Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-229/2022 22.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Dədə Qorqud kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Hacı İsgəndər küçəsi, döngə 6, fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq Şahid2 şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 10 manat müqabilində əldə edib saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzi, 1-ci Sırada yerləşən 342 nömrəli mağazanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,152 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, hal-hazırda heç bir yerdə işləmir. Əvvəllər “Sədərək” Ticarət Mərkəzində satıcı işləmişdir. Cəmili “Binə” Ticarət Mərkəzindən təxminən bir ilə yaxındır ki, tanıyır. Cəmil Binə Ticarət Mərkəzində yerləşən “Göygöl” adlı kafedə çayçı işləyir. Təxminən bir ay olmuşdur ki, narkotik vasitə “kakos” deyilən heroin istifadə edirmiş. “Binə” TM-də boş anbarların birində Cəmil taxtalar yığmışdır. 22 yanvar 2022-ci il tarixdə günorta saatlarında o, Cəmilə həmin taxtaları avtomobilə yığıb Binə qəsəbəsinə göndərmək üçün kömək edirmiş. Cəmil də narkotik vasitə istifadəçisidir, həmin vaxt o, Cəmildən narkotik vasitə olub-olmadığını soruşmuş, Cəmil də ona üzərində olan kağız bükümün içərisində olan kakosdan biraz vermiş, biraz da özü istifadə etmişdir. Həmin vaxt onların yanında, onlarla birlikdə Nicat və Mirzə adlı yoldaşlar da olmuşdur. Mirzə ilə Nicat isə “şüşə” istifadə edirmişlər. Onlar işə yenidən başlamaq istədikləri zaman mülki geyimdə özlərinin polis əməkdaşları olduqlarını təqdim edən üç nəfər şəxs onları Polis bölməsinə aparmışlar. Polis bölməsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil gələndən sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. O da polis əməkdaşlarına etiraz etməmişdir. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməyini bildirmişdir. O da əynində olan tünd boz rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd kağız bükümü çıxarıb stolun üstünə qoymuşdur. Polis əməkdaşı tərəfindən büküm açılmışdır. Bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Bükümün içərisində olan maddənin “kakos” olduğunu bugün, yəni 22 yanvar 2022-ci il tarixdə Cəmildən əldə etdiyini bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təyziq göstərməmişlər. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin nömrə atası X6 adına olsa da təxminən 2010-cu ildən o istifadə etmiş, lakin hazırda həmin nömrəni işlətmir. O narkotik vasitəni yalnız Cəmildən almışdır. O həmin vaxtlarda Sədərək Ticarət Mərkəzində işləmiş, Cəmil də Binə TM-də işlədiyi üçün ona yaxın olmuş, narkotik vasitəni Cəmildən alırmış. O dəfələrlə Cəmilin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə demək olar ki, hər gün, bir gündən bir əlaqə saxlamış, smslər yazmışdır. Onun Cəmil ilə əlaqəsi narkotik vasitəni rahat yolla əldə etmək üçün olmuşdur. Cəmil narkotik vasitənin 01 ədəd bükümünü 5 və 10 manata satmışdır. Sonuncu dəfə tutulduğu zaman üzərindən aşkar edilmiş bükümü Cəmildən 10 manata almışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, əvvəllər Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 16, mənzil 45 ünvanında yaşasa da hal-hazırda ailəsilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Hacı İsgəndər küçəsi, döngə 6, fərdi yaşayış evində yaşayır və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Əksər tanışları və qohumları Abşeron rayonunun ərazisində yaşadıqları üçün mütəmadi olaraq həmin əraziyə gedib-gəlir. O, öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzində yerləşən geyim mağazasında satıcı işləyir. Cəmili “Binə” TM-də yerləşən “Göygöl” kafesində işləyən ofisant kimi tanıyır, münasibəti var. Cəmilin narkotik vasitə istifadə elədiyini bilir. Bu günə qədər Cəmildən 2-3 dəfə şüşə deyilən psixotrop maddə almışdır. Sonuncu dəfə 21 yanvar 2022-ci il tarixdə “Binə” TM-də olan zaman Cəmili gördüm, Cəmil ilə söhbətləşmiş, Cəmilə demişdir ki, “5 manat pulum var, mənə 1 büküm şüşə ver”. Cəmil də ona 01 ədəd kağız bükümdə şüşə deyilən psixotrop maddə vermişdir. Həmin bükümdən biraz istifadə edib cibinə qoymuşdur ki, sabah da istifadə etsin. 22 yanvar 2022-ci il tarixdə bazarda olan zaman bazarda 1-ci sırada boş anbarda Cəmil ilə Samir və Nicat adlı şəxsləri görmüşdür. Cəmilin həmin anbarda taxtaları olmuşdur. Nicat ilə Samir Cəmilə köməklik göstərirmişlər. O da Cəmilgilə yaxınlaşıb köməklik etmək istədiyi zaman mülki geyimdə gələn şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra onları narkotik vasitə və psixotrop maddələrin istifadəsində şübhəli olduqlarını deyib Polis bölməsinə aparmışlar. Polis bölməsində o, aparılan vidoeçəkiliş zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd “Palmall” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içərisində 01 ədəd kağız bükümdə şüşə deyilə psixotrop maddə olduğunu, həmin maddəni Cəmildən aldığını bildirmişdir. Polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təyziq göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hazırda Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. xx.xx.2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzində işləyən “Cəmil” adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qəbulu, daşınması, satışı ilə məşğul olması, ara-sıra üzərində narkotik vasitə və psixotrop maddə saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Nəsirov X10 RPİ-nin 10-cu PB-in rəisinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid5 rəhbərliyi altında PB-nin CA üzrə əməliyyat müvəkilləri, Şahid6, Orxan Səmədov və ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı qrup üzvlərinə davranış xətti izah olunmuşdur. Bundan sonra Şahid5 rəhbərliyi altında qrup üzvləri ilə birlikdə 22 yanvar 2022-ci il tarixdə saat 14.50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzində yerləşən “Yaşıl kafe”nin yaxınlığında yerləşən 342 nömrəli mağazanın qarşısında bir nəfər şəxsin zahiri əlamətləri ilə Şahid2 ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Şahid2 olduğunu demişdir. Həmin vaxt Şahid2 yanında üç nəfər şəxs də olmuşdur. Onlar Şahid2 və yanındakı üç nəfər şəxsi polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Şahid2 yanında olan şəxslərin Şahid1, Şahid3 və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bu barədə Polis bölməsinin rəhbərliyinə raport ilə məruzə edilmişdir. Polis bölməsində gətirilmiş şəxslərin hər birinin üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, adları qeyd oluna şəxslər hər biri ayrı-ayrılıqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, dəvət olunmuş müdafiəçilərin iştirakları ilə hər birinin üzərində şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsilə aparılmışdır. Belə ki, əvvəlcə Şahid1 PB-in baş təhqiqatçısı, polis kapitanı Emil Seyidbəyov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra həmin şəxsə müdafiəçi dəvət edilmişdir. PB-də xidməti otaqların birində onların və müdafiəçinin iştirakı ilə PB-in CA üzrə əməliyyat müvəkkili Şahid5 tərəfindən videoçəkiliş vasitəsilə Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı Şahid1 üzərində hər hansı qanunsuz əşya və predmetin olub olmadığını, varsa təqdim edib masanının üzərinə qoymasını təklif etmişdir. Şahid1 əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd “Palmall” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içərisinə baxdıqda qutunun içərisində 01 ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Kağız büküm açılmış, bükümün içərisində şəffaf rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Şahid1 aşkar edilmiş bükümdə olan psixotrop maddəni Binə Ticarət Mərkəzində Cəmil adlı şəxsdən aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırıldı, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs PB-in baş təhqiqatçısı, polis kapitanı Emil Seyidbəyov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra həmin şəxsə müdafiəçi dəvət edilmişdir. PB-də xidməti otaqların birində onların və müdafiəçinin iştirakı ilə PB-in CA üzrə əməliyyat müvəkkili Şahid5 tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub olmadığını, varsa təqdim edib masanının üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Kağız büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə olan narkotik vasitəni “Binə” Ticarət Mərkəzində işləyən Cəmil adlı şəxsdən aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa Şahid2 PB-in baş təhqiqatçısı, polis kapitanı Emil Seyidbəyov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra həmin şəxsə müdafiəçi dəvət edilmişdir. PB-də xidməti otaqların birində onların və müdafiəçinin iştirakı ilə PB-in CA üzrə əməliyyat müvəkkili Şahid5 tərəfindən videoçəkiliş vasitəsilə Şahid2 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı Şahid2 üzərində hər hansı qanunsuz əşya və predmetin olub olmadığını, varsa təqdim edib masanının üzərinə qoymasını təklif etmişdir. Şahid2 əynində olan göy rəngli idman şalvarın ön sağ cibindən 01 ədəd “Magna” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içərisinə baxdıqda qutunun içərisində 01 ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Kağız büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Şahid2 aşkar edilmiş bükümdə olan narkotik vasitəni “Binə” Ticarət Mərkəzində, sıraların birində yerdən tapdığını bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Şahid3 PB-in baş təhqiqatçısı, polis kapitanı Emil Seyidbəyov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra həmin şəxsə müdafiəçi dəvət edilmişdir. PB-də xidməti otaqların birində onların və müdafiəçinin iştirakı ilə PB-in CA üzrə əməliyyat müvəkkili Şahid5 tərəfindən videoçəkiliş vasitəsilə Şahid3 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı Şahid3 üzərində hər hansı qanunsuz əşya və predmetin olub olmadığını, varsa təqdim edib masanın üzərinə qoymasını təklif etmişdir. Şahid3 əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən istifadə etdiyi “Samsung A40” markalı telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin telefonun qara rəngli telefon örtüyünü çıxardıqda içərisindən 01 ədəd siqaret kağızındakı büküm aşkar edilmişdir. Kağız büküm açılmış, bükümün içərisində şəffaf rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Şahid3 aşkar edilmiş bükümdə olan psixotrop maddəni “Binə” Ticarət Mərkəzində Şahid2 aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid2, Təqsirləndirilən şəxs, Şahid3 və Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 10-cu polis bölməsinin digər əməkdaşı Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid2 həbsdə olduğuna görə onun məhkəmə iclasında iştirakını təmin etmək üçün Bakı İstintaq Təcridxanasına məlumat verilməsinə baxmayaraq, şahidin məhkəmə iclasında iştirakı təmin edilməmiş, bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzində yerləşən “Göygöl” adlı kafedə ofisant işləyir. Təxminən 2 aydır ki, kakos deyilən narkotik vasitə qəbul edir. Narkotik vasitəni müxtəlif şəxslərdən əldə edir, lakin yeni başladığı üçün elə də çox istifadə etməmişdir. 21 yanvar 2022-ci il tarixdə günorta saatlarında “Binə” Ticarət Mərkəzində tanışı Mirzə ilə birlikdə getdiyi zaman ayağına siqaret qutusu dəymiş, maraqlı gəldiyi üçün siqaret qutusunu götürüb içərisini açmışdır. Siqaret qutusunun içərisində 02 ədəd kağız büküm olmuşdur. Bükümləri açanda görmüş ki, bükümün birinin içərisində qəhvəyi rəngli kakos deyilən narkotik vasitə var, digər büküm də isə şüşə deyilən psixotrop maddə var. O şüşə istifadə etmədiyi üçün həmin bükümü Mirzəyə vermiş, digərini öz üzərində saxlamışdır. Hər ikisi bir istifadə etmişlər. Sabahı günü xx.xx.2022-ci il tarixdə Mirzə, o “Binə” TM-dən tanıdığı Nicat və Samir adlı şəxslər ilə birlikdə bazarda 1-ci sırada yerləşən boş anbarların birinə yığdığı taxtaları uşaqların köməyi ilə çölə yığırmış ki, avtomobil çağırıb yükləyib “Binə” qəsəbəsinə göndərsin. Samir ilə Nicatın da narkotik vasitə qəbul etmələrini bilirmiş. Həmin vaxt polis əməkdaşları gəlmişlər. Onları 10-cu PBnə aparmışlar. Polis bölməsində o əynində olan göy rəngli idman şalvarının ön sağ cibində olan “Magna” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içərisində kakos deyilən narkotik vasitə olduğunu demişdir. Siqaret qutusunu açmışlar, siqaret qutusunun içərisində olan 01 ədəd kağız büküm aşkar olunmuş, kağız bükümün içərisindən kakos deyilən narkotik vasitə aşkar olunmuşdur. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təyziq göstərməmişlər. Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində Fayton kargo şirkətində texniki şöbə müdiri işləmişdir. Arabir narkotik vasitə qəbul edir. Cəmili Binə TM-də yerləşən “Göygöl” kafesində işləyən çayçı kimi tanıyır, münasibətləri var. Cəmil onlar üçün çay gətirmişdir. Cəmilin narkotik vasitə istifadə elədiyini bilir. Arabir ona da təklif etmişdir. O da narkotik vasitəyə yeni başladığı üçün rahat yolla əldə eləmək qərarına gəlmişdir. Əvvəllər Binə TM-də işlədiyi üçün Cəmildən almaq onun üçün rahat yol olmuşdur. Ona görə də bir neçə dəfə Cəmildən öz şəxsi istifadəsi üçün 10 manata 01 ədəd bükümdə şüşə deyilən psixotrop maddə metamfetamin almışdır. Sonuncu dəfə 22 yanvar 2022-ci il tarixdə günorta saatlarında Binə TM-də olan zaman Cəmili görmüş, Cəmildən 10 manata 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin alıb istifadəsində olan telefonun arxa örtüyünün (kabro) altında gizlətmişdir. Cəmil ilə söhbət zaman onlar Binə TM-i, 1-ci sırada yerləşən 342 saylı mağzanın qarşısında dayanmışlar. Həmin vaxt onaların yanlarında bazarda işləyən Samir və Mirzə adlı şəxslər də dayanmışdır. O Mirzə ilə Samirin də narkotik vasitə istifadə etdiyini bilmişdir. Həmin vaxt mülki geyimdə gələn şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra onları narkotik vasitə və psixotrop maddələrin istifadəsində şübhəli olduqlarını deyib Polis bölməsinə aparmışlar. Polis bölməsində o aparılan vidoeçəkiliş zamanı əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən istifadə etdiyi Samsung A40 markalı telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Telefonun qara rəngli arxa örtüyünü çıxarıb orada içərisində psixotrop maddə olan 01 ədəd kağız bükümü təqdim etmişdir. Həmin kağız bükümdə şüşə deyilən psixotrop maddə olduğunu, həmin metamfetamini Cəmildən aldığını bildirmişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təyziq göstərməmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2022-ci il tarixli 6/442 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,152 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 0,152 qram, tədqiqata sərf edilən miqdar – 0,050 qram, qalıq - 0,102 qram. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 04 fevral 2022-ci il tarixli 526 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,152 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin narkotik vasitə olan heroinin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 0,102 qram kağız bükümün içərisindəki hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Kağız büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə olan narkotik vasitəni “Binə” Ticarət Mərkəzində işləyən Cəmil adlı şəxsdən aldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə X4 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş X7 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 22 yanvar 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 24 yanvar 2022-ci il tarixdə Qaradağ rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,102 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 47 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Hacı İsgəndər küçəsi, döngə 6-da yerləşən, fərdi yaşayış evini hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,102 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-229/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-229/2022
22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver