Məhkəmə qərarları › İş №1(002)-225/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-225/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-225/2021 03.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayab, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, 28 fevral 2021-ci il tarixdə, səhər saatlarında qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qara rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,246 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində istintaqla müəyyən edilməmiş mənbədən əldə edib əynində olan qara rəngli şalvarının sol yan cibində saxlamaqla daşımış, həmin gün saat 13:10 radələrində Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə aparılmış, orada saat 14:35-də video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən həmin bir ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,246 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə aludəçisi olmuş və narkotik vasitə olan heroini həm inyeksiya vasitəsilə, həm də siqaret falqasında tüstülədib çəkməklə qəbul etmişdir. Əvvəllər narkotik vasitəni Qobustan qəsəbəsində tanımadığı ayrı-ayrı şəxslərdən alıb qəbul etmişdir. 28 fevral 2021-ci il tarixdə, səhər saat 09 radələrində Qobustan qəsəbəsində yerləşən körpünün altından keçərkən yerdə bir ədəd qara rəngli siqaret kağızı bükümünü görmüş, həmin büküm onu cəlb etdiyi üçün yerdən götürmüş və açdıqda içərisində qəhvəyi rəngli narkotik vasitə «kakos» olmasını müəyyən etmişdir. Bundan sonra qeyd edilən narkotik vasitəni bədənində ağrı olduqda münasib bir yerdə qəbul etməsi üçün əynində olan qara rəngli şalvarının sol yan cibinə qoyub saxlamışdır. Yaşadığı ünvana gəlib bir qədər dincəldikdən sonra təxminən saat 13:10 radələrində evdən küçəyə çıxmışdır. Küçədə evin qarşısı ilə hərəkət edərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini 11-ci polis bölməsinin əməkdaşları kimi təqdim etmiş və ondan anket məlumatlarını soruşmuşlar. O, da polis əməkdaşlarına özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 11-ci Polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə həmin bölmənin inzibati binasına getmişdir. Polis bölməsində hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə polis əməkdaşı tərəfindən onunla sorğu-sual aparılaraq üzərində qanunla qadağan edilmiş əşya və predmetlərin, narkotik vasitələrin olub-olmaması barədə sual verilərkən, o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümündə olan maddəni çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı həmin bükümü açmış və içərisindən qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu-sual zaman həmin maddənin narkotik vasitə «kakos» olduğunu, onu 28 fevral 2021-ci il tarixdə səhər saat 09 radələrində Qobustan qəsəbəsində körpünün altından tapdığını bildirmişdir. Daha sonra aşkar olunmuş maddə polis əməkdaşı tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş, bununla bağlı protokol tərtib edilmişdir. Həmin protokol onunla yanaşı digər iştirakçılar tərəfindən də imzalanar təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Kamil oğlu ifadəsində göstərdi ki, Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. İşlədiyi bölməyə Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün 11-ci PB-nin əməliyyat müvəkkili Şahid2ı Ağamir oğlu əməliyyat qrupunun təşkil edilməsinə dair protokol tərtib etmiş, o, da həmin qrupun tərkibinə daxil edilmişdir. Bundan sonra 11-ci PB-nin rəisi Yasər İbadovun əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 28 fevral 2021-ci il tarixli qərarına əsasən Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qaradağ rayonu, ünvan 2 ünvanının qarşısında müəyyən edib saat 13:10 radələrində əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ona yaxınlaşmış və xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs də özünü təqdim etdikdən sonra həyacanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından o, tərəflərindən 11-ci polis bölməsinə dəvət edilmişdir. Daha sonra polis bölməsində bölmənin təhqiqatçısı Qüdrət Əliyev tərəfindən onların və dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd qara rəngli siqaret kağızma bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və bükümün içərisində “Kakos” adlandırdığı narkotik vasitə olduğunu demişdir. Bundan sonra həmin büküm açılmış, içərisində qəhvəyi rəngli narkotik maddə heroinə bənzər kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 28.02.2021-ci il tarixdə səhər saat 09 radələrində Qobustan qəsəbəsində yerləşən körpünün altından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 223 saylı möhürü ilə üzəri möhürlənmişdir. O, da bütün iştirakçılarla bahəm həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında xidməti zərurətlə əlaqədar olaraq iştirak edə bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 məhkəmə iclasında dindirilmiş digər Şahid1 Kamil oğlunun ifadəsinə oxşar olan ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 28 fevral 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 14, 23) Şəxsi axtarış və götürmə aparılması haqqında 28 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd siqaretin qara kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq kağız kəsiyindəkinin narkotik maddə olan heroin (kakos) olmasını, həmn kokosun ona məxsus olmasını, 28 fevral 2021-ci il tarixdə saat 09:00 radələrində həmin kakosu Qobustan körpüsünün altında yerdə tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin qara kağızına bükülmüş büküm açılmış, bükümdə qəhvəyi rəngli narkotik maddə heroinə bənzər kütlə aşkar olundu. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin qara kağız kəsiyinə yığılmış narkotik maddəyə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 223 saylı möhürlə möhürlənərək götürülmüşdür. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hasnı bir əşya və ya predmet aşkar edilməmişdir . (i.v. 32-33) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli, 6/839 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Azərbaycan Respublikası DİN zərflər üçün № 223” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,246 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 0,246 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,196 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. (i.v. 41-43) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 61-62) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 4(002)-42/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur. (i.v. 83-87) Qətimkan tədbiri seçilməsi haqqında 02 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 88-90) Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2015-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuşdur. (i.v. 94) Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 yanvar 2012-ci il təvəllüdlü Nigar, 01 iyul 2013-cü il təvəllüdlü Ömər, 08 iyul 2014-cü il təvəllüdlü Zəhra adlı üç azyaşlı övladı vardır. (i.v. 96) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 31.03.2021-ci il tarixli cavabından və Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 1 (002)-287/2018 saylı 27 iyul 2018-ci il tarixli Hökmündən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin Məhkəməsinin 27 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 08.08.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 03 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (i.v. 104-105, 120) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X7-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 04 mart 2021-ci il tarixli, 702 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 112-113) Sübutların qiymətləndirilməsi barədə 23 aprel 2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən bu halın onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0,246 qram olmuş narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,196 qram narkotik vasitə-heroin 01 aprel 2021-ci il tarixdə maddi sübut kimi tanınmış və yekun qərar qəbul edilənədək saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, istintaqı tamamlanmış ********* nömrəli cinayət işindən materiallar ayrılmış və ayrılmış materiallar əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci polis bölməsinə göndərilmiş, iş üzrə 28.02.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “şəxsi axtarış və götürmə”ni özündə əks etdirən 01 ədəd elektron daşıyıcı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokolları, şahidin dindirilməsi protokolları, məhkəmə-kimyəvi ekspertizasının 01.03.2021-ci il tarixli, 6/839 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 04.03.2021-ci il tarixli, 702 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 121- 128) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) və himayəsində üç azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 1(002)-287/2018 nömrəli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən Salyan rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 7(057)-411/2019 nömrəli qərarına əsasən ona təyin edilmiş azadlıqdan məıhrumetmə cəzasının çəkilməmiş qalan 03 ay 08 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilsə də, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Həmin müddətdən iki il keçməmiş, yenidən qəsdən cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residivin olması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq dövründə 28 fevral 2021-ci il tarixdən 02 mart 2021-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökmün tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM-132), sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 58 (əlli səkkiz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 58 (əlli səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 348 (üç yüz qırx səkkiz) manat məbləğində, məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixindən 02 mart 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,196 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 58 (əlli səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 348 (üç yüz qırx səkkiz) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş cəmi 10 (on) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar