Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-224/2025 27.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,379 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək bir ədəd bükümdə qablaşdırıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, 22 iyun 2025-ci il tarixdə, saat 21:08 dəqiqədə Qaradağ RPİ-nin NMB-nin və Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılaraq üstü yoxlanılan zaman 01 bükümdə qablaşdırıb geyindiyi boz rəngli idman şalvarının sol yan cibində saxladığı 0,379 qram təmiz çəkidə, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir müddətdir ki, psixotrop maddə olan “patı” adlandırılan metamfetamindən istifadə edir. Sosial şəbəkə vasitəsi ilə tanış olduğu, üzdən tanıdığı «Anar» adlı şəxslə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayıb ondan psixotrop maddə olan «patı» almaq istədiyini bildirmiş, bundan sonra «Anar» adlı şəxs ona sözügedən psixotrop maddəni gizlətdiyi yerin məkan məlumatlarını göndərmiş və o narkotik vasitəni əldə etmişdir. xx.xx.2025-ci il tarixdə axşam radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yaşadığı binanın qarşısında qardaşı və dostları ilə birlikdə dayanan zaman, polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlardan üzərilərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub olmadığını soruşmuş, əgər varsa könüllü təqdim etmələrini təklif etmişlər. O bu zaman o əynində olan açıq boz rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxardaraq təqdim etmiş və bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir..O son olaraq çıxışında ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, bir müddətdir ki, «şüşə» yaxud «patı» kimi adlandırılan psixotrop maddədən istifadə edir, xx.xx.2025-ci il tarixdə axşam radələrində Hüseyn, Kamran və qardaşı Orxanla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yaşadığı binanın qarşısında dayanıb söhbət edərkən, mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman polis əməkdaşları onların hamısına narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində məşğul olmaqda və üzərilərində narkotik vasitə və ya psixotrop maddənin olmasında şübhəli olduqlarını, ona görə də üzərilərini yoxlayacaqlarını bildirmişlər. Bundan sonra qaradşı Orxan əynində olan şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümdəkinin patı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 və Şahid8 eyni məzmuunlu ifadələr verərək Şahid6 qeyd etdiklərini bir daha təsdiq etmişlər. İş materiallarından görünür ki, ********* saylı cinayət işi 23 iyun 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı Valeh Orucov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli 22 iyun 2025-ci il tarixdə saat 21:08-dən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 24 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında 15 mart 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd «Samsung J2» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 22 iyun 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, müddəti 29 dəqiqə 08 saniyə davam edən video çəkilişdə Qaradağ RPİ-nin əməkdaşları - Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, Qaradağ RPİ-nin əməliyyat müvəkkili Şahid2, Qaradağ RPİ-nin 10-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 və 10-cu PŞ-nin sahə rəisi Şahid5 havanın qaranlıq vaxtında tikilinin divarının yanında dayanan Təqsirləndirilən şəxs, Şahid6, Şahid7 və Şahid8 yaxınlaşaraq, özlərini təqdim edirlər. Polis əməkdaşı Şahid1 şübhəli şəxslərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, 14 saylı evin qarşısında saxlanıldıqlarını qeyd edir. Polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs İsa oğluna və digərlərinə saxlanılmasının səbəbi izah edildikdən sonra, Orxana üzərində hər hansı bir qanunsuz əşyanın, narkotik vasitə və ya psixotrop maddələrin olubolmamasına dair sual verilir. Təqsirləndirilən şəxs üzərində özünün istifadə etdiyi “patı” adlandırdığı psixotrop maddənin olmasını bildirir və əynində olan açıq boz rəngli şalvarın sol cibindən selofana bükülmüş 01 (bir) bükümü polis əməkdaşlarına təqdim edir. Aşkar edilmiş 01(bir) büküm elektron tərəzidə çəkilir və tərəzi çəkinin 0,62 qram olduğunu göstərir. Bundan sonra aşkar edilmiş 01 ədəd büküm açıq qəhvəyi rəngli kağız zərfin içinə qablaşdırılaraq 2 yerdən möhürlənir. Zərfin üzərində saxlanılan şəxsin və polis əməkdaşlarının ad və soyadları yazılaraq, onlara imzalatdırılır. Təqsirləndirilən şəxs psixotrop maddəni Bayıl qəsəbəsində yaşayan “keçəl” ləqəbli Anar adlı şəxsdən bir gün qabaq əldə etdiyini, psixotrop maddəni əvvəlcədən telefon vasitəsilə bildirilmiş yerdən götürdüyünü deyir. İş materiallarında olan 23 iyun 2025-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X4 10-cu PŞ-nin inzibati binasında yerləşən xidməti otağında, təhqiqatçı Valeh Orucovun, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi X3, Qaradağ RPİ-nin X1 əməliyyat müvəkkili polis mayoru Şahid1 iştirakı ilə RPİ-nin kriminalisti polis kapitanı X5 tərəfindən qeydə alınmış ümumi müddəti 14 dəqiqə 02 saniyə olan video çəkiliş aparılmışdır. Təhqiqatçı baxış keçirilməsi və Təqsirləndirilən şəxs aşkar edilmiş əşyaların götürülməsi barədə prosessual hərəkətin səbəbi barədə məlumat verdikdən sonra, iştirakçılar təqdim olunurlar, prosessual hərəkətin video çəkiliş aprılmaqla keçiriləcəyi barədə iştirakçılar xəbərdar edilirlər. İlkin olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir predmet və ya əşya aşkar olunmur. Sonra, əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərindən götürülmüş içində psixotrop maddə olması ehtimal edilən 01 ədəd bükümün qablaşdırıldığı zərfi və Orxanın “Samsung” markalı telefonu təhqiqatçıya təqdim edir. Zərf təhqiqatçı tərəfindən açılır və içində olan 01 ədəd büküm çıxarılaraq bükümün içinə baxış keçirilir, bükümün içində olan ağ rəngli kristal şəkilli maddə barədə Təqsirləndirilən şəxs soruşulduqda o, həmin maddənin “patı” olmasını bildirir. Psixotrop maddəni Bayıl qəsəbəsində yaşayan Anar adlı şəxsdən almasını bildirir. Sonra həmin büküm çəkilir, çəkisinin 0.62 qram olması göstərilir. Müdafiəçinin Təqsirləndirilən şəxs ünvanladığı müvafiq suallara cavab olaraq o bildirir ki, psixotrop maddə ona məxsusdur, öz istifadəsi üçün almışdır, polis əməkdaşları tərəfindən yaşadığı məhəllədə saxlanılmışdır. O, təhqiqatçıya müraciət edərək narkotik maddələrin dövriyyəsi ilə məşğul olmadığını vurğulayır. Həmin büküm təhqiqatçı tərəfindən ağ rəngli zərfə qablaşdırılır və möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan danışıqlara və SMS-lərə baxış aparılan zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamış, Amil Əsgərovun mobil telefon nömrəsinin sonuncu dəfə 15 mart 2025-ci il tarixdə saat 16:00-da «UBBK3058A/UBBK3058 Qobu Park YK/Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu park yolu/Garadagh/ (40.345xx/xx.75138)» anten dairəsində qeydə alınması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2025-ci il tarixli 6/2291 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,379 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi –0,379 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,329 qram İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2025-ci il tarixli 5246 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışır. İş materiallarında olan AA ******* və AA5309931 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində X6 və X7 adında iki azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd bükümdə 0,379 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalan 0.329 qram psixotrop maddə metamfetamin iş üzrə RPİ-də maddi sübutların saxlanma otağına təhvil verilmiş, şəxsi axtarış, baxış və götürülmə aparılmasının video kadrları əks olunan 02 ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmənin baxış iclası zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi hazırki cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını, həmçinin təqsirləndirilən şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 6-7-ci maddələrində olan məhdudiyyətlərlə bağlılığı olmadığı, onun həmin qərarın 1.16-cı bəndinin (öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər) təsiri dairəsinə düşməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin amnistiya aktının tətbiq edilməsi barədə vəsatətləri nəzərə alınmalı, cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı bəndində göstərilir ki, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin maddi sübutların saxlanc yerində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,329 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış ekspertizanının xərci – 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 32 (otuz iki) saata görə 352 (üç yüz əlli iki) manat X3, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,329 qram psixotrop maddə metamfetamin məhv edilsin və 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 32 (otuz iki) saata görə 352 (üç yüz əlli iki) manat X3, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-224/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-224/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver