Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-229/2020 07.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1984-cü ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Cəbrayıl rayonu, Minbaşlı kəndində qeydiyyatda olmaqla ünvan 1, mənzil 35 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, on altı yaşına çatmayan xx xxxxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ilk dəfə 2019-cu ilin sentyabr ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildə, daha sonra 2019-cu ilin dekabr ayına qədər olan müddətdə dəfələrlə Bakı şəhərində müxtəlif yerlərdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuş, nəticədə Zərərçəkmiş şəxs ondan hamilə qalaraq xx.xx.2020-ci il tarixdə saat 23.10 radələrində 27 həftəlik hamiləliklə 15 saylı TTYS müraciət etdikdən sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 4 saylı Doğum evində əkiz övlad doğmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda anası Quliyeva Hökümə Qarsalan qızı ilə birlikdə yaşayır. Neçə ildir ki, Mercedes C 200 markalı ** LP *** dövlət qeydiyyat nömrəli avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs təxminən 6-7 ildir ki, Lökbatan qəsəbə sakini kimi tanıyır. Təxminən 2-3 il əvvəl bir neçə dəfə Ləmanı taksi kimi şəhərə Sahil bağına, Malakan bağı və s. ərazilərə aparmışdır. Ləman ilə onun arasında başqa heç bir münasibəti olmamışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Ləman yalan deyir, o Ləmana heç bir narkotik vasitə və psixotrop maddələr verməmişdir. O, Ləman ilə cinsi əlaqədə olmamışdır. Ləmanla o heç bir seksual xarakterli hərəkətlər etməmişdir. Ləmanın ondan niyə şikayət etdiyini bilmir, onun üstünə şər-böhtan atır. O, Qaradağ rayon prokurorluğunda izahat verərkən həyacanlı olmuş, ona görə də izahatında Ləmanla seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Onun Ləmanla heç bir düşmənçilik və ədavəti olmamış, lakin Ləmanın onunla hansı səbəbə düşmənçilik etdiyini bilmir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anası Şahid ilə birlikdə yaşayır. Hal-hazırda heç bir işlə məşğul olmur. İşin mahiyyəti üzrə bildirmişdir ki, 2018-ci ilin sonlarında “İnstagram” sosial şəbəkəsində Lökbatan qəsəbəsində yaşayan Azər adlı şəxs ilə tanış olmuşdur. O, Azər ilə tanış olduğu müddətdə Azərin 17 yaşı olmuşdur. Azər ilə təxminən 4-5 ay münasibətləri olmuşdur. 2018-ci ilin sonlarında Azər onu yaşadığı Lökbatan qəsəbəsi, “on minlik” adlanan ərazidə yerləşən evinə dəvət etmişdir. O, Azər ilə evdə olan zaman Azər ona əhvalını düzəltmək üçün “Eke” adlı dərman vermişdir. O, həmin dərmanı qəbul etdikdən sonra halsızlaşmış, dərman elə bil ki yatızdırırmış. İlk dəfə bakirəliyini Azər pozmuşdur. Həmin gün o, Azər ilə birlikdə Azərin evində qalmış, səhəri gün öz evinə getmişdir. Lakin o bakirəliyinin pozulması ilə bağlı heç kimə məlumat verməmişdir. Bundan sonra o Azər ilə cinsi əlaqədə olmamışdır. Azər ilə ilk dəfə cinsi əlaqədə olduğu gündən təxminən 1 ay sonra Azər hərbi xidmətə getmiş və həmin vaxtdan Azər ilə heç bir əlaqəsi olmamışdır. 2019-cu il ilin əvvəllərində uzun müddətdir ki, Lökbatan qəsəbə sakini olan Mahir adlı şəxs ilə tanış olmuşdur. Mahir ilə ilk vaxtlar aralarında dost kimi münasibətləri olmuş, lakin sonradan onların münasibətləri istiləşmişdir. Mahir dəfələrlə ona narkotik vasitə olan nəşə, psixotrop maddələr vermiş, həmçinin özü də onunla birlikdə istifadə etmişdir. Mahir ilə o tez-tez şəhərdə tanımadığı bir evdə təbii yolla cinsi əlaqədə olmuşdur. Mahir ilə ilk dəfə 2019-cu ilin sentyabr ayının əvvəllərində cinsi əlaqədə olmuşdur. Mahir ilə 4-5 ay münasibətdə olmuş, təxminən 1 ay küsülü qalmışlar, lakin sonradan yenə barışmışlar. Mahir ilə barışandan sonra ona yenə narkotik vasitə və psixotrop maddələr vermiş, cinsi əlaqədə olmuşlar. Mahir ilə cinsi əlaqədə olan zaman heç bir qoruyucu vasitələrdən istifadə etməmişlər. Ona görə də o 2019-cu ilin dekabr ayında hamilə olduğunu, Mahirdən hamilə qaldığını bilmişdir. Lakin hamilə olmağı barədə heç kimə məlumat verməmiş, hamilə olduğu müddətdə də heç bir tibb müəssisəsinə və ya həkimə müraciət etməmişdir. 2020-ci ilin mart ayında onun ağrıları başlamış, gecə saatlarında vəziyyəti pisləşdiyindən evə təcili tibbi yardım çağırılmışdır. O TTY həkiminə hamilə olduğunu demiş, bundan sonra TTYS-ın həkimləri Lökbatan qəsəbəsində yerləşən 4 saylı Doğum evinə aparmışlar. Orada onun əkiz uşaqlarının olduğunu, doğuşdan 1 gün son hər iki uşağın öldüyünü bildirmişlər. xx xxxx 2020-ci il tarixdə həkim nəzarətindən sonra onu evə buraxmışlar. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, 2018-ci ilin dekabr Azər adlı şəxs ilə təbii yolla cinsi əlaqədə olmuş, həmin vaxt bakirəliyi pozulmuşdur. O Azər və Mahirdən başqa sosial şəbəkədə tanış olduğu 2-3 oğlan ilə danışmış, şəhərdə müxtəlif yerlərdə cinsi əlaqədə olmuşdur. Lakin həmin şəxslərin kimliyi barədə heç bir məlumatı yoxdur, çünki həmin şəxslərlə bir dəfə cinsi əlaqədə olmuşdur. Hal-hazırda 077 331 82-85 saylı mobil nömrəni təxminən 2020-ci ilin may ayından istifadə edir. O, Azər və Mahir adlı şəxslərlə ilk dəfə cinsi əlaqədə olan zaman onun 15 yaşı olmuşdur. O Mahir ilə bir dəfə Mahirin yaşadığı evdə, Lökbatan qəsəbəsində yerləşən stadionla üzbəüz 5 mərtəbəli binada cinsi əlaqdə olmuş, amma əsasən şəhərdə tanımadığı evdə Mahir ilə görüşmüşdür. Nəinki Azər və Mahir, ümumiyyətlə o görüşdüyü şəxslərin hamısı onun yaşının az olduğunu bilmişlər. Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə məhkəməyə yazılı ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 1990-cı il tarixdə Müqabil ilə qeyri-rəsmi nikahda olmuş, həmin nikahdan onların iki övladı olmuşdur. Biri Ləman, digəri isə Bayram adında oğlu olmuşdur. Onlar bir müddətdən sonra ayrılmış, qızı Ləman onunla qalmış, oğlu Bayram isə atası ilə yaşayır. O uzun müddətdir ki, müxtəlif yeməkxanalarda aşbaz işləyir. Lakin hal-hazırda yeməkxanalar bağlı olduğundan heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, Lökbatan qəsəbəsindən tanıyır. Qızı Ləman ilə Mahirin aralarındakı münasibətdən xəbəri olmamışdır. Lakin Mahirin dəfələrlə onların yaşadığı binanın yanında idarə etdiyi “Mercedes” markalı avtomobili ilə dayanıb onların evinə işıq saldığını görmüşdür. Ona görə də bir neçə dəfə Mahirə irad bildirmiş ki, qızı Ləmandan uzaq olsun. Lakin Mahir hələ də gecə saatlarında onun evinə avtomobilinin işığını yandırıb tutur. Mahirin qızı Ləman ilə yaxın münasibətlərinin, Mahirin Ləmanla cinsi əlaqədə olmasını o, 2020-ci ilin mart ayının 22-dən sonra bilmişdir. Belə ki, həmin vaxt qızı Ləman hamiləliklə bağlı xəstəxanaya yerləşdirilmişdir. Həmin vaxt Ləman ona demiş ki, “qəsəbədə yaşayan, taksi fəaliyyəti ilə məşğul olan və kondisioner ustası işləyən Mahir adlı şəxs ilə dəfələrlə cinsi əlaqədə olmuşam, doğulan uşaqlar da Mahirdəndir”. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2-Təcrübi və X3 Hüquqi Şəxsinin xx xxxxxx 2020-ci il tarixli 399 nömrəli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlir: Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 Hüquqi Şəxsinin xx xxxxx 2020ci il tarixli 746 saylı rəyindən görünür ki: Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaşına uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixoloji xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, sərbəstliyə və müstəqilliyə can atmaq, inadkarlıq, eqosentirizim kimi xarakterik xüsusiyyətlərə malikdir; Zərərçəkmiş şəxs intim əlaqənin (seksin) mahiyyətini dərk etmək, ola biləcək nəticələri proqnozlaşdırmaq qabiliyyətinə malikdir; Zərərçəkmiş şəxs ona qarşı edilmiş hərəkətlərin mahiyyətini, xarakteri və mənasını dərk edə bilərdi; Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərindən və psixoloji durumunda halından asılı olaraq qarşı tərəfə müqavimət göstərə bilərdi; Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmaya meyillilik əlamətləri müşahidə olunmadı; Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, intellektual imkanlarına görə ona qarşı edilmiş hərəkətlərin, yaranmış şəraitin mahiyyətini dərk edə və davranışının mümkün nəticələrini görə (proqnozlaşdıra) bilərdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli 31/1 nömrəli rəyindən görünür ki, 1.Yetişməmiş və kişi cinsli yarımçıq yenidoğulmuşun meyitində hər iki ayağın pəncəüstü nahiyyələrinin qançırları müəyyən edilmiş və həmin xəsarətlər həyatidir, ölümündən az əvvəl törənə bilərdilər və bu da canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir, ölümü ilə səbəbli əlaqəsi yoxdur. 2.Yetişməmiş və kişi cinsli yarımçıq yenidoğulmuşun meyitində hər iki ağciyərlərin atelektaz formasında ağciyərlərin pnevmopatiyası ilə intranatal hipoksiyanın postnatal asfikasiyaya keçməsi nəticəsində inkişaf edən tənəffüs çatışmamazlığı, respirator toxumların yetişməməsi və alveolyar yolların formalaşmaması, cift toxumasında xroniki plasentit, böyük xovların fibrozlaşması, petrifikat ocaqları, geniş retroplasentar hematoma,qansızlarla və venoz damarların trombozu, baş beyinin kəskin ödemi, hipoksik ensefalopatiyası, daxili üzv toxumalarının yetişməməsi morfoloji və patohistoloji dəyişikliklər aşkar edilmişdir. 3.Yetişməmiş və kişi cinsli yarımçıq yenidoğulmuşun ölümünə bilavasitə səbəb cift patologiyası və ağciyərlərdə pevmopatiya ilə əlaqədar baş vermiş kəskin tənəffüs çatmamazlığı olmuşdur. 4.Yetişməmiş və kişi cinsli yarımçıq yenidoğulmuşun adına tərtib olunmuş stasionar xəstənin 433/452 tibbi kartasından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 22.40-da Bakı şəhər 4 saylı doğum evində aparılan konservativ tibbi yardıma baxmayaraq orada ölüm baş vermişdir, bu da meyit əlamətlərinin inkişaf dərəclərinə əsasən inkar edilmir. 5.Yetişməmiş və kişi cinsli yarımçıq yenidoğulmuşun dölü 27 həftəlik hamiləliyin bətndaxili dövrün təqriqən 7 (yeddi) aylığında doğulmuşdur və onun adına tərtib olunmuş xəstəlik tarixçəsindəki qeydlərdən və məhkəmə-tibbi müayinəyə əsasən diri doğulmuşdur və qısa müddət ərzində (30 dəqiqə) yaşamışdır. 6.Döldə aşkar edilmiş morfoloji dəyişikliklərə əsasən demək olar ki, yetişməmiş və kişi cinsli yarımçıq yenidoğulmuş yaşama qabiliyyətli olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli 31/2 nömrəli rəyindən görünür ki, 1.Yetişməmiş və qadın cinsli yarımçıq yenidoğulmuşun meyitində hər iki ağciyərlərin atelektaz formasında ağciyərlərin pnevmopatiyası ilə intranatal hipoksiyanın postnatal asfikasiyaya keçməsi nəticəsində inkişaf edən tənəffüs çatışmamazlığı, respirator toxumların yetişməməsi və alveolyar yolların formalaşmaması, cift toxumasında xroniki plasentit, böyük xovların fibrozlaşması, petrifikat ocaqları, geniş retroplasentar hematoma, qansızlarla və venoz damarların trombozu, baş beyinin kəskin ödemi, hipoksik ensefalopatiyası, daxili üzv toxumalarının yetişməməsi morfoloji və patohistoloji dəyişikliklər aşkar edilmişdir. 2.Yetişməmiş və qadın cinsli yarımçıq yenidoğulmuşun ölümünə bilavasitə səbəb cift patologiyası və ağciyərlərdə pevmopatiya ilə əlaqədar baş vermiş kəskin tənəffüs çatmamazlığı olmuşdur. 3.Yetişməmiş və qadın cinsli yarımçıq yenidoğulmuşun adına tərtib olunmuş stasionar xəstənin 434/452 tibbi kartasından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23.00-da Bakı şəhər 4 saylı doğum evində aparılan konservativ tibbi yardıma baxmayaraq orada ölüm baş vermişdir, bu da meyit əlamətlərinin inkişaf dərəclərinə əsasən inkar edilmir. 4.Yetişməmiş və qadın cinsli yarımçıq yenidoğulmuşun dölü 27 həftəlik hamiləliyin bətndaxili dövrün təqriqən 7 (yeddi) aylığında doğulmuşdur və onun adına tərtib olunmuş xəstəlik tarixçəsindəki qeydlərdən və məhkəmə-tibbi müayinəyə əsasən diri doğulmuşdur və qısa müddət ərzində yaşamışdır. 5.Döldə aşkar edilmiş morfoloji dəyişikliklərə əsasən demək olar ki, yetişməmiş və qadın cinsli yarımçıq yenidoğulmuş yaşama qabiliyyətli olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-229/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-229/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver