Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-222/2024 24.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4 vəkili X2, Təqsirləndirilən şəxs X5, X1, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1975-ci il tarixdə İran İslam Respublikasının Parsabad şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Parsabad şəhəri, Mahmudabad-Tanqany qəsəbəsi nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olan və Azərbaycan Respublikası ünvan 1 ünvanda müvəqqəti qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X8 xx.xx.2024-cü il tarixdə, saat 14:19 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Karvansaray” Ticarət Mərkəzinin həyətində idarə etdiyi “DAF XF480FT” markalı, İR **-AB-*** İran İslam Respublikasının qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda cinayətkarcasına etinasızlıq göstərərək həmin tələblərə əməl etməyib yolu sağdan sola keçən piyada xx.xx.1985-ci ildə doğulmuş Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə ehtiyyatsızlıqdan vuraraq sonuncunun baş beyin toxumasının hissəvi evakuasiyası, kəllə və üz skelet sümüklərinin çoxsaylı açıq sınıqları, qarın boşluğu orqanlarının evakuasiyası(xaricə çıxması), daxili orqanların əzilib-cırılması, onurğanın döş və bel fəqərələrinin sınıqları,döş sümüyü, hər iki körpücük və qabırğaların çoxsaylı sınıqları, çanaq sümüklərinin sınığı, sağ said sümüyünün sınığından ibarət dərəcələrinə görə həyatla bir araya sığmayan xəsarət olduğu üçün sağlamlığıa ağır zərərvurmanın əlamətlərinə malik və ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətlər alaraq hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 13 ilə yaxındır ki, İran İslam Respublikasından müxtəlif yük mallarını götürüb etibarnamə ilə idarə etdiyi yük avtomobili ilə Azərbaycan Respublikasına tranzit yolu ilə gətirir. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində etibarnamə ilə idarə etdiyi DAF markalı yük avtomobili ilə Azərbaycan Respublikasının ərazisinə Biləsuvar gömrük keçid məntəqəsindən daxil olmuşdur və İran İslam Respublikasının Bəndərabas şəhərindən qab-qacaq dəstlərini sifarişlə Bakı şəhərində yerləşən satış məntəqəsinə gətirmişdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində sonradan ona məlum olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən Karvansaray ticarət mərkəzinin daxilində yük avtomobilini saxlamaq istəyən zaman əvvəllər tanımadığı nəzarətçi ona yaxınlaşaraq burada avtomobil saxlamaq qadağan olmasını bildirmişdir və ona avtomobili irəli sürməyini bildirmişdir və buna görə yük avtomobilini hərəkətə gətirmişdir və təxminən 5km/saat sürətlə hərəkət etmişdir. Bu zaman təxminən 5 metr irəli hərəkət edib yük savtomobilini saxlamışdır və həmin şəxs ona yenə avtomobili sürməyini bildirmişdir.Yenidən yük avtomobilini təxminən 10 metr irəli sürmüşdür. Daha sonra həmin tanımadığı nəzarətçi ona yük avtomobilinin arxa hissəsindən qışqırmışdır və avtomobili saxlayıb yerə düşmüşdür və nəzarətçi ona sən nə etdin? sualını vermişdir və daha sonra bir nəfər şəxsin onun idarə etdiyi yük avtomobilinin altında qalaraq ölməsini görmüşdür. Həmin şəxsi o, avtomobilin qarşısında görməmişdir. Törətdiyi əməldən səmimi peşmandır.Vəfat edən şəxsin yaxın qohumları ilə barışıq əldə etmişdir.Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. qurmuşdur. Bu evlilikdən 2 övladı var. Əri Sahib uzun müddətdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Ramal Trans MMC-də mühafizəçi kimi işləyirdi. 15 aprel 2024-cü il tarixdə saat təxminən 16 radələrində işdə olan zaman qayınanası Leyla ilə telefonda danışan zaman ona Sahibin iş yerində xəsarət alması barədə məlumat vermişdir. Daha sonra o, Sahibin iş yerinə getmək üçün yola çıxmışdır və onun xalası oğlu Elçin adlı şəxslə əlaqə saxlamışdır və o, Sahibin rəhmətə getməsi barədə ona bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək X8 ilə barışdığını,dəymiş ziyanın ödənildiyini və X3 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbtan qəsəbəsində yerləşən Karvansaray ticarət mərkəzində növbə rəisi vəzifəsində xidmət edir. Hadisə baş verən gün günorta saatlarında ticarət mərkəzinin daxilində yük avtomobillərinin sıxlıq yaratmaması səbəbilə ticarət mərkəzinin daxilində gəzirmiş. Ərazidə olan zaman qarşıdan DAF markalı İran İslam Respublikasına məxsus dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir və ticarət mərkəzinin içərisində mərkəzi yol hissədə saxlamaq istəyən zaman həmin yük avtomobilinin sol tərəfindən yəni sürücü olan hissədən sürücüyə yük avtomobilini orada saxlamamağı və yolu bağlamamağı bildirmişdir və bu zaman yük avtomobili təxminən 15 metr irəli hərəkət etmişdir və o, yük avtomobilinin arxa hissəsinə doğru hərəkət edərək öz xidmətini davam etdirmişdir. Bu zaman yerdə uzanan bir nəfər şəxsin ağır bədən xəsarətlərinin alması və yerindəcə ölməsini görmüşdür. Dərhal yük avtomobilin arxa hissəsindən qışqıraraq “nə etdin sən? deyə qışqırmışdır. Bu zaman yük avtomobilinin sürücüsü avtomobili saxlamış və yerə düşərək yük avtomobilinin arxa hissəsinə gəlmişdir və bir nəfər şəxsin yerdə ölü vəziyyətdə uzanmasını görmüşdür. Dərhal bu barədə müdiriyyətə məlumat vermişdir və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt ora yaxınlaşan şəxslərdən biri təcili yardım çağırmışdır. Daha sonra polis əməkdaşları gəlmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 14 may 2024-cü il tarixli, 27 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında həyatla bir araya sığmayan xəsarət- baş-beyin toxumasının hissəvi evakuasiyası, kəllə və üz skelet sümüklərinin çoxsaylı açıq sınıqları, qarın boşluğu orqanlarının evakuasiyası(xaricə çıxması), daxili orqanların əzilib-cırılması, onurğanın döş və bel fəqərələrinin sınıqları,döş sümüyü, hər iki körpücük və qabırğaların çoxsaylı sınıqları, çanaq sümüklərinin sınığı, sağ said sümüyünün sınığı.Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər, dərəcələrinə görə həyatla bir araya sığmayan xəsarət olduğu üçün sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və mərhum Zərərçəkmiş şəxs ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümlə səbəb həyatla bir araya sığmayan xəsarət- baş-beyin toxumasının hissəvi evakuasiyası, kəllə və üz skelet sümüklərinin çoxsaylı açıq sınıqları, qarın boşluğu orqanlarının evakuasiyası(xaricə çıxması), daxili orqanların əzilib-cırılması olmuşdur.Meyit əlamətlərinin inkişaf dərəcsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meytinin meyitxanada müayinə olunduğu (xx.xx.2024-cü il tarixdə saat 17:00-da) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 16 aprel 2024-cü il tarixli, 3-16-16/2-8/1085 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən DAF markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2/19960 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından görünür ki, X8 ayıq vəziyyətdə olmuşdur. İş materiallarından görünür ki, 15 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 17 aprel 2024-cü il tarixdə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X5 məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X5 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. X5 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, X5 əməlini etiraf edərək səmimi peşman olmasınızərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. X5 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənşəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, X7 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X5 həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 09 (doqquz) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən X8 ona təyin edilmiş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. X7 təyin edilmiş cəzanın əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablanmalıdır. X8 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 manat (səksən beş manat) X3 alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış hadisənin videgörüntüsünü əks etdirən 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı X7 göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul Müdafiəçi, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X8 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 09 (doqquz) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X7 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində cəksin. X8 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 manat (səksən beş manat) X3 alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisənin videgörüntüsünü əks etdirən 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı X7 göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul Müdafiəçi, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-222/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-222/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver