Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-224/2023 01.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci il tarixdə İmişli rayonnda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, orta təhsilli, evli, Azərbaycan Respublikası Dəmir Yolları QSC-də keçid növbətçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Yekun protokola əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, 6-cı Puta küçəsi, 1-ci döngə 69 nömrəli evin mətbəxində övladı Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət zəminində yaranmış sözlə mübahisə zamanı sərxoş vəziyyətdə masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol bazu və sol çiyin nahiyəsinə bir neçə dəfə qəsdən vuraraq ona sol bazu nahiyyəsinin 4 ədəd kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, 04,05.2023-cü il tarixdə saat təxminən 19.00 radələrində yaşadığı ünvanının mətbəx otağında oğlu Fərhad İlə birlikdə masanın arxasında əyləşmiş və spirtli içki qəbul etmişdir.Bir neçə dəqiqə keçdikdən sonra evə oğlu Qüdrət qayıtmış və yeməy yemək üçün mətbəx otağına daxil olmuşdur. Mətbəx otağına daxil olduqda Qüdrət masa arxasına əyləşmiş və onunla söhbət edən zaman sərxoş vəziyyətdə olduğunu görmüş və Qüdrət ona içki içməməyi barədə iradını bildirmişdir. Söhbət edən zaman onların aralarında mübahisə yaranmış, o, sərxoş vəziyyətdə ayağa qalxaraq masanın üzərində olan mətbəx bıçağını əlinə götürmüş və Qüdrətin sol qolunu və kürəyinin sol nahiyyəsini kəsmiş, onun bu hərəkətindən sonra Qüdrət qolunu tutmuş, oğlu Fəhrhad isə bıçağı əiindən almışdır.Əməlindən peşmandır.Hal-hazırda zərər çəkmiş şəxs, yəni oğlu ilə aralarında barışıq əldə olunub. Qeyd olunanlara əsasən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində işdən qayıtmış və yemək üçün mətbəx otağına daxil olmuşdur. Mətbəx otağına daxil olduqda orada qardaşı Fərhad və atası Qurbəd masanın arxasında əyləşdiyini görmüşdür. O da masa arxasına əyləşmiş və atası ilə söhbət edən zaman atasının sərxoş vəziyyətdə olduğunu görmüş, və ona iradını bildirmişdir. Söhbət edən zaman onların aralarında mübahisə yaranmış və atası sərxoş vəziyyətdə ayağa qalxaraq qəfildən masanın üzərində olan mətbəx bıçağı götürmüş və onun sol qolunu və kürəyinin sol nahiyyəsini kəsmişdir. O, atasının qolunu tutmuş, qardaşı Fərhad isə bıçağı atasının əlindən almışdır, bundan sonra atası sərxoş vəziyyətdə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 18.05,2023-cü ii tarixli, 309 saylı rəydən görünür kı, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səhtində aşkar edilmiş xəsarətlər sol bazu nahiyyəsinin 4 ədəd kəsilmişdeşilmiş yaraları kəsici-deşici əşya təsirindən törənmişlər qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X2 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyan ödənildikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 43, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddənin tələbindən aydın olur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-224/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-224/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver