Məhkəmə qərarları › İş №1(002)-23/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-23/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-23/2023 04.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı Şəhəri, Qaradağ Rayonu, Lökbatan qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2022-cı il tarixdə saat 14:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evdən çıxıb Sabirabad rayonunda yaşayan qayınatasının evinə gedərkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Xəyal” kafesinin arxasında Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin nəzarətsiz saxlanıldığını görüb, avtomobilin qapılarının açıq, açarlarının üzərində olmasından istifadə edib, avtomobilin salonuna əyləşərək mühərriki işə salıb, idarə edərək oradan uzaqlaşmaqla talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmiş, xx.xx.2022-ci il tarixdə saat 10:20 radələrində Hacıqabul-Horadiz yolunun 94-cü km-liyində İmişli rayonu Qaradonlu kəndi ərazisindən keçən hissədə Baş Dövlət Yol Polis İdarəsinin yol patrul xidməti alayının 12-ci tağımının əməkdaşı tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 14.00 radələrində o, spirtli içki qəbul etmiş, həmin tarixdə saat təxminən saat 15.00 radələrində yaşadığı evin həyətinə düşmüş və Sabirabad rayonuna getmək qərarına gəlmişdir. Lakin avtomobili olmadığına görə yaşadığı evin həyətində “VAZ 2106” markalı hal-hazırda dövlət nömrə nişanını unutduğu avtomobili görüb onunla getmək qərarına gəlmişdir. Həmin avtomobilə yaxınlaşmış və avtomobilin qapılarının açıq olduğunu və açarlarının üstündə olduğunu görmüş, buna görə də avtomobilə əyləşib avtomobili işə salaraq Lökbatan qəsəbəsindən çıxıb Sabirabad rayonuna getmişdir. Saat təxminən 18.00 radələrində Sabirabad rayonu Quruzma kəndinə çatanda qayınatası Tofiq Heybətovun yaşadığı evə getmiş və maşını evin qarşısında saxlamışdır. Çox içkili olduğundan avtomobildən düşməmiş və avtomobildə yatmışdır. Biraz keçdikdən sonra ayılmış və orada vaxt keçirtmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 08.00 radələrində həmin avtomobili işə salıb Fizuli rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Həmin tarixdə saat təxminən 11.00 radələrində İmişli rayonu ərazisində DYP-nin əməkdaşları ona avtomobili saxla işarəsi vermiş və o da avtomobili saxlamışdır. Həmin polis əməkdaşları onun idarə etdiyi maşının oğurluq olduğunu bilmiş, o da onlara etiraf edərək həmin avtomobili xx.xx.2022-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən oğurladığını bildirmişdir. Polis əməkdaşları onu İmişli rayon polis şöbəsinə dəvət etmiş və o da onlarla getmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun “VAZ 2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobil həyat yoldaşı X3 adınadır, lakin o etibarnamə əsasında həmin avtomobili idarə edir. xx.xx.2022ci il tarixdə saat 14.00 radələrində həyətə düşəndə evin qarşısında saxladığı VAZ 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin orada olmadığını görmüşdür. Bu zaman yadına düşmüşdür ki, həmin avtomobilin qapıları açıq, açarları üstündə olmuşdur. O, avtomobilin yerində olmadığını görüb 102 zəng xidmətinə müraciət edərək məlumat vermiş, xx.xx.2022-ci il tarixdə ona İmişli RPŞ-dən zəng gələrək avtomobilin burada dayanacaqda olduğunu demişlər. Həmin gün o 10-cu PB-yə yaxınlaşmış və orada olan polis əməkdaşları ilə birlikdə İmişliyə gedib avtomobili gətirmişlər. xx.xx.2022-ci il tarixdə 10-cu PB-də olarkən avtomobili saz vəziyyətdə qəbul etmiş və bununla bağlı müvafiq sənəd tərib olunmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, “VAZ 2106” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022 il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarışa verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddənin tələbindən aydın olur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 2106” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 2106” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Qərardan elan olunduğu 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar