Məhkəmə qərarları › İş №1(002)-222/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-222/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-222/2025 18.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Cəlilabad rayonu, Mikayıllı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olmaqla, deməsinə görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, nömrəsiz fərdi evdə yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və hazırda Cəlilabad Rayon Məhkəməsinin 12 sentyabr 2025ci il tarixli, 4(073)-57/2025 saylı qərarı ilə barəsində “həbs’' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd 1 manatlıq əskinaz bükümündə 0,434 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində daşımış, 19 yanvar 2025-ci il tarixdə saat 00:45 radələrində DİN-in ƏÇPA-nın əməkdaşları tərəfindən şübhəli şəxs qismində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1 -ci massivdə saxlanılıb ünvan 1 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üzərinə “Keno” sözləri yazılmış siqaret qutusunun içərisində bükülmüş vəziyyətdə olan 01 ədəd 1 manatlıq əskinazın içərisində həmin çəkidə psixotrop maddə olam metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, əməlindən peşmandır. O, bir il olar ki, narkotik vasitələrdən istifadə etmir. Ondan aşkar edilərək götürülmüş psixotrop maddənin miqdarı ittiham aktında qeyd olunan qramdan az miqdarda olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir qeyri-insani rəftar və işgəncə olmamışdır. Təqsirləndirilən şəxs öz ifadəsində ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının və oğlu Rzalı Rəmalın xəstə olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivdə nömrəsiz evdə müvəqqəti yaşamışdır. O bildirmişdir ki, təxminən bir ilə yaxın olar ki, narkotik maddə istifadə edir. Təxminən 1 ay bundan əvvəl Cəlilabad rayonunda olduğu zaman yerdə bükülmüş vəziyyətdə 1 manatlıq əskinaz tapmış, həmin əskinazı açdıqda içərisində narkotik maddə görmüş və cibinə qoyaraq sonra istifadə edəcəyini qərara almışdır. Təxminən 17 gün əvvəl Cəlilabad rayonuna gəlmiş və müvəqqəti olaraq Lökbatan qəsəbəsi, 2-ci massivdə yaşayan qohumu X4 evində qalmışdır. Lökbatan qəsəbəsinə gəlməsinin səbəbi daş karxanasında işləməsi olmuşdur. 2025-ci il yanvar ayının 18-də saat təxminən 00:00 radələrində Lökbatan qəsəbəsi, 2-ci massivdə yaşadığı evdən çıxaraq piyada gəzən zaman onun yanma polis maşını yaxınlaşmışdır. Polis maşını saxladıqdan sonra içərisindən iki nəfər xidməti formada olan polis əməkdaşı düşərək onun yanma yaxınlaşmış və özlərini təqdim etmişlər. Polis əməkdaşları ona suallar verən zaman üzərində narkotik maddə olduğu üçün həyəcanlanmış və belə vəziyyətdə suallara cavab verməyə çalışsa da, onların şübhələndiyini görərək oradan uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları onu xidməti avtomaşına əyləşməyə dəvət etmişlər. Dəvətdən sonra xidməti maşına əyləşmiş və polis əməkdaşları onu 10-cu Polis Şöbəsinə aparmışlar. Burada xidməti otaqlardan birində hüquqları izah olunduqdan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılmış, axtarışın videoçəkilişlə aparılacağı bildirildikdə o, razılıq vermişdir. Əvvəlcə ona üzərində olan əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən “Keno” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşı həmin siqaret qutusunun içərisində olan 1 ədəd 1 manatlıq əskinaza bükülmüş bükümü çıxarmış, bükümün içərisində onun “patı” adlandırdığı narkotik maddə aşkar edilmişdir. Üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindəki Redmi 13 markalı, üzərində ***-***-**-** nömrəsi olan mobil telefon götürülmüşdür. Şəxs qeyd etmişdir ki, üzərində aşkar olunan narkotik maddəni şəxsi istifadəsi üçün saxlayırmış. Üzərində əlavə şəxsi axtarış aparılsa da, başqa hər hansı əşya aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilən kütlə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və protokola, həmçinin zərfin üzərinə imzalar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı X9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamışdır, onunla heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. 2025-ci ilin yanvar ayında xidmətdə olan zaman Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv adlanan ərazidə olan bir nəfər şəxsin özündə olmadığına görə narkotik vasitənin təsiri altında olmasından şübhələnmiş və yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsi Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə aparmış və raport yazaraq təhvil vermişlər. Polis şöbəsində üzərinə baxış keçirilən zaman həmin şəxsin üzərindən psixotrop maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və eləcə də ona qarşı hər hansı bir zorakılıq tətbiq edilməmişdir. Şahid X9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2025-ci il yanvar ayının 19-da saat 00:45 radələrində 9694 saylı avtopatrulda xidmət aparan polis əməkdaşı Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1 -ci massiv ərazisində piyada hərəkətdə olan bir nəfər kişi cinsli şəxsi görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi tələb etmişlər. Həmin şəxs özünü təqdim etməmiş, verilən suallara qeyri- səmimi və rabitəsiz cümlələrlə cavab vermişdir. Şəxsdən harada yaşadığı soruşulduqda isə qeyriadekvat hərəkətlərini davam etdirmişdir. Onun danışıq və hərəkətləri xidmət aparan əməkdaşlarda həmin şəxsin narkotik vasitənin təsiri altında olması ilə bağlı şübhə yaratdığı üçün o, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə dəvət edilmişdir. 10-cu Polis Şöbəsinə gətirildikdən sonra həmin şəxsin bölməyə təhvil verilməsi və barəsində qanuni tədbir görülməsi barədə raport tərtib edilmiş və hər iki əməkdaş tərəfindən imzalanmışdır. Polis şöbəsində həmin şəxsin X21 oülu olduğu məlum aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində və bədənində qanunla qadağan olunmuş əşyalar varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd üzərində “Keno” sözü yazılmış siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Siqaret qutusu açıldıqda içərisində bükülmüş vəziyyətdə olan 1 ədəd 1 manatlıq əskinaz aşkar edilmişdir. Həmin bükülü əskinazın içərisindən ağ rəngli, kristal şəkilli, duza bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “patı” olduğunu və onu yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə sübut əhəmiyyəti daşıdığından, əməkdaşlar tərəfindən zərfə qoyulub qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq tərəflər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamışdır, onunla heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. 2025-ci ilin yanvar ayında polis əməkdaşı Salmanlı Rahimlə xidmətdə olan zaman bir nəfər şəxsin hərəkətlərindən şübhələnmiş və yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra həmin şəxsi şübhəli şəxs qismində Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə təqdim etmişlər. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis şöbəsində üzərinə keçirilən baxış zamanı onun üzərindən bir paçka siqaret qutusunun içərisindən bir manata bükülü vəziyyətdə psixotrop maddə aşkarlanmışdır. Polis şöbəsindən kənarda onun üzərinə baxış keçirtməmiş, şöbədə olan zaman baxış keçirmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və eləcə də onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətləri törədilməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2025-ci il yanvar ayının 19-da saat 00:45 radələrində 9694 saylı avtopatrulda xidmət aparan polis əməkdaşı Salmanlı Rahim ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ərazisində piyada hərəkətdə olan bir nəfər kişi cinsli şəxsi görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi tələb etmişlər. Həmin şəxs özünü təqdim etməmiş, verilən suallara qeyri- səmimi və rabitəsiz cümlələrlə cavab vermişdir. Şəxsdən harada yaşadığı soruşulduqda isə qeyriadekvat hərəkətlərini davam etdirmişdir. Onun danışıq və hərəkətləri xidmət aparan əməkdaşlarda həmin şəxsin narkotik vasitənin təsiri altında olması ilə bağlı şübhə yaratdığı üçün o, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə dəvət edilmişdir. 10-cu Polis Şöbəsinə gətirildikdən sonra həmin şəxsin bölməyə təhvil verilməsi və barəsində qanuni tədbir görülməsi barədə raport tərtib edilmiş və hər iki əməkdaş tərəfindən imzalanmışdır. Polis şöbəsində həmin şəxsin X21 oülu olduğu məlum aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində və bədənində qanunla qadağan olunmuş əşyalar varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd üzərində “Keno” sözü yazılmış siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Siqaret qutusu açıldıqda içərisində bükülmüş vəziyyətdə olan 1 ədəd 1 manatlıq əskinaz aşkar edilmişdir. Həmin bükülü əskinazın içərisindən ağ rəngli, kristal şəkilli, duza bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “patı” olduğunu və onu yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə sübut əhəmiyyəti daşıdığından, əməkdaşlar tərəfindən zərfə qoyulub qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq tərəflər tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2025-ci il tarixli, 6/267 №-li rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm; İştirakçılar: 1) Salmanlı Rahim “imza”; 2) Şahid2 “imza”; 3) Ağayev (adı oxunmur) “imza”; 4) Təqsirləndirilən şəxs “imza”; 5) Şahid3 “imza”; Tərtib etdi: “imza” Emil Seyidbəyov ” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,434 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi- 0,434 qram, tədqiqata cəmi sərf edildi-0,040 qr, qalıq-0,394 qr. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsin Ambulator X1 04 aprel 2025-ci il tarixli, 1881 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 19 yanvar 2025-ci il tarixli “şəxsi axtarış və götürülmə haqqında” protokolla müəyyən edilmişdir ki, 19 yanvar 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Emil Seyidbəyov xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götürmədən əvvəl videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir, iştirakçıların hüquqları izah edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanır. Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklif olunur. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərinə “Keno” sözləri yazılmış siqaret qutusunu çıxardaraq masanın üzərinə qoyur. Həmin siqaret qutusunu açdıqda içərisində bükülmüş vəziyyətdə olan 01 ədəd 1 manatlıq əskinaz aşkar olundu. Həmin bükülmüş 1 manatlıq əskinazın içərisində ağ rəngli kristal şəkilli duza bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “patı” olduğunu və yerdən tapdığını bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş videogörüntüdən aydın olur ki, 19 yanvar 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Emil Seyidbəyov xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götürmədən əvvəl videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir, iştirakçıların hüquqları izah edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanır. Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklif olunur. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərinə “Keno” sözləri yazılmış siqaret qutusunu çıxardaraq masanın üzərinə qoyur. Həmin siqaret qutusunu açdıqda içərisində bükülmüş vəziyyətdə olan 01 ədəd 1 manatlıq əskinaz aşkar olundu. Həmin bükülmüş 1 manatlıq əskinazın içərisində ağ rəngli kristal şəkilli duza bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “patı” olduğunu və yerdən tapdığını bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, videogörüntülər düzgün çəkilmişdir, şəxsi axtarış zamanı ona qarşı heç bir təzyiqə yol verilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 7938 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirərkən baxış zamanı xx/xx/2024-cü il tarixdə, saat 12:12:36, **********89 saylı mobil nömrədən **********95 saylı mobil nömrəyə “Melim sen canin biwey duz qow ed olurem qicim getmir tutulub ele bil bir tonam duzqow etson seni qoymuyacam gelesen bura”, xx/xx/2024-cü il tarixdə, saat 20:16:02, **********89 saylı mobil nömrədən, **********95 saylı mobil nömrəyə “Rewad bu gujdlaq sef deyib getirib ot verib mene”, xx/xx/2024-cü il tarixdə, saat 02:00:33, **********34 saylı mobil nömrədən, **********89 saylı mobil nömrəyə, “Aya.sən.patnu.tanmursan.ya.məni.do ol amsan” məzmunlu yazışmalar olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan (050)-712-72-89 saylı nömrəsindən kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatların müəyyən olunmasından ötrü həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən heçbir məlumat əldə edilməmişdir. Bundan başqa həmin diskdə olan antenna bölməsinə baxış keçirərkən Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi tarixdə və saatda yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən aydın olur ki, oğlu X19 12 fevral 2016-cı il tarixdə, qızı X11 18 sentyabr 2014-cü ildə doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(073)-1866/2021 saylı qətnaməsindən aydın olur ki, Təqsirləndirilən şəxs ilə X5 nikahı 13 sentyabr 2021-ci il tarixdə pozulmuş və uşaqları X6 və X12 ataları Təqsirləndirilən şəxs yanında qalmaları müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş “Urolab” klinikasının 27 fevral 2023-cü il tarixli müayinə sənədindən aydın olur ki, X13 rengli doppler ultrasonoqrafik müayinəsində spekiral görüntüdə sağ böyrək perfuziyası azalmışdır. Hər iki böyrəyin, renal rteriyalarından alınan spektum analiz nəticələri göstərilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DTX Hərbi Tibb Baş İdarəsinin 15 mart 2023-cü il tarixli müayinə sənədindən aydın olur ki, X15 “Bilateral veziko-ureteral refleks, hidronefroz” diaqnozu qoyulmuşdur. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini etiraf edərək törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində üç azyaşlı uşağı olmaqla birinin xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə, saat 00:45-də şübhəli şəxs kimi tutulmuş və 20 yanvar 2025-ci il tarixdə, saat 10:30-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra, təqsirləndirilən şəxs barəsində Qaradağ rayon RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs CM-nın 234.2-ci maddəsi ilə Cəlilabad Rayon Polis Şöbəsində aparılan cinayət işi əlaqədar Cəlilabad Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 4(073)-57/2025 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və saxlanılması üçün X3 göndərilmişdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,394 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən 55 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 35 saata görə (35 saat x 6 manat) 210 manat və 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 20 saat görə (20 saat x 11 manat) 220 manat olmaqla, ümumilikdə 430 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 və məhkəmə baxışı zamanı sərf edilmiş 25 saata görə 275 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilsin və barəsində “həbs” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 18 dekabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 89 (səksən doqquz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qalıq çəkisi 0,394 qram təşkil edən psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 35 saata görə (35 saat x 6 manat) 210 (iki yüz on) manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə sərf edilmiş 20 saata görə (20 saat x 11 manat) 220 manat olmaqla, ümumilikdə 430 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabından X8 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 275 (iki yüz yetmiş beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar