Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-227/2025 13.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, deməsinə görə rəsmi qaydada işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində dörd azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıqla məğul olan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanda yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən kafedə olan tanışı Şahid1 Qobustan qəsəbə sakini Zərərçəkmiş şəxs “bədən şişirtməklə deyil gərək adamın ürəyi ola” kimi atmacalar atması barədə eşitdikdən sonra bunu bəhanə edib xx.xx.2025-ci il tarixdə, saat 22:50 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin kafenin qarşısına gələrək bir qrup şəxs qismində özlərini cəmiyyətin fövqündə qoyaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaqla və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, mənəviyyat normalarına qarşı saymamazlıq, eyni zamanda cəmiyyət üzvünün mənafelərinə toxunan hərəkətlər edib qeyd edilən kafenin kənar hissəsində insanların kütləvi şəkildə toplaşdığı küçədə Zərərçəkmiş şəxs üzərinə bir qrup şəxs qismində gedərək əlində olan silah qismində istifadə etdiyi əşya olan istintaqa məlum olmayan bıçaqla özünü ətrafdakılara qarşı qoymaqla, heç bir səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə zərəçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunmaqla sonuncunun üz, boyun və sağ körpücük nahiyələrinə zərbələr endirib ona üzünün sağ yarısına sağ burun yanaq büküşündən başlayaraq yanaq nahiyəsindən keçən və sağ çənə bucağında qurtaran bir ədəd deşilmiş-kəsilmiş yara, boyun nahiyəsinin bir ədəd deşilmişkəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, habelə sağ körpücük sümüyünün yerdəyişən xətti sınığı ilə müşayiət olunan sağ çiyin qurşağının bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirib, habelə Təqsirləndirilən şəxs2 tərəfindən də əlində olan silah qismində istifadə edilən əşya olan istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunmaqla sonuncunun sifət nahiyəsindən vurulmaqla ona sağ qaşaltı nahiyədə dərialtı hematomadan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirilməklə, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuş, bir qrup şəxs qismində silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən kafedə olan tanışı Şahid1 Qobustan qəsəbə sakini Zərərçəkmiş şəxs “bədən şişirtməklə deyil gərək adamın ürəyi ola” kimi atmacalar atması barədə eşitdikdən sonra bunu bəhanə edib xx.xx.2025-ci il tarixdə, saat 22:50 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin kafenin qarşısına gələrək bir qrup şəxs qismində özlərini cəmiyyətin fövqündə qoyaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaqla və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, mənəviyyat normalarına qarşı saymamazlıq, eyni zamanda cəmiyyət üzvünün mənafelərinə toxunan hərəkətlər edib qeyd edilən kafenin kənar hissəsində insanların kütləvi şəkildə toplaşdığı küçədə Zərərçəkmiş şəxs üzərinə bir qrup şəxs qismində gedərək əlində olan silah qismində istifadə etdiyi əşya olan istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunmaqla sonuncunun sifət nahiyəsindən vurub ona sağ qaşaltı nahiyədə dərialtı hematomadan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, habelə Təqsirləndirilən şəxs1 tərəfindən eyni niyyətlə zərəçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunmaqla sonuncunun üz, boyun və sağ körpücük nahiyələrinə zərbələr endirilib ona üzünün sağ yarısına sağ burun yanaq büküşündən başlayaraq yanaq nahiyəsindən keçən və sağ çənə bucağında qurtaran bir ədəd deşilmiş-kəsilmiş yara, boyun nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, habelə sağ körpücük sümüyünün yerdəyişən xətti sınığı ilə müşayiət olunan sağ çiyin qurşağının bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirilməklə, bir qrup şəxs qismində silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən, təsdiq edərək məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Lakin məhkəmə iclasında verilmiş suallarıaa cavab olaraq bildirmişdir ki, mübahisə kafenin yanındakı dükanda baş vermişdir. O, bıçağı yerdən taparaq götürsə də, Ramizin baş nahiyyəsinə bıçaqla deyil, yumruq və təpik zərbələri ilə vurmuşdur. Zərərçəkmiş şəxsdə olan xəsarətlərin isə hadisə yerindəki şüşə qırıntılarına təmas nəticəsində yarandığını hesab edir. Bundan əlavə, məhkəmənin qalan suallarına cavab verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və himayəsində azyaşlı uşağının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, qəsəbə sakini kimi tanımış və Ramizlə arasında heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə Qobustan qəsəbəsində yerləşən xəstəxanananın qarşısında dayanıb söhbət edən zaman digər dostu Şahid1 onların yanına gəlmişdir. Onlar Xəzərlə söhbət edən zaman bikef olduğunu görüb ondan bunun səbəbini soruşduqda Xəzər onlara bildirmişdir ki, bir qədər əvvəl qəsəbədə yerləşən kafedə tanışı ilə söhbət edən zaman həmin vaxt kafedə olan Ramiz adlı şəxs onun ünvanına kinayəli atmacalar ataraq ona “bədən şişirtməklə deyil adamın gərək ürəyi ola” kimi xoşagəlməz ifadələr işlətmişdir. X12 adlı şəxslə nə probleminin olmasını soruşduqda Xəzər onlara Ramizlə heç bir probleminin olmadığını və sonuncunun nə üçün belə rəftar etdiyini bilmədiyini demişdir. Onlar Ehtiramla birlikdə Xəzərə gedib Ramiz adlı şəxslə danışaraq ondan nə üçün belə rəftar etməsini soruşmasını və məsələni sakit və mədəni şəkildə yoluna qoymasını məsləhət görmüşlər, eləcə də Ramiz adlı şəxsin kriminal aləmə meyilli şəxs kimi xarakterizə olunduğu üçün ehtiyatlı olmasını bildirmişlər. Bundan sonra Xəzər avtomobilinə əyləşərək onların yanından çıxıb Ramizlə görüşməyə getmişdir. O da Ehtiramla bir neçə dəqiqə orada qaldıqdan sonra isə Xəzərin başına iş gələcəyindən narahat olub Xəzərin ardınca getmək qərarına gəlmişlər və o, Ehtiramın idarə etdiyi **-SX-*** dövlət qeydiyyat nömrə nişanlı “Daewoo Centra” markalı avtomobilə əyləşərək Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafeyə getmişlər. Kafenin qarşısına çatan zaman orada çoxlu sayda şəxslərin olduğunu görüb maşını saxlamışlar və həmin şəxslərdən Xəzərlə Ramizin harada olmalarını soruşduqda həmin şəxslərdən biri onlara Ramizin Xəzərin avtomobilinə oturub üzü şəhər istiqamətinə getdiklərini bildirmişdir. Ehtiram da bundan sonra avtomobili həmin istiqamətdə sürmüş, yolda Xəzərin avtomobilinin onlarla qarşılaşdığının şahidi olduqları üçün avtomobilin yönünü geriyə çevirib Xəzərin ardınca getmişlər. Kafenin qarşısına çatanda Xəzərin avtomobili saxladığını görüb Ehtiram da avtomobili saxlamışdır. O, avtomobildən yerə düşən zaman görmüşdür ki, Ramiz əlində bıçaqla Xəzərin avtomobilinin ön sərnişin oturacağından yerə enərək avtomobilin qarşısına tərəf getmiş və onlara tərəf baxaraq “ölünüzə güvənirsiniz? sizin ölünüzü ....” kimi nalayiq ifadələr işlətmişdir. O, Ramizin əlində bıçaqla Xəzərin avtomobilindən düşdüyünü görən zaman elə hesab etmişdir ki, Ramiz avtomobildə olan zaman Xəzəri bıçaqlamış, buna görə də Ramizin üzərinə gedərək sifətinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra kənara çəkilmiş və Ehtiram Ramizə bir neçə yumruq və təpiklə zərbə vurmuşdur. Ətrafdakı şəxslər onları ayırmağa çalışan zaman Ramizin dostu olan Elgün adlı şəxslə Ehtiram dalaşmağa başlamışlar. O da həmin vaxt yerdən qalxmağa çalışan Ramizin qalxıb onları vuracağından ehtiyat edərək ona bir neçə dəfə təpik və yumruqla vurduqdan sonra Ramiz yerə yıxılmışdır. Bundan sonra orada olan şəxslər onu qucaqlayaraq oradan kənara çəkmişlər. O, Ehtiramın avtomobilinə əyləşərək birlikdə oradan çıxıb getmişdir. Hadisə zamanı o, Ramizi yumruq və təpiklə vurmuş, lakin Ramizin xəsarət alıb-almaması barədə bir söz deyə bilməmişdir. Ramizin yerdən qalxaraq onlara vuracağından ehtiyat etdiyi üçün bir neçə dəfə təpik və yumruqla vurduqdan sonra Ramiz yerə yıxılmışdır. O, hadisə baş verib qutardıqdan sonra orada olan digər şəxslərin ona hücum etməsindən ehtiyat etdiyi üçün yerdə olan bıçağı əlinə alaraq kənarda dayanmışdır. Lakin o, bıçaqla heç kəsə xəsarət yetirməmişdir. O, heç kimə bıçaqla xəsarət yetirməmişdir. O, hadisənin baş verdiyi yerin yaxınlığında olan iaşə obyekinə quraşdırılmış nəzarət kameralarında qeydə alınmış videogörüntülərə baxan zaman müəyyən etmişdir ki, diskdə olan “KAMERA 3” adlı videofayldakı görüntünün 01 dəqiqə 02 saniyəsindən etibarən mübahisə düşmüş və həmin görüntüdə dalaşan şəxslər Ehtiramla Ramiz olmuşdur. Ehtiram Ramizi əl və ayaq zərbələri ilə vuraraq və itəliyərək kənara aparmışdır. Diskdə olan “KAMERA 6 ƏSAS” adlı videofayldakı görüntünün 01 dəqiqə 12 saniyəsindən etibarən Ehtiramla Ramiz arasında mübahisə düşmüş, Ehtiram Ramizi əl və ayaq zərbələri ilə və itəliyərək kənara aparmışdır. Həmin görüntünün 01 dəqiqə 22 saniyəsində baş nahiyəsində ağ rəngli papaq olan qara koftalı və cins şalvar geyinən şəxs onun özüdür. Görüntünün 01 dəqiqə 28 saniyəsində isə Ehtiram Elgünün onu vurmasından ehtiyat edərək yaxasından tutaraq itələmiş və bir neçə dəfə hər iki əli ilə zərbələr endirərək sol tərəfdə yerləşən qara rəngli avtomobilə tərəf aparmışdır. Həmin görüntünün 01 dəqiqə 40 saniyədə isə o, Ramizlə dalaşmış, həmin vaxt o, Ramizin yerdən qalxaraq onlara hücüm etməsindən ehtiyat edərək ayaqla və əlləri ilə vurmuş, lakin o, bıçaqla Ramizə xəsarət yetirməmişdir. Diskdə olan “KAMERA 9” adlı videofayldakı görüntünün 01 dəqiqə 19 saniyədə baş nahiyəsində ağ rəngli papaq olan şəxs onun özü olmuşdur. O, yerdə olan Ramizə yaxınlaşaraq əl və ayaq zərbələri ilə Ramizi vurmuşdur. Həmin görüntünün 01 dəqiqə 26 saniyəsində Ehtiramla Elgün mübahisə etmiş, 01 dəqiqə 30 saniyəsində ağ papağı yerə düşən o, olmuşdur. Həmin görüntülərdə ağ şalvar və ağ kofta geyinən şəxs Xəzərdir və görüntülərdən də görüntüyü kimi Xəzər heç kimə xəsarət yetirməmişdir. Həmin görüntünün 01 dəqiqə 32 saniyəsində o, Ramizi döymüş, həmin vaxt o, Ramizin yerdən qalxaraq onlara hücum etməsindən ehtiyat edərək Ramizi ayaqla və əlləri ilə vurmuş, lakin o, bıçaqla Ramizə xəsarət yetirməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs2 son sözündə, əməlindən peşman olduğunu himayəsində dörd azyaşlı uşaqlarının olduğunu və zərərçəkmiş şəxslə barışdığını, və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təqribən 15 ildir ki, idmanın kikboks növü ilə məşğul olmuşdur. Dəfələrlə ölkədaxili və beynəlxalq yarışlarda iştirak edib yüksək nəticələr qazanmışdır. Bir neçə ay bundan əvvələ qədər yaşadığı Qobustan qəsəbəsində icarə əsasında idman zalında kikboks üzrə məşqlər keçmişdir. Əvvəllər məhkumluq həyatı yaşamamış və barəsində heç bir hüquqmühafizə orqanında təqsirləndirici material olmamışdır. Özü Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində doğulub böyümüşdür. Zərərçəkmiş şəxs uzun müddətdir ki, qəsəbə sakini kimi tanımış və Ramizlə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, xx.xx.2025-ci il tarixdə dostu Təqsirləndirilən şəxs1 ilə Qobustan qəsəbəsində yerləşən xəstəxananın qarşısında dayanıb söhbət edən zaman digər dostu Şahid1 onların yanına gəlmişdir. O, Xəzərlə söhbət edən zaman bikef olduğunu görüb bunun səbəbini soruşduqda Xəzər ona bildirmişdir ki, bir qədər əvvəl qəsəbədə yerləşən kafedə tanışı ilə söhbət edən zaman həmin vaxt kafedə olan Ramiz adlı şəxs onun ünvanına kinayəli atmacalar ataraq ona qarşı “bədən şişirtməklə deyil adamın gərək ürəyi ola” kimi xoşagəlməz ifadələr işlətmişdir. O, Xəzərdən Ramiz adlı şəxsin onunla nə probleminin olmasını soruşduqda Xəzər ona Ramiz adlı şəxslə heç bir probleminin olmadığını və sonuncunun nə üçün belə rəftar etdiyini bilmədiyini demişdir. Onlar Farizlə birlikdə Xəzərə gedib Ramiz adlı şəxslə danışaraq ondan nə üçün belə rəftar etməsini soruşmasını və məsələni sakit və mədəni şəkildə yoluna qoymasını məsləhət görmüşlər, eləcə də Ramiz adlı şəxsin kriminal aləmə meyilli şəxs kimi xarakterizə olunduğu üçün ehtiyatlı olmasını bildirmişlər. Bundan sonra Xəzər avtomobilinə əyləşərək onların yanından çıxıb Ramizlə görüşməyə getmişdir. Onlar Farizlə bir neçə dəqiqə orada qalmış və sonra isə Xəzərin başına iş gələcəyindən narahat olub onun ardınca getmək qərarına gəlmişlər və onun idarə etdiyi **-SX-*** dövlət qeydiyyat nömrə nişanlı “Daewoo Centra” markalı avtomobilə əyləşərək Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafeyə getmişlər. Onlar kafenin qarşısına çatan zaman orada çoxlu sayda şəxslərin olduğunu görüb maşını saxlamışlar və həmin şəxslərdən Xəzərlə Ramizin harada olmalarını soruşduqda həmin şəxslərdən bir nəfər onlara demişdir ki, Ramiz Xəzərin avtomobilinə oturub üzü şəhər istiqamətinə getmişdir. O da bundan sonra avtomobilini həmin istiqamətdə sürmüş və yolda Xəzərin avtomobilinin onlarla qarşılaşdığının şahidi olduğu üçün avtomobilinin yönünü geriyə çevirib Xəzərin avtomobilinin arxası ilə gəlmişdir. Kafenin qarşısına çatanda Xəzərin avtomobili saxladığını görüb o da avtomobili saxlamışdır. O, avtomobildən yerə düşən zaman görmüşdür ki, Ramiz əlində bıçaqla Xəzərin avtomobilinin ön sərnişin oturacağından yerə enərək avtomobilin qarşısına tərəf getmiş və onlara tərəf baxaraq “sizin ölünüzü ....” kimi nalayiq ifadələr işlətmişdir. O, Ramizin əlində bıçaqla Xəzərin avtomobilindən düşdüyünü görən zaman elə hesab etmişdir ki, Ramiz avtomobildə olan zaman Xəzəri bıçaqlamış, buna görə də o, Ramizin üzərinə getmişdir. Buna qədər isə Fariz onu qabaqlamış, Ramizə çatıb əlbəyaxa olmuşdur. Həmin vaxt qarışıqlıq olduğu üçün o, Farizin Ramizi necə döydüyünü görməmişdir. Farizin əlində bıçaq var idi, lakin Farizin Ramizi bıçaqla ya da əlbəyaxa vurduğunu görməmişdir. O da Ramizə tərəf gedib təpik zərbəsi vurmuşdur. Bundan sonra o, Ramizlə əlbəyaxa olub dalaşmağa başlamışdır. O, Ramizə bir neçə dəfə təpik və yumruqla vurduqdan sonra Ramiz yerə yıxılmış və ətrafdakı şəxslər onları ayırmaq üçün müdaxilə etmişlər. O, həmin vaxt görmüşdür ki, Ramizin dostu olan Elgün adlı şəxs ona tərəf gəlir və onu vurmaq istəyir, buna görə də o, Elgünün sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Onun həmin vaxt Elgünü vurmaq niyyəti olmamış, lakin Elgünün onu vura biləcəyindən ehtiyat edərək Elgünü özündən kənarlaşdırmışdır. Bundan sonra orada olan digər şəxslər onları ayırmışlar və o, dərhal öz avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. Hadisə zamanı o, Ramiz və Elgün adlı şəxsləri yumruq və təpiklə vurmuşdur. Lakin həmin şəxslərin xəsarət alıb-almamalarını bilməmişdir. O, avtomobildən düşən zaman Ramizin əlində bıçaq olduğunu gördüyü üçün özünü müdafiə etmək məqsədilə avtomobilində olan mətbəx bıçağını özü ilə götürüb yerə düşmüşdür. O, həmin bıçağı dəqiq xatırlamadığı tarixdə və yerdən almış və məişət təyinatlı istifadə etmək üçün avtomobilində gəzdirmişdir. O, avtomobildən yerə düşən zaman Zərərçəkmiş şəxs əlində bıçaqla onun dostları Fariz və Xəzərin üzərinə hücum etdiyini görmüşdür. Lakin Ramizin əlindəki bıçaqla orada kiməsə xəsaərət yetirməsini görməmişdir. O, hadisə yerindən əldə olunmuş videogörüntülərə baxmış və həmin görüntülərdən göründüyü kimi onun əlində bıçaq var, lakin o, Ramizi ancaq yumruq və təpiklə vurmuşdur. O, Ramizə bıçaqla heç bir xəsarət yetirməmişdir. O, hadisə zamanı əlində olan bıçaqla heç kimə xəsarət yetirməmişdir. O, hadisənin baş verdiyi yerin yaxınlığında olan iaşə obyekinə quraşdırılmış nəzarət kameralarında qeydə alınmış videogörüntülərin olduğu diskdəki “KAMERA 3” adlı videofayla baxan zaman müəyyən etmişdir ki, görüntünün 01 dəqiqə 02 saniyəsindən etibarən mübahisə düşmüş və qara rəngli paltar geyinən bir şəxs digər qara paltar geyinən şəxs, yəni o, əl ayaq zərbələri ilə Ramizi vurub itəliyərək kənara aparmışdır. O, qeyd olunan diskdə olan “KAMERA 6 ƏSAS” adlı videofayla baxan zaman müəyyən etmişdir ki, görüntünün 01 dəqiqə 12 saniyəsindən etibarən mübahisə düşmüş, həmin görüntüdə dalaşan şəxslər onunla Ramizdir. O, Ramizi əl və ayaq zərbələri ilə vurub və itəliyib kənara aparmışdır. Görüntünün 01 dəqiqə 22 saniyəsində baş nahiyəsində ağ rəngli papaq olan qara koftalı və cins şalvar geyinən şəxs Farizdir. Həmin görüntünün 01 dəqiqə 40 saniyədə isə Ramizlə dalaşan şəxs isə Farizdir. “KAMERA 9” adlı videofayla baxan zaman müəyyən edilmişdir ki, görüntünün 01 dəqiqə 19 saniyədə baş nahiyəsində ağ rəngli papaq olan şəxs Farizdir. Fariz yerdə olan Ramizə yaxınlaşaraq onu vurmuş, 01 dəqiqə 30 saniyəsində ağ papağı yerə düşən Farizdir, həmin görüntülərdə ağ şalvar və ağ kofta geyinən şəxs Xəzərdir və görüntülərdən də görüntüyü kimi Xəzər heç kimə xəsarət yetirməmişdir. Görüntünün 01 dəqiqə 32 saniyəsində qara koftalı və cins şalvar geyinən şəxs, yəni Fariz yerdə olan yaralı şəxsi, yəni Ramizi döymüşdür. O, həmin vaxt kənarda olduğu üçün Farizin Ramizi hansı formada vurmasını görməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid1 yaşadığı Qobustan qəsəbə sakinləri kimi tanımışdır. Onun həmin şəxslər ilə arasında qohumluq münasibətləri, o cümlədən heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Baş vermiş hadisəni xatırlamır. Həmin vaxt sərxoş olmuşdur. Hadisə zamanı onu döyərək xəsarət yetirən şəxslərin kimliyini görməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 əlində hər hansı bıçaq görməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxslərə cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, peşəsi qaynaqçıdır. Hazırda daimi olaraq iş yeri olmasa da, əvvəllər günəmuzd işlərdə işləyib dolanışığını təmin etmişdir. O, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid1 yaşadığı Qobustan qəsəbə sakinləri kimi tanımışdır. Onun həmin şəxslər ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 ilə salam-sağolu olmuş və əvvəllər heç vaxt aralarında mübahisəsi və ya münaqişəsi olmamışdır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında dostu Şahid3 yaşadığı evə getmişdir. Orada Elgünlə birlikdə yemək yedikdən sonra onlar evdən çıxıb qəsəbədə yerləşən “Ceyhunun kafesi” kimi tanıdığı kafeyə getməyə qərar vermişlər. Buna görə də Elgünün idarə etdiyi VAZ 2104 markalı avtomobilə əyləşib sözügedən kafeyə tərəf getmişlər. Yolda olduqları zaman dostu Tərlan da onlara qoşulmuşdur. Elgün avtomobilini kafenin yan tərəfində saxladıqdan sonra onların hər üçü birlikdə kafeyə daxil olmuşdur. Boş masa olmadığından həmin vaxt tanışı Bağdad adlı şəxs tək oturduğu üçün həmin şəxs onları birlikdə oturmağa dəvət etmiş və onlar da etiraz etməyib orada əyləşmişdir. Həmin vaxt kafedə onlardan başqa müştərilər də olmuşdur. O, kafeyə daxil olanda giriş qapısının sağında Ağa adlı uşaqlıq dostunun oturduğunu görüb salamlaşmışdır. O, öz masasında Elgün, Tərlan və Bağdad adlı şəxslərlə oturmuşdur. Onlar oturan zaman isə masaya pivə və yemək sifariş etmişlər. Beləcə bir qədər oturub söhbət etdikdən sonra Ağa adlı dostu ilə masadan masaya zarafatlaşmağa başlamışdır. Bu zaman Ağanın yanına Xəzər adlı şəxs gəlmiş və Ağa ilə eyni masada əyləşərək çay sifariş verib öz aralarında söhbət etməyə başlamışlar. Bir qədər sonra o, dostu Elgünün idmançı olması ilə bağlı zarafat edən zaman Ağa dəqiq xatırlamadığı nə isə zarafat etmiş və bu zaman o, Ağaya “yekə olmaqla deyil gərək adamın ürəyi ola” kimi bir ifadə işlətmişdir. Bundan sonra onlar öz aralarında gülüşmüşdür. Bir neçə dəqiqə sonra isə Ağa ilə oturan Xəzər adlı şəxs kafedən çıxıb getmişdir. Bu zaman o, Ağanı öz masasına dəvət etsə də Ağa masada yer olmadığı üçün onlarla sağollaşıb öz masasında əyləşməyə davam etmişdir. O, yenə dostları ilə əyləşib deyibgülməyə davam etmişdir. Bir qədər sonra təxminən saat 22:40 radələrində Xəzər kafeyə daxil olmuş və onun əyləşdiyi masaya yaxınlaşaraq ona “bir dəqiqə səni çölə olar” deyib onu kafenin çölünə dəvət etmişdir. O da Xəzərə etiraz etməyib birlikdə kafedən çölə çıxmışdır. Həmin vaxt Xəzərin avtomobili kafenin qabağında olmuş və Xəzər onu avtomobilinə dəvət etmişdir ki, “gedək kənarda maşında söhbət edək”. O da Xəzərlə hər hansı problemi olmadığı üçün maşına əyləşmişdir. Xəzər avtomobili üzü şəhər istiqamətində sürməyə başlamışdır. Xəzər avtomobili idarə edən zaman o, Xəzərin olduqca narahat olduğunu və gərginlik keçirdiyini hiss etmişdir. Ona görə də Xəzərdən haraya getdiklərini soruşmuş, Xəzər ona biraz irəlidə saxlayacağını demişdir. O, həmin vaxt telefonunun üzərində olmadığını görüb Xəzərdən xahiş etmişdir ki, qayıdıb kafedən telefonunu götürsün. Xəzər də avtomobilin yönünü döndərib kafeyə tərəf sürmüşdür. Kafeyə çatmağa az qalmış Xəzər avtomobili saxlamış və o, avtomobildən yerə düşən zaman kiminsə onun adını çəkdiyini eşitmiş, ətrafa boylanan zaman kiminsə onu vurduğunu hiss etmiş, lakin onu vuran şəxsi görə bilməmişdir. Bundan sonra isə bir neçə nəfər onun üzərinə hücum etmiş, aldığı zərbələrdən yerə yıxılmışdır. Yerdə onu təpikləyib döymüşlər və o, həmin vaxt üz-gözünün qan olduğunu hiss etmiş və əli ilə üzünə toxunan zaman üzünün kəsildiyinin fərqinə varmışdır. Bu zaman onu kimlərsə yerdə yatdığı halda təpikləmişlər və o, həmin vaxt belində və çiynində kəsici alətin zərbəsindən istilik əmələ gəldiyini hiss etmişdir. Bundan sonra huşunu itirmişdir. Bir qədər sonra isə orada olan şəxslərin köməyi ilə özünə gəlmiş və avtomobilə əyləşdirilərək xəstəxanaya aparılmışdır. Hadisə xx.xx.2025-ci il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafenin yaxınlığında baş vermişdir. O, Şahid1 avtomobilində olan zaman onlar arasında heç bir mübahisə və ya münaqişə olmamışdır. Hadisə zamanı onu döyərək xəsarət yetirən şəxsləri görməmişdir. O, Xəzərin avtomobilindən düşdükdən sonra kimsə arxa tərəfdən gələrək məni vurmuş və o, nə baş verdiyini anlamayaraq yerə yıxılmışdır. Bundan sonra isə həmin şəxslər onu döymüşlər. O, ilk zərbəni yetirən şəxsi görməmiş və üzünə zərbə vurduğunu hiss etmişdir. O, döyən şəxslərin əlində hər hansı kəsici və ya deşici alətin olduğunu görməmişdir. Belə ki, həmin şəxslər onu qəfildən vurduğuna görə hətta onu vuran şəxslərin özlərini də görə bilməmişdir. Hadisə zamanı o, zərbə aldığı üçün orada olan şəxslər barədə konkret bir söz deyə bilmir, lakin sonradan özünə gələndə onu yerdən Ağa və Elgün adlı şəxslər qaldırmışlar. Həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Bunula belə o, Xəzərin avtomobilindən yerə düşdükdən sonra yaxınlıqda Ehtiramı görüb tanımışdır. Ondan başqa orada 7-8 nəfər tanımadığı başqa şəxslər də var idi. O, hadisənin baş verməsinin səbəbi barədə heç bir fikir bildirə bilmir. Hadisə zamanı onun əlində heç bir şey olmamışdır. O, hadisənin baş verdiyi yerin yaxınlığında olan iaşə obyekinə quraşdırılmış nəzarət kameralarında qeydə alınmış videogörüntülərə baxdıqdan sonra bildirmişdir ki, görüntüləri özündə əks etdirən diskdə olan “KAMERA 3” adlı videofayla baxan zaman görüntünün 01 dəqiqə 02 saniyəsindən etibarən mübahisə düşmüş, həmin vaxt qara rəngli paltar geyinən Ehtiram ona əl və ayaqları ilə zərbələr vurub itəliyərək kənara aparmışdır. “KAMERA 6 ƏSAS” adlı videofayldakı görüntünün 01 dəqiqə 12 saniyəsindən etibarən Ehtiram ona əl və ayaq ilə zərbələr vurub itəliyərək kənara aparmış, 01 dəqiqə 22 saniyəsində baş nahiyəsində ağ rəngli papaq olan qara koftalı və cins şalvar geyinən şəxs Fariz olmuşdur. Həmin görüntünün 01 dəqiqə 40 saniyəsində isə onu döyən şəxs Farizdir. “KAMERA 9” adlı videofayldakı görüntünün 01 dəqiqə 06 saniyəsindən etibarən ilkin olaraq Ehtiram ilə onun arasında mübahisə düşmüş, 01 dəqiqə 19 saniyəsində baş nahiyəsində ağ rəngli papaq olan şəxs Farizdir. Həmin görüntünün 01 dəqiqə 26 saniyəsində Ehtiram Elgünün yaxasından tutaraq itələmiş, 01 dəqiqə 30 saniyədə ağ papağı yerə düşən Farizdir. Həmin görüntülərdə ağ şalvar və ağ kofta geyinən şəxs Xəzərdir və görünütlüərdən də görüntüyü kimi Xəzər nə ona, nə də heç kəsə xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma əmisi oğludur. O, Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Qobustan qəsəbə sakinləri kimi tanıyır, onlarla arasında heç bir ədavəti və ya münaqişəsi olmamışdır. Həmin şəxslərlə onun və əmisi oğlu Zərərçəkmiş şəxs münasibətləri yaxşı olmuşdur. O, xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında yerləşən küçədə gedərkən kafe yaxınlığında dava-dalaş baş verdiyini görmüşdür. Orada çox qarışıqlıq olduğundan hadisə ilə bağlı detalları xatırlamır. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma əmisi oğludur. O, Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Qobustan qəsəbə sakinləri kimi tanıyır, onlarla arasında heç bir ədavəti və ya münaqişəsi olmamışdır. Həmin şəxslərlə onun və əmisi oğlu Zərərçəkmiş şəxs münasibətləri yaxşı olmuşdur. O, xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında yerləşən kafenin çöl hissəsində oturub çay içmişdir. Bir qədər oturduqdan sonra ağcaqanad çöldə oturmağa imkan vermədiyi üçün fikirləşmişdir ki, kafenin içərisində oturub çay içsin. O, kafeyə daxil olduqda görmüşdür ki, kafedə çoxlu müştəri var. Həmin vaxt Ramiz öz dostları Elgün və Tərlan adlı şəxslərlə oturub pivə içmişdir. O da içəri daxil olub uzaqdan Ramizlə salamlaşdıqdan sonra onların yanında olan başqa masada öz dostları ilə əyləşmişdir. Bir qədər sonra Xəzər kafeyə daxil olaraq “Ramiz kimdir burda” sözlərini demişdir. Əmisi oğlu Ramiz ayağa qalxaraq “Ramiz mənəm” demiş, daha sonra Xəzər Ramizə “olar səni bir dəqiqə” dedikdə Ramiz etiraz etməyib Xəzərlə birlikdə kafedən çölə çıxmışdır. Həmin vaxt Qobustan qəsəbə sakinləri Cavid və Məşədi Anar adlı şəxslər kafeyə daxil olmuşlar. Cavid bildirmişdir ki, Ramizlə Xəzərin o qədərdə yaxın münasibəti yoxdur, burda nəsə problem var, bu xeyirli məsələ deyil. Həmin vaxt Ramizin dostu Elgün onlara bildirmişdir ki, “siz narahat olmayın əyləşin mən indi çıxıb görüm nə məsələdir”. Bir neçə dəqiqə ərzində bir neçə nəfər şəxs bu məsələ ilə bağlı kafedən çölə çıxmış, lakin geri qayıdan olmadığı üçün o da narahat olduğu üçün kafedən çölə çıxmışdır. Cavid, Elgün, o və orada olan başqa şəxslər kafenin yan tərəfinə və arxa tərəfinə baxmışlar, lakin Ramizgilin orada olmadıqlarını aşkar etmişlər. Onlar kafenin yan tərəfində dayanıb Xəzərlə Ramizin geri qayıtmasını gözləmişlər. Bu zaman təxminən 15-20 metr aralıda Xəzərin avtomobili dayanmışdır. Ramiz Xəzərin avtomobilindən düşüb sürətli yerişlə kafeyə girmək istəmişdir. Lakin Ramiz kafeyə çata bilməmiş, çünki həmin vaxt Ehtiram sürətlə avtomobili idarə edib Ramizin qarşısında saxlamış, ilk olaraq Fariz avtomobildən aşağı düşmüşdür. Həmin vaxt Fariz Ramizlə üzbəüz dayanmış, Fariz sağ əlində tutduğu bıçaqla Ramizin sifət nahiyəsinə qüvvətli zərbə atmış, lakin Ramiz geri çəkildiyi üçün zərbə boşa getmişdir. Fariz yenidən Ramizin sifətinə bıçaqla zərbə atmış, bu dəfə bıçaq zərbəsi Ramizin sifətinin üz nahiyəsinə dəymişdir. Fariz bıçağı Ramizin sifətinin sağ tərəfinə vurub sifətini kəsmişdir. X11 arasına girib aralaşdırmaq istəmişlər, lakin onların əlində bıçaq və digər alətlər olduğu üçün qorxub onlara yaxın gedə bilməmişlər. Bu zaman Ehtiram Ramizin üzərinə gələrək ardıcıllıqla yumruq və təpik zərbələri ilə Ramizi döyməyə başlamışdır. Ramiz kafeyə tərəf qaçmağa cəhd göstərsə də qaça bilməmiş, Ehtiram Ramizi döyə-döyə kafenin divarına tərəf aparmışdır. Həmin vaxt Ehtiramın sağ əlində bıçaq olmasını görmüş, lakin Ehtiramın Ramizi bıçaqla vurmasını görməmişdir. Ehtiramın vurduğu zərbələrdən Ramiz yerə yıxılmış, Ramiz yerdə olan zaman Ehtiram ayaq zərbələri ilə Ramizi vurmağa davam etmişdir. Həmin vaxt Elgün Etiramı arxadan tutub saxlamaq istəyərkən Ehtiram Elgünə də əl zərbələri ilə bir neçə dəfə vurmuşdur. Bu zaman Fariz Ramizə yaxınlaşaraq təpiklə vurmağa başlamışdır. Ramiz zərbə təsirindən yerə yıxılıb ayağa qalxa bilməmişdir. Həmin vaxt Fariz Ramizi ayaq və əl zərbələri ilə döyməklə yanaşı, əlindəki bıçaqla Ramizin kürək və boyun nahiyələrinə çox saylı zərbələr vurmuşdur. Bundan sonra onlar Ramizi həmin şəxslərin əlindən almışlar. Ramizdən nə baş verdiyini soruşsalar da Ramiz özündə olmadığı üçün cavab verə bilməmişdir. Həmin vaxt Ramizin üzündə kəsik, kürək nahiyələrində kəsiklər, alın hissəsində və başında xəsarətlər var idi. Ramizin halı pis olduğundan xatırlamadığı avtomaşınla X13 Mərkəzinə aparmışlar, orada Ramizə tibbi yardım göstərilmiş, sonra TTYS avtomaşını ilə Ramizi KTM-nə aparmışlar. Hadisə xx.xx.2025-ci il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafenin yan tərəfində baş vermişdir. O, hadisənin hansı səbəbdən baş verməsi barədə konkret olaraq heç bir söz deyə bilmir. Onun Ramiz, Xəzər və Ehtiramın arasında gedən söhbətlərdən xəbəri olmamışdır. O, kafeyə daxil olan zaman orada Xəzər olmamışdır. Xəzər o, kafedə olduqdan biraz sonra kafeyə daxil olub Ramizə yaxınlaşmışdır. Ona görə də onun kafedə Ramizlə Xəzər arasında əvvəl hər hansı mübahisə olmasından məlumatı olmamışdır. Hadisə təqribən 10 dəqiqə davam etmişdir. Həmin vaxt orada Ağa, Məşədi Anar, Bağdad, Cavid, Elgün, Aqşin və adlarını xatırlamadığı bir neçə şəxs olmuşdur. Həmin şəxslərdən Aqşin onlar tərəfdən gəlmişdir. Qalan şəxslər isə davanı aralaşdıran şəxslər idi. Amma Aqşin mübahisəyə qarışmamış, kənardan baxmışdır. Hadisə zamanı onu heç kim döyməmiş, heç bir xəsarət almamışdır. X16 həmin kafedə çay içib söhbət edən zaman Ramiz bir neçə dəfə Xəzərlə Ağanın masasına tərəf baxaraq kinayəli formada “bədən şişirtməklə deyil gərək adamın ürəyi ola” sözlərini deməsindən məlumatı olmamış, çünki həmin vaxt o kafenin içərisində olmamışdır. O, kafeyə gəlib çöldə oturan zaman Ağa yanında xatırlamadığı bir nəfər şəxslə kafedən çıxıb getmişdir. O, kafenin içərisinə daxil olarkən Ağa və Xəzər adlı şəxslər orada olmamışdır. O, hadisənin baş verdiyi yerin yaxınlığında olan iaşə obyekinə quraşdırılmış nəzarət kameralarında qeydə alınmış videogörüntülərə baxan zaman müəyyən etmişdir ki, həmin görüntülərin olduğu diskdə olan “KAMERA 3” adlı videofaylda görüntünün 01 dəqiqə 02 saniyəsindən etibarən mübahisə düşmüş, həmin vaxt dalaşan şəxslər Ehtiramla Ramiz olmuş, Ehtiram Ramizi zərbələr vuraraq və itəliyərək kənara aparmış, Ehtiram Ramizin üzərinə gələrək ardıcıllıqla yumruq və təpik zərbələri ilə Ramizi döyməyə başlamış, Ramiz kafeyə tərəf qaçmağa cəhd göstərsə də qaça bilməmiş, Ehtiram Ramizi döyə-döyə kafenin divarına tərəf aparmış, həmin vaxt Ehtiramın sağ əlində bıçaq olmasını görmüş, lakin Ehtiramın Ramizi bıçaqla vurmasını görməmiş, Ehtiramın vurduğu zərblərdən Ramiz yerə yıxılmış, Ramiz yerdə olan zaman Ehtiram ayaq zərbələri ilə Ramizi vurmağa davam etmişdir. Qeyd olunan diskdə olan “KAMERA 6 ƏSAS” adlı videofaylın 01 dəqiqə 22 saniyədə baş nahiyəsində ağ rəngli papaq olan qara koftalı və cins şalvar geyinən şəxs Farizdir, görüntünün 01 dəqiqə 40 saniyədə isə Ramizlə dalaşan şəxs isə Farizdir. Fariz görüntüdən də göründüyü kimi Ramiz yerdə olan zaman iki dəfə bıçaqla Ramizə zərbə endirir. Qeyd olunan diskdə olan “KAMERA 9” adlı videofayl 01 dəqiqə 19 saniyədə baş nahiyəsində ağ rəngli papaq olan şəxs Farizdir. Görüntünün 01 dəqiqə 26 saniyəsində Ehtiram Elgünün yaxasından tutaraq itələmiş və bir neçə dəfə hər iki əli ilə zərbələr endirərək sol tərəfdə yerləşən qara rəngli avtomobilə tərəf aparmış, görüntünün 01 dəqiqə 30 saniyəsində ağ papağı yerə düşən Farizdir. Həmin görüntülərdə ağ şalvar və ağ kofta geyinən şəxs Şahid1dir. Həmin görünütlərdən göründüyü kimi Xəzər heç kimə xəsarət yetirmir, heç kəslə dalaşmır. Görüntünün 01 dəqiqə 32 saniyəsində qara koftalı və cins şalvar geyinən şəxs Farizdir və Fariz yerdə olan Ramizə sağ əlindəki bıçaq ilə bir neçə dəfə zərbələr endirmişdir. Fariz həmin görüntüdən də göründüyü kimi Ramiz yerdə olan zaman iki dəfə sağ əlindəki bıçaqla Ramizə zərbə endirmişdir. Onların kafenin yan tərəfində dayanıb Xəzərlə Ramizin geri qayıtmasını gözləmişlər. Bu zaman təxminən 15-20 metr aralıda Xəzərin avtomobili dayanmış, Ramiz Xəzərin avtomobilindən düşüb sürətli yerişlə kafeyə girmək istəmiş, lakin Ramiz kafeyə çata bilməmiş, çünki həmin vaxt Ehtiram sürətlə avtomobili idarə edib Ramizin qarşısında saxlamış, ilk olaraq Fariz avtomobildən aşağı düşmüşdür. Həmin vaxt Fariz Ramizlə üzbəüz dayanmış, Fariz sağ əlində tutduğu bıçaqla Ramizin sifət nahiyəsinə qüvvətli zərbə atmış, lakin Ramiz geri çəkildiyi üçün zərbə boşa getmiş, Fariz yenidən Ramizin sifətinə bıçaqla zərbə atmış, bu dəfə bıçaq zərbəsi Ramizin sifətinin üz nahiyəsinə dəymişdir. Fariz bıçağı Ramizin sifətinin sağ tərəfinə vurub sifətini kəsmişdir. Farizin bıçaqla Ramizin üz nahiyəsindən bıçaqla xəsarət yetirməsi avtomobillərin yanında olmuş, ona görə də görüntüyə düşməmişdir. O, hadisə baş verən zaman Ramizin əlində bıçaq olmasını və Ramizin mübahisə zamanı kiməsə hər hansı formada xəsarət yetirməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. O, Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Qobustan qəsəbə sakinləri kimi tanımış, həmin şəxslərlə arasında heç bir ədavəti və ya münaqişəsi olmamışdır. xx.xx.2025-ci il tarixdə axşam radələrində kafedə Ramizlə oturmuşdur. Bu zaman Xəzər Ramizi küçəyə çıxmaq üçün çağırmışdır. Bir qədər sonra Ramizin kafeyə geri qayıtmadığını görüb özü də kafedən çıxarkən, küçədə dava edildiyinə şahid olmuşdur. Lakin özü dava niyyəti ilə orada olmamış, təsadüfən dava olduğunu görmüş və kənarda durmuşdur. Hadisə zamanı içkili olması və havanın qaranlıq olması, eləcə də hadisə yerində adamların say çoxluğunu nəzərə alaraq, hadisənin necə davam etdiyini xatırlamır. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. O, Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Qobustan qəsəbə sakinləri kimi tanımış, həmin şəxslərlə arasında heç bir ədavəti və ya münaqişəsi olmamışdır. Həmin şəxslərlə dostu Zərərçəkmiş şəxs arasında hər hansı bir ədavətin olub-olmadığından məlumatı olmamışdır. O, xx.xx.2025-ci il tarixdə Ramizlə evində oturub yemək yeyərək spirtli içki qəbul etmişdir. Bundan sonra onlar birlikdə kafeyə gedərək pivə içmək qərarına gəlmişlər. Ona görə də özünə məxsus Vaz 2104 markalı ** CT *** dövlət nömrə nişanlı avtomaşını ilə həmin gün saat 22:00 radələrində o, dostu Ramizlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında yerləşən kafeyə gedərək orada oturub pivə içmişdir. Həmin vaxt kafedə çoxlu müştəri var idi, Xəzərlə Ağa adlı şəxs isə digər masada oturub çay içmişdir. Həmin vaxt oradakı şəxslər hamı biri-biriləri ilə deyib gülmüşdür. X19 ilə zarafatlaşmışlar. Ancaq həddən artıq sərxoş olduğu üçün həmin şəxslərin biri-birilərinə nə dediklərini xatırlamır. Bir qədər sonra Xəzər kafedən getmiş, onlar isə oturub pivə içmişdir. Həmin vaxt Ramiz Xəzərlə hər hansı bir söhbət etməmiş, Xəzərə atmacalar atmamış, onunla heç bir mübahisə etməmişdir. Xəzər kafedən çıxdıqdan təxminən 10-15 dəqiqə sonra yenidən kafeyə gələrək Ramizə “bir dəqiqə olar səni” sözlərini demiş, Ramiz də bir söz deməyib Xəzərlə birlikdə kafedən çıxmışdır. Bir qədər gözlədikdən sonra o, Ramizin geri qayıtmamasından narahat olaraq çölə çıxmışdır. Həmin vaxt kafenin yan tərəfində çoxlu adamların yığışıb dava-dalaş etdiyini görmüş, dostu Ramiz isə yerə uzanmış halda olmuşdur. Həmin vaxt sərxoş olduğu üçün hadisənin necə baş verdiyini, Ramizin kim tərəfindən döyülməsini xatırlamır. Bundan sonra dava-dalaş sakitləşmiş, onlar kənara çəkilmiş, az sonra Ramizin xəstəxaya aparılmasını bilmişdir. Hadisənin hansı səbəbdən baş verdiyini bilmir, lakin sonradan qəsəbəda danışılanlardan belə başa düşmüşdür ki, Xəzər dava-dalaşa səbəb kimi bildirmişdir ki, Ramiz ona atmaca ataraq “yekə olmaqla deyil adamın gərək ürəyi olsun” və s. kimi sözlər demişdir. Hadisə zamanı onu heç kim döyməmiş, heç bir xəsarət almamışdır. Ona görə də MTE-da tibbi müayinədən keçməkdən imtina etmişdir. Hadisə xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafenin yan tərəfində baş vermişdir. O, hadisənin hansı səbəbdən baş verməsi barədə konkret olaraq heç bir söz deyə bilməmişdir. Onun Ramiz, Xəzər və Ehtiramın arasında gedən söhbətlərdən xəbəri olmamışdır. Hadisə təqribən 10 dəqiqə davam etmişdir. Həmin vaxt o, sərxoş olduğu üçün orada olan şəxsləri xatırlamır. Hadisə zamanı o, heç kimə zor tətbiq etməmiş, həmçinin heç kimə xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs bir ay olar ki, qəsəbə sakini kimi tanımış, Ramizlə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə tanışı Ağa adlı şəxslə iş barəsində danışmaq məqsədilə yaşadığı Qobustan qəsəbəsində yerləşən adını bilmədiyi kafedə görüşüb masaların birində əyləşib söhbət etməyə başlamışdır. Onlardan iki masa aralıda yan tərəfdə isə dörd nəfər tanımadığı şəxs oturub pivə içmişdir. O, kafeyə gələndə həmin şəxslər artıq orada oturmuşlar və o, həmin şəxslərin masalarına baxanda Ramiz adlı şəxsi tanımışdır. Onlar Ağa adlı tanışı ilə çay sifariş verib söhbət etdikləri zaman Ramiz adlı şəxs onların masasına tərəf baxaraq Ağa adlı şəxsə səslənmiş və kinayəli formada “bədən şişirtməklə deyil gərək adamın ürəyi ola” demişdir. Ramiz adlı şəxs onların masasına tərəf baxaraq eyni məzmunda bir neçə dəfə ona söz atmışdır. Onun Ramiz ilə arasında hər hansı problem, ədavət və düşmənçilik olmamışdır. Bundan sonra o, Ağa adlı şəxsdən kafedən çıxıb getmələrini xahiş etmiş və çıxıb getmişdir. Onun yaşadığı qəsəbədə indiyə kimi heç kimlə heç bir problemi və ya ədavəti olmamışdır. Buna görə də Ramizin onunla bu cür rəftar etməsi ona aydın olmamışdır. Sonra idarə etdiyi avtomobil ilə geri qayıtmış və birbaşa Ramizin oturduğu həmin kafeyə gəlmişdir. Avtomobili kafenin qarşısında saxladıqdan sonra kafeyə daxil olaraq Ramizin oturduğu masaya yaxınlaşmış və “səni bir dəqiqə çölə olar” deyərək Ramizi kafenin qarşısına dəvət etmişdir. Ramiz etiraz etməyib masadan ayağa durmuş və onunla birlikdə kafedən çıxmışdır. Avtomobildə olduğu zaman Ramiz ondan hara getdiklərini soruşduqda o, Ramizə sakit bir yerə gedib söhbət edəcəyini demişdir. Onlar kafedən təqribən 100-150 metr aralandıqdan sonra Ramiz ondan avtomobili geri sürməyini və kafenin qarşısında saxlamağını tələb etmişdir. O da Ramizə etiraz etməmiş, avtomobilin yönünü geri çevirərək sözügedən kafeyə tərəf sürəndə yolda getdikləri zaman Ramiz avtomobilin qapısını açaraq yerə düşmək istədiyini dedikdə o, kafeyə az qalmış avtomobili saxlamış və Ramiz dərhal qapını açaraq yerə düşmüşdür. O, nə baş verdiyini anlamamış, lakin sonradan görmüşdür ki, Ehtiram öz avtomobili ilə kafenin yanında dayanmış, Ramiz onun dostu Ehtiramı görərək ona tərəf getmiş və Ramizlə Ehtiram əlbəyaxa olub dalaşmağa başlamışlar. O, dərhal avtomobildən düşüb onlara tərəf getmiş və bundan sonra hadisənin həyəcanında olduğu üçün orada konkret olaraq nə baş verdiyini dəqiq xatırlamır. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir ay olar ki, qəsəbə sakini kimi tanımış, Ramizlə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə tanışı Ağa adlı şəxslə iş barəsində danışmaq məqsədilə yaşadığı Qobustan qəsəbəsində yerləşən adını bilmədiyi kafedə görüşüb masaların birində əyləşib söhbət etməyə başlamışdır. Həmin vaxt kafedə onlardan başqa müştərilər də olmuşdur. Onlar Ağa adlı şəxslə kafenin çıxış qapısının yanında oturmuşlar. Onlardan iki masa aralıda yan tərəfdə isə dörd nəfər tanımadığı şəxs oturub pivə içmişdir. O, kafeyə gələndə həmin şəxslər artıq orada oturmuşlar və o, həmin şəxslərin masalarına baxanda Ramiz adlı şəxsi tanımışdır. Onlar Ağa adlı tanışı ilə çay sifariş verib söhbətdə olduqları zaman Ramiz adlı şəxs onların masasına tərəf baxaraq Ağa adlı şəxsə səslənmiş və kinayəli formada “bədən şişirtməklə deyil gərək adamın ürəyi ola” demişdir. O, əvvəlcə Ramizin nə dediyini tam anlamadığı üçün heç bir reaksiya verməmiş, buna baxmayaraq onlar Ağa ilə orada oturduqları təqribən 5-6 dəqiqə müddət ərzində Ramiz adlı şəxs onların masasına tərəf baxaraq eyni məzmunda bir neçə dəfə ona söz atmışdır. Onun Ramiz ilə arasında hər hansı problem, ədavət və düşmənçilik olmamışdır. Bundan sonra o, Ağa adlı şəxsdən kafedən çıxıb getmələrini xahiş etmiş və çıxıb getmişdir. Lakin Ramiz adlı şəxsin onun ünvanına dediyi kinayəli və atmacalı sözləri onu olduqca narahat etmişdir. Onun yaşadığı qəsəbədə indiyə kimi heç kimlə heç bir problemi və ya ədavəti olmamışdır. Buna görə də Ramizin onunla bu cür rəftar etməsi ona aydın olmamışdır. O, kafedən çıxdıqdan sonra Ağa ilə sağollaşmış və adəti üzrə axşamlar hava alıb söhbət etmək üçün dostları, həmçinin də məşq yoldaşları olan Ehtiram və Fariz adlı şəxslərlə görüşmək üçün idarə etdiyi “Ford Fusion” markalı avtomobil ilə Qobustan qəsəbəsində yerləşən xəstəxananın qarşısına getmişdir. Oraya çatanda dostları ilə salamlaşmış və bu zaman dostları olan Fariz və Ehtiram nə üçün bikef olduğunu soruşduqda o, dostlarına Ramizin kafedə onun ünvanına xoşagəlməz sözlər dediyini bildirmişdir. Bu zaman Ehtiram və Fariz ona Ramizlə hər hansı probleminin olub-olmaması barədə sorğu-sual etmişlər, o, isə həmin şəxslərə Ramizlə arasında heç bir probleminin olmadığını dedikdə həmin şəxslər ona gedib Ramizlə sakit və mədəni formada danışıb nə üçün onunla bu formada rəftar etməsini aydınlaşdırmasını tövsiyə etmişlər. Bununla yanaşı Ehtiram ona Ramiz adlı şəxsi tanıdığını, onun kriminal aləmə meyilli şəxs kimi xarakterizə olunduğunu və mütəmadi olaraq üzərində bıçaq gəzdirdiyini deyərək ondan ehtiyatlı olmağını xahiş etmişlər. O həmin şəxslərə narahat olmamasını və Ramizlə sakit formada danışıb geri qayıdacağını deyib onların yanından ayrılmış və idarə etdiyi avtomobil ilə birbaşa Ramizin oturduğu həmin kafeyə gəlmişdir. Avtomobili kafenin qarşısında saxladıqdan sonra kafeyə daxil olaraq Ramizin oturduğu masaya yaxınlaşmış və “səni bir dəqiqə çölə olar” deyərək Ramizi kafenin qarşısına dəvət etmişdir. Ramiz etiraz etməyib masadan ayağa durmuş və onunla birlikdə kafedən çıxmışdır. Ramizlə bir masada əyləşən şəxslər isə içəridə qalmışlar. O, kafedən çıxdıqdan sonra Ramizə onun idarə etdiyi avtomobilə əyləşib bir qədər aralıda söhbət etmək istədiyini demişdir. Bu zaman Ramiz etiraz etməmiş və onlar birlikdə idarə etdiyi “Ford Fusion” markalı avtomobilə əyləşib kafenin qabağından üzü şəhər istiqamətində irəliləmişdir. Avtomobildə olduğu zaman Ramiz ondan hara getdiklərini soruşduqda o, Ramizə sakit bir yerə gedib söhbət edəcəyini demişdir. Onlar kafedən təqribən 100-150 metr aralandıqdan sonra Ramiz ondan avtomobili geri sürməyini və kafenin qarşısında saxlamağını tələb etmişdir. O da Ramizə etiraz etməmiş, avtomobilin yönünü geri çevirərək sözügedən kafeyə tərəf sürəndə yolda getdikləri zaman Ramiz avtomobilin qapısını açaraq yerə düşmək istədiyini dedikdə o, kafeyə az qalmış avtomobili saxlamış və Ramiz dərhal qapını açaraq yerə düşmüşdür. O, nə baş verdiyini anlamamış, lakin sonradan görmüşdür ki, Ehtiram öz avtomobili ilə kafenin yanında dayanmış, Ramiz onun dostu Ehtiramı görərək ona tərəf getmiş və Ramizlə Ehtiram əlbəyaxa olub dalaşmağa başlamışlar. O, dərhal avtomobildən düşüb onlara tərəf getmiş və bundan sonra hadisənin həyəcanında olduğu üçün orada konkret olaraq nə baş verdiyini dəqiq xatırlamır. O, hadisə zamanı kiməsə zor tətbiq etdiyini xatırlamır. O avtomobildən düşən zaman Ramizin Ehtiramla dava etdiyini görmüş və Ramizin əlində bıçaq ola biləcəyini ehtimal edərək özünü müdafiə etmək məqsədilə avtomobilində olan mətbəx bıçağını özü ilə götürüb yerə düşmüşdür. O, hadisə zamanı əlində olan bıçaqla heç kimə xəsarət yetirməmişdir. Hadisə zamanı o, Ramizin əlində konkret olaraq bıçaq olmasını görməmiş lakin o, Ramiz avtomobildən düşən zaman avtomobilin qapısındakı cibdən nə isə götürdüyünün şahidi olmuş, həmin vaxt ona elə gəlmişdir ki, Ramiz avtomobilə oturanda özü ilə bıçaq gətirərək oraya qoymuşdur. O, Ramizin əlində ola biləcək bıçaqla kiməsə xəsarət yetirməsi və ya buna cəhd etməsi barədə konkret söz deyə bilmir. O, həmin bıçağı dəqiq avtomobilinə nə zaman qoyduğunu və həmin bıçağı hardan əldə etdiyini dəqiq xatırlamır. Onun avtomobildə bıçaq gəzdirməkdə məqsədi həmin mətbəx bıçağını məişət təyinatı üzrə istifadə etmək üçün avtomobildə gəzdirməkdən ibarət olmuşdur. O həmin bıçaqla heç kəsə xəsarət yetirməmişdir. O, hadisə zamanı əlində olan bıçağı oradan uzaqlaşan zaman dəqiq xatırlamadığı yerə atmış, buna görə də hazırda həmin bıçağı istintaqa təqdim edə bilmir. O, Zərərçəkmiş şəxsla arasında olan məsələni aydınlaşdırmaq üçün sözgedən kafeyə gələn zaman dostları Fariz və Ehtiramı da onunla birlikdə oraya getmələrini qətiyyən həmin şəxslərdən xahiş etməmişdir. O, Farizi və Ehtiramı kafenin qabağında görən zaman da təəccüblənmiş və birdən-birə dava-dalaşın başlaması da ona qeyri-müəyyən olmuşdur. O, hadisənin baş verdiyi yerin yaxınlığında olan iaşə obyekinə quraşdırılmış nəzarət kameralarında olan videogörüntülərin qeydə alındığı diskdə olan “KAMERA 3” adlı videofayla baxan zaman müəyyən etmişdir ki, həmin görüntünün 01 dəqiqə 02 saniyəsindən etibarən mübahisə düşmüş, həmin görüntüdə dalaşan şəxslər Ehtiramla Ramizdir, Ehtiram Ramizi zərbələr vurub itəliyərək kənara aparmışdır. O, diskdə olan “KAMERA 6 ƏSAS” adlı videofayla baxan zaman müəyyən etmişdir ki, həmin görüntünün 01 dəqiqə 12 saniyəsindən etibarən mübahisə düşmüş, görüntüdə dalaşan şəxslər Ehtiramla Ramizdir, Ehtiram Ramizi zərbələr vurub itəliyərək kənara aparmışdır. Görüntünün 01 dəqiqə 22 saniyəsində baş nahiyəsində ağ rəngli papaq olan qara koftalı və cins şalvar geyinən şəxs Farizdir və 01 dəqiqə 28 saniyəsində isə Ehtiram Elgünün yaxasından tutaraq itələmiş, bir neçə dəfə hər iki əli zərbələr endirərək sol tərəfdə yerləşən qara rəngli avtomobilə tərəf aparmışdır. Görüntünün 01 dəqiqə 40 saniyəsində isə Ramizlə dalaşan şəxs isə Farizdir. O, diskdə olan “KAMERA 9” adlı videofayla baxan zaman müəyyən etmişdir ki, görüntünün 01 dəqiqə 06 saniyəsindən etibarən ilkin olaraq Ehtiram ilə Ramiz arasında mübahisə düşmüş, 01 dəqiqə 19 saniyəsində baş nahiyəsində ağ rəngli papaq olan şəxs Farizdir, 01 dəqiqə 26 saniyəsində Ehtiram Elgünün yaxasından tutaraq itələmiş, bir neçə dəfə hər iki əli zərbələr endirərək sol tərəfdə yerləşən qara rəngli avtomobilə tərəf aparmışdır. Görüntünün 01 dəqiqə 30 saniyəsində ağ papağı yerə düşən Farizdir. Həmin görüntülərdə ağ şalvar və ağ kofta geyinən şəxs onun özüdür və görüntülərdən də göründüyü kimi o, heç kimə xəsarət yetirməmiş, heç kəslə dalaşmamış, öz hərəkətləri ilə ictimai qaydanı ümumiyyətlə pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməmiş, heç kimin üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Şahid1 Qobustan qəsəbə sakini kimi tanıyır, Xəzərlə yaxın münasibətləri olmuşdur. xx.xx.2025-ci il tarixdə axşam saatlarında o, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında yerləşən kafedə əyləşib çay içmişdir. Həmin vaxt Xəzər ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə smslər yazaraq avtomobillə bağlı suallar vermiş, bundan sonra Xəzər ondan harada olduğunu soruşmuşdur. O da Xəzərə Bakı şəhəri, Qaradağ rayonu. ünvan 7 ünvanında yerləşən kafedə olduğunu demişdir. Bir az sonra Xəzər həmin kafeyə gəlmişdir. Həmin vaxt kafedə çoxlu müştəri var idi, Ramizgildə onlardan bir neçə masa aralıda oturmuşlar. Onlar Xəzərlə söhbətləşib avtomobil məsələsini həll etmişlər. Təxminən 10 dəqiqədən sonra Xəzər getmək istədiyini bildirib kafedən çıxmışdır. Xəzərdən 10 dəqiqə sonra isə özü kafedən çıxmış, Taleh adlı dostunu evinə yola saldıqdan sonra kafe yerləşən əraziyə geri qayıtmışdır. Geri qayıdarkən oraya çox sayda sakinlərin toplaşaraq və dava etdiyinə şahid olmuşdur. O dalaşan şəxsləri aralamağa cəhd göstərmiş və davada iştirak edənlərin Ehtiram və Fariz olduqlarını görmüşdür. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 Qobustan qəsəbə sakini kimi tanıyır, Xəzərlə yaxın münasibətləri olmuşdur. xx.xx.20025-ci il tarixdə axşam saatlarında o, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında yerləşən kafedə əyləşib çay içmişdir. Həmin vaxt Xəzər ona Whatsap mobil tətbiqi vasitəsi ilə smslər yazaraq bildirmişdir ki, özünə məxsus olan yük avtomobili Qarabağ ərazisində təkəri partlayıb maşın orada qalıb və sonra ondan xahiş etmişdir ki, tanış sürücü varsa gedib həmin yük avtomaşının düzəldib Qobustan qəsəbəsinə gətirsin. O da Xəzərə tanış sürücüsünün olduğunu demişdir. Bundan sonra Xəzər ondan harada olduğunu soruşmuşdur. O da Xəzərə Bakı şəhəri, Qaradağ rayonu. ünvan 7 ünvanında yerləşən kafedə olduğunu demişdir. Bir az sonra Xəzər həmin kafeyə gəlmişdir. Həmin vaxt kafedə çoxlu müştəri var idi, Ramizgildə onlardan bir neçə masa aralıda oturmuşlar. Onlar Xəzərlə söhbətləşib sürücü məsələsini həll etmişlər. Təxminən 10 dəqiqədən sonra Xəzər getmək istədiyini bildirib kafedən çıxmışdır. Həmin vaxt Ramiz və ya digər şəxslərin Xəzərə atmacalar atmasını və ya mübahsiə etmələrini görməmiş və eşitməmişdir. Xəzər getdikdən təxminən 15-20 dəqiqə sonra o da kafedən çıxıb Qobustan qoruğu istiqamətinə getmişdir. O, kafedən çıxarəkən Ramizgil kafedə olmuşdur. O, şəxsi işini həll etdikdən sonra geri qayıtmış, etibarnamə ilə idarə etdiyi Pikap markalı ** YD *** dövlət nömrə nişanlı avtomaşınla həmin kafenin qarşısıdan keçib gedərkən görmüşdür ki, avtomaşınlar yolun içərisində saxlayıb yolu daraldıb həmdəki orada olan bir neçə nəfər şəxs ora-bura qaçışır. Avtomobili saxlayıb aşağıya düşmüşdür. Bu zaman Qobustan qəsəbə sakinləri Fariz və Ehtiram adlı şəxslərin Ramizə hücum etdiklərini görüb onları arasına girib aralaşdırmağa çalışmışdır. Lakin buna baxmayaraq əvvələcə Ehtiram sonra isə Fariz adlı şəxslər Ramizi əl və ayaq zərbələri ilə döyərək yerə yıxmışlar. O, oradakı şəxslərin köməyi ilə həmin şəxsləri aralaşdırmışdır. Farizgil getdikdən sonra Ramizi tanımadığı şəxsin köməyi ilə yerdən qaldırıb kənara aparmış, orada Ramizə yardım göstərmişdir. Həmin vaxt Ramizin bədənində heç bir xəsarət yox idi. Lakin boyunun arxa nahiyəsi kəsildiyi üçün həmin nahiyədən qan axmışdır. O, qanaxmanın qarşısını almaq üçün dəsmalla yaranın üstünü sıxmışdır. Sonra üzündə qan olduöğunun görüb üzünü su ilə yııyarakən sifətinin sağ hissəsinin kəsildiyini görmüşdür. Həmin vaxt Ramizi xatırlamadığı bir nəfər şəxsin avtomaşına mindirib TTTY stansiyasına yola salmışdır. Bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisənin hansı səbəbdən baş verdiyini bilmir, lakin sonradan eşitdim ki, guya Ramiz Xəzərə atmacalar atıb dava-dalaş bu səbəbdən baş vermişdir. Qeyd etdiyi kimi Xəzər yanında olan zaman Ramizlə aralarında heç bir münaqişə olmamış, Ramiz Xəzərə atmacalar atmamışdır. O, kafedən çıxıb getdikdən sonra Ramizlə Xəzər arasında hansısa mübahisə olmuşdur. Hadisə zamanı o, heç kimin əlində bıçaq olduğunu, həmçinin hər hansı bir şəxsin Ramizi bıçaqla vurduğunu görməmiş, lakin X6 döymələrini görmüşdür. Həmin vaxt Ramiz özündə olmadığından hadisənin hansı səbəbdən baş verməsini onlara izah edə bilməmişdir. Hadisə xx.xx.2025-ci il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafenin yan tərəfində baş vermişdir. Hadisə təqribən 1-2 dəqiqə davam etmişdir. O, hadisə zamanı heç bir xəsarət almamış, orada Ramizdən başqa kiminsə xəsarət almasını görməmiş, bu barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu, ünvan 11 ünvanda yerləşən rəsmi adı olmayan kafeni işlətmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir tanışlığı, düşmənçiliyi və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs Ramizlə isə uzaq qohumluğu vardır. Hadisə günü kafedə Ramiz bir neçə şəxslə birgə oturarkən, “Xəzər” adlı şəxs kafeyə daxil olaraq Ramizi küçəyə çıxmağa dəvət etdiyinə şahid olmuş, lakin küçədə baş vermiş hadisəni görməmişdir. Belə ki, o, küçəyə çıxarkən artıq hadisə baş vermişdi. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid6 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu, ünvan 11 ünvanda yerləşən rəsmi adı olmayan kafeni işlətmiş, 21 iyul 2025-ci il tarixdə saat 21:30 radələrində qəsəbədən tanıdığı X18 obtektə daxil olmuşlar, həmin şəxslər əvvəlcədən kafedə tək oturan Səddam adlı şəxsin masasında oturmuşlar. Həmin tarixdə təxminən saat 22:15 radələrində obyektə bir nəfər ağ köynəkdə, idmançı bədən fiqurasında şəxs daxil olaraq Ramizə yaxınlaşaraq çölə dəvət etmişdir. O, 3 dəqiqə sonra kafenin çölünə çıxaraq insanların toplaşdığını görmüşdür. Söz-söhbət getdiyi zaman qaçaraq kafeyə daxil olub televizoru, işıqları söndürmüş və çölə çıxmışdır. Həmin vaxt çöldə heç kim yox idi. O, sonradan bilmişdir ki, Ramizi kafedən çölə çıxaran şəxs qəsəbə sakini Seymurun oğludur. Şahid4 məhkəmə iclaslarının vaxtı və yeri barədə təkrarən məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına teleqram ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq orqanında vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafedə masaların birində əyləşib pivə içdiyi zaman qəsəbə sakinləri olan Ramiz, Tərlan və Elgün adlı şəxslər kafeyə daxil olaraq onun yanına gəlmiş və onunla eyni masada əyləşərək özləri üçün pivə və digər yeməklər sifariş vermişlər. Onun sözügedən şəxslərlə əvvəldən dostluq münasibətləri olmuşdur. Onlar bir qədər kafedə oturub söhbət etdikdən sonra əvvəllər tanıdığı qəsəbə sakini Xəzər adlı şəxs kafeyə daxil olaraq onların masasına tərəf gəlmiş və Ramizə “səni bir dəqiqə çölə olar?” deyərək Ramizi kafenin qabağına dəvət etmişdir. Bu zaman Ramiz masadan duraraq kafenin çıxış qapısına tərəf getmiş və Xəzər adlı şəxslə birlikdə kafedən çıxmışdır. O və masada əyləşən Tərlanla Elgün isə nə baş verdiyini anlamadığı üçün yerlərindən tərpənməmişdir. Buna baxmayaraq təqribən 3-4 dəqiqə sonra Tərlanla Elgün də masadan duraraq kafedən çıxmışlar. O isə onlardan 1-2 dəqiqə sonra ayağa duraraq kafenin çıxışına tərəf getmiş və kafenin yan tərəfində səs-küy olduğunu eləcədə orada çoxlu sayda şəxslərin haray saldığını eşidib həmin tərəfə getmişdir. O həmin vaxt orada Ramizlə Ehtiram adlı şəxslərin bir-biriləri ilə əlbəyaxa dava etdiklərini görmüşdür. O, yaxınlaşıb həmin şəxsləri ayırmaq istəyəndə Ehtiramın dostu Farizin də dava dalaşa tərəf gəldiyini görüb onu sakitləşdirmək üçün yaxınlaşaraq kənara çəkmişdir. Həmin vaxt orada təqribən 15-20 nəfər şəxs var idi və həmin şəxslər dava etməkdə olan Ehtiramla Ramizi ayırımışlar. O, Farizi qucaqlayaraq kafenin ön hissəsinə tərəf aparmışdır. Orada Fariz ona sakitləşdiyini dedikdən sonra buraxmış, sonra Fariz çıxıb getmişdir. O, dava-dalaşın olduğu tərəfə qayıdanda isə görmüşdür ki, orada heç kim yoxdur və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Orada ona məlum olmuşdur ki, Ramiz yaralanmış və onu qəsəbədəki xəstəxanaya aparmışlar. Bundan sonra o da xəstəxanaya gedərkən öyrənmişdir ki, Ramiz dava zamanı üzündən bıçaq xəsarəti almış və onu “Semaşko” adlanan xəstəxanaya aparmışlar. Bundan sonra, o, yaşadığı evə qayıtmışdır. Hadisə xx.xx.2025-ci il tarixdə saat 50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafenin yan tərəfində baş vermişdir. Hadisə zamanı o, Ramizə konkret olaraq kim tərəfindən xəsarət yetirildiyini dəqiq bilməmişdir. O, Ramizin Ehtiram adlı qəsəbə sakini ilə əlbəyaxa dava etdiyinin şahidi olmuşdur. O, hadisənin hansı səbəbdən baş verməsi barədə konkret olaraq heç bir söz deyə bilmir. X9 arasında gedən söhbətlərdən xəbəri olmamışdır. O, kafedən çölə çıxanda və hadisə baş verən tərəfə gedəndə orada yalnız Ramizlə Ehtiramın dalaşdıqlarının şahidi olmuşdur. Onlardan başqa kimlərinsə dava dalaş etdiklərini görməmişdir. Hadisə təqribən 5-10 dəqiqə davam etmişdir. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Orada Ramizdən başqa kimlərinsə xəsarət alması barədə konkret heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli 553 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - sağ körpücük sümüyünün yerdəyişən xətti sınığı ilə müşayiət olunan sağ çiyin qurşağının bir ədəd, üzün sağ yarısının bir ədəd və boyun nahiyəsinin bir ədəd kəsilmiş və deşilmiş - kəsilmiş yaraları, sağ qaşaltı nahiyədə dərialtı hematoması. Qeyd olunan xəsarətlərdən sağ körpücük sümüyünün yerdəyişən xətit sınığı ilə müşayiət olunan sağ çiyin qurşağının bir ədəd, üzün sağ yarısının bir ədəd və boyun nahiyəsinin bir ədəd kəsilmiş və deşilmiş - kəsilmiş yaraları deşici - kəsici əşya (alət) təsirindən, sağ qaşaltı nahiyədə dərialtı hematoması isə bərk küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Mediland Klinikasına müraciət etdiyi xx.xx.2025-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli T720/2025 nömrəli ekspert rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün yerdəyişən xətti sınığı ilə müşayiət olunan sağ çiyin qurşağının bir ədəd, üzün sağ yarısının bir ədəd və boyun nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları, sağ qaşaltı nahiyənin dərialtı hematoması olmuşdur. Qeyd olunan xəsarətlərdən sağ qaşaltı nahiyənin dərialtı hematoması bərk küt əşyanın təsirindən, digər xəsarətlər isə iti uclu və ya kənarlı alətin (əşyanın) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2025-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs üzünün sağ yarısının kəsilmiş yarası sifətdə asimmetriya, mimika pozğunluğu yaratmadığından və zaman keçdikcə, az nəzərə çarpan olduğu üçün silinən hesab edilir, aradan qaldırılması üçün kosmetik cərrahi müdaxiləyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 41/553 nömrəli ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – sağ körpücük sümüyünün yerdəyişən xətti sınığı ilə müşayiət olunan sağ çiyin qurşağının bir ədəd, üzün sağ yarısının bir ədəd və boyun nahiyəsinin bir ədəd kəsilmiş və deşilmiş - kəsilmiş yaraları, sağ qaşaltı nahiyədə dərialtı hematoması. Qeyd olunan xəsarətlərdən sağ körpücük sümüyünün yerdəyişən xətti sınığı ilə müşayiət olunan sağ çiyin qurşağının bir ədəd, üzün sağ yarısının bir ədəd və boyun nahiyəsinin bir ədəd kəsilmiş və deşilmiş - kəsilmiş yaraları deşici - kəsici əşya (alət) təsirindən, sağ qaşah nahiyədə dərialtı hematoması isə bərk küt əşya təsirindən törənmişlər, qərarın təsvi hissəsində göstərilən və onun tibbi yardım üçün Mediland Klinikasına müraciət etdiy xx.xx.2025-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağ körpücük sümüyünün yerdəyişən xətti sınığı ilə müşayiət olunan sağ çiyin qurşağının bir ədəd deşilmiş kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir, üzün sağ yarısının bir ədəd, boyun nahiyəsinin bir ədəd kəsilmiş və deşilmiş kəsilmiş yaraları, sağ qaşaltı nahiyədə dərialtı hematoması isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Məhkəmə baxışı zamanı cinayət işinə əlavə olunmuş və hadisə anının videogörüntülərini əks etdirən CD diskə baxış keçirilmişdir. Görüntülər tədqiq olunan zaman aydın olmuşdur ki, diskin daxilində “KAMERA 1”, “KAMERA 3”, “KAMERA 4”, “KAMERA 6 ƏSAS”, “KAMERA 9” adlı 5 ədəd videofayl vardır. Qeyd olunan diskdə olan “KAMERA 1.” adlı videofayl səsləndirilərkən 02 dəqiqə 01 saniyəlik videogörüntü olduğu müəyyən edildi. Videogörüntüyə baxış zamanı ekranının yuxarı sol kənarında yanbayan şəkildə “xx-xx-2025 Pz 22:50:09” aşağı sağ kənarda isə “Camera 01” sözləri yazılmışdır. Videogörüntü səsləndirilərərkən vaxt saniyə üzrə hərəkət edir. Diskə baxış zamanı videogörüntünü qeydə alan kameranın sabit qaldığı müşahidə edilir. Həmin kamera Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafenin qarşı tərəfini müşahidə edir. Videogörüntünü müşahidə edən sol tərəfdə yol ilə avtomobillərin hərəkəti görünür. Qaranlıq olduğu üçün həmin avtomobillərin modelini, rəngini və dövlət qeydiyyat nişanını görmək mümkün deyildir. Videogörüntünü müşahidə edən zaman 00 dəqiqə 55 saniyədə bir nəfərin qaçaraq içəri daxil olduğu, 01 dəqiqə 11 saniyədən sonra isə xeyli sayda şəxslərin kafedən çölə çıxaraq sol tərəfi müşahidə etdiyi görünür. 01 dəqiqə 57 saniyədə isə iki nəfər şəxsin yaralı şəxsi qolundan tutaraq kafenin qarşısına gətirdiyi müşahidə edilir. Görüntüdə səs qeydə alınmamışdır. Baxış zamanı həmin görüntüdə iş üçün əhəmiyyətli olan hal aşkar edilmədi. Qeyd olunan diskdə olan “KAMERA 3” adlı videofayl səsləndirilərəkən 03 dəqiqə 02 saniyəlik videogörüntü olduğu müəyyən edildi. Videogörüntüyə baxış zamanı ekranının yuxarı sol kənarında yanbayan şəkildə “xx-xx-2025 Pz 22:49:48” aşağı sağ kənarda isə “Camera 03” sözləri yazılmışdır. Videogörüntü səsləndirilərkən vaxt saniyə üzrə hərəkət edir. Diskə baxış zamanı videogörüntünü qeydə alan kameranın sabit qaldığı müşahidə edilir. Həmin kamera Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafenin yan tərəfini müşahidə edir. Qaranlıq olduğu üçün həmin avtomobillərin modelini və dövlət qeydiyyat nişanını görmək mümkün deyildir. 00 dəqiqə 09 saniyədə yolun kənarında görüntünün sol tərəfindən ağ rəngli avtomobil qabaq sürücü tərəfdə olan qapısı açıq vəziyyətdə, işlək halda dayanmış, 00 dəqiqə 18 saniyədə isə arxa qapını açaraq bir nəfər avtomobilə minir və həmin avtomobil hərəkət etməyə başlayır. Həmin vaxt yolda başqa bir ağ rəngli avtomobil arxaya doğru hərəkət edərək bir qədər dayanır və daha sonra sol tərəfə hərəkət etməyə başlayaraq yolun kənarında 00 dəqiqə 45 saniyədə dayanır və 00 dəqiqə 49 saniyədə sağ qabaq qapıdan bir nəfər düşür. Həmin vaxt ətrafda şəxslərin hərəkət etdiyi müşahidə edilir. Görüntünün 01 dəqiqə 02 saniyəsindən etibarən mübahisə düşür və qara rəngli paltar geyinən Təqsirləndirilən şəxs2 digər qara paltar geyinən Zərərçəkmiş şəxs zərbələr vuraraq və itəliyərək kənara aparır, digər şəxslərdə həmin tərəfə gedirlər. 01 dəqiqə 25 saniyədə ağ rəngli avtomobil oraya gəlir və bir nəfər maşından düşərək mübahisə olan tərəfə keçirlər. Daha sonra şəxslər hərəkətdə olsa da həmin görüntüdə hadisənin baş verdiyi yeri müşahidə etmək mümkün olamamışdır. Görüntünün 01 dəqiqə 42 saniyəsində qara paltar geyinmiş və üzərində olan koftası cırılmış olan Təqsirləndirilən şəxs2 sol tərəfdən çıxaraq cəld şəkildə qarşı tərəfə gəlir və sonradan çıxıb gedir. Həmin vaxt yolun kənarında bir ədəd sağ tərəfdə və qarşı tərəfdə bir ədəd avtomobil saxlayır və şəxslər həmin avtomobildən düşürlər. Görüntüdə səs qeydə alınmamışdır. Baxış zamanı həmin görüntüdə iş üçün əhəmiyyətli olan hal aşkar edilmədi. Qeyd olunan diskdə olan “KAMERA 4” adlı videofayl səsləndirilərəkən 00 dəqiqə 43 saniyəlik videogörüntü olduğu müəyyən edildi. Videogörüntüyə baxış zamanı ekranının yuxarı sol kənarında yanbayan şəkildə “xx-xx-2025 Pz 22:47:29” aşağı sağ kənarda isə “Camera 04” sözləri yazılmışdır. Videogörüntü səsləndirilərərkən vaxt saniyə üzrə hərəkət edir. Diskə baxış zamanı videogörüntünü qeydə alan kameranın sabit qaldığı müşahidə edilir. Həmin kamera Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafenin daxilini müşahidə edir. 00 dəqiqə 04 saniyədə ağ paltar geyinmiş Şahid1 Zərərçəkmiş şəxs oturduğu masaya yaxınlaşır. 00 dəqiqə 15 saniyədə isə Zərərçəkmiş şəxs Şahid1 ilə birlikdə kafedən çölə çıxırlar. Görüntüdə səs qeydə alınmamışdır. Baxış zamanı həmin görüntüdə iş üçün əhəmiyyətli olan hal aşkar edilmədi. Qeyd olunan diskdə olan “KAMERA 6 ƏSAS” adlı videofayl səsləndirilərəkən 02 dəqiqə 48 saniyəlik videogörüntü olduğu müəyyən edildi. Videogörüntüyə baxış zamanı ekranının yuxarı sol kənarında yanbayan şəkildə “xx-xx-2025 Pz 22:49:40” aşağı sağ kənarda isə “Camera 06” sözləri yazılmışdır. Videogörüntü səsləndirilərərkən vaxt saniyə üzrə hərəkət edir. Diskə baxış zamanı videogörüntünü qeydə alan kameranın sabit qaldığı müşahidə edilir. Həmin kamera Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafenin yan tərəfini, yəni hadisənin baş verdiyi ərazini müşahidə edir. Qaranlıq olduğu üçün həmin avtomobillərin modelini və dövlət qeydiyyat nişanını görmək mümkün deyildir. 00 dəqiqə 10 saniyədə qara rəngli avtomobil yolda gerirə dönərək əks istiqamətə hərəkət edir. 00 dəqiqə 12 saniyədə ağ rəngli avtomobil yolun kənarında dayanır və sürücü tərəfdən qapı açılır, lakin heç kəs düşmür. 00 dəqiqə 25 saniyədə həmin avtomobilin qabaq qapısı bağlanır və ağ papaqlı, qara paltarlı bir nəfər avtomobilin arxa sol tərəfindən qapını açaraq oturur və avtomobil hərəkət etməyə başlayır. 00 dəqiqə 30 saniyədə yolda başqa bir ağ rəngli avtomobil arxaya doğru hərəkət edərək bir qədər dayanır və daha sonra sol tərəfə hərəkət etməyə başlayaraq yolun kənarında 00 dəqiqə 43 saniyədə dayanır və 00 dəqiqə 53 saniyədə sağ qabaq qapıdan bir nəfər, qabaq sol qapıdan bir nəfər düşür. Həmin vaxt ətrafda şəxslərin hərəkət etdiyi müşahidə edilir. Görüntünün 01 dəqiqə 12 saniyəsindən etibarən mübahisə düşür və qara rəngli paltar geyinən Təqsirləndirilən şəxs2 sağ əlində bıçaq tutaraq Zərərçəkmiş şəxs bir neçə dəfə hər iki əli və ayağı ilə zərbələr vuraraq və itəliyərək kənara aparır, digər şəxslərdə həmin tərəfə gedirlər. 01 dəqiqə 22 saniyədə baş nahiyəsində ağ rəngli papaq olan qara koftalı və cins şalvar geyinən Təqsirləndirilən şəxs1 vurulan şəxsə, yəni Zərərçəkmiş şəxs yaxınlaşaraq vurmağa başlayır. 01 dəqiqə 28 saniyədə sağ əlində bıçaq olan Təqsirləndirilən şəxs2 qəhvəyi rəngli kofta geyinmiş Şahid3 yaxasından tutaraq itələyir və bir neçə dəfə hər iki əli zərbələr endirərək sol tərəfdə yerləşən qara rəngli avtomobilə tərəf aparır. 01 dəqiqə 40 saniyədə qara koftalı və cins şalvar geyinən Təqsirləndirilən şəxs1 yerdə olan yaralı şəxs olan Zərərçəkmiş şəxs sağ əlindəki bıçaq ilə bir neçə dəfə zərbələr endirir, daha sonra ətrafda olan şəxslər həmin şəxsi aralıyaraq kənara aparır. Görüntünün 01 dəqiqə 52 saniyəsində qara paltar geyinmiş və üzərində olan koftası cırılmış Təqsirləndirilən şəxs2 sol tərəfdən çıxaraq cəld şəkildə qarşı tərəfə gəlir və sonradan çıxıb gedir. 02 dəqiqə 06 saniyəsində iki nəfər şəxs yaralı şəxsin qollarından tutaraq kənara aparır. Görüntüdə səs qeydə alınmamışdır. Baxış zamanı həmin görüntüdə iş üçün əhəmiyyətli olan hal aşkar edilmədi. Qeyd olunan diskdə olan “KAMERA 9” adlı videofayl səsləndirilərkən 02 dəqiqə 25 saniyəlik videogörüntü olduğu müəyyən edildi. Videogörüntüyə baxış zamanı ekranının yuxarı sol kənarında yanbayan şəkildə “xx-xx- 2025 Pz 22:49:43” aşağı sağ kənarda isə “Camera 09” sözləri yazılmışdır. Videogörüntü səsləndirilərərkən vaxt saniyə üzrə hərəkət edir. Diskə baxış zamanı videogörüntünü qeydə alan kameranın sabit qaldığı müşahidə edilir. Həmin kamera Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 19 ünvanında yerləşən kafenin yan tərəfini, yəni hadisənin baş verdiyi ərazini müşahidə edir. Qaranlıq olduğu üçün həmin vaxt orada olan avtomobillərin modelini və dövlət qeydiyyat nişanını görmək mümkün deyildir. 00 dəqiqə 06 saniyədə ağ rəngli avtomobil yolun kənarında dayanır və sürücü tərəfdən qapı açılır, lakin heç kəs düşmür. 00 dəqiqə 19 saniyədə həmin avtomobilin qabaq qapısı bağlanır və ağ papaqlı, qara paltarlı bir nəfər avtomobilin arxa sol tərəfindən qapını açaraq oturur və 00 dəqiqə 24 saniyədə avtomobil hərəkət etməyə başlayır. 00 dəqiqə 40 saniyədə başqa bir ağ rəngli avtomobil yolun kənarında dayanır və 00 dəqiqə 47 saniyədə sağ qabaq qapıdan bir nəfər, qabaq sol qapıdan bir nəfər düşür və avtomobilin qarşı tərəfinə hərəkət etməyə başlayır. Həmin vaxt ətrafda şəxslərin hərəkət etdiyi müşahidə edilir. Görüntünün 01 dəqiqə 06 saniyəsindən etibarən mübahisə düşür və qara rəngli paltar geyinən Təqsirləndirilən şəxs2 sağ əlində bıçaq tutaraq digər şəxsə, yəni Zərərçəkmiş şəxs bir neçə dəfə hər iki əli və ayağı ilə zərbələr vuraraq və itəliyərək kənara aparır, digər şəxslərdə həmin tərəfə gedirlər. Təqsirləndirilən şəxs2 sağ əlində bıçaq tutaraq ətrafa baxıb yerində hərəkət edir. 01 dəqiqə 19 saniyədə baş nahiyəsində ağ rəngli papaq olan qara koftalı və cins şalvar geyinən Təqsirləndirilən şəxs1 vurulan şəxsə, yəni Zərərçəkmiş şəxs yaxınlaşaraq vurmağa başlayır. Bir neçə kənar şəxslərdə aralamağa çalışır. 01 dəqiqə 26 saniyədə ilk əvvəl zərbələr endirən sağ əlində bıçaq olan Təqsirləndirilən şəxs2 qəhvəyi rəngli kofta geyinmiş Şahid3 yaxasından tutaraq itələyir və bir neçə dəfə hər iki əli zərbələr endirərək sol tərəfdə yerləşən qara rəngli avtomobilə tərəf aparır və həmin avtomobil yanında əlləri ilə daha bir neçə zərbə endirir, daha sonra ətrafda olan şəxslər həmin şəxsi aralıyaraq kənara aparır. 01 dəqiqə 30 saniyədə ağ papaq geyinən Təqsirləndirilən şəxs1 papağı yerə düşür və 01 dəqiqə 32 saniyədə qara koftalı və cins şalvar geyinən Təqsirləndirilən şəxs1 yerdə olan yaralı şəxsə, Zərərçəkmiş şəxs sağ əlindəki bıçaq ilə bir neçə dəfə zərbələr endirir, daha sonra ətrafda olan şəxslər həmin şəxsi aralıyaraq kənara aparır. 02 dəqiqə 01 saniyəsində iki nəfər şəxs yaralı şəxsin qollarından tutaraq kənara aparır. Görüntüdə səs qeydə alınmamışdır. Baxış zamanı həmin görüntüdə iş üçün əhəmiyyətli olan hal aşkar edilmədi. İş materiallarında olan AZEMİS-dən əldə edilmiş məlumatlardan görünür ki, xx.xx.2024-cü il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan AZEMİS-dən əldə edilmiş məlumatlardan görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X3, xx.xx.2016-cı il tarixdə doğulmuş X5, xx.xx.2016-cı il tarixdə doğulmuş X7 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxs2dur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini məsuliyyətdən azad olmaqla özünümüdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxslərin qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisənin videogörüntüləri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və Təqsirləndirilən şəxs1 əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə istintaq orqanı tərəfindən CM-nin 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlindən səmimi peşman olmasını, himayəsində dörd azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 insanların kütləvi şəkildə toplaşdığı yerdə fiziki cəhətdən özlərindən kifayət qədər zəif və köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs üzərinə bir qrup şəxs qismində hücum edərək silah qismində istifadə etdiyi əşya olan istintaqa məlum olmayan bıçaqla özlərini ətrafdakılara qarşı qoymaqla, heç bir səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə zərəçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunmaqla, sonuncunun sağlamlığına az ağır zərər yetirmə halları onların davranışının bilavasitə təhlükəli olmasının göstəricisi və şəxsiyyətlərinin mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 22 iyul 2025-ci il tarixdə saat 19:50-də tutulmuş və xx.xx.2025-cü il tarixdən barəsində məhkəmə qərarı ilə 03 ay müddətə “həbs qətimkan” qətimkan tədbiri seçilmiş, 16 oktyabr 2025-ci il tarixdə isə həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Odur ki, həmin hallar CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməli və onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında qaldığı ümumilikdə 05 (beş) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 22 iyul 2025-ci il tarixdə saat 18:30-da tutulmuş və xx.xx.2025-ci il tarixdən barəsində məhkəmə qərarı ilə 03 ay müddətə “həbs qətimkan” qətimkan tədbiri seçilmiş, 08 oktyabr 2025-ci il tarixdə isə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Odur ki, həmin hallar CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında qaldığı ümumilikdə 05 (beş) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və cinayət işi üzrə hadisənin videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Məhkmə baxışı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 330 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkmə baxışı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 330 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 127.2.3-cü maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında qaldığı ümumilikdə 05 ay 22 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 il 09 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 13 yanvar 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında qaldığı ümumilikdə 05 ay 22 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 il 03 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 13 yanvar 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş materiallarında olan və cinayət işi üzrə hadisənin videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işində saxlanısın. Təqsirləndirilən şəxslərə məhkəmə zamanı göstərilmiş hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər tərəfindən isə hökmün surətinin onlara rəsmi qayadada təqdim edildiyi (verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-227/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-227/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver