Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-224/2022 15.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1991-ci ildə Astara rayonu, Motlayataq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Astara rayonu, Motlayataq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evə qapını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olmuş, evin yataq otağında olan sandığın içərisindəki pul kisəsindən Zərərçəkmiş şəxs məxsus - 1 ədəd 889,0 manat dəyərində 585 əyarlı, ümumi çəkisi 10,46 qram olan, sarı rəngli metaldan üzərində ağ-şəffaf qaşları olan qızıl sırğa cütü-üzük dəstini, 1 ədəd 205,0 manat dəyərində 583 əyarlı, çəkisi 2,41 qram olan, sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ-şəffaf qaşları olan qızıl üzüyü, 1 ədəd 285,0 manat dəyərində 583 əyarlı sarı-gümüşü rəngli, çəkisi 3,35 qram olan, ortasında yaşıl, kənarlarında ağ-şəffaf qaşları olan qızıl üzüyü, 1 ədəd 303,0 manat dəyərində 583 əyarlı, çəkisi 3,57 qram olan, sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan qızıl üzüyü, 1 ədəd 29,0 manat dəyərində 925 əyarlı, çəkisi 5,82 qram olan, gümüşü rəngli metaldan boyunbağı və qolbaq dəstini (qızıl-gümüş zinət əşyaları), bir ədəd 100,0 manat dəyərində qızıl kişi üçün boyunbağını, bir cüt 100 manat dəyərində qaşlı qızıl qadın sırğasını, bir ədəd 89 manat dəyərində qızıl qadın üzüyünü oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2.000 (iki min) manat maddi ziyan vurmaqla özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Astara rayonu, Motlayataq kəndində qeydiyyatda olsa da anası Xanımqız Bəyəliyeva ilə birlikdə ünvan 1 ünvanında kirayədə faktiki olaraq yaşayır. Səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. Təxminən iki ildir ki, “Meyvəli” TM-də fəhləliklə məşğuldur. Ailəsini həmin işdən əldə etdiyi gəlirlə dolandırır. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, Rasimlə həm həmkəndli, həm uzaq qohumdur, eyni zamanda onunla hal-hazırda Lökbatan qəsəbəsi, 4-cü massivdə qonşuluqda yaşayır. Bundan başqa onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 01 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs övladları, yəni iki azyaşlı oğlanları onlara qonaq gəlmişlər. Həmin vaxt o, anası Xanımqız ilə evdə olmuşdur. Saat təxminən 19 radələri olmuşdur. Anası xəstə olduğu üçün Rasimin həyat yoldaşının bişirdiyi yeməyi onun uşaqları gətirmişlər. Onlar biraz oturduqdan sonra evə getmək istəmişlər. Bu zaman yaşadıqları evin darvazasının və giriş qapısının açarlarını tapa bilmədiklərini, hardasa itirdiklərini bildirmişlər. Hamısı birlikdə açarı axtarsalar da həmin vaxt heç bir yerdə açarları tapa bilməmişlər. Bundan sonra uşaqlar kirayə yaşadıqları həmin evin yiyəsindən ehtiyat açarları götürüb evə getmişlər. Səhəri gün, yəni 02 aprel 2022-ci il tarixdə, səhər saatlarında evdən bayıra çıxanda darvazanın qarşısında yerdə açarları görmüş və həmin açarların Rasimin evinin açarı olduğunu bilmişdir. Açarı götürüb onların yaşadığı evə tərəf getmişdir. Darvazanı onda olan açarla açıb həyətə girmişdir ki, evdə kimsə varsa açarı tapdığını deyib onlara versin. Həyətyanı sahəyə daxil olduqdan sonra evdə heç kimin olmadığını görmüşdür. Həmin vaxt saat təxminən 11.30 radələri olmuşdur. Pula ehtiyacı olduğuna görə və evdə heç kimin olmadığına görə evə daxil olmaq qərarına gəlmişdir ki, nəsə tapsa öz ehtiyaclarına xərcləyər. Elə tapdığı həmin açarla evin giriş qapısını açıb içəri daxil olmuşdur. Yataq otağına keçib orada yerdə bir ədəd sandıq olduğunu görmüşdür. Sandığın içərisində pul, yaxud qızıl-zinət əşyaları olacağını güman edib sandığın içərisini axtarmağa başlamışdır. Sandığın içərisində olan göy rəngli pul kisəsini tapmışdır. Həmin pul kisəsini açıb içərisində qızıl-zinət əşyaları görmüşdür. Hal-hazırda sayını dəqiq xatırlamasa da pul kisəsinin içərisində qızıl üzüklər və qızıl sırğalar olmuşdur. Həmin qızıl-zinət əşyalarını cibinə qoymuş, pul kisəsini də orada atıb evdən gəldiyi istiqamətdə də çıxmışdır. Özündə açar olduğuna görə evin giriş qapısını və darvazanı da açarla bağlamışdır. Həmin vaxt ətrafda heç kim olmamışdır. Həmin vaxt birbaşa Lökbatan qəsəbəsində yerləşən “Lombarda” gəlmişdir. Adını bilmədiyi satıcıya qızılların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün lombarda qoymaq fikri olduğunu bildirmişdir. Lombardda olan satıcı ilə aralarında olan razılaşmaya əsasən həmin qızıllara görə 750 manat pul almış, 1 ay ərzində həmin 750 manat pulu qaytardığı halda qızılları oradan çıxaracaqmış, əks halda hər aya görə 40 manat lombarda pul verməli olmağı barədə öhdəlik götürmüşdür. Həmin qızıllara görə əldə etdiyi 750 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Rasimin bu hadisədə şübhələnəcəyini və hadisəni onun törədə biləcəyini güman etdiyi üçün yaşadığı evə getməmişdir. Hadisədən sonra Rasim zəng edərək qızılları qaytarmağını istəsə də ona etiraf etməyərək bu barədə heç bir məlumatı olmadığını demişdir. Bundan başqa, ifadəsində göstərdiyi əmlakı oğurluq yolla əldə etməsini kimsə bilməmişdir. Başqa heç bir cinayət hadisəsi törətməmişdir. Lombarda qızıl-zinət əşyalarını verən zaman həmin əşyaların oğurluq yolla əldə edilməsi barədə işçiyə hər hansı bir məlumat verməmiş, şəxsi əmlakı olduğunu bildirmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Astara rayonu, Motlayataq kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında faktiki olaraq ailəsi ilə birlikdə yaşayır. 2022-ci ilin mart ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə kirayə qaldığı başqa ünvandan köçüb ünvan 4ən fərdi yaşayış evinə kirayə gəlmişlər. Həmin evə kirayə gəldikdən sonra qonşuluqda Təqsirləndirilən şəxs da yaşadığını bilmişdir. Belə ki, Asiflə qohumluq əlaqələri vardır və həmçinin həmkəndlidirlər. Bundan başqa, Asiflə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Mütəmadi olaraq övladları, yaxud da Asif və anası bir-birinin evlərinə gedibgəlirmişlər. 01 aprel 2022-ci il tarixdə, saat 18-19 radələrində azyaşlı övladları Asifin anası Xanımqız üçün yemək aparmışlar. Evdə heç kim qalmadığına görə də qapını bağlayıb açarı özləri ilə aparmışlar. Xanımqız xala xəstə olduğuna görə həyat yoldaşı onun üçün yemək hazırlamışdır. Uşaqları təxminən 30-40 dəqiqə orada oturduqdan sonra evə qayıtmaq istəyən zaman evdən çıxanda açarların üzərlərində olmadığını görmüşlər. Açarı azyaşlı oğlu Nihad götürmüşdür. Nihad açarı itirdiyini bildirdikdən sonra kirayə qaldığı evin yiyəsi Nazim adlı şəxslə telefonla əlaqə saxlayıb demişdir ki, uşaqlar evin açarını itirib, qapının kilidini dəyişmək lazımdır, lakin kilidi dəyişmək ertələnmişdir. Səhəri gün, yəni 02 aprel 2022-ci il tarixdə, saat təxminən 07 radələrində həyat yoldaşı Nəsibə işə getmək üçün evdən çıxmış, özü də daş karxanasına işə getmək üçün evdən çıxmışdır. Uşaqları isə həmin gün saat 10.00 radələrində Asifgilin evinə getmişlər. Həyat yoldaşı həmin gün saat 13.00 radələrində işdən çıxıb evə qayıtmışdır ki, maaş kartını çantaya qoysun. Evin yataq otağına daxil olub, orada yerdə qoyulan sandığı açmışdır ki, maaş kartını sandığın içərisindəki göy rəngli pul qabının içərisinə qoysun. Bu zaman həmin göy rəngli pul qabının içərisində həyat yoldaşına aldığı qızıl-zinət əşyalarının yerində olmadığını aşkar etmişdir. İşdə olan zaman həyat yoldaşı Nəsibə zəng edib baş verənlər barədə bildirmişdir. Bir anlıq fikirləşmişdir ki, əvvəlki gün, yəni xx.xx.2022-ci il tarixdə azyaşlı övladları Asifgilin evinə gedən zaman evin açarlarını itirmişdilər və əmin olmuşdur ki, bunu Asif edib, yəni Asif evinə daxil olub qızıl-zinət əşyalarını oğurlayıbdır. Bundan sonra Asiflə mobil telefon vasitəsilə əlaqə saxlamışdır ki, onunla görüşmək istəyir. Həmin vaxt Asif müxtəlif bəhanələr gətirib bildirmişdir ki, görüşə bilmir. Həmin vaxt polisə şikayət etməmişdir. Asifin yaşadığı evə gedib anası Xanımqıza hadisə barədə danışmışdır. X5 harada olduğundan xəbərsiz olduğunu, evdən getdiyini bildirmişdir. Lakin Asiflə heç bir əlaqə saxlaya bilmədiyinə görə hadisə barədə polisə məlumat vermişdir. Hadisə nəticəsində ona məxsus bir ədəd üzərində qaşlar olan qızıl qadın üzüyü, bir cüt qaşlı qızıl qadın sırğası, üç ədəd qaşlı qızıl qadın üzükləri, bir ədəd gümüş qadın bilərziyi, bir ədəd gümüş qadın boyunbağısı, bir ədəd qızıl kişi üçün boyunbağı, bir cüt qaşlı qızıl qadın sırğası, bir ədəd qızıl qadın üzüyü oğurlanmış və nəticədə 2.000 (iki min) manat dəyərində maddi ziyan dəymişdir. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı ifadəsində bir ədəd üzərində qaşlar olan qızıl qadın üzüyünün, bir cüt qaşlı qızıl qadın sırğasının, üç ədəd qaşlı qızıl qadın üzüklərinin, bir ədəd gümüş qadın bilərziyinin, bir ədəd gümüş qadın boyunbağısının, bir ədəd qızıl kişi üçün boyunbağının, bir cüt qaşlı qızıl qadın sırğasının, bir ədəd qızıl qadın üzüyünün oğurlanması nəticəsində 2000.0 (iki min) manat maddi ziyan dəydiyini göstərmişdir. Ekspert rəyində qeyd edilmiş və cinayət yolu ilə əldə edilmiş, lakin maddi sübut olan bir ədəd üzərində qaşlar olan qızıl qadın üzüyünün, bir cüt qaşlı qızıl qadın sırğasının, üç ədəd qaşlı qızıl qadın üzüklərinin, bir ədəd gümüş qadın bilərziyinin, bir ədəd gümüş qadın boyunbağısının qiyməti ilə bağlı rəylə, yəni 1711.0 manat hissəsi ilə razıdır, heç bir etirazı yoxdur. Digər əmlakı, yəni bir ədəd 100 manat dəyərində qızıl kişi üçün boyunbağısı, bir cüt 100 manat dəyərində qaşlı qızıl qadın sırğası, bir ədəd 89 manat dəyərində qızıl qadın üzüyü də oğurlanmış, lakin maddi sübut təqdim edilmədiyinə görə ümumilikdə bütün oğurlanmış qızıl-zinət əşyalarına görə ona 2000.0 (iki min) manat maddi ziyan dəydiyini nəzərə almağı və dəymiş ziyanın 2.000 (iki min) manat məbləğində hesablanmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Üç azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs da Rasimin qohumudur, birlikdə Lökbatan qəsəbəsi massiv 4-də yaşayırılar. Qonşudurlar. Bundan başqa Asiflə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Səhhəti ilə bağlı heç bir narahatçılığı yoxdur. Bir neçə dəfə Asifin anası Xanımqız xalanın xəstəliyi ilə əlaqədar ona evində bişirdiyi yeməkdən pay vermişdir. xx.xx.2022-ci il tarixdə də uşaqları Xanımqız üçün bişirdiyi yeməkdən aparmışlar. Səhər vaxtı özü və Rasim evdən işə getmək üçün çıxmışlar, yeməyi də uşaqlar aparmışlar. Həmin gün, dəqiq saatı xatırlamadığı vaxt Rasim zəng edərək bildirmişdir ki, uşaqlar Asifin evinə gedən zaman yaxud da evdən çıxdıqda evin açarlarını itirmişlər. Rasim evin yiyəsinə kilidi dəyişdirməyi bildirsə də hələlik dəyişdirilməsi təxirə düşmüşdür. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə özü və Rasim evdən çıxıb işə getmişdir. Saat 13 radələrində evə gəlmiş ki, maaş kartını evdə yataq otağında olan sandığın içərisindəki pul qabının içərisinə qoysun. Həmin vaxt evə daxil olub, yataq otağında olan sandığı açmışdır ki, göy rəngli pul qabının içərisinə kartı qoysun. Qızıl-zinət əşyalarını da həmin pul qabının içərisinə qoyur. Bu zaman pul qabının içərisində qızılların olmadığını aşkar etmişdir. Bu barədə əvvəlcə Rasimə desə də sonradan həmin qızılların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. Hadisə nəticəsində həyat yoldaşı Rasimə məxsus, ona aldığı - bir ədəd üzərində qaşlar olan qızıl qadın üzüyünün, bir cüt qaşlı qızıl qadın sırğasının, üç ədəd qaşlı qızıl qadın üzüklərinin, bir ədəd gümüş qadın bilərziyinin, bir ədəd gümüş qadın boyunbağısının, bir ədəd qızıl kişi üçün boyunbağının, bir cüt qaşlı qızıl qadın sırğasının, bir ədəd qızıl qadın üzüyünün oğurlandığını bilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2022-ci il tarixli, 6/2570-9/3214 nömrəli rəyindən görünür ki, 1 ədəd sarı rəngli metaldan üzərində ağ-şəffaf qaşları olan sırğa cütü-üzük dəstiüzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, ümumi çəkisi 10,46 qramdır, daşları qiymətli qaşlara aid deyil; 1 ədəd sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ-şəffaf qaşları olan üzük – üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 2,41 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 1 ədəd sarı-gümüşü rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ-şəffaf qaşları olan üzük – üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 3,35 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan üzük (3 ədəd qaş yeri boşdur) - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 3,57 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 1 ədəd gümüşü rəngli metaldan boyunbağı və qolbaq dəsti (qızıl-gümüş zinət əşyaları) – üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, ümumi çəkisi 5,82 qramdır. Ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1711,0 (min yeddi yüz on bir) manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. Tədqiqatdan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolla əldə edilmiş, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd sarı rəngli metaldam üzərində ağ-şəffaf qaşları olan sırğa cütü-üzük dəsti, 1 ədəd sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ-şəffaf qaşları olan üzük, 1 ədəd sarı-gümüşü rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ-şəffaf qaşları olan üzük, 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan üzük (3 ədəd qaş yeri boşdur), 1 ədəd gümüşü rəngli metaldan boyunbağı və qolbaq dəsti (qızıl-gümüş zinət əşyaları) cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Şahid və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolla əldə edilmiş, lakin Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyarının özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda həmin qızıl-zinət əşyaları təqdim edilən zaman xx.xx.2022-ci il tarixdə, yaşadığı Lökbatan qəsəbəsi, massiv 4, ev 37 ünvanında yerləşən fərdi yaşayış evində, evin yataq otağında olan sandığın içərisindəki göy rəngli pul qabının içərisindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanan qızıl-zinət əşyaları olduğunu və özünə məxsus olduğunu təsdiq etmişdir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs həmin qızıl-zinət əşyalarının, yəni - bir ədəd üzərində qaşlar olan qızıl qadın üzüyü, bir cüt qaşlı qızıl qadın sırğası, üç ədəd qaşlı qızıl qadın üzükləri, bir ədəd gümüş qadın bilərziyi, bir ədəd gümüş qadın boyunbağısının saz vəziyyətdə olduğunu da bildirmişdir. Tədqiqatdan sonra həmin qızıl-zinət əşyaları zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bir ədəd sarı rəngli metaldan üzərində ağ-şəffaf qaşları olan sırğa cütü-üzük dəsti, 1 ədəd sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ-şəffaf qaşları olan üzük, 1 ədəd sarı-gümüşü rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ-şəffaf qaşları olan üzük, 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan üzük (3 ədəd qaş yeri boşdur), 1 ədəd gümüşü rəngli metaldan boyunbağı və qolbaq dəsti (qızıl-gümüş zinət əşyaları) cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 11 aprel 2022-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 13 aprel 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut - 1 ədəd sarı rəngli metaldan üzərində ağ-şəffaf qaşları olan sırğa cütü-üzük dəsti, 1 ədəd sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ-şəffaf qaşları olan üzük, 1 ədəd sarı-gümüşü rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağşəffaf qaşları olan üzük, 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan üzük (3 ədəd qaş yeri boşdur), 1 ədəd gümüşü rəngli metaldan boyunbağı və qolbaq dəstinin (qızıl-gümüş zinət əşyaları) saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) gün 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Astara rayonu, Motlayataq kəndindəki ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Astara rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Astara rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut - 1 ədəd sarı rəngli metaldan üzərində ağ-şəffaf qaşları olan sırğa cütü-üzük dəsti, 1 ədəd sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ-şəffaf qaşları olan üzük, 1 ədəd sarı-gümüşü rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağşəffaf qaşları olan üzük, 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan üzük (3 ədəd qaş yeri boşdur), 1 ədəd gümüşü rəngli metaldan boyunbağı və qolbaq dəstinin (qızıl-gümüş zinət əşyaları) saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-224/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-224/2022
15.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver