Məhkəmə qərarları › İş №1(002)-223/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-223/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-223/2021 24.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlamaqla daşımış, 15 fevral 2021-ci il tarixdə saat 15:35 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Binə» ticarət mərkəzinin yaxınlığında özünü şübhəli apardığından həmin ərazidə xidmətdə olan Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşı və DİN-nin X10 Alayının 10-cu patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasına gətirilmiş, orada videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümünün içərisində təmiz çəkisi 0,820 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş, arabir narkotik vasitə olan tiryək qəbul etmişdir. 14 fevral 2021-ci il tarixdə 149 saylı xətt avtobusunda olarkən arxa oturacağın qarşısında yerdə sellofan büküm görmüş, içərisində isə narkotik vasitə tiryək olduğunu görüb bükümü götürmüş və cibində gizlətmişdir. Səhərisi gün, yəni 15 fevral 2021-ci il tarixdə günorta saatlarında həmin tiryəkdən kiçik bir hissəsini istifadə edib evdən çıxmış və şəhər istiqamətində getmək üçün yaşadığı evin yaxınlığında tanımadığı taksi avtomobilinə əyləşərək Lökbatan dairəsi istiqamətində yollanmışdır. Saat təxminən 15:30 radələrində «Binə» ticarət mərkəzinin yaxınlığında taksi avtomobilindən çıxarkən tibbi maskadan istifadə etmədiyi üçün bir nəfər polis əməkdaşı ona yaxınlaşmış və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini bildirmişdir. Həmçinin o, narkotik vasitənin təsiri altında olduğu üçün polis əməkdaşı hərəkət və danışığından şübhələnmişdir. O, sənəd təqdim edə bilmədikdən sonra həmin polis əməkdaşı orada xidmət aparan daha iki nəfər polis əməkdaşını çağırmış və onu 10-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində hüquqlarını izah etdikdən sonra ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində axtarış aparmışlar. Əvvəlcə ona üzərində olan bütün əşyaları könüllü olaraq çıxarıb təqdim etməyi təklif etmişlər. O, əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən sellofan bükümdə saxladığı maddəni çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı məqsədlə, neçəyə aldığını soruşmuşlar. O isə həmin narkotik vasitəni bir gün əvvəl avtobusda yerdən tapdığını bildirmişdir. Bundan başqa üzərindən 276 manat nəğd pul, iki ədəd prezervativ, bir ədəd «Honor» markalı mobil telefonunu və bir ədəd alışqanı təqdim etmiş, lakin həmin əşyalar və pul ona qaytarılmışdır. Təqdim etdiyi sellofan bükümdəki norkotik vasitə tiryək zərfə qoyularaq qablaşdırılmış, tərəflərində imzalanmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitə olan tiryəki özü qəbul etmək məqsədi ilə üzərində saxlamış, həmin gün tutulmamışdan əvvəl üzərində saxladığı həmin narkotik vasitə tiryəkdən biraz qəbul etmiş, narkotik vasitəni tək qəbul edirmiş, bu barədə heç kimə bildirməmiş, narkotik vasitə olan tiryəki gizli qəbul etmiş, başqa cinayət törətməmiş, polis bölməsində ona heç bir şəxsin təzyiq göstərmədiyini təsdiq etmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, hal-hazırda heç bir narkotik vasitədən istifadə etmədiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru vəzifəsində işləyir. 15 fevral 2021-ci il tarixdə saat 15:35 radələrində ona təhkim olunmuş inzibati ərazidə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” ticarət mərkəzinin əsas girişinin bayır tərəfdən yaxınlığında bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini aşkar etmişdir. Bununla bağlı həmin vətəndaşa yaxınlaşaraq özünü təqdim etmiş və tibbi maskadan istifadə etmədiyi üçün barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib etmək məqsədi ilə anket məlumatlarını soruşmuşdur. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirərək əlavə məlumat verməyəcəyini demiş və qeyri adekvat hərəkətlər etməklə onda narkotik vasitənin təsiri altında olması şübhəsini yaratmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib etməməsini soruşduqda sonuncu özünü həyəcanlı aparmaqla tərləyərək cavab verməkdən yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs narkotik təsiri altında olması barədə ciddi şübhə yarandığından yaxınlıqda xidmət aparan X10 Alayının iki nəfər əməkdaşını dəvət etmiş və Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxsin anket məlumatlarını dəqiqləşdirmək, habelə narkotik vasitənin təsiri altında olub-olmamasını müəyyən etmək üçün polis əməkdaşlarının köməyi ilə sonuncunu 10-cu PB-nə gətirmişdir. Polis bölməsində həmin şəxsin əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş, 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə sonuncunun hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümünün içərisində tünd göy rəngli, spesifik iyə malik narkotik vasitəyə oxşar maddəni çıxardaraq bildirmişdir ki, həmin maddə narkotik vasitə tiryəkdir, onu tutulmamışdan bir gün əvvəl markasını və nömrəsini xatırlamadığı marşurut avtobusundan tapmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 276 manat nəğd pul, iki ədəd prezervativ, bir ədəd «Honor» markalı mobil telefon və bir ədəd alışqan aşkar edilərək özünə qaytarılmışdır. Bundan sonra sellofan bükümdəki maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Vüqar Eyyubov tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə tiryəki özünün istifadə edəcəyi məqsədilə daşıdığını barədə onlara dediyini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2021-ci il tarixli 6/676 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N222” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...”, yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,820 qram olan tünd qəhvəyi rəngli spesifik tiryək iyli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə – tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı l) daxildir. Qeyd: tiryəkin təmiz çəkisi –0,820 qr., sərf edildi 0,05 qram, qalıq 0,77 qram. Ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 03 mart 2021ci il tarixli 657 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,820 qram çəkidə narkotik vasitə tiryək maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 0,77 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasında, dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən sellofan bükümdə saxladığı maddəni çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün surətindən və Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 69.4-cü maddəsinə əsasən 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və cəriməni ödədiyi üçün 09 oktyabr 2019-cu il tarixdə üzərində nəzarət dayandırılmış və müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 15 fevral 2021-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 17 fevral 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 0,77 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 68 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 408 (dörd yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, ev 25 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 0,77 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 408 (dörd yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar