Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-227/2023 07.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1969-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, subay, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək Ticarət Mərkəzindəki "xxxx" MMCnin yaxınlığındakı kafedə X3 ilə Rusiya Federasiyasının Moskva şəhərindən Çita şəhərinə təyyarənin uçuş saatı ilə bağlı başlanmış cüzi mübahisəni bəhanə edərək sonuncunu həmin kafenin həyətinə çağıraraq ictimai qaydalara açıq etinasızlıq göstərərək, davranış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq Namiq Abbasovun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub sonuncunun sağlamlığına həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan burun sümüyünün qapalı, yerini dəyişən sınığı ilə müşayiət olunan xəsarət yetirməklə xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət mərkəzində yerləşən "xxxx" MMC-də fəhlə işləyirmiş. Zərərçəkmiş şəxs onunla birlikdə "xxxx" MMC-də fəhlə işləmiş, altı-yeddi ay əvvəl aralarında münaqişə yarandığından onunla münasibətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə iş yoldaşları ilə "xxxx" MMC-nin yaxınlığında yerləşən kafenin qarşısında dayanıb pul bölgüsünü gözləyirmişlər.Həmin vaxt Zərərçəkmiş şəxs bacanağının Rusiya Federasiyasının Moskva şəhərində yaşaması, Moskva şəhərindən Çita şəhərinə təyyarə ilə 12 saata getməsindən danışmışdır.O, Natiqə heç bir söz deməmiş, lakin yanındakı şəxslərə “Çita şəhərindən 12 saata deyil yeddi-səkkiz saata getmək olar. Çünki mən özüm 2010-cu ildən 2017-ci ilədək Çita şəhərinə yaşamışam, ona görə də Moskvadan Çita şəhərinə təyyarənin 7 saat 20 dəqiqəyə getdiyini bilirəm” sözlərini demişdir. Söhbətdən sonra hamı oradan evinə getmişdir. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində həmin kafeyə gəlmiş, işin başlamasını gözləyib çay içirmiş. Bu zaman yanında iş yoldaşları Seymur, Ağakişi və Müşfiq olmuşdur. Zərərçəkmiş şəxs kafeyə daxil olmuş, onun əyləşdiyi masaya yaxınlaşmış və “Watsap”-da ona göndərilmiş səsləri onlara qulaq asdırıb onun ünvanına nalayiq ifadələr işlədib ona düzgün olmağını sübut etdiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs “get rədd ol səhər-səhər qanımızı qaraltma” sözlərini demişdir. Zərərçəkmiş şəxsla aralarında münaqişə daha da qızışmış, onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, əsəbləşmiş, oturduğu masadan ayağa qalxmış əynindəki gödəkcəsini çıxarmış, Zərərçəkmiş şəxs söhbət etmək üçün onu kafenin çölünə çağırmışdır. Onlar birlikdə kafedən çölə çıxarkən Natiq kafenin çıxış qapısının yanında bir daha da ünvanına nalayiq ifadələr işlətmiş, o, dözə bilməmiş, əsəbləşdiyi üçün bir dəfə yunmruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən, bir dəfə isə təpiklə ayaq nahiyəsindən vurmuşdur. Onunla birlikdə əyləşən Seymur, Ağakişi və Müşfiq çölə çıxıb onları aralamışlar. Törətdiyi əməldən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxsla barışıb. İ Qarabağ müharibəsi iştirakçısı və veteranıdır.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə baş verən vaxt Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət mərkəzində yerləşən "xxxx" MMC-də fəhlə işləyirmiş. Təqsirləndirilən şəxs da onunla birlikdə "xxxx" MMC-də fəhlə işləmiş, lakin yaxın münasibətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə iş yoldaşları ilə bacanağının Bakı şəhərində X1 şəhərinə oradan da Çita şəhərinə getdiyini, lakin hava şəraiti ilə bağlı olaraq 4 saata Moskva şəhərinə, 11 saata isə Moskva şəhərindən Çita şəhərinə təyyarə ilə getdiyini bildirmişdir. Həmin vaxt iş yoldaşı Təqsirləndirilən şəxs söhbətinə müdaxilə edərək onu yalançı çıxarmağa çalışmışıdır. Natiq iki saat yarım müddətinə təyyarə ilə Moskva şəhərinə uçmasını, dörd saata getməyin yalan olmasını, bu sözləri deyənin yalandan danışmasını bildirmiş, nalayiq ifadələr işlətmişdir. O da bacanağı Şahinə zəng etmiş, danışıq zamanı Şahin onun dediyi vaxtda getdiyini təsdiqləmişdir. Növbət gün iş yerinin yaxınlığındakı kafeyə gəlmiş, masada tək əyləşmiş, Təqsirləndirilən şəxs isə iş yoldaşları ilə bir masada əyləşmişdir. O, bacanağının “Watsapp” tətbiqi vasitəsinə atdığı səsləri eşitdirmək üçün Natiqgilin masasına yaxınlaşmış, səsləri Natiqgilə qulaq asdırmış, yalan danışmadığını, düzgün danışdığını sübut etdiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona ”sən mənə söz soxursan?, sən şalvar geyinməyəndə mən Moskva şəhərində yaşayırdım” sözlərini demişdir. O, Təqsirləndirilən şəxs “mən səsi uşaqlara qulaq asdırırdım ki, düzgün danışmağımı sübut edim. Bundan sonra Təqsirləndirilən şəxs ona “ gəl çölə çıxaq səninlə danışacam” sözləri demiş kafedən çölə çıxmış, o da Natiqlə birlikdə kafedən çıxmışdır. Kafenin qarşısında aralarında yenidən münaqişə yaranmış, münaqişə zamanı Təqsirləndirilən şəxs qəflətən yumruqla bir dəfə onun sifət nahiyəsindən vurmuş, sonra isə qarşılıqlı olaraq biri-birilərinə əl və ayaq zərbələri ilə vurmuş, kafedən çıxan şəxslər onları aralaşdırmışdırlar. Hadisə zamanı burun nahiyəsindən xəsarət almış, DİN-nin 102 xidmətinə müraciət etmiş, bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayəttələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət mərkəzində yerləşən "xxxx" MMC-də fəhlə işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, hər iki Natiqlə birlikdə "xxxx" MMC-də fəhlə işləyir, hər ikisi ilə də yaxın münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət mərkəzində yerləşən "xxxx"-ya işə gəlmiş, lakin iş gözləmək üçün iş yoldaşı Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 ilə birlikdə "xxxx"-nun yaxınlığındakı kafedə oturub çay içirmişlər. Həmin kafedə başqa fəhlələr və sürücülər də olmuşdur. Bu zaman iş yoldaşı Zərərçəkmiş şəxs kafeyə daxil olmuş, onların əyləşdiyi masaya yaxınlaşmış Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar həmçinin Natiq Təqsirləndirilən şəxs Abbasova iradlarnı bildirmiş, oturduqları masadan uzaqlaşmasını tələb etmişdirlər. Lakin Zərərçəkmiş şəxs öz hərəkətlərini davam etdirmiş, ona görə də münaqişə daha da dərinləşmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, ona görə də onlar biribirilərinin yaxasından yapışıb dartışmışdırlar. Onlar Natiqgili sakitləşdirsələr də, onların hər ikisi kafedən çölə çıxmışdır. Onların dava-dalaş edəcəklərini ehtimal etdikləri üçün kafedən çölə çıxmışlar. O, kafedən çölə çıxanda artıq Müşfiqgil və kafedə olan şəxslər Natiqgili aralamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət mərkəzində yerləşən "xxxx" MMC-də fəhlə işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, Hər iki Natiq ilə birlikdə "xxxx" MMC-də fəhlə işləyir, hər ikisi ilə də yaxın münasibəti olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu Sədərək Ticarət mərkəzində yerləşən "xxxx"-ya işə gəlmişdir. Lakin iş gözləmək üçün iş yoldaşı Müşfiq və Seymur ilə birlikdə "xxxx"-nun yaxınlığındakı kafedə oturub çay içirmiş. Həmin vaxt Təqsirləndirilən şəxs də onların masasında əyləşmiş, onlarla çay içib söhbət edirmiş. Bu zaman digər iş yoldaşı Zərərçəkmiş şəxs da kafeyə gəldi, Təqsirləndirilən şəxs masasına yaxınlaşmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə zarafat etməyə başlamış, onların zarafatları mübahisəyə çevrilmiş və biri-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər.Onlar arasında münaqişə qızışdığı üçün onları sakitləşdirməyə çalışmışlar. Lakin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əsəbi halda olduqları üçün onların sözlərinə məhəl qoymamış, hər ikisi kafedən çölə çıxıb söhbət etməyi biri-birilərinə təıklif edib kafedən çölə çıxmışlar. Onların dava etmələrini güman edib hamı kafedən çölə çıxmışdır. Çölə çıxarkən kafenin qarşısında onların biri-biriləri ilə tutaşıb, biri-birilərini əl və ayaq zərbələri ilə vurduqlarını görüb, onları aralamışlar. Zərərçəkmiş şəxs burun nahiyəsində qan gəldiyini görmüş, ancaq Təqsirləndirilən şəxs hər hansı bir xəsarət almasını görməmişdir. İbtidai istintaq zamanı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 və Şahid2 ifadələrindəki xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinin 23 fevral 2023-cü il tarixli, 126 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunmuş xəsarət – burun sümüyünün qapalı, yerini dəyişən sınığı ilə müşayiət olumuşdur. Göstərilən xəsarət bərk küt əşya təsirindən törənə bilərdi, törənmə müddəti onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Kilinik Xəstəxanasına müraciət etdiyi qərarın təsviri hissəsində göstərilən tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixatirik və psixoloji ekspertizasının 02 may 2023-cü il tarixli, 1211 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs xroniki pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıqvə ya sair psixi xəstəlik müəyyən edilmir. N,Abbasov baş vermiş hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhülkəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Yoxlanılan şəxs Zərərçəkmiş şəxs qıcığa qarşı həssalıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq və.s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla özünün etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi, hadisə zamanı psixi-emosional halında hirslilik yarana bilərdi, Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, İ Qarabag müharibəsi veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 01 (bir) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-227/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-227/2023
07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver