Məhkəmə qərarları › İş №1(002)-229/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-229/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-229/2024 11.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Binə Xocavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü ildə saat 06 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 68-ci kilometrində idarə etdiyi «X8» yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına əmin olmalı, arxaya hərəkət etdirməzdən əvvəl arxada hərəkəti üçün heç bir maneənin olmamasına əmin olmalı və piyadanın olması şəraitində piyada avtomobilin arxaya hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra avtomobili hərəkət etdirməli, lazım gəldikdə isə sürücü başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda bunu etməyib «X7» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, avtomobili nəqliyyat vasitələrinin yolun Bakı şəhəri istiqaməti üçün nəzərdə tutulan hərəkət hissəsinin sağ çiynində arxaya hərəkət etdirərək yolun sağ ehtiyat hissəsində dayanmış piyada 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin arxa sağ tin hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ bazu sümüyünün orta 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, sağ mil sümüyünün tipik yerinidəyişməyən sınığı, sol mil sümüyünün orta 1/3-nin çəp yerdəyişən sınığı, sol dirsək sümüyünün distal ucunun travmatik çıxığı, sol əlin İ və İİ barmaqlarının əzilmiş yaraları, başın alın nahiyəsinin qançırı, üst çənədə soldan İİİ, sağdan İ dişlərin hissəvi travmatik sınıqları və qarının ön səthinin sıyrığı xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla Cəlilabad rayonu Göytəpə qəsəbəsində yaşayan dostu Hafizlə birlikdə ona məxsus «X8» yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 24 aprel 2024-cü ildə saat 03 radələrində Masallı rayonu ərazisindən Bakı şəhərinə gəlmək üçün yola düşmüşlər. Saat 06 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun sağ zolağı ilə 70 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən özündən qarşıda hərəkətdə olan yük avtomobilinin qarşısından bir nəfər qadının qaçaraq yolu soldan sağa doğru keçdiyini və əli ilə nəyisə işarə etdiyini görmüşdür. Həmin qadının kömək istədiyini zənn edib avtomobili bir qədər qarşıda yolun sağ ehtiyat hissəsinə çıxarıb saxlamışdır. Həmin vaxt yolun Qazax istiqamətinə olan hissəsinin sol kənarında minik avtomobili dayanmış və bir nəfər kişi piyada yolu sağa doğru keçirmiş, həmçinin yük avtomobili də özündən qarşıda saxlamışdır. Avtomobilin qəza işıqlarını qoşmaqla avtomobilin sol yan güzgüsündən baxmaqla avtomobili arxaya doğru təxminən 10 km/saat sürətlə hərəkət etdirməyə başlamışdır. Yolu keçən kişi piyadanın geri qayıtdığını görüb avtomobilin sağ yan güzgüsündən baxdıqda həmin piyada qadının avtomobilin arxa sağ hissəsinə dəydiyini görmüşdür. Avtomobili saxlayıb düşərək piyadaya yaxınlaşdıqda piyadanın hər iki qollarından xəsarət alıb qan axdığını görmüşdür. Az sonra hadisə yerinə TTY avtomobili və DYP əməkdaşları gəlmişlər. Həkimlər xəsarət almış piyada qadına tibbi yardım göstərmiş və onların köməyi ilə avtomobilə yerləşdirib xəstəxanaya aparmışlar. Daha sonra Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 24 aprel 2024-cü ildə saat 06 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində yolun kənarında dayanıb Bakı şəhərinə getmək üçün taksi gözləyərkən Bakı şəhəri istiqamətində hərəkətdə olan «X8» yük markalı avtomobil uzaq görmə işıqlarını yandırıb söndürməklə ona işarə vermişdir. Buna heç bir reaksiya verməyərək, üzü Qazax istiqamətinə dayanmışdır. Anidən ona dəyən avtomobilin zərbəsinin təsirindən yerə yıxılmışdır. Həmin «X8» markalı yük avtomobili arxaya doğru sürərək onu vurmuş və arxa sağ təkəri onun bədəninin yuxarı hissəsindən keçmişdir. Sürücü avtomobili saxlamış, ona yaxınlaşmış, onu yolun kənar hissəsinə keçirmişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, xəsarətlər aldığı üçün polis əməkdaşları zəng edib TTY stansiyasına məlumat vermişlər. Sonra hadisə yerinə TTY avtomobili gəlmiş, həkimlər ilk tibbi yardım göstərdikdən sonra onu Bakı şəhəri KTM-nə aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra qolları və dişlərinin sındığı məlum olmuşdur. Daha sonra məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmiş, onun barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus olan «X8» yük markalı 99BB810 dövlət qeydiyyat nişanlı avtomobillə dostu Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhərinə mebel daşımaqla məşğul olurlar. 24 aprel 2024-cü ildə saat 03 radələrində Bakı şəhərinə yola düşmüşlər. Yorğun olduğu üçün sərnişin qismində avtomobildə oturaq vəziyyətdə yatmışdır. Saat 06 radələrində Ramil onu yuxudan oyatmış, avtomobili geriyə hərəkət etdirdikdə avtomobilin arxa hissəsi ilə piyada qadını vurduğunu demişdir. Avtomobildən düşərək xəsarət almış həmin qadını xəstəxanaya çatdırmaq üçün 103 xidmətinə məlumat vermişlər. Hadisə yerinə həkim briqadası və polis əməkdaşları gəlmişlər. Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Polis əməkdaşlarına məlumat verdikdən sonra hadisə qeydə alınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində özünə məxsus olan «X8» yük markalı 99BB810 dövlət qeydiyyat nişanlı avtomobil əzilməmişdir və ona heç bir maddi ziyan dəyməmişdir. Ona görə də hadisə ilə əlaqədar şikayət, iddia və tələbi yoxdur. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CMnin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 11-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. Cinayət işinin 16-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ QİS/10 Səyyar Asan xidmət tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AF seriyalı 100156 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ilədək sürücülük hüququ vardır. Cinayət işinin 17-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X8 yük” markalı, 99BB810 dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Cinayət işinin 19-cu vərəqəsində olan nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamədən görünür ki, X3 “X8 yük” markalı, 99BB810 dövlət qeydiyyat nişanlı avtomobili Şahid etibar etmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan DİN BDYP-nin xx.xx.2024-ci il tarixli 3-13-16/2- 73040/2024 nömrəli arayışından görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə “xx.xx.2025-ci il tarixədək müddətə etibarlı olan” AF 100156 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 27-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 31-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 275 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər– sağ bazu sümüyünün orta 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, sağ mil sümüyünün tipik yerinidəyişməyən sınığı, sol mil sümüyünün orta 1/3-nin çəp yerdəyişən sınığı, sol dirsək sümüyünün distal ucunun travmatik çıxığı, sol əlin İ və İİ barmaqlarının əzilmiş yaraları, başın alın nahiyəsinin qançırı, üst çənədə soldan İİİ, sağdan İ dişlərin hissəvi travmatik sınıqları və qarının ön səthinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X6 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni piyada qismində olarkən hərəkətdə olan yük avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 38-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 50-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il il tarixli 8/1275 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «X8» markalı 99BB810 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X7» Azaybaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur Cinayət işinin 49-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil etmişdir. Cinayət işinin 54-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «X8» yük markalı 99BB810 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Şahid qaytarılmışdır. Cinayət işinin 65-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 76-77-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 11:40) Cinayət işinin 87-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbi olmadığını bildirərək onun barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, məhkəmə hesab edir ki, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxsiin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi «X8» yük markalı 99BB810 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Şahid qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi «X8» yük markalı 99BB810 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Şahid qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar