Məhkəmə qərarları › İş №1(002)-228/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-228/2020

04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-228/2020 04.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 və onun müdafiəçisi Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 müdafiəçisi X5 iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayətinə məhkəmənin binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 məhkəməyə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edərək X7 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilərək, özünün xüsusi ittihamçı kimi tanınmasını, işin məhkəmə baxışına təyin edilməsini, X4 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək qəti olaraq 2 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və X4 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. O öz izahatında göstərmişdir ki, “Axar.az” saytının baş redaktoru X7 öz şəxsi “facebook” səhifəsindən istifadə etməklə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, Azərbaycan dövlətinə qarşı xüsusilə ağır cinayət törətməsi barədə yalan məlumatlar yaymaqla ona böhtan atmış, o cümlədən özünün şəxsi səhifəsində xx.xx.2020-ci il tarixdə saat 12:59-da onu “şərəfsiz, binamus, etallat küçüyü!. adlandırmış, ondan sonrakı saat 14:56-da yazdığı statusunda isə həmin şəxsin Sayman Aruz olduğunu bildirmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli hazırlıq iclasında iştirak etmiş X7 öz izahatında şikayətin əsassız olduğunu bildirərək göstərmişdir ki, o, təxminən 5 ilə yaxındır ki, uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 2942A saylı məhəllənin 388 saylı mənzilində yaşayır. O, əsasən yaşadığı mənzildə olan şəxsi kompüteri vasitəsi ilə internet saytlarından, o cümlədən “facebook” səhifəsindən istifadə edir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, onun “facebook” səhifəsində yazılmış “şərəfsiz, binamus, etallat küçüyü!. Sən və səni kimi binamuslar dövlətə cavab verəcək.!” ifadələri onun tərəfindən yazılsa da həmin ifadələr heç kimə, o cümlədən X3 qarşı yönəlməmişdir. Eləcə də həmin yazıda heç kimin adı çəkilməmişdir. Odur ki, şikayətin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə, X2 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək və eləcədə təqdim edilmiş sənədləri nəzərə alaraq hesab edir ki, şikayət baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhər Qaradağ rayon İHB-nin Ələt qəsəbə İƏDÜN-nin xx xxxxxxxx 2002-ci il tarixli məktubundan aydın olur ki, X1 rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 8, mənzil 8 ünvanında qeydiyyatda olsa da yaşamır. “xxxxxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli 1.622 saylı arayışından məlum olur ki, X7 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 2942A saylı məhəllənin 388 saylı mənzilində yaşayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinin tələbindən aydın olur ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin CPM-in 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmədə baxılması aidiyyəti CPM-nin 74.1-74-4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda , yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikasının CPM-in 302.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında şikayətin həmin məhkəməyə aid olmadığını müəyyən etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 şikayəti baxılması üçün aidiyyəti üzrə Xətai rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar