Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-230/2022 24.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Abşeron Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, çəkilməmiş qalmış cəzası 01 il azaldılmış, cəzasının çəkilməmiş hissəsi 01 il 04 ay 21 gün təşkil edən, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan məlum olur ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr heroin və metadon, psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədilə, 06 bükümdə psixotrop maddə olan metamfetamin, 03 bükümdə narkotik vasitə olan heroin və 01 ədəd narkotik vasitə olan “Methadone”-u əldə edib üzərində saxlamaqla daşıyarkən 16 fevral 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı saat 14:40-radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də yerləşən 111 saylı marşurut avtobusunun sonuncu dayanacağının qarşısında saxlanılaraq saat 15:00-da 10-cu polis bölməsinə gətirilmişdir və PB-nin xidməti otaqlarının birində üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçəsinin sağ yan cibində 01 ədəd siqaret qutusunun içərisində 06 ədəd siqaretin gümüşü kağızına bükülmüş hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,105 qram, 0,126 qram, 0,157 qram, 0,114 qram, 0,178 qram, 0,187 qram cəmi ümumi təmiz çəkisi 0,867 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr küstar üsulla hazırlanmış eyni tərkibli pisixotrop maddə olan metamfetamin, 03 ədəd bükümdə təmiz çəkiləri 0,015 qram, 0,079 qram, 0,049 qram ümumi təmiz çəkisi 0,184 qram olan qəhvəyi rəngli maddələr küstar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram olan 01 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində 01 ədəd açıq qəhvəyi rəngli “F/M40” göstəricili dərman həbinin əsas təsiredici maddəsi “metadon” aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, özünü CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Belə ki, narkotik vasitələrdən istifadə etməsi səbəbi ilə xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə ümumilikdə 09 ədəd büküm olmaqla, 06 ədəd bükümü “patı” adlanan psixotrop maddə olan metafentamini, 03 ədəd bükümdə “kakos” adlanan narkotik vasitə heroini, 01 ədəd narkotik vasitə olan “Methadone”-nu 150 manata almışdır. Həmin narkotik vasitələri, psixatrop maddələri eləcə də dərmanı üzərində şübhə yaratmamaq üçün siqaret qutusuna yerləşdirərək cibinə qoyub evə getmişdir. xx.xx.2022ci il tarixdə narkotikdən istifadə etmək məqsədilə həmin siqaret qutusunu cibinə qoyaraq küçəyə çıxmışdır. Biraz piyada getdikdən sonra 111 saylı avtobus dayanacağının qarşısına çatdıqda 2-3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis olduqlarını deyərək xidməti vəsiqələrini ona təqdim etmişlər. Onlar ondan üzərində hər hansı bir qadağanedici əşyanın, həmçinin narkotik vasitə olub-olmamasını soruşduqda polis əməkdaşlarına cibində şəxsi istifadəsi üçün gəzdirdiyi narkotik vasitənin olduğunu bildirmişdir. Polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə həmçinin videoçəkiliş aparılmaqla baxış keçirilmiş və üzərində olan gödəkçənin sağ yan cibində olan 01 ədəd siqaret qutusunun içərisində 06 ədəd siqaretin gümüşü kağızına bükülmüş patı olan metamfetamini, 03 ədəd bükümdə kakosu və 01 ədəd 40-lıq metadonu onlara təqdim etmişdir. Narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfentamini və 01 ədəd metadonu şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan, polis bölməsinə gətirilən həmçinin polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir işgəncə, psixoloji təsir hallarına yol verilməmişdir. Həmin narkotik vasitələri, metamfetamini və metadonu cibində saxlayaraq hissə-hissə istifadə etmək niyyətində olmuşdur. O, öz ifadəsində daha sonra göstərmişdir ki, narkotik vasitənin aludəçisidir. İstifadə etməyəndə ağrıları olur. Özü avtoyuma məntəqəsində yuyucu işləməklə dolanırmış. Özünə pul toplamışdır ki, fürsəti olanda gedib istifadə etmək üçün narkotik vasitə alsın. O, bir neçə gün qazancını toplayıb 150 manat əldə etmiş və narkotik vasitə almağa getmişdir ki, həm dəfərlərlə gedib-gəlsə tutular, həm də işdən vaxtı olmaz. Lakin onun narkotik vasitə satmaq fikri olmamışdır. Əgər belə bir fikri olsaydı narkotik vasitə və psixotrop maddələri bərabər şəkildə bükümlərə ayırar və hamısını üzərində gəzdirməzdi. O, son olaraq özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, lakin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə təqsirli bildiyini və törətdiyi əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində göstərmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 16 fevral 2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları C/A üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, polis sahə inspektoru və polis leytenantı Şahid3 iştirakı ilə keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək saat 14:40-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də 111 saylı marşurut avtobusunun sonuncu dayanacağının qarşısında saxlanılaraq saat 15:00-da 10-cu polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən 06 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,105 qram, 0,126 qram, 0,157 qram, 0,114 qram, 0178 qram, 0187 qram, ümumi təmiz çəkisi 0,867 qram pisxotrop maddə olan metamfetamin, 03 ədəd bükümdə ayrı-ayrılıqda 0,015 qram, 0,079 qram, 0,049 qram ümumi təmiz çəkisi 0,184 qram narkotik vasitə olan heroin, və 01 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman, aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, öz ifadəsində daha sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə və yaxud satış məqsədilə əldə edib saxlamasına dair onda hər hansı bir məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində göstərmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 16 fevral 2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları C/A üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, polis sahə inspektoru və polis leytenantı Şahid3 iştirakı ilə keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək saat 14:40-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də 111 saylı, marşurut avtobusunun sonuncu dayanacağının qarşısında saxlanılaraq saat 15:00-da 10-cu polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən 06 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,105 qram, 0,126 qram, 0,157 qram, 0,114 qram, 0178 qram, 0187 qram, ümumi təmiz çəkisi 0,867 qram pisxotrop maddə olan metamfetamin, 03 ədəd bükümdə ayrı-ayrılıqda 0,015 qram, 0,079 qram, 0,049 qram ümumi təmiz çəkisi 0,184 qram narkotik vasitə olan heroin, və 01 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman, aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, öz ifadəsində daha sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə və yaxud satış məqsədilə əldə edib saxlamasına dair onda hər hansı bir məlumat olmamışdır. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 10-cu PB-nin digər əməkdaşları Şahid1 və Şahid2la oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2022-ci il tarixli, 6/968 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd zərfdə altı ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,105 qram, 0,126 qram, 0,157 qram, 0,114 qram, 0,178 qram, 0,187 qram, ümumi təmiz çəkisi 0,867 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,015 qram, 0,079 qram, 0,049 qram, ümumi təmiz çəkisi 0,184 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir, 01 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində 01 ədəd olan açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində methadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (siyahı İİ) daxildir. Qeyd: metamfetaminin ümumilikdə təmiz çəkisi-0,867 qram, tədqiqata sərf edildi-0,060 qram, qalıq-0,807 qram. Heroinin ümumilikdə təmiz çəkisi-0,184 qram, tədqiqata sərf edildi-0,090 qram, qalıq-0,194 qram. Metadon həbinin sayı-1 ədəd həb, tədqiqata sərf edildi- ½ hissə həb. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X8 X1 15 aprel 2022-ci il tarixli, 1825 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar edilmiş, ümumi təmiz çəkisi 0,867 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,184 qram narkotik vasitə heroin və 01 ədəd “methadone” göstəricili dərman həbinin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,807 qram psixotrop maddə metamfetamin, 0,094 qram narkotik vasitə heroin və ½ hissəyə malik olan dərman həbi methadonun saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qeyri-qanuni əşya(lar) varsa, könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçəsinin sağ yan cibindən, ağ rəngli “winchester” sözü yazılmış, siqaret qutusunu masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içindən psixotrop maddə olan metamfetaminə bənzər 06 ədəd büküm, narkotik vasitə olan heroinə bənzər 03 ədəd büküm və 01 ədəd “Methadone 40” göstəriciləri olan dərman həbi aşkar olunmuşdur. Sorğu zamanı təqsirləndirilən şəxs həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Buna görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş psixotrop maddələri və narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlil müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan ilkin raportdan da görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq bölməyə gətirildiyini qeyd etmişdir. Bundan başqa iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan, əmrdən, əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan da görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bütün izahat və ifadələrində əldə etdiyi narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs psixotrop və narkotik vasitələrin satışı ilə məşğul olması barədə polis orqanında hər hansı bir ehtimal olsaydı ibtidai istintaq zamanı bu hal aydınlaşdırılar və bu istiqamətdə real istintaq hərəkətləri aparılardı (ən azı təqsirləndirilən şəxsin adına olan mobil nömrələr və istifadə etdiyi mobil telefon müəyyən edilərək daxil olan və çıxan zənglər, sms mətnlər, whatsapp yazışmaları çıxarılar, onlara baxış keçirilərdi). Lakin bu hallar ibtidai istintaq orqanı tərəfindən aydınlaşdırılmamış, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı hər hansı istintaq hərəkətləri aparılmamış, digər lazımi əməliyyat-axtarış tədbirləri də keçirilməmişdir. Heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxsin üzərində 06 ayrı bükümdə psixotrop maddə, 03 ayrı bükümdə narkotik vasitə heroin və 01 ədəd Methadon həbinin çıxmasına görə ibtidai istintaq orqanı əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İşdə olan tələbnamədən, hökmün və Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, çəkilməmiş qalmış cəzası 01 il azaldılmış, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinə görə 16 fevral 2022-ci il tarixdən həbsdə olduğundan ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 04 ay 21 gün təşkil etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsində göstərilir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 18 fevral 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs barəsində ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,807 qram psixotrop maddə metamfetamin, 0,094 qram narkotik vasitə heroin və ½ hissəyə malik olan dərman həbi methadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən ilk dəfə istintaq zamanı 45 iş saatı, cinayət işi ibtidai istintaqa qaytarıldıqdan sonra isə 10 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Abşeron rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 04 ay 21 gün hissəsi ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 08 ay 10 gün müddət) qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 16 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,807 qram psixotrop maddə metamfetamin, 0,094 qram narkotik vasitə heroin və ½ hissəyə malik olan dərman həbi methadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-230/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-230/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver