Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-229/2025 15.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X10 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 05 avqust 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində üç azyaşlı uşağı və İ dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan), işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,342 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 26 may 2025-ci il tarixdə saat 13:47-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 57 saylı yataqxananın arxasında saxlanılaraq videoçəkiliş vasitəsi ilə üstünün yoxlaması zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,342 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə-metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, törətdiyi əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində üç azyaşlı övladının və İ dərəcə əlilliyi olan qardaşının olmasını bildirərək, məhkəmədən barəsində qüvvədə olan Amnistiya Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, beş-altı aya yaxındır ki, narkomanlar arasında “Şüşə və Patı” kimi tanınan və əslində adı metamfetamin olan psixotrop maddə metamfetamin, bəzən isə narkotik vasitə qəbul etməyə başlamışdır. Qəbul etdiyi narkotik vasitə və psixotrop maddələri müxtəlif vaxtlarda və müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 26 may 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbə sakini “Zülü” kimi üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxslə Sahil qəsəbəsi ərazisində qarşılaşmış, Zülü adlı şəxs ona psixotrop maddə olan metamfetamin satdığını, ondan psixotrop maddə olan metamfetamin almağını təklif etmişdir. O da metamfetamin qəbul etdiyi üçün Zülü adlı şəxsin bu təklifi ilə razılaşmış, ondan 10 manat müqabilində şəxsi istifadəsi üçün bir ədəd kağız bükümdə şüşə, yəni psixotrop maddə hesab edilən metamfetamin alıb əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibimə qoyaraq münasib yerdə və şəraitdə həmin metamfetamində istifadə etməyi düşünmüşdür. 26 may 2025-ci il tarixdə saat 13:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 57 saylı yataqxananın arxasın ilə piyada hərəkətdə olan zaman mülki geyimdə olan bir neçə nəfər şəxs mənə yaxınlaşıb xidməti vəsiqələri göstərib Qaradağ Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşlarından biri mobil telefon vasitəsi ilə video çəkilişi aparırmış. Polis əməkdaşları ondan özünü təqdim etməsini tələb etmiş, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üstünü yoxlayacaqlarını deyərək üzərindəki əşyalarını təqdim etməyimi təklif etmişdirlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd ağ kağız bükümü çıxarıb polis əməkdaşına təqdim etmiş, polis əməkdaşı bükümdəkinin nə olduğunu soruşduqda o, bükümdəkinin narkotik maddə olan patı olduğunu, həmin patını Sahil qəsəbəsində Zülü adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Ondan götürülmüş büküm açıldıqda içərisində kristal formada ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş, büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, bükümün 0,69 qram olması müəyyən edilmiş, bundan sonra büküm zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə imzalar etdikdən sonra zərf polis əməkaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları üstünü yoxlayarən üzərindən özünə məxsus ***-***-**-** nömrəsi ilə işlək halda olan Samsung markalı mobil telefonu və Sobirani siqareti aşkar edilmiş, siqareti özünə qaytarılmış mobil telefanu isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra video çəkiliş başa çatdırılmış polis əməkdaşları onu Qaradağ RPİ-nə gətirmişdirlər. Polis idarəsində üstünün yoxlanılması barədə protokol tərtib olunmuş, həmin protokola imzalar etdikdən sonra onu Qaradağ RPİnin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rüstəm Seyidova təqdim etmişlər. Baş təhqiqatçı R.Seyidov tərəfindən şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına ona müdafiəçi təyin olunmuşdur. Onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakıyla video çəkiliş aparılmaqla üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Həmin vaxt polis əməkdaşı tərəfindən baş təhqiqatçıya üsütünün yoxlanılması zamanı üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə oxşar kütlənin qablaşdırıldığı bir ədəd zərf təqdim edildi, zərf açıldıqdan içərisində bir ədəd ağ kazğı kəsiyinə bükülümş üzərinə yapışqanlı lent çəkilmiş büküm aşkar olunmuşdur. Büküm açıldıqda içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı bükümdəkinin psixotrop maddə olan metamfetamin olmasını, metamfetaminin özünə məxsus olduğunun, öz istifadəsi üçün Zülü adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş, bükümün 0,58 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş, psixotrop maddə metamfetaminə oxşar kütlə bir ədəd zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərinə imzalar etdikdən sonra baş təhqiqatçı tərəfindən götürülmüş, polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən açar və dırnaq tutan aşkar edilmişdir, Bundan sonra video çəkiliş başa çatdırılmış, bu barədə protokol tərtib olunmuş, həmin protokola imzalar etmişdirlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Qaradağ PRİ-nin X4 əməliyyat müvəkkili, polis mayoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamışdır, onunla qohumluq və düşmənçilik münasibəti yoxdur. xx.xx.2025-ci il tarixdə saat 13:47-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 57 saylı yataqxananın arxasında piyada hərəkət edərkən əvələcədən əməliyyat məlumatında bildirilmiş zahir görkəmcə “Samir” adlı şəxsə oxşar bir nəfər şəxsin küçədə dayandığını görmüşlər. Həmin vaxt polis baş leytenantı Şahid3 tərəfindən mobil telefonla video çəkiliş aparılmalqa həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bundan sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, ona görə də onun üstünü yoxlayacaqlarını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsini təklif etmişdirlər. Sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının yan cibindən bir ədəd ağ kağız bükümü çıxarıb təqdim edərək həmin bükümdəkinin narkotik maddə olan «Patı» olduğunu, özünə məxsus olan həmin Patını «Zülü» adlı şəxsdən 10 manat öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağız büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən və polis bölməsinə təmin edilərkən hər-hansı müqavimət göstərməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan “Samir” adlı şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, hal-hazırda da üzərlərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra o, Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq əməliyat tədbirləri həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixdə saat 13:47-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 57 saylı yataqxananın arxasında piyada hərəkət edərkən əvələcədən əməliyyat məlumatında bildirilmiş zahir görkəmcə “Samir” adlı şəxsə oxşar bir nəfər şəxsin küçədə dayandığını görmüşlər. Həmin vaxt polis baş leytenantı Şahid3 tərəfindən mobil telefonla video çəkiliş aparılmaqla həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bundan sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, ona görə də onun üstünü yoxlayacağımızı bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsini təklif etmişdirlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd ağ kağız bükümü çıxarıb təqdim edərək həmin bükümdəkinin narkotik maddə olan «Patı» olduğunu, özünə məxsus olan həmin Patını «Zülü» adlı şəxsdən 10 manat öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağız büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmiş, büküm elektron tərəzidə çəkilmiş, bükümün 0,69 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan kağız büküm zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə imza edildikdən sonra tərəflərindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, onun üzərindən bir ədəd ***-***-**-** mobil telefon nömrəsi ilə işlək halda olan Samsung markalı mobil telefon, bir qutu Sobirani siqareti aşkar edilmiş, mobil telefon götürülmüş, siqaret isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra video çəkiliş başa çatdırılmış Təqsirləndirilən şəxs tərəflərindən Qaradağ RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs toplanmış materialla birlikdə Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rüstəm Seyidova təqdim edilmiş, baş təhqiqatçı R.Seyidov tərəfindən Təqsirləndirilən şəxs şübəli şəxs qisimdə tutulmuş, müdafiəçi dəvət olunmuş, bundan sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi və onların iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş əşyalara baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zamanı üzərindən aşkar edilmiş, psixotrop maddə metamfetaminə oxşar kütləni qablaşdırdıqları bir ədəd zərf baş təhqiqatçıya təqdim edilmişdir. Baş təhqiqatçı tərəfindən həmin zərf açıldıqda zərfin içərisindən bir ədəd ağ kağız büküm, həmin bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar külət aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, bükümün 0,58 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümədəkinin narkotik vasitə “Patı, Şüşə” olduğunu həmin patının özünə məxsus olmasını, öz istifadəsi üçün xx.xx.2025-ci il tarixdə Sahil qəsəbəsində Zülü adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan bir ədəd kağız büküm zərfə qablaşdırlıb möhürlənmiş, zərfin üzərinə imzalar edildikdən sonra zərf baş təhqiqatçısı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra videoçəkiliş başa çatdırılmış, bu barədə protokol tərtib olunmuş, həmin protokola imzalar etmişdirlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Qaradağ PRİ-nin 38-ci PB-nin əməliyyat müvəkkli, polis kapitanı Şahid2 oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamışdır, onunla qohumluq və düşmənçilik münasibəti yoxdur. xx.xx.2025-ci il tarixdə saat 13:47-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 57 saylı yataqxananın arxasında piyada hərəkət edərkən əvələcədən əməliyyat məlumatında bildirilmiş zahir görkəmcə “Samir” adlı şəxsə oxşar bir nəfər şəxsin küçədə dayandığını görmüşlər. Həmin vaxt polis baş leytenantı Şahid3 tərəfindən mobil telefonla video çəkliş aparılmalqa həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bundan sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, ona görə də onun üstünü yoxlayacaqlarını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsini təklif etmişdirlər. Sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının yan cibindən bir ədəd ağ kağız bükümü çıxarıb təqdim edərək həmin bükümdəkinin narkotik maddə olan «Patı» olduğunu, özünə məxsus olan həmin Patını «Zülü» adlı şəxsdən 10 manat öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağız büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən və polis bölməsinə təmin edilərkən hərhansı müqavimət göstərməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahid Qaradağ PRİ-nin 38-ci PB-nin əməliyyat müvəkkli, polis kapitanı Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan “Samir” adlı şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması, hal-hazırda da üzərlərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra o, Qaradağ RPİ-nin X4 əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq əməliyat tədbirləri həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixdə saat 13:47-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 57 saylı yataqxananın arxasında piyada hərəkət edərkən əvələcədən əməliyyat məlumatında bildirilmiş zahir görkəmcə “Samir” adlı şəxsə oxşar bir nəfər şəxsin küçədə dayandığını görmüşdürlər, Həmin vaxt polis baş leytenantı Şahid3 tərəfindən mobil telefonla video çəkiliş aparılmalqa həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Qaradağ RPİ-nin əməkdalşarı olduqlarını bildirdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bundan sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdi. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, ona görə də üstünü yoxlayacaqlarını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsini təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd ağ kağız bükümü çıxarıb təqdim edərək həmin bükümdəkinin narkotik maddə olan «Patı» olduğunu, özünə məxsus olan həmin Patını «Zülü» adlı şəxsdən 10 manat öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağız büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oşxar kütlə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, bükümün 0,69 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan kağız büküm zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə imza edildikdən sonra tərəflərində götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, onun üzərindən bir ədəd ***-***-**-** mobil telefon nömrəsi ilə işlək halda olan Samsung markalı mobil telefon, bir qutu Sobirani siqareti aşkar edilmiş, mobil telefon tərəflərindən götürülmüş, siqaret isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra video çəkiliş başa çatdırılmış, Təqsirləndirilən şəxs tərəflərindən Qaradağ RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs toplanmış materialla birlikdə Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rüstəm Seyidova təqdim edilmiş, baş təhqiqatçı R.Seyidov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaya baxış və götürmənin aparılması istintaq hərəkəti keçirilmişdir. Rəhbərlik tərəfindən başqa tədbirə cəlb olunduğu üçün baxış və götürmənin aparılması istintaq hərəkətində iştirak edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Qaradağ PRİ-nin 38-ci PB-nin əməliyyat müvəkkli, polis baş leytenantı Şahid3 öz izahatında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, Şahid1 və Şahid2 ifadəsindəki xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış və götürmənin aparılması” protokoluna əlavə edilmiş 01 ədəd DVD formatındakı diskə baxış keçirilən zaman görünür ki, həmin görüntü xx.xx.2025-ci il tarixdə saat 13:47-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 57 saylı yataqxananın arxasında qeydə alınıb, əməliyyataxtarış tədbirilənini keçirilməsi, şübhəli şəxs üstünün yoxlanılması Qaradağ RPİ-nin X4 əməliyyat müvəkkili, polis mayoru Şahid1, Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən həyata keçirilmişdir. Polis əməkdaşları videoçəkliş aparmaqla qarşıda dayanmış şəxslərə yaxınlaşır, özlərini təqdim etdikdən sonra həmin şəxslərdən özlərini təqdim etməsini tələb edir, həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirildikdən sonra Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd ağ kağız bükümü çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəkinin narkotik vasitə “Patı” olduğunun, həmin patını öz istifadəsi üçün Zülü adlı şəxsdən 10 manata aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ kağız büküm açıldıqda bükümn içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar külət aşkar edilir. Həmin büküm elektron tərəzidə çəkilir, büküm 0,69 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində psixotrop maddə metamfetaminə oxşar külət olan 01 ədəd büküm zərfə qoyularaq möhürlənir, zərfin üzərinə Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imza edilir, sonra zərf polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən üzərindən “Sobirani” siqareti və bir ədəd ***-***-**-** mobil telefon nömrəsi ilə işlək halda olan Samsung markalı mobil telefon aşkar edilir, siqaret Təqsirləndirilən şəxs qaytarılır, mobil telefon isə polis əməkdaşları tərəfindən götürülür. Bununlada videoçəkiliş başa çatdırılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə “Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilməsi və götürülməsi” protokoluna əlavə edilmiş 01 ədəd DVD formatındakı diskə baxış keçirilən zaman görünür ki, həmin görüntü xx.xx.2025-ci il tarixdə saat 17:07-də Qaradağ RPİ-nin inzibati binasında qeydə alınıb, təqdim olunan əşyaya baxış və götürmənin aparılması Qaradağ RPİ-nin X4 əməliyyat müvəkkili, polis mayoru Şahid1, KTQ-nin baş inspektoru krimnalisti polis mayoru X8, şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rüstəm Seyidov tərəfindən həyata keçirilmişdir. Çəkliş zamanı baş təhqiqatçı R.Seyidov məlumat verərək xx.xx.2025-ci il tarixdə Qaradağ RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələnin qanunsuz dövriyyəsində şübhəli oldğu üçün Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 57 saylı yataqxananın arxasında saxlanıldığını, saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə aşkar edilərək götürüldüyünü təqdim edilmiş bir ədəd zərfin içərisinə baxış keçiriləcəyini bildirdikdən sonra zərfi açır, zərfin içərisindən 01 ədəd ağ kağız büküm aşkar edilir. 01 ədəd ağ kağız büküm açıldı, bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilir. Həmin büküm elektron tərəzidə çəkildi, bükümün 0,58 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan bir ədəd ağ kağız büküm zərfə qablaşdırılır, zərfin üzəri möhürlənir, zərfin üzərinə imzalar edilir və baş təhiqatçı tərəfindən götürülür, Bundan sonra isə video çəkliş başa çatdırılır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1985 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 46” möhür əksi,“ “...Təqsirləndirilən şəxs üzərindən..,” və s. yazılar, soyadlar, imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,342 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,342 qr, tədqiqata sərf edildi – 0,05 qr, qalıq – 0,292 qr. Ekspertiza tədqiqatının dəyəri 110 manat. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 xx.xx.2025-ci il tarixli 5091 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimuyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xətəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,342 qram psixotrop maddə metamfetamin, xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd DVD-R markalı disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,292 qram psixotrop maddə metamfetamin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 01 ədəd DVD-R disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı var. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının sərəncamından görünür ki, Təqsirləndirilən şəxs himayəsində İ dərəcədən əlliliyi olan qardaşı X9 vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli verilmiş ittiham daxilində tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə iclasında müdafiəçi, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi CPM-in 39.1.12-ci maddəsinə əsasən «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1.16-cı bəndin tələbindən aydın olur ki, öhdəsində (himayəsində yetkinlik yaşına çatmayan övladı olan şəxslər bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla cəzadan azad edilirlər. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq təmiz çəkisi 0,292 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürməni və şəxsin üstünün yoxlanılmasını özündə əks etdirən 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 385 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə baxışı zamanı 275 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,292 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 385 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 275 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-229/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-229/2025
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver