Məhkəmə qərarları › İş №1(002)-222/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-222/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-222/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamcısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Şahid2 qızının, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2006-cı ildə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Xok kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində tanış olub ünsiyyət qurduğu xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə münasibət yaradıb, ailə qurmaq məqsədi ilə yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsindən Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə gəlib, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində evindən xəbərsiz çıxan Zərərçəkmiş şəxs ilə görüşüb, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən 8A nömrəli kirayə tutduğu həyət evinə gətirib, xx.xx.2023-cü il tarixdə saat 01.00 radələrində həmin evin yataq otağında qarşılıqlı istəklə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, sözügedən hadisədən təxminən 3 həftə öncə “İnstagram” sosial şəbəkəsində təsadüfən Zərərçəkmiş şəxs ilə tanış olmuşlar. Bir az söhbət etdikdən sonra biribirlərinə şəkillərini göndərmişlər, yaxından tanış olub və biri-birlərindən xoşlarına gəldiyi üçün ünsiyyətlərini sosial şəbəkəsində davam etdirmişlər. O, özü barəsində, Xədicə isə özü haqqında biri-birilərinə məlumatlar vermişlər. Yəni o, Xədicəyə 16 yaşının olmasını, Xədicə isə ona guya 14 yaşının olmasını bildirmişdir. Bundan sonra Xədicə ilə ailə qurmaq qərarına gəlmişlər. Belə ki, ilk dəfə Xədicə ilə xx.xx.2023-cü il tarixdə onun yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində parkda görüşüb bir daha ciddi söhbət edərək ailə qurmaq qərarına gəlmişlər. Lakin yaşları az olduğundan bunun valideynləri tərəfindən icazələrinin mümkünsüz olmasını görüb özləri ailə qurmaq qərarına gəlmişlər. Xədicə ilə danışmışlar ki, kirayə ev tutsunlar və həmin evdə yaşasınlar. Belə ki, həmin gün Xədicədən ayrılıb və həmin zaman Binə qəsəbəsində kirayə ev tutmuş, 02 gün orada qalmışdır. Bundan sonra qarşılıqlı razılaşmalarına əsasən ailə qurmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə gecə radələrində Zərərçəkmiş şəxs ilə Binə qəsəbəsində məktəbin qarşısında görüşmüşlər. Xədicə bildirmişdir ki, o, Binə qəsəbəsində kirayə tutduğu evdə qala bilməz. Qəsəbə balacadır, görən olar ayıbdır. Bundan sonra onlar Lökbatan qəsəbəsinə gedib kirayə ev tutmaq qərarına gəlmişlər. Taksi sifariş vermiş və Xədicə ilə ikisi birlikdə Lökbatan qəsəbəsində olan “Kingsmart” marketin yanında düşmüşlər. Avtobus dayanacağında yapışdırılmış evlərin kirayə verilməsi haqqında yadında qalmayan elan nömrəsi ilə rastlaşmış və həmin nömrəyə zəng edərək adını bilmədiyi qadına kirayə ev istədiyini və olduğu yeri bildirmişdir. Bundan sonra qadının dediyi həyət evinə gəlmişlər. Orada evə baxıb ayı 150 manata qalmaqlarına razılaşmışdırlar. O, Xədicə ilə evdə qalmışdır. Gecəni yuxusuz olduqları üçün günortanı yatmışdırlar. Lakin cinsi əlaqədə olmamışlar. Təxminən saat 17-18 radələrində oyanmışlar. O, gedib ərzaq məhsulları alıb evə qayıdıb birlikdə yemək yemişlər. xx.xx.2023-cü il saat təxminən 01.00 radələrində Xədicə ilə yataqa uzanmışlar. Onunla bir dəfə təbii yolla cinsi əlaqədə olmuşlar. Xədicə ilə bir gün də həmin evdə qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə səhər saatlarında yeni mobil nömrəsi ilə anası Qanuni nümayəndə1 ilə əlaqə saxlayıb baş verənləri anasına demişdir. Anası Xuraman da ona demişdir ki, həmin Xədicə adlı qızın valideynləri tərəfindən itkin düşmə səbəbi ilə əlaqədar polisə ərizə yazılmışdır. Bundan sonra Xədicənin anası Şəbnəm həmin nömrəsinə zəng edərək artıq bu söhbətin polis tərəfindən məlumatlı olduğunu və yerlərini soruşub gələcəyini bildirmişdir. Bundan sonra O, Xədicəni yola salmaqla Lökbatan qəsəbəsində “Kingsmart” marketin qarşısında anası Şəbnəm ilə görüşərək birlikdə Xəzər RPİ-nin 3cü polis şöbəsinə getmişlər. O, da taksi saxlayaraq həmin Xəzər RPİ-nin 3-cü polis şöbəsinə getmişdir. Bundan sonra orada polisə baş verənləri olduğu kimi danışmışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Xədicəni qaçırmağının səbəbi onunla ailə həyatı qurmaq olub. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində anası ilə yaşayır. Sözü gedən hadisədən təxminən 3 həftə öncə “İnstagram” sosial şəbəkəsində təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Bir az söhbət etdikdən sonra biri-birilərinə şəkillərini göndərmişlər, yaxından tanış olub və biri-birilərindən xoşları gəldiyi üçün ünsiyyətlərini davam etdirmişlər. O, öz barsində Barışa, Barışda da özü haqqında məlumat vermişdir. O, Barışa bir il yaşını çoxaldaraq 14 yaşının olmasını bildirmişdir. Bunun səbəbi isə 13 yaşı tamam olmaqla 14-də keçməyi olmuşdur. Bundan sonra Barış ilə ailə qurmaq qərarına gəlmişlər. Belə ki, ilk dəfə Barış ilə xx.xx.2023-cü il tarixdə yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində yerləşən parkda görüşüb və bir daha ciddi söhbət edərək ailə qurmaq qərarına gəlmişlər. Lakin yaşları az olduğundan bunun valideynləri tərəfindən icazələrinin mümkünsüz olmasını bilib özləri sərbəst ailə qurmaq qərarına gəlmişlər. Barış ilə danışmışlar ki, kirayə ev tutsunlar və həmin evdə yaşasınlar. Belə ki, həmin gün Barışdan ayrılaraq evinə getmişdir. Bundan sonra Barış ilə qarşılıqlı razılaşmalarına və planlarına əsasən ailə qurmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə gecə radələrində ayaq yoluna getmək adı ilə xəbərsiz evdən çıxaraq yaşadığı Binə qəsəbəsində yerləşən 326 saylı orta məktəbin qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Mobil telefonunun cərəyanı olmadığı üçün sönmüşdür. Yandırmaq da fikrində deyilmiş, çünki qorxurmuş ki, onu taparlar. Barış bildirmişdir ki, o, Binə qəsəbəsində kirayə ev tutmuşdur. O, isə Barışa bildirmişdir ki, qəsəbə balacadır, görən olar ayıbdır, orada qala bilməz. Bundan sonra Barış ilə səhər saatlarına kimi Binə qəsəbəsində ora-bura gəzişib şəxsi həyat barədə söhbətlər etmişlər. Artıq səhər saatları imiş. Barış ilə məsləhətləşib Lökbatan qəsəbəsinə gedib kirayə ev tutmaq qərarına gəlmişlər. Taksi sifariş verib Barış ilə ikisi birlikdə Lökbatan qəsəbəsində olan “Kingsmart” marketin yanına gedib orada düşmüşlər. Avtobus dayanacağında təsadüfən evlərin kirayə verilməsi haqqında elan nömrəsi görmüşlər. Barış həmin nömrəyə zəng edərək adını bilmədiyi qadına kirayə ev istədiyini və olduqları yeri bildirmişdir. Sonra həmin qadın ilə həyət evinə gəlmişlər. Orada evə baxıb ayı 150 manata qalmaqlarına razılaşmışdırlar. Barış evin kirayə pulunu vermiş, həmin ev yiyəsi qadın çıxıb getmişdir. Onlar Barış ilə birlikdə evdə qalmışlar. Gecəni yuxusuz olduqları üçün günortanı yatmışlar. Təxminən saat 17-18 radələrində oyanmışdırlar. Barış gedib ərzaq məhsulları alıb evə qayıdıb birlikdə şam etmişdirlər. xx.xx.2023-cü il saat təxminən 01.00 radələrində Barış ilə yataqa uzanmış və soyunub təbii yolla bir dəfə cinsi əlaqədə olmuşlar. Bir gündən sonra yəni xx.xx.2023-cü il tarixdə Barış yeni mobil nömrəsi ilə anası Xuraman ilə əlaqə saxlayıb baş verənləri danışmışdır. Barışın anası da da onun itkin düşmə səbəbi kimi anası Şəbnəm tərəfindən ərizə verilməsini və axtarışda olduğunu bildirmişdir. Bundan sonra o, anası Şəbnəm ilə telefon əlaqəsi saxlayarkən anası onun itkin düşmə kimi polisə ərizə yazmasını və axtarıldığını bildirmişdir. Bundan sonra O, Lökbatan qəsəbəsində Kingsmart marketin qarşısında anası Şəbnəm ilə görüşərək birlikdə Xəzər RPİ-nin 3-cü polis şöbəsinə getmişdirlər. Bir müddətdən sonra Barış da Xəzər RPİ-nin 3-cü polis şöbəsinə gəlmişdir. Bundan sonra orada polisə baş verənləri olduğumu kimi danışmışlar. Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, qızı Xədicə ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Donuzçuluq Sovxozunda fərdi evdə yaşayırlar. Fərdi evin hasarı olsa da darvaza hələ ki quraşdırılmamışdır. Ssözügedən hadisədən sonra ona məlum olmuşdur ki, qızı Xədicə hadisədən əvvəl “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olub münasibət qurmuşlar. xx.xx.2023-cü il tarixdə saat 01.00 radələrində qızı Xədicə ayaq yoluna çıxmaq adı ilə evdən çıxmışdır.Qızı Xədicənin qayıtmadığını görüb həyətə çıxıb onu hər yerdə axtarsa da tapa bilməmişdir. İlkin olaraq ağlına Xədicənin it görüb qorxaraq çölə qaçmasını və evə qayıtması üçün qorxması gəlmişdir. Lakin kiməsə qoşularaq qaçması ağlına gəlməmişdir. Xədicənin mobil nömrəsinə zəng etsə də ona zəng çatmamışdır. Səhər saat 05.00 radələrinə kimi onu axtarıb gəzsə də tapa bilməmiş və polisə itkin düşmə kimi ərizə yazmışdır. Polisdə əlaqə nömrələrini götürüb xəbər olduğu halda məlumat verəcəklərini bildirmişər. O, da məcbur olub gəlib evdə gözləməli olmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə səhər saatlarında mobil nömrəsinə Xədicə yadında qalmayan başqa bir nömrə ilə zəng edib ailə qurmaq məqsədi ilə evdən qaçaraq sevdiyi Barış adlı oğlan ilə görüşüb Lökbatan qəsəbəsində kirayə ev tutub həmin evdə qaldıqlarını bildirmişdir. O, da dərhal polisə zəng edərək Xədicənin ona zəng vurduğu mobil nömrəni bildirmişdir. Bundan sonra o, Lökbatan qəsəbəsinə gedib “Kingsmart” marketin yanında Xədicə ilə görüşmüşdür. Xədicə ona narahat olmamağını, sağ salamat olduğunu bildirmişdir. Xədicə ilə taksiyə əyləşib Xəzər RPİ-nin 3-cü PŞ-nə gəlib baş verənləri polisə izah etmişdirlər. O, qızının istədiyi oğlanla qaçmasını bilsəydi polisə ərizə verməzdi.Bu hadisələrdlən sonra Barışın valideynləri ilə görüşüb ətraflı söhbət etmişlər. Xədicənin yaş həddi çatdığı halda onu gəlin gətirməyə yəni Barışın Xədicə ilə nişanlanmaqlarına razılıq vermişlər. Hazırda münasibətləri yaxşıdır. Onlara qaşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Samux rayonu Danyeri qəsəbəsində yaşayır. Sözügedən hadisədən sonra ona məlum olmuşdur ki, oğlu Barış hadisədən öncə “İnstagram” adlı sosial şəbəkəsində təsadüfən Xədicə ilə tanış olub münasibət qurmuşlar. Ailə qurmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə oğlu Barış Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində Xədicə ilə görüşüb ailə qurmaq məqsədi ilə Lökbatan qəsəbəsində kirayə ev tutub xx.xx.2023-cü il tarixə keçən gecə cinsi əlaqə olmuşdurlar. Səhərisi gün Barış əvvəllər istifadə etmədiyi başqa mobil nömrə ilə mobil nömrəsinə zəng edərək baş verənlər haqqında ona məlumat vermişdir. O, da Barışa bildirmişdir ki, Xədicənin itkin düşməsi ilə əlaqədar anası polisə məlumat vermişdir, təcili olaraq polisə getsin. O, Barışın Xədicə ilə ailə qurmasına görə Bakı şəhərinə getməsini bilməmişdir. Bu hadisələrdən sonra Xədicənin anası Şəbnəm ilə görüşüb ətraflı söhbət etmişlər. Xədicənin yaş həddi çatdığı halda onu gəlin gətirməyə yəni oğlu Barışın Xədicə ilə nişanlanmaqlarına razılıq vermişlər. Onlar da bununla razılaşmışdırlar. Hazırda münasibətləri yaxşıdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 68 nömrəli rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinə günündən 2 həftəyə qədərə olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Sözü gedən hadisədən qısa müddət vaxt keçdiyindən hamiləliyin təyini məqsədə uyğun hesab edilməmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 137 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və potologiya aşkar edilmədi. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 779 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ünsiyyətçilik, konfliktə və mübahisəyə meyilli olmamaq, adaptivlik və s. kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, o, etdiyi, eləcədə ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi.Zərərçəkmiş şəxs tərəfindən edilən hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs əqli inkşafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs psixi inkşafı nəzərə alınaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümükün nəticələrini görə bilər. Zərərçəkmiş şəxs əqli inkşafı yaş xüsusiyyətlərinə uyğundur. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 780 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sakit təbiətlik, konfliktə və mübahisəyə meyilli olmamaq, özünəməxsus hörmətə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, o, etdiyi, eləcədə ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli inkşafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs psixi inkşafı nəzərə alınaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümükün nəticələrini görə bilər. Təqsirləndirilən şəxs əqli inkşafı yaş xüsusiyyətlərinə uyğundur. İş materillarında olan DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetirilir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 152.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin saksiyasında nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ona qarşı şikayət-tələbinin olmamasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ona qarşı şikayət-tələbinin olmamasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən vəzifələrdən birini, yəni onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi subut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxsnın üzərinə, sinaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar