Məhkəmə qərarları › İş №1(002)-228/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-228/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-228/2023 13.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 noyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 06 mart 2023-cü il tarixdə saat 15:10-da Qaradağ RPİnin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət edilib orada xidməti otaqlardan birində video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,345 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 28 mart 2023-ci il tarixdə saat 09:20 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət edilib orada xidməti otaqlardan birində video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,720 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, lakin ifadə verməkdən imtina etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, həbs olunanadək heç bir yerdə işləməmişdir. Təxminən iki ilə yaxın müddətdə narkotik vasitə heroini inneksiya yolu ilə istifadə etmişdir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə azadlıqdan məhrum edilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə Nəsimi rayonunda yerləşən Kubinka adlanaq ərazidə “Fuad” kimi tanıdığı 30-35 yaşlarında bir nəfər şəxsdən 10 manata öz istifadəsi üçün narkotik vasitə heroin almışdır. Həmin gün saat təxminən saat 15:10 radələrində yaşadığı ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməyi soruşduqda polis əməkdaşlarına özünü Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Polis əməkdaşları onun narkotik vasitəsinin istifadəsində şübhəli olduğunu bildirib Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. O, heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində şifahi sorğu zamanı üzərində hər hansı bir qadağan olunmuş əşya və ya predmet olduğunu soruşduqda, üzərində narkotik vasitənin olmasını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş və hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilmişdir. Müdafiəçi Əlisəfa Əliyev ona təqdim edilmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş və xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində qanunsuz əşya və ya maddə varsa təqdim etmək təklif olunmuşdur. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. O, həmin bükümün içərisində olan kütlənin “kakos” deyilən narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənın haradan aldığını soruşanda, o, həmin “kakos” adlanan narkotik vasitə heroini Fuad adlı şəxsdən şəxsdən 10 manat müqabilində əldə etdiyimi bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub qablaşdırılaraq möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildikdən sonra Qaradağ RPİ-nin MSY-dən azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə narkotik vasitə kakos almaq məqsədi ilə Yasamal rayon ərazisində adını bilmədiyi şəxsdən 12 manat müqabilində 01 ədəd ağ rəngli şəffaf salafana bükülmüş narkotik vasitə kakos almışdır. Həmin narkotik vastəni istifadə etmək məqsədilə əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 09:15 radələrində yaşadığı evdən küçəyə çıxmışdır. Bu zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmışlar. Onlar Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları olduqlarını bildirmiş, ondan adını və soyadını soruşmuşlar. Polis əməkdaşları onun narkotik vasitəsinin istifadəsində şübhəli olduğunu bildirib Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. O, heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində şifahi sorğu zamanı üzərində hər hansı bir qadağan olunmuş əşya və ya predmet olduğunu soruşduqda, üzərində narkotik vasitənin olmasını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş və hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilmişdir. Müdafiəçi Əlisəfa Əliyev ona təqdim edilmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş və xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində qanunsuz əşya və ya maddə varsa təqdim etmək təklif olunmuşdur. O da əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli şəffaf salafana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. O, həmin bükümün içərisində olan kütlənin “kakos” deyilən narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon ərazisində tanımadığı şəxsdən 12 (on iki) manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub qablaşdırılaraq möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, həmişə özünün istifadə etməsi üçün almışdır. Narkotik vasitəni satmaq və ya kiməsə pay vermək fikiri olmamışdır. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hazırda Qaradağ RPİ-nin 10-cu polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsini icra edir. ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinməsi barədə əvvəlcədən əməliyyat məlumatı daxil olub bu barədə əməliyyat qrupu təşkil edilərək qrupa rəhbərliyi özü etmişdir. 06 mart 2023-cü il tarixdə saat 15 radələrində bölmənin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib onu Qaradağ RPİ-nin 10-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqda müdafiəçi Əlisəfə Əliyevin iştirakı ilə əvvəlcədən Təqsirləndirilən şəxs üzərinə baxış keçirməsi və videoçəkilişdən istifadə olunacağı barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindəki əşyaları masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızında bükülünü çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, qutunun içərisində “kakos” adlanan narkotik vasitə vardır. Həmin büküm açıldıqda orada içərisində qəhvəyi rəngli spesifik qoxulu narkotik vasitəyə oxşar maddə aşkar olmuşdur. Onun üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub qablaşdırılaraq möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu polis bölməsinin baş əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hazırda Qaradağ RPİ-nin 10-cu polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsini icra edir. ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinməsi barədə əvvəlcədən əməliyyat məlumatı daxil olub bu barədə əməliyyat qrupu təşkil edilərək qrupa rəhbərliyi bölmənin baş əməliyyat müvəkkili Şahid1 etmişdir. 06 mart 2023-cü il tarixdə saat 15 radələrində bölmənin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib onu Qaradağ RPİ-nin 10-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqda müdafiəçi Əlisəfə Əliyevin iştirakı ilə və əvvəlcədən Təqsirləndirilən şəxs üzərinə baxış keçirməsi və videoçəkilişdən istifadə olunacağı barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindəki əşyaları masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızında bükülünü çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, qutunun içərisində kakos adlanan narkotik vasitə vardır. Həmin büküm açıldıqda orada içərisində qəhvəyi rəngli spesifik qoxulu narkotik vasitəyə oxşar maddə aşkar olmuşdur. Onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub qablaşdırılaraq möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkilişlə qeydə alınmışdır. Şahid Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, hazırda Qaradağ RPİ-nin 10-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsini icra edir. ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinməsi barədə əvvəllcədən əməliyyat məlumatı daxil olub bu barədə əməliyyat qrupu təşkil edilərək qrupa rəhbərliy özü etmişdir. 28 mart 2023-cü il tarixdə saat 09:30 radələrində bölmənin sahə inspektoru, polis baş leytenantı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib onu Qaradağ RPİ-nin 10-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqda müdafiəçi Əlisəfa Əliyevin iştirakı ilə əvvəlcədən Təqsirləndirilən şəxs üzərinə baxış keçirməsi və videoçəkilişdən istifadə olunacağı barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindəki əşyaları masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızında bükülünü çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, qutunun içərisində kakos adlanan narkotik vasitə vardır. Həmin narkotik vasitəni 27 mart 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özünün istifadəsi üçün 12 manata alıb özündə saxlamışdır. Həmin büküm açıldıqda orada içərisində qəhvəyi rəngli spesifik qoxulu narkotik vasitəyə oxşar maddə aşkar olmuşdur. Onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub qablaşdırılaraq möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkilişlə qeydə alınmışdır. Şahid Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin sahə inspektoru Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində müvəkkili Şahid4 göstərmişdir ki, hazırda Qaradağ RPİ-nin 10-cu polis bölməsinin sahə inspektoru vəzifəsini icra edir. ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinməsi barədə əvvəllcədən əməliyyat məlumatı daxil olub bu barədə əməliyyat qrupu təşkil edilərək qrupa rəhbərliyi Şahid3 etmişdir. 28 mart 2023-cü il tarixdə saat 09:30 radələrində Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib onu Qaradağ RPİ-nin 10-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqda müdafiəçi Əlisəfa Əliyevin iştirakı ilə əvvəlcədən Təqsirləndirilən şəxs üzərinə baxış keçirməsi və videoçəkilişdən istifadə olunacağı barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindəki əşyaları masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızında bükülünü çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, qutunun içərisində kakos adlanan narkotik vasitə vardır. Həmin narkotik vasitəni 27 mart 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özünün istifadəsi üçün 12 manata alıb özündə saxlamışdır. Həmin büküm açıldıqda orada içərisində qəhvəyi rəngli spesifik qoxulu narkotik vasitəyə oxşar maddə aşkar olmuşdur. Onun üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub qablaşdırılaraq möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkilişlə qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-cü il tarixli 6/1369 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün №222 “ dairəvi möhür əksi olan ”Saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,345 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” -in siyahısına (Siyahı 1) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,345 qr., tədqiqata sərf edildi - 0.05 qr., qalıq-0,295 qr. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2023-cü il tarixli 6/1765 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №222 “ dairəvi möhür əksi olan ”Şübhəli şəxs: Təqsirləndirilən şəxs..” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,720 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” -in siyahısına (Siyahı 1) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,720 qr., tədqiqata sərf edildi - 0.05qr., qalıq-0,670 qr. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli 6/2164 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd zərfin içərisində 1 ədəd bükümdə qalıq təmiz çəkisi 0,295 qram olan narkotik vasitə heroinlə bir ədəd zərfin içərisində 1 ədəd bükümdə qalıq təmiz çəkisi 0,670 qram olan narkotik vasitə heroin kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Qeyd: 1 №-li oby.üzrə heroinin təmiz çəkisi-0,295 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,245 qramdır. 2 №-li oby.üzrə heroinin təmiz çəkisi-0,670 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,620 qramdır. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 01 may 2023-cü il tarixli 2558 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixiostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən 06 mart 2023-cü il tarixdə və 28 mart 2023-cü il tarixdə götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin ekspertiza tədqiqatından sonra qalıq hissələri maddi sübut kimi tanınaraq saxlanca verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızında bükülünü çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, qutunun içərisində “kakos” adlanan narkotik vasitə vardır. Həmin büküm açıldıqda orada içərisində qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar olmuşdur. Onun üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızında bükülünü çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, qutunun içərisində kakos adlanan narkotik vasitə vardır. Həmin narkotik vasitəni 27 mart 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özünün istifadəsi üçün 12 manata alıb özündə saxlamışdır. Həmin büküm açıldıqda orada içərisində qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar olmuşdur. Onun üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 06 noyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 06 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08 mart 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 29 mart 2023-cü il tarixdə barəsində Bakı şəhəri Qaradağ Rayon Mhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,245 qram narkotik vasitə olan heroin və 0,620 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 225 (iki yüz iyirmi beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,245 qram narkotik vasitə olan heroin və 0,620 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 225 (iki yüz iyirmi beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar