Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-227/2022 20.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 22 may 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən saat 18:30 radələrində ünvan 2 ünvanında yerləşən “Kingsmart” mağazasının qarşısında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PBnin inzibati binasına gətirilərək həmin gün saat 19:00 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli ağ cızıqlı klassik şalvarın sağ yan cibindən bir ədəd qəhvəyi rəngli alışqan qabının içərisində olan gümüşü rəngli kağızdan olan bükülüdə təmiz çəkisi 0,196 qram və bir ədəd alüminium falqada təmiz çəkisi 0,037 qram olmaqla, ümumi təmiz çəkiləri 0,233 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hal-hazırda “Sədərək” TM-də fərdi olaraq fəhləliklə məşğul olub ailəsini dolandırır. Təxminən iki il olar ki, narkotik vasitə olan heroin istifadə etməyə başlamışdır. Təxminən 4-5 gündən bir istifadə etdiyi üçün Bakı şəhərində “Kubinka” deyilən əraziyə gedib orada tanımadığı şəxsdən narkotik vasitə əldə etmişdir. Həmin şəxsi əvvəl onunla bir yerdə “Sədərək” TM-də işləyən Elnur adlı fəhlənin vasitəsilə tanımışdır. Narkotik almaq istədikdə Kubinkada “Məşədi Dadaş” məscidinin yanında həmin adamı görüb almışdır. Heroini falqada yandırıb tüstünü çəkmə yolu ilə qəbul etmişdir. 2022-ci ilin may ayının 22-də saat təxminən 15 radələrində “Kubinka” deyilən yerə getmiş, orada “Məşədi Dadaş” məscidinin yanında həmin adamı tapıb 10 manat vermiş və 1 büküm “kakos” almışdır. Bundan sonra yaşadığı Lökbatan qəsəbəsinə qayıtmışdır. Yaşadığı evin yaxınlığında qarajın yanında həmin bükümü açıb bir qədərini götürüb çəkmək üçün hazır vəziyyətə gətirib falqanın içinə yığmış və həmin falqanı da büküm arasında qoyub özünə məxsus dəridən olan alışqan qabına qoymuşdur ki düşüb itməsin. Saat təxminən 18:30 radələrində təzə “Kingsmart”ın qabağında olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları kimi özlərini təqdim etmişlər və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Onun üzərində heç bir sənəd olmadığından, həmçinin ona narkotik sərxoşluğunda şübhəli olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 10-cu Polis Bölməsinə gəlmişdir. Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X8 ona təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olub-olmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, əynindəki boz rəngli klassik şalvarının sağ yan cibində olan qəhvəyi rəngli alışqan qabını çıxarıb stolun üstünə qoymuşdur. Həmin alışqanın içərəisində olan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan “kakos” adlanan narkotik vasitə heroini və bir ədəd içərisində heroin olan hazır falqanı çıxarıb, həmin maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 2022-ci ilin may ayının 22-də Kubinkada “Məşədi Dadaş” məscidinin yanında tanımadığı şəxsdən 10 manata aldığımı, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən heçnə aşkar edilməmiş, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə isə zərfə qoyularaq möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imza etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 2022-ci ilin may ayının 22-də saat təxminən 15 radələrində Bakı şəhərində “Kubinka” deyilən yerdə əvvəllər tanımadığı və adını bilmədiyi şəxsdən istifadə etmək üçün 10 manat verməklə əldə etmişdir. Həmin narkotik vasitədən istifadə edə bilməmiş, ona narkotik vasitəni satmış şəxsi əvvəllər üzdən tanımış, həmin şəxsi əvvəl onunla bir yerdə “Sədərək” TM-də işləyən Elnur adlı fəhlənin vasitəsilə tanımışdır. Lakin anket məlumatlarını bilməmişdir. Mobil telefonunu da bilmir. Həmin şəxs təxminən 30-35 yaşlarında, arıq, qaraşın biri olmuşdur. Elnur da hal-hazırda onunla işləmir. Elnurun da mobil telefonunu və anket məlumatlarını bilmir, yaşadığı mənzildə və başqa bir yerdə narkotik vasitə saxlamamış, narkotik vasitəni istifadə etdiyi üçün üzərimdə gəzdirirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, başqa heç bir cinayət törətməmişdir. O, öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru, polis leytenantı vəzifəsində işləmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 22 may 2022-ci il tarixdə saat 18:30-da PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid2lə birlikdə inzibati ərazidə xidmətdə olan zaman Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 41C ünvanında yerləşən “Kingsmart” mağazasının qarşısında bir nəfər şəxsin narkotik sərxoşluğu vəizyyətində olmasından şübhələnib həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim edərək, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirsə də üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənədi olmadığını qeyd etmişdir. Onlar həmin şəxsə narkotik sərxoşluğu vəziyyətində olmasında şübhəli olduğunu bildirib Qaradağ RPİ-nin 10cu PB-yə gətirmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt tərəflərindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Eldar Nəcəfovun iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Video çəkiliş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Səbuhi Nuriyev tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli ağ xətli şalvarın sağ yan cibindən 01 ədəd dəridən olan qəhvəyi rəngli alışqan qabı çıxarıb, həmin qabın içərisində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş masanın üzərinə qoyaraq, həmin bükümün içərisindəki tünd qəhvəyi rəngli, toz şəklində olan maddənin narkotik vasitə olan “kakos” olduğunu bildirmişdr. Həmçinin həmin bükümün içərisində istifadə üçün nəzərdə tutulmuş alüminium falqanın üzərində tam istifadə olunmamış narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin gün Kubinka deyilən yerdə “Məşədi Dadaş” məscidinin yaxınlığında tanımadığı şəxsdən 10 manata əldə etdiyini, istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmişdir. Şahid Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Əliyev X9 RPİ-nin 10-cu polis bölməsinin digər əməkdaşı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2022-ci il tarixli 6/2924 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №222” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,196 qram açıq qəhvəyi rəngli, 0,037 qram tünd qəhvəyi rəngli ümumi təmiz çəkisi 0,233 qram olan maddə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqli olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,233 qram, tədqiqata sərf edilmişdir – 0,04 qram, qalıq – 0,193 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 10 iyun 2022-ci il tarixli 3138 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.233 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,193 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs əynində olan boz rəngli ağ xətli şalvarın sağ yan cibindən 01 ədəd dəridən olan qəhvəyi rəngli alışqan qabı çıxarıb, həmin qabın içərisində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş masanın üzərinə qoyaraq, həmin bükümün içərisindəki tünd qəhvəyi rəngli, toz şəklində olan maddənin narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Həmçinin həmin bükümün içərisində istifadə üçün nəzərdə tutulmuş alüminium falqanın üzərində tam istifadə olunmamış narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin gün Kubinka deyilən yerdə “Məşədi Dadaş” məscidinin yaxınlığında tanımadığı şəxsdən 10 manata əldə etdiyini, istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində heç bir əşya aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildə X7 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 ataları Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 22 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 24 may 2022ci il tarixdə Qaradağ rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.193 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.193 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-227/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-227/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver