Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-23/2024 19.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi (vəkili) Müdafiəçi2 Mürov oğlunun, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə 06 avqust 2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, hərbi şəhərcikdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs uşaq pornoqrafiyasını yaymışdır. Belə ki, o, 11 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində tanışı X3 15 may 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 ünvanında yerləşən sahibsiz köhnə tikiliyə apararaq seksual xarakterli zorakı hərəkətlər etməsini müşahidə edərək üzərində olan "Samsung A10” markalı mobil telefon cihazı vasitəsilə həmin hadisənin video çəkilişini aparmış, 16 sentyabr 2022-ci il tarixdə isə mobil telefonunda olan, yetkinlik yaşına çatmayan şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını əks etdirən material hesab olunan həmin görüntüləri başqasına yəni tanışı Şahid3 göndərməklə uşaq parnoqrafiyasını yaymışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 171-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər Teyyubu tanımamışdır. Avqust ayının 1-2 olardı onlar hadisə olan yerdə dayanmışlar. Həmin vaxt qarşılarından sarı paltarlı bir qız keçmişdir. On dəqiqə sonra Teyyub da həmin yolnan keçmişdir. Amin onlara bildirmişdir ki, Teyyub o qızın arxasıyca gəlib. Amin Teyyubu dayandırmış sonra onun telefonunu alıb qızla yazışamasını tapmışdır. Daha sonra Teyyubla Amin qabaqda getmişdir. Onlar ikisi də yarımtikiliyə girmişlər. Bir müddət sonra Aminnən Teyyubu axtarmaq üçün yarımtikiliyə tərəf getmişdir. Amin ona videonu çəkməsini daha sonra ona göndərməsini bildirmişdir. O da ona görə videonu çəkmişdir. Orada Aminlə qabaqcadan aralarında razılıq olmamışdır. Elə belə videoya çəkmişdir. Orada Teyyuba siqaret gətirmək ya da qızı gətirmək barədə də hər hansı bir şərt qoymamışdır. Daha sonra o öz ifadəsində törətdiyi əməldən peşman olduğunu və ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 171-1.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla bağlı özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Qanuni nümayəndə Ağagül oğlunun iş yerini dəyişməsi ilə əlaqədar Qobustan qəsəbəsinə ailəliklə köçmüş və həmin vaxtdan X5 tanımış, Amin Nəftəliyev ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən parkda tanış olmuş, sonradan Amin Nəftəliyev ilə o, dost münasibətində olmuş, Zərərçəkmiş şəxs1 ilə yaxından heç tanışlıq və dostluq əlaqəsi olmamışdır. Nicat vǝ Cavid adlı şəxslər isə qardaşdılar. Təxminən iki ay olar ki, Cavid və Nicatı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindən tanımış, Cavid və Nicat adlı qardaşlar onun dostu Amin Nəftəliyevin dostudur. Amil Nəftəliyev, Cavid və Nicat adlı qardaşlarla onun münasibəti həmişə yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi massiv 1 ünvanında dostları Amin Nəftəliyev, Cavid və Salehlə birlikdə olan vaxt Aminin qonşusu adını bilmədiyi qız yanından keçərək köhnə ev deyilən tərəfə getmiş, qızın arxası ilə isə Teyyub gəlmiş, həmin qız hasardan düşərək köhnə evə tərəf getmiş, Teyyub da, ordan keçərək qızın arxası ilə getmiş, Amin bildirmişdir ki, "mən onların arxası ilə gedirəm sən də gəl". O, da orada bir az yubanmış və Aminin göstərdiyi həyətə hasardan aşaraq daxil olduqda Aminin yanında Teyyubu görmüşdür. Amin ona bildirmişdir ki, Teyyub qızın saçlarından tutub şalvarını aşağı çəkib cinsiyyət orqanını qızın ağzına salmışdır. Teyyub onların yanında dayamışdır. Teyyub Aminə təklif etmişdir ki, onu döyməsin, o, qıza etdiyi hərəkətləri Amin də ona etsin. O, da qızın hansı istiqamətdə getdiyini öyrənmək üçün hasara yaxınlaşdıqda hasarın üzərindən Caviddin qızın arxası istiqamətində getdiyini görmüşdür. Bu zaman kənarda dayanmış Saleh hasara tərəf gəlmiş və ondan Aminlǝ Teyyubu soruşmuşdur. O, da Aminlə Teyyubun həyətdə olduqlarını Salehǝ bildirmişdir. Saleh hasardan aşaraq onun yanına gəlmiş və onlar birlikdə Aminlə Teyyubun yanına gedən zaman Aminlə Teyyubun olduğu yerdə olmadığını gördükdə Salehlə həyəti axtarmağa başlamışlar. Onlar gəlib həyətin yuxarı hissəsində darvazaya tərəf olan yarımtikiliyə baxdıqda Aminlə Teyyubu orada görmüşlər. Həmin zaman Saleh ondan aralıda çəpərin yanında kənarda dayanmışdır. Teyyub Aminǝ bildirirmiş ki, "məni vurma qıza nə etmişəm onu edəcəm". Həmin vaxtı o, Salehlə birlikdə sökülmüş pəncərədən içəri baxaraq X15 Teyyibova qarşı hansı hərəkətləri edəcəyini müşahidə etməyə başlamışlar. Aminlə Teyyub içəri daxil olduqları zaman Saleh özündə olan mobil telefon vasitəsi ilə çəkiliş etmək istəyəndə Teyyub Salehin əlindən mobil telefonu almış və Salehin aparmış olduğu çəkilişi silmiş və telefonu yenidən Salehǝ qaytarmışdır. Bundan sonra o, mobil telefonunu çıxardaraq Aminlə Teyyubu videoya çəkməyə başlamışdır. Amin Teyyubun boynundan tutaraq başını aşağı əyməyə başlamışdır. Teyyub Aminə müqavimət göstərirmiş. Həmin vaxtı Amin əynində olan cins şalvarının qabağını açaraq şalvarını aşağı çəkmişdir. Daha sonra Amin Teyyuba cinsiyyət orqanını ağzına almasını bildirmişdir. Teyyub Aminə müqavimət göstərdikdə Amin zorla Teyyubun başından tutaraq cinsiyyət orqanını Teyyubun ağzına salmışdır. Teyyub bir neçə dəfə Aminin cinsiyyət orqanını ağzında aparıb gətirdikdən sonra Teyyub Aminin cinsiyyət orqanını dişləmişdir. Amin isə Teyyuba cinsiyyət orqanını dişləməməsini bildirmişdir. Amin təkrarən cinsiyyət orqanını Teyyubun ağzına salmışdır. Teyyub bir neçə dəfə Aminin cinsiyyət orqanını ağzında irəli geri aparıb gətirdikdən sonra onun videçəkiliş etdiyini görüb cinsiyyət orqanını ağzından çıxartmış və şalvarını yuxarı çəkərək Teyyuba çıxıb getməsini demişdir. O, Amin Nəftəliyev zorla Zərərçəkmiş şəxs1 qarşı etdiyi iyrənc hərəkətləri sökülmüş evin pəncərəsindən bayır tərəfdən özündə olan mobil telefon vasitəsi ilə çəkmişdir. Amin Nəftəliyev iyrənc hərəkətini Zərərçəkmiş şəxs1 qarşı edən zaman mobil telefon vasitəsi ilə videoya çəkdiyini Amin, Teyyub və onun yanında olan Saleh görürmüşdür. Daha sonra Amin və Teyyub həmin evdən çölə çıxmışlar. O, orada həmin videonu Aminə, Salehǝ və sonradan ora gələn Cavidə göstərmişdir. Amin ona bildirmişdir ki, "videonu sil". O, da videonu silsə də, videogörüntünü mobil telefonun yaddaşında saxlamışdır. Bundan sonra Teyyub həmin evin hasarından aşmış və onlar Teyyubla birlikdə küçəyə çıxmışlar. X21 bildirmişdir ki, “bu nə hərəkəti qıza qarşı etmisən”. Teyyub heç nə deməyərək başını aşağı salmışdır. Cavid isə onlara bildirmişdir ki, bu qızın sifətinə cinsiyyət orqanını sürtüb, ağzına cinsiyyət orqanını vermişdir. Cavid Teyyuba bu sözləri dedikdən sonra başından şillə ilə, arxa yan hissəsindən isə təpiklə vurmuşdur. X21 bildirmişdir ki, "bəs sənin ailən dindardır, özün də namaz qılırsan məsciddəndə çıxıb pivə içirsən". O, da Cavidin bu sözlərindən sonra Teyyubun yumruqla sifətindən zərbə ilə vurmuşdur. Onlar oradan hamısı birlikdə çıxaraq dəmiryolu relslərinin yanına galmişlər. X19 xəbərsiz mobil telefonunda "Votsapp" sosial şəbəkəsinin səs göndərmə funksiyasını açaraq Cavid Teyyubdan "nǝ etmisən" deyə soruşmuşdur. Teyyub bildirmişdir ki, "qızla birinci öpüşmüşəm, cinsiyyət orqanımı qızın ağzına vermişəm". Teyyubun bu səs yazısını Cavid onun mobil telefonuna göndərmişdir. Bu hadisədən təxminən 4-5 gün sonra o, Aminlə birlikdə Qobustan qəsəbəsində yerləşən parkda olan zaman Tacəddin adlı Aminin dostu onlara yaxınlaşmış və Teyyubu çəkdiyi həmin videogörüntünü ona göndərməsini demişdir. O, da Aminə bildirmişdir ki, "Tacəddin videonu yaya bilər". Amin demişdir ki, "narahat olma mənlikdir". O, da istifadəsində olan "Samsung A10" markalı üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefonun "bluetooth" vasitəsi ilə Tacəddinin istifadəsində olan xatırlamadığı mobil telefonuna köçürtmüşdür. O, sonradan yarana biləcək hüquqi problemlərə görə həmin videonu 1 ədəd diskǝ köçürtdükdən sonra mobil telefondan silmişdir. Diski isə özündə saxlamışdır. Bir müddətdən sonra onun mobil telefonu dənizdə çimmək üçün getdiyi zaman cibindən dənizə düşərək itmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 ifadəsində göstərmişdir ki, Pünhanla dosd olmuşdur. Teyyubu isə tanımır. Hadisə tam olaraq yadında deyil. O, Pünhan, Cavid və Saleh dəmiryolunun qırağında dayanmışlar. Sonra onlar getmişlər. O polisdə ifadəsini yazan zaman təzyiq altında olmuşdur. Pünhanla bağlı ifadəsində olan hissə düzgün deyil. Müstəntiq başının üstündə durub məcbur edib yazdırmışdır. Pünhan videonu parkda özü atmayıb. Parkda onlar məşq edəndə Tacəddin özü gizli olaraq Pünhanın telefonundan videonu özü götürüb atıb öz telefonuna. Videonu Pünhan yaymayıb ifadəsində qalan hissələr düzdür. O verilən suallara cavab olaraq bildirmişdir ki, qız oradan çıxandan sonra Teyyuba o hərəkəti etmişdir. Teyyub yarımtikilidən çıxandan sonra oradan getmişdir. Teyyub özü demişdir ki, mən qıza nə etmişəm səndə onu mənə et. Anaxanım onun qonşusu olmuşdur. Qız qışqırırmış və Teyyub qızı ora məcbur aparmışdı. Onlar Teyyubu tutanda qız ağladı və “dədəm biləcək” dedi sonra oradan qaçıb getdi. Qızın 14 yaşı var idi. O Teyyubu tutub yarımtikiliyə aparmışdır. Videonun çəkilməsindən sonradan xəbəri olmuşdur. Videonu Saleh və Punhan çəkmişdir. Teyyub sonra bunu görüb Salehin əlindən telefonu alıb videonu sildi. Bundan sonra onlar oradan getmişlər. Pünhanın video çəkməsini o və Teyyub görməmiş, sonradan elə bir video çəkildiyindən xəbərdar olmuşdur. O videoyaya baxmamış. Qobustanda parkda belə bir videonun olduğunu bilmişdir. Parkda onlardan başqa digər adamlarda olmuşdur. Cavid Tacəddinə belə bir videonun olduğunu dediyi üçün Tacəddinin videodan xəbəri olmuşdur. Pünhanın telefonu oturacaqda olmuş onlarda oturacağın yanında məşq edirmişlər. O görməsədə ancaq Tacəddinin Pünhanın telefonunu götürüb videonu öz telefonun göndərdiyini bilmişdir. X11 istəyib Pünhanda videonu atıb. Əvvəlcədən belə bir video çəkilişin aparılması ilə bağlı aralarında hər hansı bir razılıq olmayıb. Teyyub özü təklif etdiki qıza etdiklərimi mənə et. Hadisə təsadüfən olub. Hadisənin nə zaman baş verməsini dəqiq bilmir. Onları hadisədən bir ay qabaq 11-ci polis bölməsinə çağırmışlar. Sentyabr ayının 11-i Qaradağda polis idarəsində olmağını xatırlamır. Bu işlə bağlı onları Qaradağa polis idarəsinə çağıranda orada zərərçəkmiş şəxslə barışmışlar. O 11-ci polis bölməsinə gedəndə videonun yayılmasını bilmirdi. O Qaradağ polis idarəsinə gələndə həmin video yayılmamışdı. O tutulandan sonra belə bir videonun yayıldığını bilmişdir. O öz ifadəsində əlavə olaraq Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin X10 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs X10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Teymurov Teyyubu yaşadığı Qobustan qəsəbəsindən tanıyır və onunla onun bir yaş fərqi olsa da münasibətləri normal olmuşdur. Onun Pünhan adlı məhəllə uşağı ilə də münasibətləri normal olmuşdur. xx.xx.2022-ci i tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 ünvanında dostları Təqsirləndirilən şəxs, Cavid vǝ Saleh birlikdə olan vaxt onun qonşusu X6 yanından keçərək köhnə ev deyilən tərəfə getmiş, onun arxası ilə Teyyub gəlmiş, Anaxanım hasardan düşərək köhnə evə tərəf getmiş, Teyyub da, ordan keçərək qızın arxası ilə getmiş, Pünhana onların arxası ilə gedir, sən də gəl sözünü demişdir, Pünhanla hasara yaxınlaşan zaman oradan səs gəldiyini eşitmiş, Pünhanla həyətə daxil olan zaman Anaxanımın kömək edin sözlərini eşitmiş, Pünhanla evin həyətinə tərəf yaxınlaşan zaman orada Teyyubun qızın saçlarından tutub şalvarını aşağı çəkib cinsiyyət orqanını qızın ağzına saldığını görmüş, Teyyub onunla Pünhanı görən zaman tez şalvarını yuxarı çəkmiş, Teyyub onların yanında dayanmış, qız isə gəldiyi hasardan tullanaraq qaçıb çıxıb getmiş, Teyyub ona təklif etmişdir ki, onu döyməsin, onun qıza etdiyi hərəkətləri ona edilməsini demiş, Pünhanda qızın hansı istiqamətdə getdiyini öyrənmək üçün hasara tərəf getmiş, Teyyubun Anaxanıma etdiklərini gördüyündən Teyyubun ağzına cinsiyyət orqanını vermək üçün həmin həyətdə olan yarımtikiliyə aparmış, orada Teyyub ona onu vurmamasını, qıza nə etdiyini deyəcəyini bildirmiş, bu zaman Teyyub Salehin yarım tikilinin balaca pəncərəsindən mobil telefon vasitəsi ilə çəkiliş aparmasını görmüş və Salehin əlindən mobil telefonunu alaraq etdiyi çəkilişin videogörüntüsünü silmiş, həmin zaman bilmişdir ki, Salehlə Pünhan onları görmüş və tikilinin pəncərəsindən baxırmış, həmin yarım tikilidə əynində olan cins şalvarının qabağını açaraq şalvarını aşağı çəkmiş və Teyyuba cinsiyyət orqanını ağzına almasını bildirmiş, Teyyubun ağzına cinsiyyət orqanını verən zaman o, onun cinsiyyət orqanını ağzına almaqdan imtina etmiş və onun boynunu tutaraq qolunun arasına alaraq sıxıb cinsiyyət orqanını ağzına almasını bildirmiş, Teyyub ona söz deyəcəyini demiş, onun boynunu buraxmış, Teyyub onun qarşısında dizlərini yerə qoyaraq heç kimə bu barədə deməməyini istəmiş, o, da söyüş söyərək cinsiyyət orqanını ağzına almasını heç kimə deməyəcəyimi bildirmiş, bu sözündən sonra Teyyub onun cinsiyyət orqanını ağzına almış, Teyyub bir neçə dəfə irəli geri cinsiyyət orqanını dişləməməsini bildirmiş və yenə də onun ağzına salmış, Teyyub bir neçə dəfə onun cinsiyyət orqanını azına aparıb gətirdikdən sonra o, onun cinsiyyət orqanını dişləmiş, ona cinsiyyət orqanını ağzında irəli geri aparıb gətirdikdən sonra geriyə çevridikdə Pünhanın videçəkiliş etdiyini görmüş həmin an Teyyub da Pünhanın videoçəkiliş etdiyini görmüş və cinsiyyət orqanını ağzından çıxartmış, o, da şalvarını yuxarı çəkərək Teyyuba çıxıb getməsini demiş və özü də Teyyubla birlikdə yarımtikilidən çölə çıxmış, Pünhan orada həmin videonu ona, Salehǝ və sonradan ora gələn Cavidə göstərmiş, Pünhana videonu silməsini demiş, Pünhan videonu sildiyini ona demiş, bundan sonra Teyyub həmin evin hasarından aşmış və onlar da onunla birlikdə küçəyə çıxmış, orda Cavid Teyyuba bildirmişdir ki, bu nə hərəkətdi qıza qarşı etmisən. Teyyub heç nə deməyərək başını aşağı salmış, Cavid isə onlara bildirmişdir ki, bu qızın sifətinə cinsiyyət orqanını sürtüb, ağzına cinsiyyət orqanını vermişdir. Cavid Teyyuba bu sözləri dedikdən sonra başından şillə ilə arxa yan hissəsindən isə tapiklə vurmuşdur. X21 bildirmişdir ki, bəs sənin ailən dindardır, özün də namaz qılırsan məsciddəndə çıxıb pivə içirsən. Pünhan Cavidin bu sözlərindən sonra Teyyubun yumruqla sifətindən zərbə ilə vurmuş, onlar oradan hamısı birlikdə çıxaraq dəmiryolu relslərinin yanına galmiş, X19 xəbərsiz mobil telefonunda "WhatsApp" ani sms proqramı üzərindən göndərmə funksiyasını açaraq Cavid Teyyubdan nə etmisən deyə soruşmuş, Teyyub qızla birinci öpüşdüyünü bildirmiş, cinsiyyət orqanını qızın ağzına vermiş, Teyyubun bu səs yazısını Cavid Pünhanın mobil telefonuna göndərmiş, bu hadisədən təxminən 4-5 gün sonra Pünhanla birgə Qobustan qəsəbəsində yerləşən parkda olan zaman Tacəddin adlı dostu onlara yaxınlaşmış, Punhana Teyyubu çəkdiyi həmin videogörüntünü ona göndərməsini demiş, Pünhanda ona bildirmişdir ki, Tacəddin videonu yaya bilər. O, da Pünhana narahat olma mənlikdir demişdir. Bundan sonra Pünhan istifadəsində olan mobil telefonun “bluetooth” vasitəsi ilə Tacəddinin istifadəsində olan mobil telefonuna köçürtmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxx 2006-cı il tarixdə doğulmuş Zərərçəkmiş şəxs1 24 dekabr 2023-cü ildə Heydər Əliyev adına X12 Ankara şəhərinə çıxış etmiş, bundan sonra geri qayıtmamış və hal-hazırda Türkiyə Respublikasının, Karabük şəhərində yerləşən Karabük unversitetində, işlətmə fakultəsində təhsil alır və onunla telefon əlaqəsi zamanı video konfrans əlaqə sistemi vasitəsi ilə dindirlməsini xahiş etmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi X1 və nümayəndəsi (vəkili) Müdafiəçi2 Mürov oğlunun iştirakları videokonfrans əlaqə sistemi vasitəsi ilə verdiyi ifadəsində sonuncu dəfə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əvvəl Qaradağ rayon, Qobustan qəsəbəsində yaşayırmış. İndi Türkiyədə yerləşən Karabük unversitetində ali təhsil alır və orada yaşayır. Pünhanı hadisədən sonra tanımışdır. Amini isə hadisədən 1-2 ay əvvəl tanımış və onunla aralarında dosdluq münasibətləri olmuşdur. O hadisə vaxtı yolnan gedəndə Aminən Cavid onu qırağa çəkmiş və burda neynəməsini soruşmuşlar. O da onlara yolnan getdiyini demiş sonra onlar onu Pünhan və Salehin yanına aparmışlar. Pünhanla Cavid onu vurmuşdur. Pünhan ona ya bizə siqaret gətir yada arxasınca gəldiyin qızı gətir demiş, oda onlara bu dediklərinin heç birini edə bilməyəcəyimi bildirmişdir. Onlarda onu döymək məqsədi ilə yarımtikiliyə aparmışlar. Orda birinci onu vurmuşlar. Sonra Amin bu əməli ona qarşı etmişdir. O verilən suallara əlavə olaraq bildirmişdir ki, Amin ona Pünhanın söyüş qoyduğunu və bu əməli etməli olduğunu bildirmişdir. Yarımtikilidə qırıq bir pəncərəsindən Pünhan videonu çəkmişdir. Hadisənin baş vermə tarixini dəqiq xatırlamasda ancaq məktəblər başlamasına təxminən 10 gün qalmış baş verdiyini bildirmişdir. Qaradağda bölməyə nə vaxt getməyi dəqiq yadında olmasa da təxminən hadisədən bir həftə sonra bölməyə getmişdir. Onlar onu ora aparmazdan əvvəl dördüdə aralarında söhbət edirmiş. Aminlə Pünhan qabaqda söhbət edə-edə gedirmişlər onlarda onun arxası ilə gedirmiş. O orada heç kim bilməsin sözünü orda olan dörd nəfərdən başqa heç kim bilməsin mənasında işlətmişdir. Onsuzda ordakı şəxslərin bu məsələdən xəbəri olmuşdur. Pünahn video çəkib, Saleh qapının ağzında dayanıb ki, o çıxa bilməsin Caviddə çöldə dayanmışdır. Əvvəllər bu şəxslərlə həmin yerdə qarşılaşmamışdır. Bibisigildə orada qaldığı üçün əvvəllər ora gedib-gəlirmiş. O daha sonra əlavə olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olmaqla ona ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış və 33 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Təxminən 6 ay olar ki, X7 yaşadığı qəsəbədən tanıyır. Saleh adlı şəxs onun əvvəllər sinif yoldaşı olmuş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, baş vermiş hadisə günü Amin Nəftəliyevin dostu olduğunu bilmiş, xx.xx.2022ci il tarixdə təxminən saat 16 radələrində Amin Nəftəliyev məhəllədə Təqsirləndirilən şəxsla olan zaman Amingilin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 ünvanındakı məhəlləyə getmiş, Amin ondan məhəlləyə gəlişinin səbəbini soruşduqda Aminə onların məhləsindən qız istədiyini bildirmiş, Amin ondan qızın kim olduğunu soruşduqda Aminə heç bir cavab verməmiş, bu zaman Aminin yanında olan Pünhan ona bildirmişdir ki, onların hərəsinə bir qutu siqaret alıb verməlidir, yada qızı gətirməlidir ki, qızın ağzına cinsiyyət orqanını salmaldır. Pünhana siqaret almağa pulu olmadığını, qızıla heç bir əlaqəsi olmadığınından qızı onların yanına gətirə bilməyəcəyini demiş, bundan sonra Pünhan Aminǝ cinsiyyət orqanını onun ağzına salmağından ötrü söyüş söymüş, Aminə onların məhəlləsindən kimin qızını istədiyini demədiyinə görə əsəbiləşmiş, həmin vaxtı Amin onu sonradan məlumatlı olduğu yaxınlıqda yerləşən rəhmətə getmiş Nurullah adlı kişinin heç kim yaşamayan həyətlərinə aparmış, Pünhan, Saleh dǝ Aminlə birlikdə gəlmiş, Amin onu orada sökülmüş evə salmış və onu döyəcəyini demiş, içəri daxil olduqda Amin evin qapısını kilidləmiş, özü də onunla birlikdə içəridə qalmış, Salehlǝ Pünhan isə çöldə qalmış, Amin, Pünhan, Cavid və Salehlə birlikdə həmin evə gəlməmişdən əvvəl öz aralarında nəsə söhbət etdikdən sonra Cavid ona yaxınlaşaraq baş nahiyyimə bir dəfə sillə vurmuş, daha sonra Amin onu həmin yuxarıda göstədiyi evə gətirmiş, Amin onu vurmamış, arada söyüş olduğu üçün onu çaldıracağını bildirmiş, bu zaman Saleh mobil telefonunu çıxardaraq evin sökük pəncərəsindən video çəkiliş etmək istəmiş, lakin onun əlindən mobil telefonu almış və çəkmək istədiyi videoya baxmış və Aminlə birlikdə sökülmüş binaya daxil olmağı əks olunmuş, həmin videonu silǝrǝk mobil telefonu geri qaytarmış, Aminə etiraz etdikdə Amin onun boynundan tutaraq başını aşağı əyməyə başlamış, Aminə müqavimət göstərirmiş, həmin vaxtı Amin əynində olan cins şalvarının qabağını açaraq şalvarını aşağı çəkmiş, daha sonra Aminə onun cinsiyyət orqanını ağzına almasını bildirmiş, Aminə müqavimət göstərdikdə Amin zorla onun başından tutaraq cinsiyyət orqanını onun ağzına salmış, bir neçə dəfə Aminin cinsiyyət orqanını ağzına aparıb gətirdikdən sonra Aminin cinsiyyət orqanını dişləmiş, Amin isə onun cinsiyyət orqanını dişləməməyini bildirmiş, Amin təkrarən cinsiyyət orqanını onun ağzına salmış, bir neçə dəfə Aminin cinsiyyət orqanını ağzında irəli geri aparıb gətirdikdən sonra Amin sperması gəldiyini hiss eləmiş, Amin həmin vaxt cinsiyyət organını ağzından çıxartmış və onun sifətindən tutaraq spermasını sifətinə tökmüş və şalvarını çəkərək ona çıxıb getməyini demiş, həmin binadan Aminlə birlikdə çıxan zaman Nicatin da ora hasardan aşaraq gəldiyini görmüş, həmin vaxtı Amin sökük evdən çıxaraq Pünhanın yanına və onun ağzına cinsiyyət orqanını verməyini kiminsə görüb-görmədiyini soruşmuş, Pünhan Aminə pusquda olduğu vaxt heç kimin gəlmədiyni və Aminin onun ağzına cinsiyyət orqanını verməyini görmüş və bunu özünə məxsus mobil telefondan istifadə edərək Aminin onun ağzına cinsiyyət orqanını zorla onun ağzına salaraq ona qarşı olunan bu çirkin əməllərini çəkimiş, Amin Pünhana həmin videonu silməyini bildirmiş, orada Pünhan həmin videonu Amina, Nicata və Salehǝ göstərmiş, oradan Nicat və o, evə gedənə yaxın ona yaxınlaşaraq heç bir səbəb olmadan yumruqla canasindən bir dəfə vurmuş, həmin vaxtı onun dişi qırılmış, həmin həyətin hasarından çölə tullanaraq oradan uzaqlaşmışdır. X10 cinsiyyət orqanı zorla onun ağız nahiyyəsinə salaraq ağzına aparıb gətirən zaman onların yanında Pünhan vǝ Saleh olmuş, onlar evin sökülmüş pəncǝrǝsindən onlara baxmışdır. Həmin videonu Pünhan öz mobil telefonu vasitəsi ilə çəkmiş və həmin gün həmin videonu orada olan Amin, Saleh və Cavidə göstərmiş və bundan sonra tanımadığı şəxslər arasında yaymışdır. Hadisə baş verən gün Cavidin adını bilmədiyindən onun qardaşı Nicatin adını göstərmiş, həmin şəxs Cavid olmuşdur. Zərərçəkmiş şəxs2 onunla yalnız həmin hadisə zamanı qeyri təbii yolla, yəni cinsiyyət orqanını zorla ağızına soxmaqla əlaqədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, avqust ayının üçü idi Amin, Cavid, Pünhan və o dəmir yolunun yanında dayanıb söhbət edirmişlər. Həmin vaxt yoldan bir qız keçirmiş və Teyyubda onun arxasıyca gedirmiş. Amin onları neynəyəcəklərini öyrənmək üçün onların arxasıyca getdiyini daha sonra onlarında ora gəlməsini bildirmişdir. Orada yarım tikili olmuşdur. Amin ora gedib girmişdir. Sonra Cavidə zəng gəlmiş o oradan getmişdir. Pünhan və o Aminin getdiyi yarım tikiliyə tərəf getmişlər. Orda olan bir hasarı keçməyə Pünhan ona kömək etmişdir. Yarım tikili tərəfdən səsin gəldiyini eşitmişlər və o Pünhanla səs gələn tərəfə getmişlər. Onlar ora çatanda Aminin Teyyuba məcburən cinsi orqanını söyüş söyərək ağzına verdiyini görmüşlər. Sonra Pünhan həmin hadisəni telefonla kameraya çəkməyə başlamışdır. Teyyub Pünhanın telefonla onları çəkdiyini görüb qışqıraraq çəkiliş olduğunu demiş və onlar yarım tikilidən çıxmışlar. Sonra həmin şəxslə onun yanına gəlmiş, bir müddət sonra Cavid də onların yanına gəlmişdir. Onlar dəmir yolu xəttinin yanında dayanıb biraz söhbət etdikdən sonra hamısı evlərinə getmişlər. O verilən suallara cavab olaraq bildirmişdir ki¸ o polisdə olan zaman hadisənin baş vermə vaxtını məcburi 11 sentyabr 2022-ci il tarix olaraq yazmış, ancaq hadisə 03 avqust 2022-ci tarixdə baş vemişdir. Bu hadisə ilə bağlı onu sentyabr ayının 11-də Qaradağ Rayon 11-ci polis bölməsinə çağırmışdılar. Hadisənin baş vermə ili dəqiq yadında qalmasda hadisənin 03 avqustda olması dəqiq yadındadır. Bəli hadisə günü onun üzərində ***-***-**-** saylı nömrə olan telefonda olmuşdur. Bölməyə gedən zamanda telefon üzərində olmuş ancaq bölmədə telefonu ondan almışdılar. Bölmə ilə hadisə yeri arasında piyada təxminən 15-20 dəqiqəlik yol olar. O hadisənin 03 avqust və yaxud 11 sentyabrda baş verməsi ilə bağlı müstəntiqə heç nə deməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında qeydiyyatla yaşayır, 195 saylı orta məktəbin 11a sinif şagirdidir, Zərərçəkmiş şəxs1 ilə orta məktəbdə bir siniflərdə oxumuş və münasibətləri normal olmuşdur. Amini, Cavidi vǝ Pünhanı isə yaşadığı məhəllədən tanımış, onlarla da münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 ünvanında dostları Amin Nəftəliyev, Pünhan və Cavidlə birlikdə olan vaxt Teyyub onların məhləsinə gəlmiş, həmin vaxtı Amin ondan məhəlləyə gəlişinin səbəbini soruşduqda Teyyub məhəlləyə müəllim yanına məşğələyə gəldiyini demiş, Amin ona niyə yalan danışırsan, bura qız dalınca gəldiyini bildiyini qeyd etmiş, Teyyub Aminǝ onu qarşısında durduğu sahibsiz evin içərisində döyməsini bildirmiş, həmin vaxt Cavidin mobil telefonuna zəng gəldiyindən hasara yaxınlaşan zaman Cavid çıxıb getmiş, hasardan aşanda Pünhanı görmüş və Teyyubla Amini soruşmuş, Pünhan ona həyətdə olduqlarını bildirmiş, Pünhanla birlikdə həyətə getmiş, lakin Teyyubla Amini görmədikdə Pünhanla birlikdə onları axtaranda həyətin yuxarı tərəfində yarımtikilidə Aminlə Pünhanın səsinin gəldiyini eşitmiş, Pünhanla birlikdə həmin tikiliyə yaxınlaşmış, həmin tikilinin balaca pəncərəsi yuxarıda olduğundan onun onların hansı hərəkətləri etdiyini görə bilmirmiş, həmin zaman Pünhan mobil telefonunu çıxarıb Aminlə Teyyubun video görüntüsünü çəkməyə başlamış, Aminin Teyyuba zorla cinsiyyət orqanını söyüş söyərək ağzına verdiyini eşidirmiş, həmin vaxt Pünhan gizli video çəkdiyindən Teyyub uca səslə video çəkdiyini bildirmiş, Pünhan tez mobil telefonunu aşağı salmış, Aminlə Teyyub həmin yerdən çıxmış, onların yanına gəlmiş, onlar birlikdə həyətin açıqlıq tərəfinə getmiş, həmin zaman Cavid də onların yanına gəlmiş, Pünhan Cavidə demişdir ki, Teyyub Aminǝ etdiyi hərəkətlərə görə Amin cinsiyyət orqanını onun ağzına salmasını bildirmiş, buna görə də Amin cinsiyyət orqanını Teyyubun ağzına salmış, Pünhanda həmin hadisəni videogörüntüyə çəkmiş, Pünhan onlara çəkdiyi video görüntünü göstərdikdə ona məlum olmuşdur ki, sonra Cavid Teyyuba bildirmişdir ki, "bəs sənin ailən dindardır, özün də namaz qılırsan məsciddəndə çıxıb pivə içirsən" dedikdən sonra Teyyubun başından əli ilə bir şillə, arxa nahiyyəsindən isə bir təpik vurmuş, Pünhanda Teyyubun yumruqla sifətindən zərbə ilə vurmuş, onlar oradan hamısı birlikdə çıxaraq damiryolu relslərinin yanına gəlmiş, orada bir az söhbət etdikdən sonra çıxıb evinə getmiş, Pünhanın çəkdiyi videogörüntüyə görə oxuduğu məktəbdə ona münasibətin dəyişdiyini və məsuliyyəti yarandığını gördükdən sonra elə ifadə vermişdir ki, Pünhan etdiyi hərəkətlərin cəzasını çəksin. Lakin Pünhanın və Aminin həbs olunacağını dərk etməmiş, hal-hazırda isə bildirmişdir ki, Pünhan heç kimi təhrik etməmiş və hədə-qorxu gəlməmişdir. Hal-hazırda hadisə göstərdiyi formada olmuşdur. İfadə verdiyi zaman həyəcanlı olduğundan, Pünhanın çəkdiyi videogörüntüyə görə məsuliyyəti yarandığını gördükdən sonra elə ifadə vermiş, hal-hazırda hadisə göstərdiyi formada olmuş, həmin vaxt Cavidin gördükdən Teyyubu danışdıraraq səsini yazdığın görməmiş və eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o 2023-cü ildə Pünhanla birlikdə Amilnən görüşmüşlər. Sonra onlar çəpərin arxasına keçdilər, onu atası çağırdığı üçün evə getmişdir. Daha sonra belə bir hadisə olduğunu eşitmişdir. Pünhan Teyyuba demişdir ki, ya qızı gətir, ya bizə bir blok siqaret al yada ki, səni döyəciyik. Pünhan Teyyubun telefonunu götürüb qıza mesaj yazıb onu ora çağırmışdır. Teyyubun həmin məhləyə qıza görə gəldiyini biləndə onu şilləynən vurmuş sonra Pünhanda onu vurmuşdur. Teyyub o məhlədə qalan qızı istədiyini və o, qıza görə ora gəldiyini bildirmişdir. O birinci Teyyubu tanımış onunla birlikdə məscidə namaz qılmağa gedirmiş sonra Pünhan və Amili tanımışdır. O orada hər hansı bir qız göməmiş orada qız olmamışdır. Bəli Pünhan, Teyyub qarşısında tələblər qoymuşdur. Aminnən Teyyub gedəndən sonra o gəlmişdir. Aminin bu etdiyi hərəkəti ona kim təklif edib onu bilmir. O gedəndən sonra onlar Aminən gediblər. O orta məktəbi bitirdikdən sonra peşə məktəbini oxumuşdur. Həmin kollec dəmir yolu ixtisası üzrə olmuş və təxmini 7-8 ay davam etmişdir. O verilən suallara cavab olaraq bildirmişdir ki, Pünhanı bir ay qabaq Aminin vasitəsi ilə tanımışdır. Hadisənin hansı ayda baş verməsini dəqiq xatırlamasda təxmini günorta saatları olduğunu bildirmişdir. Qaradağ Rayonu 11-ci PB-ə çağırılma vaxtını dəqiq bilmir, ancaq hadisədən qısa müddət keçdikdən sonra onu bölməyə çağırmışlar. O polisdə dindirilən zaman ***-***-**-** saylı nömrəni işlədirmiş. O ***-***-**-** saylı mobil telefonu atasının işlədiyini, atası həmin vaxt onunla bölməyə gəlmiş, telefon onda olmamışdır. Ələtdə peşə məktəbində oxuyurmuş polislər gəlib onu oradan aparmışdır. Hadisə yeri evlərinə yaxın deyil, evləri 1-ci massivdə, hadisə isə dəmiryolu xətti tərəfdə olmuşdur. Teyyub qız istəyirdi deyə ora gedib, həmin vaxt oradan qız keçməyib, biz qaldıq onlar isə söhbət etdilər. Pünhan çəpəri hoppanıb o tərəfə keçmiş sonra o evə getmişdir. Amildə ondan 5 dəqiqə sonra gəlmişdir. Daha sonra videolar çıxmışdır. O Teyyubun məsciddən çıxıb sonra pivə içməsini demiş ancaq o məsələnin pivə içməyinə görə olmasını dəqiq bilmir. Pünhan Teyyubdan telefonu alıb qızın nömrəsin götürmüş sonra Amin Teyyubu yarımtikili tərəfə aparmışdır. Hadisə zamanı orda qız olmamışdır. Hadisənin olma vaxtı dəqiq yadında deyil, ancaq Pünhan dediyi kimi avqust ayının əvvəlləri olmamışdır. Çünki avqust ayının axırlarına yaxın dəqiq yadındadır ki, dayısı oğlunun sünnət məclisinə görə Şirvan şəhərində olmuşdur. Təxminən sünnət toyundan 10 gün qabaq, iyul ayının iyirmi beşi yada iyirmi altısından o Şirvan şəhərinə getmişdir. Polislər onu avqustda apara bilməzdi çünki o həmin vaxt rayonda olmuşdur. Növbəti ayın axırına kimi orada olmuş sonra Qobustana öz evlərinə qayıtmış və hadisədə ondan sonra baş vermişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, X10 ilə 321 saylı orta məktəbdə paralel siniflərdə oxumuş və münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs1 isə qəsəbədə yerləşən məsciddən tanımış Teyyubla da münasibətləri normal olmuşdur. Pünhanı isə Aminin yanında tanımış və Pünhanla da münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 ünvanında dostları Amin Nəftəliyev, Pünhan və Saleh birlikdə olan vaxt Teyyub onların məhəlləsinə gəlmişdir. Həmin vaxtı Amin Teyyubdan məhəlləyə gəlişinin səbəbini soruşduqda Teyyub bildirmişdir ki, məhəlləyə müəllim yanına məşğələyə gəlir. Amin Teyyuba bildirmişdir ki, "niyə yalan danışırsan bura qız dalısıca gəlirsən". Bundan sonra ona atası zəng edərək evə çağırıdığandan o, həmin yeri tərk edərək çıxıb getmişdir. O, getdikdən təxminən 10 dəqiqə sonra hansı hadisə baş verməsini öyrənmək üçün geri qayıtmış və orada ona Pünhan demişdir ki, Teyyub Aminə bildirmişdir ki, "qıza etdiyi hərəkətlərə görə Amin cinsiyyət orqanını onun ağzına salsın". Buna görə də Amin cinsiyyət orqanını Teyyubun ağzına salmış, Pünhan da həmin hadisəni videogörüntüyə çəkmişdir. O, qaytdıqdan sonra Pünhan ona həmin videogörüntünü göstərdikdən sonra o, Teyyuba bildirmişdir ki, "bəs sənin ailən dindardır, özün də namaz qılırsan məsciddəndə çıxıb pivə içirsən" dedikdən sonra Teyyubun başından əli ilə bir şillə, arxa nahiyyəsindən isə bir təpik vurmuşdur. Pünhanda Teyyubun yumruqla sifətindən zərbə ilə vurmuşdur. Onlar oradan hamısı birlikdə çıxaraq dəmiryolu reyslərinin yanna gəlmişlər. Orada o, Teyyubdan xəbərsiz mobil telefonunda "Votsapp" sosial şəbəkəsinin səs göndərmə funksiyasını açaraq "nə etmisən" deyə soruşmuşdur. Teyyub bildirmişdir ki, "qızla birinci öpüşmüşəm, cinsiyyət orqanımı qızın ağzına vermişəm". Teyyubun bu səs yazısını o, Pünhanın xahişindən sonra Pünhanın mobil telefonuna göndərmişdir. O, həmin zaman həyəcanlı olduğundan və ifadəni verən zaman nəticəsini dərk etmədiyindən elə ifadə vermişdir. Lakin hal-hazırda bildirmişdir ki, o, Aminin, Pünhanın, Salehin və Teyyubun yanında olduğu zaman Pünhan Teyyubdan heç nə tələb etməmiş, Amini Teyyubun ağzına cinsiyyət orqanını verməyə təhrik etməmişdir. O, getdikdən sonra hansı hadisə baş verməsini öyrənmək üçün geri qayıtmışdır və orada ona Pünhan demişdir ki, Teyyub Aminə bildirmişdir ki, "etdiyi hərəkətlərə görə Amin cinsiyyət orqanını onun ağzına salsın". Buna görə də Amin cinsiyyət orqanını Teyyubun ağzına salmış, Pünhan da həmin hadisəni videogörüntüyə çəkmişdir. Pünhan ona qaytdıqdan sonra həmin videogörüntünü göstərdikdən sonra o, Teyyuba bildirmişdir ki, “bəs sənin ailǝn dindardır, özün də namaz qılırsan məsciddəndə çıxıb pivə içirsən" dedikdən sonra Teyyubun başından əli ilə bir şillə, arxa nahiyyəsindən isə bir təpik vurmuşdur. Pünhanda Teyyubun yumruqla sifətindən zərbə ilə vurmuşdur. Onlar oradan hamısı birlikdə çıxaraq dəmiryolu relslərinin yanına gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, namazadan çıxıb uşaqlarla boks aparatına yumuruq vurmaq üçün parka getmişlər. Hadisə 2022-ci ildə olmuşdur. Ayın tarixini dəqiq xatırlamır. Parkda uşaqlar dedi ki, bir video var. Video ona göndərilib o sonra həmin videonu silmişdir. Onu təxminən 4-5 gün sonra polisə çağırmışlar. Daha sonra o hərbi xidmətə getmişdir. O verilən suallara cavab olaraq bildirmişdir ki, orada Amingilnən görüşmüş daha sonra uşaqlar belə bir videonun olduğunu demişlər. Adam orada çox olmuş dəqiq kimlərin orada olmasını xatırlamamışdır. Uşaqlar Aminin də o videoda düşdüyünü demişlər. Videonu ona atan adamı tanımır. Aminin videosunun olduğunu deyib videonu ona atmışlar. Videonu ona bluetoothla atmışlar. O video ona kim atıb tanımır. Bölməyə çağırdılar sonra o hərbiyə getmişdir. Video o hərbiyə getməmişdən bir, iki yada üç ay əvvəl olardı ona göndərilən tarix dəqiq yadında deyil. O videoya baxdıqdan sonra videonu silmişdir. Xeyir videonu heç kimə göndərməmişdir. Cavid onun sinifyoldaşı olmuşdur. Deyəsən Pünhanda parkda olub. Parkda uşaqlar belə bir video olduğunu dedilər sonra oda video kimdədisə onada göstərməklərini istəmişdir. Amin dedikdən sonra həmin adam videonu ona göndərmişdir. Pünhan Amindən razılıq aldıqdan sonra videonu atmışdır. Video ona atıldıqdan sonra o videonu baxıb silmişdir. Daha sonra videonun “tiktok” və “Xəzər” xəbərdə yayıldığını eşitmişdir. Onları bölməyə çağıranda o videonu silmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, N saylı hərbi hissədə həqiqi hərbi xidmət edir, 09 oktyabr 2022-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmış və həmin vaxtdan da N saylı hərbi hissədə hərbi xidmətini davam etdirir, X7 hərbi xidmətə getmədiyi dövrdə yaşadığı Qaradağ rayonu Qobustan qəsəbəsindən tanıyır və onunla eyni orta məktəbdə oxumuş, Təqsirləndirilən şəxs Aminlə birlikdə otur-dur etdiyinə görə tanımış və onların hər ikisi ilə münasibətləri normal olmuş, hərbi xidmətə getməmişdən əvvəl sentyabr ayının ortalarında yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində olan zaman qəsəbə uşaqlarından eşitmişdir ki, Amin üzdən tanıdığı, lakin sonradan adını bildiyi Teyyub adlı uşağın ağzına cinsiyyət orqanını vermiş və həmin hadisəni videoya çəkmiş, dəqiq tarix yadında olmayan 2022-ci ilin sentyabr ayının ortalarında Aminlǝ Pünhanı Qobustan qəsəbəsində parkda oturduğunu görüb onlara yaxınlaşmış və Amindən nə üçün Teyyubun ağzına cinsiyyət orqanını verdiyinin səbəbini soruşmuş, Amin Teyyubun qonşuluğunda yaşayan qızı öpdüyünə görə cəzalandırmaq məqsədi ilə cinsiyyət orqanını onun ağzına vermişdir. Həmin videogörüntüyə baxmaq istədiyini dedikdə Amin həmin videogörüntünün Pünhanın mobil telefonunda olduğunu bildirmiş, Pünhana video görüntünü göstərməsini dedikdə Pünhan burda olmaz sözünü demişdir. O, isǝ Pünhandan həmin görüntünü mobil telefonuma göndərməsini xahiş etmişdir. Pünhan Amindən videogörüntünü ona göndərib-göndərməməsini soruşduqda Amin bildirmişdir ki, Tacəddin özgəsi deyil göndər, nəsə olsa mənlikdir. Bundan sonra Pünhan həmin videogörüntünü onun istifadəsində olan “Redmi 10" markalı üzərində ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələri olan mobil telefonuna "bluetooth" vasitəsi ilə göndərmiş, onların yanından kənarlaşaraq kənarda həmin videogörüntüyə baxmış və həmin görüntünü mobil telefonundan silǝrǝk yaxınlıqda yerləşən məscidə namaz qılmağa getmiş, həmin videogörüntüdə Amin Teyyubun boynundan tutaraq başını aşağı əyməyə başladığı, Teyyubun Aminə müqavimət göstərdiyi, Amin əynində olan cins şalvarının qabağının açıq olduğu, Amin Teyyuba onun cinsiyyət orqanını ağzına almasını söyüşlərlə deməsi, boynunu qoltuğunun arasında sıxmasını, Teyyub Aminə müqavimət göstərdikdə Amin zorla Teyyubun başından tutaraq cinsiyyət orqanını Teyyubun ağzına salması, Teyyub bir neçə dəfə Aminin cinsiyyət orqanını ağzına aparıb gətirdikdən sonra Teyyub Aminin cinsiyyət orqanını dişləməsi, Aminin isə Teyyuba onun cinsiyyət orqanını dişləməməsini deyərək təkrarən cinsiyyət orqanını Teyyubun ağzına salmasını, Teyyubun bir neçə dəfə Aminin cinsiyyət orqanını ağzında irəli geri aparıb gətirdikdən sonra başını aşağı əyərək kiminsə çəkiliş aparması görsənirmiş, 09 oktyabr 2022-ci il tarixdə hərbi xidmətə getdikdə satılması üçün qardaşı Tapdığa vermiş, o da həmin mobil telefonu tanımadığı şəxsə satmış, həmin görüntünü görməsə də, həmin vaxt qəsəbədə söz-söhbət gəzirmişdir ki, videogörüntü bir çox şəxslərdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X13” X20 02 noyabr 2022-ci il tarixli, 884 nömrəli rəyindən görünür ki, 1.2. Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi.
3. Zərərçəkmiş şəxs1 arxa keçəcəkdə onunla qeyri-təbbi yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X13” X20 14 noyabr 2022-ci il tarixli, 894 nömrəli rəyindən görünür ki, X3 cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. A.V.Nəftəliyev xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 08 dekabr 2022-ci il tarixli, 3280 nömrəli rəyindən görünür ki, Yoxlanılan şəxs X4 hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. A.V.Nəsftəliyevdə xasiyyətin psixotapik cizgiləri aşkar edilir. Yoxlanılan şəxs X10 ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də A.V.Nəftəliyev törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs X3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. A.V.Nəftəliyev barəsində tibbi xarakterli məcburi müalicə tədbirinin tətbiq edilməsinə ehtiyac yoxdur. X10 qıcığa qarşı həssaslıq, kobudluq, inadkarlıq, hövsələsizlik vǝ s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. X3 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, özünün etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. X3 qərarın təsviri hissəsində göstərilən hadisədən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. X3 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri akşar olunmadı. X3 psixi inkişafı nəzərə alınaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilər. X3 əqli inkişafı yaş xüsusiyyətlərinə uyğundur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 14 noyabr 2022-ci il tarixli, 3015 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşübdüşməməsi barəsində qərarda qoyulmuş sual ona şamil edilmir. Zərərçəkmiş şəxs1 əqli intellektual imkanları (duyğu, qavrayış, təfəkkür, təxəyyül, yaddaş və s.) normaya uyğundur. Ünsiyyətçillik, adaptivlik, tələbkar olmamaq, şəraitə qane intellektual imkanları olmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs1 yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, özünün etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs1 qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl psixi-emosional vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Baş vermiş hadisə zamanı psixiemosional vəziyyətində gərginlik, həyəcan yarana bilərdi. Hazırkı psixi-emosional vəziyyəti normaya uyğundur. Zərərçəkmiş şəxs1 əqli inkişafında gerilik əlamətləri müəyyən olunmadı. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafını nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 əqli inkişafı yaş xüsusiyyətlərinə uyğundur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 08 dekabr 2022-ci il tarixli, 3279 nömrəli rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, adaptivlik, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, özünün etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisədən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs Rahim oğlunun əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri akşar olunmadı. Təqsirləndirilən şəxs Rahim oğlunun psixi inkişafı nəzərə alınaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilər. Təqsirləndirilən şəxs Rahim oğlunun əqli inkişafı yaş xüsusiyyətlərinə uyğundur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 11/578 saylı rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd DVD diskdə olan video görüntü pornoqrafik xarakterlidir. Təqdim edilmiş 01 ədəd DVD disdə olan video görüntüdə pornoqrafik səhnələr müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 avqust 2023-cü il tarixli, 11/398 saylı rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd DVD diskdə olan video görüntüdəki şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan həmin pornoqrafiya uşaq pornoqrafiyası hesab olunur. Təqdim edilmiş 01 ədəd DVD disdə olan video görüntüdə pornoqrafik səhnələr müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 yazılı vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə “kompleks məhkəmə-ədəbiyyatşünaslıq, məhkəməseksoloji, məhkəmə-videofonoqrafik və məhkəmə-sənətşünaslıq ekspertizalarının” təyin edilməsi xahiş etmiş və Qaradağ Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli qərarı ilə vəsatət təmin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli, 4/11/528, 4/1340 və 1489 saylı rəylərdən görünür ki, Təqdim edilən 1 ədəd diskə baxış zamanı içərisində "VİDEO_TS" adlı qovluğun içerisinde yer alan "VİDEO_TS" adlı video görüntüdə olan şəxslərin cinsiyyət orqanları (genitaliya) görünməsə də bu görüntüdə cinsi-intim əlaqə zamanı zərərçəkən şəxsin menen alçaldılması, insanın və erotikanın humanistliyinin məhv edilməsi, ictimai şərtlərin normasını pozaraq insanları qıcıqlandırması və cinsi əlaqənin minet (ağız və ya dil ilə kişi cinsiyyet orqanına təsir etmeklə yerinə yetirilən orogenital cinsi əlaqə formasıdır. Minet homoseksual xarakterli də ola bilər) yolu ilə zorla həyata keçirilməsi faktı həmin video çəkilişin pornoqrafik xarakterli olması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Təqdim edilən 1 ədəd diskə baxış zamanı içərisində "VİDEO_TS" adlı qovluğun içərisində yer alan "VİDEO_TS" adlı video görüntüdə olan cinsi münasibətlərin anatomik və fizioloji xüsusiyyətlərinin kobud naturalist formada müfəssəl təsviri olmasa da tədqiqat prosesində göstərilən əlamətlər həmin görüntülərin pornoqrafik xarakterli olması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Ekspertiza qarşısında qoyulmuş 4-cü sual məhkəmə linqvistik ekspertizasının predmentinə aid olmadığına görə həmin sual üzrə tədqiqat aparılmadı. Ekspert qarşısında qoyulmuş suallar videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından videoyazıların məhkəmə ekspertizası üzrə tədqiqatlar aparılmadı. Ekspertizaya təqdim olunmuş 01 ədə DVD diskdə olan "VİDEO_TS" adlı video görüntü pornoqrafik xarakterlidir. Video görüntüdə olan şəxslər hadisə zamanı yetkinlik yaşına çatmadığından və yetkinlik yaşına çatmayanların real iştirakı üzə çıxdığından həmin video görüntü uşaq pornoqrafiyası hesab olunur. Ekspertiza tədqiqatının dəyəri 105 (yüz beş) manat təşkil edir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, video görüntüdə yarımtikilinin sökülmüş pəncərəsindən içəridə bir nəfər əynində göy köynəkdə olan şəxs bir nəfərin başından tutaraq aşağı ətraf qasıq hissəsinə aparıb əynində olan göy rəngli cins şalvarını aşağı endirib, başını aşağı saldığı şəxsin boynundan tutaraq cinsi orqanını zorla ağzına salır, lakin, ikinci şəxs ona müqavimət göstərsə də, birinci şəxs boyun nahiyyəsindən sıxaraq cinsiyyət orqanını ikinici şəxsin ağızına salır, ikinci şəxs birinci şəxsin cinsiyyət orqanını bir neçə dəfə ağızında aparıbgətirir və başını kənara çǝkǝrǝk hərəkəti davam etdirməkdən imtina etmək istəsə də, birinci şəxs yenə də onun boyun nahiyyəsindən sıxıb zor tətbiq edərək cinsiyyət orqanını ikinci şəxsin ağızından çıxarmasına imkan vermir. Videogörüntünün sonlarına yaxın ayaq üstündə olan birinci şəxs çəkiliş aparan pəncərə istiqamətə baxır, çəkiş aparan şəxs isə uca səslə çəkdim sözünü deyir. Videogörüntüyə baxış zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 bildirdi ki, videogörüntüdə olan göy köynəkdə və göy rəngli cins şalvarda olan ona qarşı zor tətbiq edərək əxlaqsız seksual hərəkətlər edən şəxs yetkinlik yaşına çatmayan X8r. Zora və suksual hərəkətlərə məruz qalan şəxs isə özüdür. Videoçəkiliş aparan şəxs isə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 02 dekabr 2022-cı il tarixli “üzləşdirmə və dindirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Amin Nəftaliyevlə videoçəkiliş aparılması və sonuncunun cinsiyyət oraqanını Zərərçəkmiş şəxs1 ağız nahiyyəsinə soxmasını əvvəlcədən razlaşdırmadıqlarını Zərərçəkmiş şəxs1 üzünə qarşı bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə baxışı zamanı əldə edilmiş və qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-913/2023 saylı 11 dekabr 2023-cü il tarixli hökmündən aydın olur ki, 11 sentyabr 2022-ci il tarixdə baş vermiş yuxarda qeyd olunan hadisə ilə bağlı, yəni Zərərçəkmiş şəxs2 aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli zorakılıq hərəkətlər etdiyinə görə Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək, cəza müddətinin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 171-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 171-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, cinayət törədən zaman özünündə yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərdən X10 ilə barışıq əldə etməsini, digər Zərərçəkmiş şəxs1 ilə barışmağa cəhd göstərməsini və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının nisbətən aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 25 oktyabr 2022-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 27 oktyabr 2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, daha sonra Qaradağ rayon Prokuroru tərəfindən 03 fevral 2023cü il tarixli “təqsirləndirilən yetkinlik yaşına çatmayan şəxsin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və saxlama yerindən azad edilməsi barədə” qərarla Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmiş və onun barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin şübhəli şəxs kimi tutulduğu və “həbs” qətimkan tədbirində qaldığı 03 (üç) ay 09 (doqquz) gün kimi cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 305 (üç yüz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə qaldığı ümumilikdə 03 (üç) ay 09 (doqquz) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 19 noyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 305 (üç yüz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov