Məhkəmə qərarları › İş №1(002)-227/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-227/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-227/2024 18.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamış habelə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgə əmlaklarını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 noyabr 2022-ci il tarixdə saat 16:22-də Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs2 verilmiş 4169 7385 7900 4858 nömrəli plastik kartı vasitəsilə X2 2000 manat məxaric etdiyi, lakin ATM bankomatının pulların məxaricinin yubanmasına səbəb Rövşən Salmanovun oradan uzaqlaşmasını və pulların məxaric olunmasını görüb bankomata yaxınlaşıb 2000 manat pulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 iyul 2023-cü il tarixində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən “Araz market”in qarşısında yerləşdirilmiş "xxxx" ASC-yə aid bankomatdan Zərərçəkmiş şəxs3 özünə məxsus 4169 7414 9036 0409 nömrəli plastik kartdan təmassız oxuyucu (NFC) vasitəsilə pul vəsaiti məxaric etməsindən sonra saat 10:07-də elektron məlumat daşıyıcısı hesab olunan 4169 7414 9036 0409 nömrəli kartdan prosesi davam etdirərək bir dəfəyə 2000 manat pulu bankomatdan çıxararaq informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2000 manat (iki min) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 sentyabr 2023-cü il tarixdə saat 14:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Kingsmart» marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan həmin zaman pul məxaric etmiş və prosesi sonlandırmayan Zərərçəkmiş şəxs1 məxsus Kapital Bankın hesabında saxlanılan elektron məlumat daşıyıcısı hesab olunan 4169 7388 1750 5534 nömrəli kart hesabından prosesi davamlamaqla bir dəfəyə cəmi 600 manat pulunu məxaric edib, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxs X1 maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 oktyabr 2023-cü il tarixdə saat 11:52-də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 2 C-də yerləşən «Rahat» marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan həmin zaman pul məxaric etmiş və prosesi sonlandırmayan Zərərçəkmiş şəxs4 məxsus "xxxx" ASC-nin hesabında saxlanılan elektron məlumat daşıyıcısı hesab olunan 4169 7388 6914 9249 nömrəli kart hesabından prosesi davamlamaqla bir dəfəyə cəmi 500 manat pulunu məxaric edib özgənin əmlakını gizli olaraq talayıb informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlarda özünü təqsirli bilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 26 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin yaxınlığında quraşdırılmış ATM-in qarşısında dayanaraq salfetka satarkən saat 16 radələrində bir nəfər tanımadığı şəxsin həmin banka məxsus ATM-in qarşısına gələrək pul çıxarmaq istədiyini, lakin əməliyyatın baş tutmaması səbəbindən digər ATM-yə yaxınlaşdığını görmüşdür. Həmin şəxs getdikdən sonra onun ilkin olaraq yaxınlaşdığı ATM-dən pulların çıxdığını görmüş, və həmin pulları, yəni 2000 manat pulu oğurlamışdır. O, 13 iyul 2023-cü il tarixində özünə məxsus bank kartından pul nağdlaşdırmaq üçün Sabunçu rayonu ərazisində yerləşən «Araz» marketin giriş hissəsinə yaxın "xxxx" ASC-yə aid bankomatın qarşısında növbəyə durmuşdur. Ondan öndə tanımadığı qadın olmuş və onun bankomatdan pul çıxara bilmədiyini gördükdə həmin qadına bankomat üzərində olan oxuyucu vasitəsilə kartdan pulu çıxara biləcəyini bildirmişdir. Həmin qadın onun dediyi kimi etdikdən sonra kartın pin kodunu bankomata daxil etmişdir. Qadın getdikdən sonra kartdan nağdlaşmış 2000 manat məbləğində pulu götürmüşdür. Daha sonra o, 26 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Kingsmart» marketin qarşısında pul çıxarmaq üçün "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşarkən növbədə bir qadın olduğunu və onun bankomat tərəfindən kartının qəbul edilmədiyi üçün kartı simsiz oxuyan yerə qoyduğunu görmüşdür. Həmin qadın kart üzərində əməliyyatı yekunlaşdırdıqdan sonra çıxış düyməsinə basmadan bankomatdan uzaqlaşmışdır. O, getdikdən sonra bankomatda «davam et» düyməsinə basmış və nağdlaşmış 600 manat pulu götürüb oradan uzaqlaşmışdır. Bundan başqa o, 05 oktyabr 2023-cü il tarixdə saat 11:52-də Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, «Rahat» marketin qarşısında pul çıxarmaq üçün "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşmışdır. Həmin vaxt 30-35 yaşlarında olan tanımadığı kişi bankomata yaxınlaşmış, bankomatın simsiz oxunan hissəsinə kartını yerləşdirməklə 100 manat məbləğdə pul nağdlaşdırmış, lakin, çıxış düyməsinə basmadan oranı tərk etmişdir. O da bu vəziyyətdən yararlanaraq bankomatın üzərində «davam et» düyməsini basmış, həmin şəxsə məxsus kart hesabından 500 manat pulu nadlaşdırmışdır. O, bütün pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs son olaraq himayəsində yaşlı anasının olduğunu və əməlindən peşman olduğunun nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, iş materiallarında olan DVD diskdəki görüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:22-də ünvan 4 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 4169 7385 7900 4858 nömrəli kartı ATM-ə daxil etmiş, kart hesabından nağdlaşdırmaq istədiyi 2000 manat məbləği qeyd etmiş, lakin həmin məbləğin bankomat tərəfindən təqdim edilmədiyini gördükdə digər ATM-yə yaxınlaşmışdır. Kartı daxil etdikdə balansda 70 manat qaldığını müəyyən etmiş, bu səbəbdən dərhal kartı ilk daxil etdiyi ATMyə geri qayıtmışdır. Bununla da o, 2000 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Eyni zamanda, həmin məbləğin kart hesabından çıxarılması barədə sms bildiriş almışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini, şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonunda yerləşən “Araz marketin” yaxınlığında olan "xxxx" ASC-yə məxsus bankomatdan pul çıxarmaq üçün yaxınlaşdıqda yanında dayanmış orta yaşlı, gözündə qara eynək olan bir kişi ona bank kartını bankomat üzərində olan oxuyucuya qoymağı təklif etmişdir. O da həmin şəxsin dediyi kimi plastik kartı bankomat üzərində olan oxuyucuya yerləşdirmiş, həmin vaxt kart balansında 4516 manat pulun 2000 manatını nağdlaşdırdıqdan sonra plastik kartını götürərək oradan uzaqlaşmışdır. 15 iyul 2023-cü il tarixdə yenidən həmin bankomata yaxınlaşaraq yerdə qalan 2516 manat pulunu da nağdlaşdırmaq istəyərkən balansda 516 manat qaldığını müəyyən etmişdir. "xxxx" ASC-yə müraciət etdikdən sonrada məlum olmuşdur ki, pulu oğurlanmışdır. O, öz ifadəsində son olaraq şikayətçi olduğunu və ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Kingsmart» marketin qarşısında pul çıxarmaq üçün "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşmışdır. O, növbəsini gözləyərkən ondan öndə dayanan başında tünd göy papaq olan yaşlı kişi öz növbəsini ona vermişdir. Bank kartını bankomata daxil edərən problem yarandığı üçün növbəsini ona təhvil vermiş şəxs kartını bankomatın kartların oxunması üçün nəzərdə tutulmuş digər hissəsinə yerləşdirməyi təklif etmişdir. O da həmin kişinin tövsiyəsindən yararlanmış, bank kartını onun dediyi formada bankomata yerləşdirmiş dörd rəqəmli məxfi kodunu yazmış, həmin vaxt balansında olan 623 manatın 20 manatını nağdlaşdırmış, kartını götürüb getmək istəyən zaman həmin kişi kartı bir qədər də bankomatın üzərində saxlamasını, kartı tez götürdüyü halda prosesin tam uğurla başa çatmayacağını bildirmiş, o da bir neçə saniyə kartı əlavə saxlamış və prosesə çıxış vermədən oradan uzaqlaşmışdır. Bundan sonra avtobus dayanacağında olarkən saat 14:00-da "xxxx" ASC-dən əvvəlcə yanlış pin və həmin dəqiqə kartından 600 manat pulunun məxaric olması, balansında 23 manat qalması barədə SMS bildirişlər almışdır. Hadisə barədə “102” zəng mərkəzinə məlumat vermişdir. O, ziyanın ödənilməsini tələb edərək şikayətçi olduğunu bildirmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:52-də Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, «Rahat» marketin qarşısında pul çıxarmaq üçün "xxxx" ASC-yə məxsus bankomatın önündə növbədə gözləyərkən ondan öndə gözləyən təqsirləndirilən şəxs ona öz növbəsini təhvil vermişdir. O əvvəlcə özünə məxsus bank kartını "xxxx" ASC-nin kartın daxil edilməsi üçün nəzərdə tutulmuş hissəsinə daxil etdikdə, kartı ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs ona bankomatın kartların oxunması üçün nəzərdə tutulmuş digər hissəsindən istifadə etməyi tövsiyə etmişdir. O da kartı həmin hissəyə qoyaraq dörd rəqəmli məxfi kodunu yazmış, 100 manat pul nağdlaşdırmışdır. Kartını götürüb getmək istəyən zaman həmin kişi kartı bir qədər də bankomatın üzərində saxlamasını, kartı tez götürəcəyi təqdirdə bankomatda problem yaranacağını bildirmişdir. O da kartı bankomatın üzərində əlavə bir neçə saniyə saxladıqdan sonra götürmüş, lakin əməliyyata çıxış vermədən oradan uzaqlaşmışdır. Axşam evdə mobil telefonuna baxarkən həmin hesabından eyni gündə saat 11:52-də daha 500 manat pulun məxaric olduğunu və balansda 181.05 manat qaldığını görmüş və hadisə barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. O, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini və şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 14-15-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 600 manat pulun oğurlandığı «Kapital bank” ASC-yə aid bankomat Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «Kingsmart» marketin qarşısında quraşdırılmışdır. Cinayət işinin 1-ci cildinin 60-61-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:00-dan şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 84-85-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Cinayət işinin 1-ci cildinin 86-87-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 103-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqına protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 iştirakları ilə ********* №-li cinayət işinə əlavə edilmiş 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Belə ki, DVD kompyuter vasitəsi ilə baxış keçirərkən müəyyən olunmuşdur ki, “Rahat” marketin güvənlik video kamerasından çəkilmiş videodan görünür ki, üzü tüklü, əynində zəncirbəndli göy gödəkçə, boz şalvar, başında dimdikli tünd göy papaq (bezbolka) olan şəxs xx.xx.2023-cü il tarixdə saat 11:52-də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2 C-də yerləşən «Rahat» marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşaraq növbəyə durur. Təxminən 1-2 dəqiqədən sonra qarşısında bankomatdan pul çıxaran kişi cinsli şəxs oradan kənarlaşan kimi bankomata yaxınlaşır və 26 saniyə bankomatın qarşısında durub əməliyyat etdikdən sonra oradan gedir. Ümumi video görüntü 03:25 dəqiqə davam edir. Zərərçəkmiş şəxs4 bildirmişdir ki, «Rahat» marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan pul çıxaran kişi cinsli şəxs özüdür. Ondan sonra bankomata yaxınlaşan üzü tüklü şəxsi isə həmin zaman orada görmüşdür və əlamətlərinə görə ifadəsində göstərdiyi şəxsdir. Həmin zaman qeyd etdiyi şəxs ona bildirmişdir ki, kartı bankomata daxil etmədən bankomatın üzərində olan xüsusi yerinə qoymaqla da pul çıxara bilər. O, da kartını bankomatın xüsusi yerinə qoymaqla dörd rəqəmli məxfi kodunu yazıb 100 manat pul çıxartmışdır. Kartını götürüb getmək istəyən zaman həmin kişi kartı bir az bankomatın üzərində saxlamağını bildirmişdir. Guya kartı tez götürdükdə bankomat xarab olur və sonra pul çıxarmaq olmur. O da onun dediyi kimi kartı bankomatın üzərində bir neçə saniyə saxladıqdan sonra götürüb prosesə çıxış vermədən oradan uzaqlaşmışdır. Cinayət işinin 1-ci cildinin 126-127-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, X2 2000 manat pulunun çıxarılıb gizli olaraq talandığı bankomat Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşir. Hadisə yerinin fotoşəkili çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 178-180-ci vərəqələrində olan 12 noyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və bu protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadə yerində yoxlanan zaman Təqsirləndirilən şəxs ünvan 3 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-nin qarşısında hadisə yerində ifadə verərək bildirmişdir ki, 26 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin yaxınlığında quraşdırılmış ATM-in qarşısında dayanaraq salfetka satırmış. Saat 16 radələrində bir nəfər tanımadığı şəxsin həmin banka məxsus ATM-in qarşısına gələrək pul çıxarmaq istədiyini müşahidə etmişdir. Həmin şəxs pul çıxarda bilməyib digər ATM-in qarşısına keçmişdir. Bu vaxt onun yaxınlaşdığı ilk ATM-dən pul çıxdığını görüb və dərhal həmin pulları oğurlamaq qərarına gəlmişdir. Pulları götürüb sürətlə oradan uzaqlaşmışdır. Binalardan birinin həyətinə daxil olaraq həmin pulları sayıb və 2000 (iki min) manat pul olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, X3 əvvəllər tanımayıb, onun 2000 (iki min) manat pulunu gizli olaraq taladığı zaman ona diqqətlə fikir belə verməyib. Gizli olaraq taladığı 2000 (iki min) manat pulu şəxsi ehtiyacları üçün xərcləyib. Hadisəni törədən zaman ona heç kim kömək etməyib, həmin cinayət əməlini tək törədib. Cinayət işinin 1-ci cildinin 200-cü vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-da tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 212-213-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirməsi saat 16:40-da başa çatmışdır. Cinayət işinin 1-ci cildinin 214-213-cü vərəqində olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında qərardan görünür ki, həmin qərar ona xx.xx.2023-cü il tarixdə saat 18:40-da elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 217-ci vərəqəsində olan DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 2000 manat pulu oğurlaya şəxsin özü olduğunu təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 218-ci vərəqəsində olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 224-225-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ tərəfindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Cinayət işinin 1-ci cildinin 237-ci vərəqəsində olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cildinin 51-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş «CD» formatlı diskə baxış keçirilmiş və diskə köçürülmüş görüntülər Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsində fəaliyyət göstərən "xxxx" ASC ATM-nin çəkdiyi 52 ədəd fotoşəkil vardır. Həmin şəkillərdən ATM-nin xx.xx.2023-cü il tarixdə, saat 10:06:14- 19:07:25 əhatə edir. Belə ki, saat 10:06:14-də çəkilmiş şəkildən görünür ki, başı qara rəngli yaylıqla bağlanmış qadın ATM-ə yaxınlaşmış, onun arxasında isə başında qara papaq, gözlərində qara eynək, əynində göy-ağ rəngli çalarları olan köynək geyinmiş kişinin dayanması müəyyən edilib. Saat 10:06:22-də çəkilmiş şəkildən aydın olur ki, qadın hesab kartını təmassız əlaqə hissəsinə yerləşdirmiş və pin kodu daxil etməkdədir. Saat 10:06:44də qadın pulları və hesab kartını özü ilə götürür. Növbəti şəkillərdə həmin qadının daha öncə arxasında dayanmış yuxarıda təsvir olunan kişi ATM-ə yaxınlaşmış və saat 10:07:19da pulları çıxararaq oradan uzaqlaşmışdır. Cinayət işinin 2-ci cildinin 98-99-cu vərəqələrində olan 09 may 2024-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən “Araz supermarket” qarşısında quraşdırılmış "xxxx" ASC-yə aid bankomatın qarşısına gələrək bankomatı əli ilə göstərib bildirmişdir ki, 13 iyul 2023-cü il tarixində səhər saatlarında özünə məxsus üzərindəki nömrəsini xatırlamadığı plastik kartdan pul çıxarmaq üçün “Araz market”in qarşısında quraşdırılmış bankomatın yanına gəlmiş, növbə olduğunu görmüşdür.Həmçinin özünə növbə çatanda tanımadığı qadının qarşısında pul çıxarmaq üçün plastik kartını bankomata daxil etmək istədiyini, ona kartı bankomat üzərində oxuyucu vasitəsilə pul çıxara biləcəyini, qadın özünün hesabından pul çıxardıqdan sonra sonuncunun elektron məlumat daşıyıcısı olan kartdan prosesi davam etdirərək bir dəfəyə 2000 (iki min) manat pul çıxardığını bildirmişdir. Cinayət işinin 2-ci cildinin 111-115-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, 116-127-ci vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmündən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə ona qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ona təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə üzərində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, S.Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə nəzərə alınmış xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci cildinin 140-142-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 153-155-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Cinayət işinin 2-ci cildinin 158-159-cu vərəqələrində xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus ofisin qarşısına gələrək xx.xx.2022-ci il tarixdə həmin bankomatdan çıxarılmış 2000 manat pulu oğurladığını bildirmişdir. Cinayət işinin 2-ci cildinin 162-163-cü vərəqələrində xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 2C ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısına gələrək xx.xx.2023-cü il tarixdə həmin bankomatdan 500 manat pulu oğurladığını bildirmişdir. Cinayət işinin 2-ci cildinin 166-167-ci vərəqələrində xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” marketin qarşısına gələrək orda yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan xx.xx.2023-cü il tarixdə həmin bankomatdan 600 manat pulu oğurladığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskdən görünür ki, görüntü “Rahat” marketin güvənlik video kamerasından çəkilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzü tüklü, əynində zəncirbəndli göy gödəkçə, boz şalvar, başında dimdikli tünd göy papaq xx.xx.2023-cü il tarixdə saat 11:48-də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 2C-də yerləşən «Rahat» marketdə içki və bir ədəd alışqan alaraq marketdən çıxır və marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşaraq növbəyə durur. Təxminən 1-2 dəqiqədən sonra qarşısında bankomatdan pul çıxaran kişi cinsli şəxs oradan kənarlaşan kimi bankomata yaxınlaşır və 26 saniyə bankomatın qarşısında durub əməliyyat etdikdən sonra oradan kənarlaşaraq çıxıb gedir. Ümumi video görüntü 03:25 dəqiqə davam edir. Cinayət işinə əlavə edilmiş DVD diskdən görünür ki, görüntü Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Kingsmart» marketdə quraşdırılmış kameranın qeydə aldığı videogörüntüdən müəyyən olunur ki, şəkildəki şəxsin əynində göy gödəkçə, boz şalvar, başında dimdikli tünd göy papaq var. Zərərçəkmiş şəxs1 pulu çıxarıb getdikdən sonra arxasınca gələn kişi kartdan pul çıxarır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, iş materiallarında olan DVD diskdəki görüntülər və digər iş materialları ilə onun özgənin əmlakını gizli olaraq talaması, habelə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgə əmlaklarını gizli olaraq talayıb təkrar oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq təkrarən və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanların ödənilməməsini, habelə ödənilməsinə cəhd belə etməməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, ağrılaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsaən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə saat 17:00-dan şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə həmin gün MSY-dən azad edilmişdir. Daha sonra o, xx.xx.2023-cü il tarixdə saat 16:30-da tutulmuş, həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi və baxış keçirilməsi haqqında qərarın ona elan olunması saat 18:40-da başa çatmış, bundan sonra MSY-dən azad edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu vaxt 24 saatdan artıq davam etdiyindən həmin müddət 2 gün, ümumilikdə onun ibtidai istintaq dövründə tutulub saxlandığı müddət isə 4 gün hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq hazırki cəza, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, onun ibtidai istintaq zamanı hazırki iş üzrə tutulduğu 4 gün və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hökmü ilə hesablanmış 2 gün müddət, ümumilikdə 6 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 240 (iki yüz qırx) manat məbləğində və məhkəmə istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. 04 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək yoxdur. Təqsirləndirilən şəxs akı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəzaçəkməsi nəzərə alınmalı və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırki cəza, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu hazırki iş üzrə tutulduğu 4 gün və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hökmü ilə hesablanmış 2 gün müddət, ümumilikdə 6 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 il 11 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəzaçəkməsi nəzərə alınsın və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024cü il tarixdən hesablansın. 04 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 240 (iki yüz qırx) manat məbləğində və məhkəmə istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar