Məhkəmə qərarları › İş №1(002)-226/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-226/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-226/2023 16.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1968-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Cəmşid Naxçıvanski adına hərbi liseydə tağım komandiri-tərbiyəçi müəllim vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır zərərvurmaya səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 19 noyabr 2022-ci il tarixdə saat 21:00 radələrində oğlu Şahid məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Elantra” markalı, **-SN-*** qeydiyyat nişanlı avtomobillə Qobu-Lökbatan yolu, Lökbatan qəsəbəsi istiqamətində, Qobu-Park yaşayış kompleksinin yaxınlığında 50 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə riayət etməyərək yolun hərəkət hissəsində olan çuxurdan avtomobili qaçırmaqla idarəetməni itirməsi nəticəsində avtomobili yolun sol kənarında yerləşən dərəyə aşıraraq avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 burun sümüyünün sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının qançır–şişkinlik halında əziyi və burunun sol yan səthinin sıyrığı, sağ kürək sümüyünün qapalı, yerinidəyişməyən sınığı, sağ said, sağ əlin arxa səthin, sağ diz və sol baldır sıyrıqları ilə nəticələnən ümumilikdə sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri, Zərərçəkmiş şəxs3 burun sümüyünün qapalı, yerinidəyişmiş sınığı, başın alın nahiyəsinin, burunun sol yan səthinin, sol qaşüstü nahiyənin və sağ körpücük sümük proyeksiyasının sıyrıqları, başın sağ gicgah nahiyəsinin səthi əzilmiş yarası, sol dirsək oynağın arxa səthinin qançırları ilə nəticələnən ümumilikdə sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri, digər sərnişin Zərərçəkmiş şəxs1 sağ said sümüklərinin tipik yerinin aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları, sağ diz oynağın məhdudluğu (kontrakturası), sağ diz oynağının kolletral bağlarının zədələnməsi ilə müşayiət olunan sağ bud sümüyünün qapalı, yerinidəyişmiş kondilusundan keçən qəlpəli sınıqları ilə nəticələnən ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, o, oğlu Şahid məxsus “Hyundai Elantra” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 19 noyabr 2022-ci il tarixdə saat 18:00 radələrində dostu Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 ilə birlikdə idarə etdiyi “Hyundai Elantra” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat 20:00 radələrində Lökbatan-Qobu yolunun üstündə olarkən, yolun çuxur olan hissəsinə çatdıqda o, sükanı biraz sağa, daha sonra sol tərəfə istiqamətləndirdikdə təkərlər çuxura düşmüş, o idarəetməni itirmiş, yolun sol tərəfində yerləşən biraz dərin enli dərəyə düşmüşdür. Avtomobil dərəyə düşüb dayanmış, təhlükəsizlik şarları isə açılmışdır. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 avtomobildən düşə bilmişlər, lakin Zərərçəkmiş şəxs1 ağrıları çox olduğundan onu nəqliyyat vasitəsindən çıxarmağa ehtiyat etmişlər. Yoldan keçən avtomobillərdə olan şəxslər dayanıb onlara yardım etmişdir. Sonra o, oğluna və qohumlarına hadisə barədə məlumat vermişdir. Qohumları onları xəstəxanaya aparmış, daha sonra hadisə yerinə çağırılmış TTY Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verməmişdən əvvəl o, avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir. Hadisə baş verməmişdən əvvəl idarə etdiyi “Hyundai Elantra” markalı **- SN-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş ziyanları ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 19 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 ona Zərərçəkmiş şəxs2 adlı şəxslə bərabər yaxınlaşmış Qobu qəsəbəsində yerləşən evdə təmir işləri aparmaları üçün işləməyə dəvət etmişdir. Daha sonra onlar ev sahibi Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı avtomobil ilə həmin evə baxmağa getmiş və oradan qayıdarkən Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun üstündə, Qobu-Park yaşayış kompleksinə çatdıqda sürücü Təqsirləndirilən şəxs yolun üstündə olan çalaya düşməmək üçün sükanı kənara çəkmiş, həmin vaxt idarə etməni itirmiş, avtomobil yolun sol tərəfində yerləşən dərəyə aşmışdır. Hadisə zamanı o, huşunu itirmiş, ayılanda isə avtomobildə heç kimin olmadığını görmüşdür. Bir qədər vaxt keçəndən sonra yoldan keçən şəxslər və oraya gəlmiş qohumları kömək etmişlər, onu TTYS ilə KTM-ə aparmışlar. Hadisə nəticəsində sağ qolu, sağ ayağı sınmış, başından müxtəlif xəsarətlər almışdır. Keçirilmiş cərrahiyyə əməliyyatı nəticəsində sağ ayağına mil yerləşdirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun sağ qolu və sağ ayağı sınmış, sağ qoluna gips qoyulmuş, sağ ayağı isə əməliyyat olunmuşdur. Əməliyyatın xərclərini Təqsirləndirilən şəxs qarşılamışdır. Daha sonra məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs inşa etdiyi Abşeron rayonu, Hökməli-Qobu yolunda yerləşən evində təmir işləri görmək məqsədilə ona bir neçə usta toplamaqda ona köməklik etməsini xahiş istəmişdir. O, Lökbatan qəsəbəsindən tanıdığı Zərərçəkmiş şəxs3 adlı ustaya qeyd olunan işlərin həvalə edilməsinin mümkün olduğunu demiş və onun görüş vaxtı barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində o, Zərərçəkmiş şəxs3 və onun usta kimi təqdim etdiyi Zərərçəkmiş şəxs1lə bərabər Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Hökməli-Qobu yolundakı evə getmişlər. Həmin gün təxminən saat 20:00 radələrində geri qayıdarkən Qaradağ rayonu ərazisində yerləşən Qobu-Park yaşayış kompleksinə çatmamış yolun ortasında olan çuxurdan nəqliyyat vasitəsini yayındırmaq üçün sükanı kənara çəkmiş, idarə etməni itirdiyindən nəqliyyat vasitəsini yolun kənarında yerləşən dərəyə aşırmışdır. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 heç bir kömək olmadan nəqliyyat vasitəsindən çıxmağa nail olmuşlar Hadisə nəticəsində onun sağ qolunun üst hissəsində sıyrıqlar olmuş, sağ qaşı yarılmışdır. Hadisə yerinə TTY gəlməmişdən əvvəl Təqsirləndirilən şəxs qohumları gəlmiş və onları xəstəxanaya aparmışlar. Müayinədən sonra məlum olmuşdur ki, burnu sınmış, əlləri, ayaqları isə əzilmişdir. Daha sonra məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs adlı tanışının evində təmir işləri aparılması üçün usta briqadasına ehtiyacı olduğunu demişdir. Ümumilikdə razılığa gəlmişlər, Zərərçəkmiş şəxs1 də götürmüş Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə sonuncuya məxsus evə gəlmişlər. Geri qayıdarkən Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksinə çatmamış sürücü Təqsirləndirilən şəxs yolun üstündə olan çalaya düşməkdən nəqliyyat vasitəsini yayındırmaq üçün sükanı kənara çəkmiş, həmin vaxt idarə etməni itirmiş, avtomobil yolun sol tərəfində yerləşən dərəyə aşmışdır. Nəqliyyat vasitəsi aşıb əzilmiş, onlar nəqliyyat vasitəsindən digər şəxslərin köməkliyi olmadan çıxmağa nail olsalar da Zərərçəkmiş şəxs1 nəqliyyat vasitəsindən çıxarmaq mümkün olmamışdır. Hadisə yerinə TTY gəlməmişdən əvvəl Təqsirləndirilən şəxs qohumları gəlmiş və onları xəstəxanaya aparmışlar. Orada ona ilkin tibbi yardım göstərilmiş, 1 gün orada qalıb evə buraxılmışdır. Hadisə nəticəsində burnu sınmış, əlləri əzilmişdir. Daha sonra məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə atası S.İ.İbrahimxəlilovun etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə Lökbatan-Qobu yolunda yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumatı ona polis əməkdaşları vermişlər. O, hadisə yerinə gəldikdə nəqliyyat vasitəsi dərəyə aşmış vəziyyətdə, Zərərçəkmiş şəxs1 isə həmin vaxt nəqliyyat vasitəsinin içərisində olmuşdur. Ətrafda toplaşan şəxslərin ona verdiyi məlumat əsasında müəyyən etmişdir ki, atası və nəqliyyat vasitəsində olan digər sərnişinlər xəstəxanaya aparılmışlar. O, Ş.Hacıyevə nəqliyyat vasitəsindən çıxmasına köməklik etmək istəsə də sonuncu, X7 gəlməyənədək nəqliyyat vasitəsindən çıxarılmasına etiraz etmişdir. Daha sonra hadisə yerinə X7 və Zərərçəkmiş şəxs1 qohumları gəlmişlər. Sonuncu nəqliyyat vasitəsindən çıxarıldıqdan sonra onlar nəqliyyat vasitəsini dərədən çıxarmışlar. Nəqliyyat vasitəsi hadisədən sonra yararsız hala düşmüş, avtomobilin zədələnməsi, yararsız vəziyyətə düşməsi nəticəsində maddi olaraq ziyan atası Təqsirləndirilən şəxs dəymişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 13-cü vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 19 noyabr 2022-ci il tarixli, 2/29514 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 17-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ QİŞ tərəfindən 25 aprel 2016-cı il tarixdə verilmiş AC seriyalı 527232 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2026-cı ilədək sürücülük hüququ vardır. Cinayət işinin 18-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı, 430108 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X5” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı minik avtomobili Şahid mülkiyyətindədir. Cinayət işinin 19-cu vərəqəsində olan Şahid tərəfindən verilmiş etibarnamədən görünür ki, o, mülkiyyətçisi olduğu “X5” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı minik avtomobilin Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində 21 avqust 2019-cu il tarixindən 25 aprel 2026-cı il tarixədək idarə edilməsi üçün həmin etibarnaməni vermişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin 29 noyabr 2022-ci il tarixli 864 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – burun sümüyünün sınığı ilə müşayiət olunan burnun yumşaq toxumalarının qançır şişkinlik halında əziyi və burnun sol yan səthinin sıyrığı, sağ kürək sümüyünün qapalı, yerinidəyişməyən sınığı, sağ said, sağ əlin arxa səthi, sağ diz və sol baldır nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X6 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərin xarakteri və lokalizsiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, sərnişin olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 51-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin 14 dekabr 2022-ci il tarixli 42/866 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunmuş xəsarətlər – burun sümüyünün qapalı, yerinidəyişmiş sınığı, başın alın nahiyəsinin, burnun sol yan səthinin, sol qaşüstü nahiyənin və sağ körpücük sümük proyeksiyasının sıyrıqları, başın sağ gicgah nahiyəsinin səthi əzilmiş yarası, sol dirsək oynağın arxa səthinin qançırı bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlərin xarakteri və lokalizsiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, sərnişin olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 91-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin 29 mart 2022-ci il tarixli 12/896 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər – sağ said sümüklərinin tipik yerinin aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları, sağ diz oynağın məhdudluğu (kontrakturası), sağ diz oynağının kolletral bağlarının zədələnməsi ilə müşayiət olunan sağ bud sümüyünün qapalı, yerinidəyişmiş kondilusundan keçən qəlpəli sınıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onuntibbi yardım üçün X6 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox (35%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizsiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, sərnişini olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 67-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2023-cü il tarixli 8/207 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Hyundai Elantra” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 66-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir. Cinayət işinin 95-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 110-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 121-127-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 137-138-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işində olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödəndiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödəndiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, cnayət işinin icraatına xitam verilməsini xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır xəsarətlərin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, məhkəmə hesab edir ki, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 150 (yüz əlli) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 150 (yüz əlli) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar