta rəfin içərisindən xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən daxilində danışıq kartı olmayan bir ədəd “Samsung Duos” markalı və dolabçanın içərisində olan elektrik saçqırxan qutusunun alt hissəsindən daxilində “Azercell” GSM danışıq kartı olan bir ədəd “Xiaomi” markalı mobil telefon aparatları aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyaların aşkar olunması ilə əlaqədar əməkdaşların, hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək mobil telefonlar qablaşdırılaraq protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşı, ədliyyə baş leytenantı Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 18 may 2020-ci il tarixdə təxminən saat 17:50 radələrində alınmış əməliyyat məlumatına əsasən hal şahidlərinin və müəssisənin digər əməkdaşları ilə birlikdə 1-ci rejim korpusunun 13 saylı kamerasına daxil olaraq axtarış-baxış tədbirlərinin keçirilməsinə başlamış, tədbirə başlamazdan öncə həmin kamerada cəza çəkən məhkumlara üzərlərində və kamerada məhkumlar üçün hər-hansı bir qadağan olunmuş əşyanın olub-olmamasını və könüllü olaraq təhvil verilməsi barədə xəbərdarlıq olunduqdan sonra məhkumlar üzərlərində və kamerada istifadəsi və saxlanması qadağan olunmuş əşyanın olmadığını bildirmiş, axtarış tədbirləri zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2011-ci il tarixli, 1(101)-714/2011 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1; 234.4.3-cü və 317-2.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş həmin kamerada xüsusi rejimdə cəza çəkən Təqsirləndirilən şəxs əlində saxladığı, daxilində “Sim” danışıq kartı olan bir ədəd “Samsung Duos” markalı mobil telefon aparatını məsuliyyətdən yayınmaq məqsədilə sındıraraq kameranın pəncərəsindən çölə atmış, bundan sonra tədbir davam etdirilərkən həmin kamerada xüsusi rejimdə cəza çəkən X5 yataq yerindəki yastığın altından gizlədilmiş vəziyyətdə daxilində “Sim” danışıq kartı olan daha bir ədəd “Samsung Duos” markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar olunaraq götürülmüş, bununla əlaqədar məhkumlar Təqsirləndirilən şəxs və X6 ayrı-ayrılıqda əməliyyat bölməsinə dəvət olunaraq aşkar olunmuş mobil telefonlarla bağlı onlara protokola imza etməkləri və izahat vermələri bildirilmiş, lakin hər iki məhkum özlərini qeyri-səmimi apararaq protokola imza etməkdən və yazılı izahat verməkdən imtina etmiş, aşkar olunmuş iki ədəd mobil telefonlarla bağlı müvafiq protokol tərtib edilərək digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə 05 mart 2021-ci il tarixdə saat 10:35-də Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin və cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə birlikdə müəssisənin 1-ci rejim korpusunun 13 saylı kamerasına hal şahidləri ilə birlikdə qəflətən daxil olmuş, axtarış-baxış tədbiri keçirilən zaman həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus məhkumlar üçün nəzərdə tutulmuş ərzaq məhsullarının yığılan taxta rəfin içərisindən xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən daxilində danışıq kartı olmayan bir ədəd “Samsung Duos” markalı və dolabçanın içərisində olan elektrik saçqırxan qutusunun alt hissəsindən daxilində “Azercell” GSM danışıq kartı olan bir ədəd “Xiaomi” markalı mobil telefon aparatları aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyaların aşkar olunması ilə əlaqədar əməkdaşların, hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək mobil telefonlar qablaşdırılaraq protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşı, ədliyyə giziri Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsinin digər əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Şahid7 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əmisi oğlu Həşimov X3 Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2021-ci ilin fevral-mart aylarında “Whatsapp” mobil telefon tətbiqi vasitəsi ilə istifadə etdiyi +7***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, tanışı Həşimov X3 Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2021-ci ilin fevral ayında “Whatsapp” mobil telefon tətbiqi vasitəsi ilə istifadə etdiyi +7***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmışdır. İş materiallarında olan Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsinin 05.03.2021-ci il tarixli axtarış və götürmə protokolundan görünür ki, 05 mart 2021-ci il tarixdə saat 10:35-də radələrində 8 saylı Cəzaçəkmə müəssisəsinin və Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə müəssisənin 1-ci rejim korpusunun 13 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada xüsusi rejimdə cəza çəkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2011-ci il tarixli, 1(101)-714/2011 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 317-2.1-ci maddələrilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məxsus məhkumlar üçün nəzərdə tutulmuş ərzaq məhsullarının yığılan taxta rəfin içərisindən xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən daxilində danışıq kartı olmayan bir ədəd “Samsung Duos” markalı və dolabçanın içərisində olan elektrik saçqırxan qutusunun alt hissəsindən daxilində ***-***-**-** nömrəli “Azercell” GSM danışıq kartı olan bir ədəd “Xiomi” markalı mobil telefon aparatları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsinin 18.05.2020-ci il tarixli axtarış və götürmə protokolundan görünür ki, 18 may 2020-ci il tarixdə saat 17:50 radələrində Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən qabaqcadan alınmış əməliyyat məlumatına əsasən hal şahidləri ilə birlikdə müəssisənin 1-ci rejim korpusunun 13 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada xüsusi rejimdə cəza çəkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2011-ci il tarixli, 1(101)-714/2011 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1; 234.4.3-cü və 317-2.1-ci maddələrilə təqsirli bilinərək barəsində 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs əlində saxladığı, daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan bir ədəd “Samsung Galaxy A3” markalı mobil telefon aparatını məsuliyyətdən yayınmaq məqsədilə sındıraraq kameranın pəncərəsindən çölə atmış, bundan sonra tədbir davam etdirilərkən həmin kamerada xüsusi rejimdə cəza çəkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli, 1(101)-319/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.1; 29,120.2.4; 29,120.2.5; 29,120.2.6; 186.1; 221.2.1-ci və 228.2.1-ci maddələrilə təqsirli bilinərək barəsində 16 (on altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş X5 yataq yerindəki yastığın altından gizlədilmiş vəziyyətdə daxilində “Azercell” danışıq kartı olan bir ədəd “X9 Prime Plus” markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyul 2020-ci il tarixli «5/313» nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A3” markalı “SM-A320F/DS” modelli arxa tərəfindəki markirovka göstəricisinə görə “356303/08/752122/3, 356304/08/752122/1” İMEİ kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yararlıdır. Təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “X11 Plus” markalı “SM-G532F/DS” modelli arxa tərəfindəki markirovka göstəricisinə görə “352820/08/211928/5, 352821/08/211928/3” İMEİ kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olmayıb, istifadə üçün yararlı deyildir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A3” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “SM- A320F/DS” modelli mobil telefona istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi(parolpassword) şifrələrlə bloklaşdırmanı keçmək mümkün olmadı. Təqdim edilmiş “Samsung Galaxy A3” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “SM-A320F/DS” modelli və “X11 Plus” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “SM-G532F/DS” modelli mobil (smartfon) telefonlarda foto və videoçəkiliş xidmətləri mövcuddur. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A3” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “SM- A320F/DS” modelli mobil telefonun yaddaşında hər hansı bir (foto, video fayllar) məlumatların olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “X11 Plus” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “SM-G532F/DS” modelli mobil (smartfon) telefon hal-hazırda işlək vəziyyətdə olmaması səbəbindən həmin mobil telefonun yaddaşında hər hansı bir (foto, video fayllar) məlumatların olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2021-ci il tarixli “5/228” nömrəli rəyindən görünür ki, tədqiq olunan “Android” əməliyyat sistemi ilə təhciz olunmuş bir ədəd “Samsung” markalı arxa markalanma göstəricisinə görə “SM-A310F/DS” modelli “358312/07/450975/0”, “358313/07/450975/8”” imei kodlu mobil telefon (smartfon) işlək vəziyyətdə olmayıb, təyinatı üzrə istifadəyə yararlı deyildir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli “**********31592”, “**********31600” imei kodlu mobil telefon (smartfon) hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Tədqiq olunan “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli və “Samsung” markalı arxa markalanma göstəricisinə görə “SM-A310F/DS” modelli mobil smartfon foto və video çəkiliş xidmətləri üçün texniki imkanları mövcuddur. Təqdim edilmiş “Samsung” markalı arxa markalanma göstəricisinə görə “SM- A310F/DS” modelli mobil smartfonu işlək vəziyyətdə olmayıb, təyinatı üzrə istifadəyə yararlı olmaması səbəbindən yaddaşında hər hansı bir məlumatların olub-olmaması üzrə tədqiq işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli mobil smartfonun yaddaşında “WhatsApp” proqram təminatı müəyyən olundu. Təqdim edilmiş “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli mobil smartfonun yaddaşında “+7 916 978-49-25” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqram təminatında on səkkiz ədəd kontaktla, “+7 989 861-90-99” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqram təminatında altmış bir ədəd kontaktla və “+7 963 403-04-72” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqram təminatında iyirmi dörd ədəd kontaktla aparılmış götürülməsi mümkün ola biləcək məlumat mübadilələri “Bluetooth” texnologiyası vasitəsilə “Ekspertiza 5-228” adlı iş çantasına köçürülərək bir ədəd DVD-R tipli diskdə ekspert rəyinə əlavə olundu. Təqdim edilmiş “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli mobil smartfonun yaddaşında “OG Whatsapp”, “GB Whatsapp” və “JT Whatsapp” adlı proqram təminatlarına giriş istifadəçi tərəfindən xüsusi şifrələrlə mühafizə olunduğundan, həmin proqram təminatlarından hər hansı bir məlumat mübadiləsinin olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli mobil smartfonun yaddaşından toplanmış foto və video fayllar müəyyən olundu (rəyə əlavə olunmuş bir ədəd DVD-R disk). Ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-dən alınmış 15 sentyabr 2020-ci il tarixli “14872” nömrəli məktubundan və iş üzrə çıxarış olan diskdən görünür ki, “X11 Plus” markalı “SM- G532F/DS” modelli arxa tərəfindəki markirovka göstəricisinə görə “352820/08/211928/5, 352821/08/211928/3” İMEİ kodlu mobil (smartfon) telefon aparatında istifadə olunmuş ***- ***-**-** nömrəli GSM kartından 18 may 2020-ci il tarixdə və əvvəlki tarixlərdə müxtəlif nömrələrə zənglər olunaraq danışıqların aparıldığı müəyyən olunmuşdur. İş materiallarında olan 11 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli “**********31592”, “**********31600”” imei kodu müəyyən olunmuş, “WhatsApp” mobil tətbiqinə daxil olduqda “+7 989 861-90- 99” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş telefon istifadəçisi altmış bir ədəd kontaktla yazışmaları və danışıqları müəyyən olunmuş, həmin danışıqlar arasında məhkum Təqsirləndirilən şəxs ifadəsində danışıqlar apardığı “070 811-90-38” nömrəli “Əmi Oglu” kimi, daha sonra “070 662-69-69” nömrəli “Ro Malıs” kimi və “055 409-69-69” nömrəli “Elnur” kimi qeyd olunmuş abonentlərin fevral və mart aylarında sms mətnləri və səs yazıları müəyyən olunmuşdur. Qeyd olunan “070 811-90-38” nömrəli “070 662-69-69” nömrəli və “055 409-69-69” nömrəli abonentlərlə aparılmış məlumat mübadiləsi bir ədəd CD-R diskə köçürülərək protokola əlavə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X7”nın təsdiq edilməsi barədə 29.12.2011-ci il tarixli 7 N №li Kollegiya qərarının 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 317-2.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 67.1-ci maddəsinə əsasən qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 28 iyul 2011-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbindən aydın olur ki, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung” arxa markalanma göstəricisinə görə “SM-A310F/DS” modelli “358312/07/450975/0”, “358313/07/450975/8”” imei kodlu və bir ədəd “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli “**********31592”, “**********31600” imei kodlu mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir İş üzrə maddi sübut kimi tanınmış bir ədəd GSM danışıq kartı, bir ədəd “X9 Prime Plus” markalı “SM-G532F/DS” modelli arxa tərəfindəki markirovka göstəricisinə görə “352820/08/211928/5, 352821/08/211928/3” İMEİ kodlu mobil (smartfon) telefon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 113,59 (yüz on üç manat əlli doqquz qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 36 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 216 (iki yüz on altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 19 saylı Vəkil Bürosunun və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş hazırki cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2011-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 il 02 ay 02 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Cəzasının əvvəli 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung” arxa markalanma göstəricisinə görə “SM-A310F/DS” modelli “358312/07/450975/0”, “358313/07/450975/8”” imei kodlu və bir ədəd “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli “**********31592”, “**********31600” imei kodlu mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd GSM danışıq kartı, bir ədəd “X9 Prime Plus” markalı “SM-G532F/DS” modelli arxa tərəfindəki markirovka göstəricisinə görə “352820/08/211928/5, 352821/08/211928/3” İMEİ kodlu mobil (smartfon) telefon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 113,59 (yüz on üç manat əlli doqquz qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 216 (iki yüz on altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 19 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-222/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-222/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver