Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-223/2023 01.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzadan 01 ay 05 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayan və barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan görünür ki, o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2 (iki) ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq, ümumilikdə təmiz çəkisi 0.383 qram narkotik vasitə hesab edilən heroin əldə edib daşıyaraq üzərində saxlamış, Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 00:15də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “İsti soba” adı ilə fəaliyyət göstərən çörək sexinin qarşısında olarkən saxlanılaraq, Qaradağ RPİ-nin 11-ci PB-yə aparılmış, üzəridə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən 2 (iki) ədəd siqaretin gümüşü kağızına bükülmüş, çəkiləri 0.168 və 0.215 qram olmaqla ümumilikdə təmiz çəkisi 0.383 qram eyni tərkibli narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, özünü CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heron istifadə edir. İstifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən alaraq istifadə edir. 07 mart 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən bazarın qarşısında olan zaman 1 (bir) nəfər tanımadığı şəxslə təsadüfən söhbət edən zaman onun da narkotik vasitə heroin istifadəçisi olduğu məlum olmuşdur. Ondan şəxsi istifadəsi üçün heroin istəmişdir. Həmin şəxs də ona narkotik vasitə olan heroin təşkil edə biləcəyini demiş, təxminən bir neçə dəqiqə sonra onun yanına gəlib 2 (iki) ədəd gümüşü rəngli siqaret kağızında olan büküm verib içərisində heroin olduğunu demiş və əvəzində ondan 10 (on) manat pul istəmişdir. O da, həmin şəxs ilə razılaşaraq həmin bükümləri alıb, həmin şəxsə 10 (on) manat pul vermişdir. Bükümü də əynində olan şalvarın sağ yan cibində saxlamışdır ki, bədənində ağrı hiss etdiyi zaman istifadə edər. Üzərində olan narkotik vasitə heroini az-az olmaqla bədənində ağrı hiss edən zaman istifadə edirdi və mütəmadi olaraq üzərində gəzdirirdi. 08 mart 2023-cü il tarixdə, gecə radələrində yaşadığı evə gedən zaman Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən çörək sexinin qarşısından keçən zaman 2(iki) nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq onun narkotik vasilərin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək 11-ci polis bölməsinə aparmışlar. Həmin gün bölmədə üzərində aparılmış axtarış zamanı o, əynindəki şalvarın cibindən içərisində heroin olan 2 (iki) ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Bükümlərin içərisində nə olduğu ondan soruşulan zaman isə bükümlərin içərisindəki maddənin narkotik vasitə olan olan “kakos” olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin onundur, öz istifadəsi üçün əldə etmişdir, həmin maddəni kiməsə satmaq və ya pay vermək kimi niyyəti olmamış və heç kimə narkotik vasitə satmamışdır. O, son olaraq özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, lakin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə təqsirli bildiyini, törətdiyi əməlindən peşman olduğunu qeyd edərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-cu polis bölməsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 mart 2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci polis bölməsində xidmətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Həmin gün əməliyyat qrupu ilə birlikdə gec saatlara qədər Qobustan qəsəbəsində müşahidələr aparmağa başlanmış, müşahidələr zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi ilə üzərində narkotik vasitə ilə birlikdə hərəkət etdiyi barədə əməliyyat məlumatı daxil olmuşdur. 08 mart 2023-cü il tarixdə gecə saat təxminən 00.30 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “İsti soba” cörək sexinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, 11-ci PB-yə dəvət etmiş və Təqsirləndirilən şəxs da onlarla birlikdə 11-ci PB-yə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın qabaq sağ yan cibindən 2 (iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olduğunu soruşan zaman o, bükümün içərisindəkinin iki çet kakos olduğunu, Sahil qəsəbəsində, bazarın qarşısında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid1 ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda heç bir məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ 11-ci PB-nin polis sahə inspektoru polis kapitanı Şahid3 istintaqa eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1409 saylı rəydən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.168 və 0.215 qram, ümumi təmiz çəkisi 0.383 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsin xx.xx.2023-cü il tarixli, 2002 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1505 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görədə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Halhazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır və onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.168 və 0.215 qram, ümumi təmiz çəkisi 0.383 qram olan eyni tərkibli narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,283 qram çəkidə narkotik vasitə olan heroin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materillarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmasına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokola əlavə edilmiş “DVD” diskdə olan videogörüntüyə məhkəmə iclasında keçirlmiş baxış zamanı müəyyən edilir ki, 08 mart 2023-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsində otaqların birində müdafiəçi X2, Qaradağ RPİ 10-cu PB-nin baş əməliyyat müvəkkili Şahid1, Qaradağ RPİ 11-ci PB-nin əməliyyat müvəkkili Şahid2 və “şəxsi axtarış və götürmə” istintaq hərəkətini video yazıya alan Qaradağ RPİ 11-ci PB-nin polis sahə inspektoru Şahid3 iştirakı iştirakları ilə şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya və predmet varsa masanın üzərinə qoymaq təklif olunur və sonuncu qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd ağ kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur və həmin bükümlərinin içərisindəki maddənin narkotik vasitə kakos (heroin) olduğunu, öz istifadəsi üçün Sahil qəsəbəsində bazarın qabağında tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün əldə etdiyini bildirir. Bundan başqa onun üzərindən heçnə aşkar olunmur. Aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılır və iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzadan 01 ay 05 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, qeyd olunan cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 09 mart 2023-cü il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması iş üzrə toplanmış sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə fakt üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Buna görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlil müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni aldıqdan sonra istifadə etməsi üçün saxladığını bildirir. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş olsaydı ibtidai istintaq orqanı tərəfindən bu hal aydınlaşdırılar və bu istiqamətdə real istintaq hərəkətləri aparılardı. Lakin bu hallara dair heç bir əsaslı şübhələr müəyyən edilməmiş, ibtidai istintaq orqanı tərəfindən bu hallara dair hər hansı bir sübut aşkar edilməmiş, eləcə də digər lazımi əməliyyat-axtarış tədbirləri də keçirilməyərək heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxsin üzərindən 02 ədəd ayrı-ayrılıqda bükümdə narkotik vasitənin çıxmasına görə ibtidai istintaq orqanı əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarda da Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi olmadan əldə edərək üzərində saxlaması barədə məlumatın daxil olduğu qeyd edilmişdir. Cinayət işinin materiallarından aydın olur ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını müəyyən edilməsi istiqamətində işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən sadəcə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə əməliyyat tapşırığı ünvanlanmış, daha sonra Qaradağ RPİ-nin 11-ci Polis Bölməsindən verilmiş cavabda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasının müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, istintaq tərəfindən təqsirləndirilən şəxsə məxsus mobil nömrəyə dair məlumatlar "xxxx" MMC-dən götürülmüş, lakin həmin məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir hal müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək pesman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 81 (səksən bir) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 0,283 qram narkotik vasitə heroin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 08 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 81 (səksən bir) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 0,283 qram narkotik vasitə heroin məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-223/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-223/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver