Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-223/2025 11.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,326 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib daşımaqla üzərində saxlamış, 21 may 2025-ci il tarixdə saat 23:40-da Qaradağ RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində saxlanılıb üzərində yoxlama aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,326 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 21 may 2025-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində olarkən tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədilə narkotik vasitə heroini əldə etmiş və Lökbatan qəsəbəsinə qayıtmışdır. Həmin gün axşam saat təxminən 23:40-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində 8 saylı binanın girişində olduğu zaman, mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərmiş, polis əməkdaşı olduqlarını bildirmiş, ondan üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmadığını soruşmuş, əgər varsa təqdim etməsi təklif etmişlər. Bu zaman o, əynində olan açıq boz rəngli cins şalvarın sağ yan kiçik cibindən sellofana bükülmüş 01 ədəd bükümü çıxardaraq təqdim etmiş və bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Üzərində şəxsi-axtarış aparılmış, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra o, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında son söz olaraq Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu qeyd etmiş, ailə vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan video görüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid1 Cahangir oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 21 may 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və gizlətməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə o, Qaradağ RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkilləri, polis serjantları Şahid2 və X4 ibarət əməliyyat qrupu ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 may 2025-ci il tarixdə saat 23:40-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 8 saylı evin girişində Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim etmişlər, ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilərək üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarın sağ yan kiçik cibindən ağ sellofana bükülmüş 01 ədəd bükümü təqdim etmiş və büküm açıldıqda içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində kütlə aşkar edilmişdir, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Xırdalan şəhərində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Narkotik vasitə qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına dəvət edilmiş və orada yenidən aşkar edilmiş narkotik vasitəyə müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin əməkdaşları Şahid2 və X6 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Şahid1la eyni ifadə vermişlər. Şahid3 istifadəsində olan ********** mobil telefon nömrəsinin, Şahid2 istifadəsində olan ********** mobil telefon nömrəsinin və Şahid1 Cahangir oğlunun istifadəsində olan ********** mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixli anten məlumatlarının götürülməsinə dair qərar qəbul edilmiş, lakin daxil olmuş cavab məktublarında iş üçün əhəmiyyətli məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 7-9-cu vərəqələrində olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin əməkdaşları havanın qaranlıq vaxtında binanın girişində dayanan Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib, şübhəli şəxsin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 8-in girişində saxlanıldığını qeyd edirlər. Daha sonra mülki geyimdə olan polis əməkdaşı cibindən telefonu çıxarıb vaxtı və ayın tarixini göstərir. Telefonun ekranında tarix 21 may 2025-ci il saat 23:40 qeyd olunmuşdur. Polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edildikdən sonra, ona üzərində hər hansı bir qanunsuz əşyanın, narkotik vasitənin olub-olmamasına dair sual verilir. Təqsirləndirilən şəxs şalvarının sağ cibindən çıxardığı sellofana bükülmüş 01 büküm narkotik vasitə heroinə bənzər kütləni polis əməkdaşlarına təqdim edir. Aşkar edilmiş 01 bükümdə kütlə elektron tərəzidə ölçülür və tərəzi çəkinin 0,35 qram olduğunu göstərir. Təqsirləndirilən şəxs narkotik vasitəni Xırdalan şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata əldə etdiyini qeyd edir. Bundan sonra aşkar edilmiş narkotik vasitə zərfin içinə qablaşdırılaraq 2 yerdən “zərflər üçün 46 saylı” möhürü ilə möhürlənir. Zərfin üzərinə saxlanılan şəxs və polis əməkdaşlarının ad və soyadları yazılaraq, hər birinə imzalatdırılır. Cinayət işinin 21-ci vərəqəsində olan 22 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2025-ci il saat 23:40-dan şübhəli şəxs kimi tutulmuş hesab edilmişdir. Cinayət işinin 31-32-ci vərəqələrində olan 22 may 2025-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin inzibati binasının xidməti otağında baş təhqiqatçı polis mayoru X1 şəxsə hüquq və vəzifələrini izah etdikdən sonra saxlanılan şəxs və müdafiəçisinin iştirakı ilə zərfə baxış keçirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilmiş müvafiq şifahi sualları cavablandırmış, saxlanılmasının təfərrüatları, narkotik maddəni necə əldə etməsi barədə qısa izahat vermişdir. Təqsirləndirilən şəxs üzərindən götütrümüş içində narkotik maddə olması ehtimal olunan 01 ədəd bükümün qablaşdırıldığı zərf təqdim edilir. Şübhəli şəxsin üzərinə baxış keçirilir, 046 saylı möhürlə möhürlənmiş zərfdən çıxarılan sellofona bükülmüş kütlə elektron tərəzi vasitəsilə çəkilir, həmin bükülünün çəkisinin 0.35 qram olması xidməti otaqda olanlara elan olunur. Bundan sonra qeyd edilən 01 ədəd büküm ağ rəngli zərfə yerləşdirilərək, 222 saylı zərflər üçün möhür ilə möhürlənir. Şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Elxas Əsgərov və polis əməkdaşları zərfin üzərini imzalayırlar. Təhqiqatçının narkotik vasitəni haradan əldə etməsi sualına Təqsirləndirilən şəxs bildirir ki, narkotik maddəni 2 gün əvvəl Xırdalan şəhərində tanımadığı şəxsdən 10 manata almışdır. Müdafiəçi Elxas Əsgərov şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hans bir qanunazidd hərəkətlərə yol verilməsi barədə sual verdikdə, sonuncu hüquqazidd davranışa məruz qalmadığını, üzərində aşkar edilmiş narkotik maddənin özünə məxsus olmasını bildirir. Saxlanılan şəxsin üzərinə baxış zamanı qanunla qadağan edilmiş başqa əşya və predmet aşkar edilmir. Bununla da videoçəkiliş başa çatır. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1916 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №222" dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs götürülmüş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi - 0,326 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi-0,326 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq- 0,276 qram. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65,0 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 59-60-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 09:30) Cinayət işinin 75-78-ci vərəqələrində olan həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi barədə 23 may 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 89-90-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən, 104-108-ci vərəqələrdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən və iş materialına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşsıdırılması cəzasına məhkum edilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən o, cəzadan azad edilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında və 112-113-cü vərəqələrində olan cinayət təqibi üzrə icraatın dayandırılması barədə 07 iyul 2025-ci il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxsin barəsində axtarış elan edilmiş, tutularaq Qaradağ RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmış və cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tapılıb istintaqa təqdim edilənədək dayandırılmışdır. Cinayət işinin 117-118-ci vərəqələrində olan 25 avqust 2025-ci il tarixli məktub və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:10-da tutulmuşdur. Cinayət işinin 119-cu vərəqəsində olan 25 avqust 2025-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında və 121-123-cü vərəqələrində olan 26 avqust 2025-ci il tarixli şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Əzizov X7 RPİ-nin İŞ-nə təqdim edildiyindən icraat təzələnmiş və o, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmaqla MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 134-135-ci vərəqələrində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5245 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 1-ci cildinin 137-146-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd bükümdə 0,326 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalan 0,276 qram narkotik vasitə heroin iş üzrə RPİ-də maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işinin əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməkdən yayındığına görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, axtarışı elan edilməklə tutulması, tutulduqdan sonra isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması və o, axtarılıb tapılanadək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2026-cı il tarixli məktubu ilə Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2026-cı il tarixdə tutulması barədə məlumat verildiyindən xx.xx.2026-cı il tarixdə cinayət işinin icraatı təzələnmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskdə olan videogörüntülər ilə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü təqsirli bilməsini, əməlini səmimi etiraf etməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, analoji cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi müddətdə təqsirləndirilən şəxsin hazırki cinayət əməlini törətməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq tutulduğu xx.xx.2026-cı il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025ci il tarixli, 5245 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,276 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarına əlavə edilmiş 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə X2 385 (üç yüz səksən beş) manat, məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 08 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş materiallarında olan 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,276 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə X2 385 (üç yüz səksən beş) manat, məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-223/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-223/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver