Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-230/2023 14.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1980-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, rəsmi qaydada işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olamaqla, Bakı şəhəri, Xətai rayonu, “UPD” yaşayış massiv fərdi yaşayış evdə kirayə yaşayamış, deməsinə görə halhazırda Bərdə rayonunun Qaradağlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, 14 fevral 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında müxtəlif əşyaların satışı ilə məşğul olduğunu öyrənərək həmin ünvana gəlib qonşuluqda yaşadığını bildirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 16 manat dəyərində qadın alt geyimi və “Rexona” markalı antiperspirantı alıb evində nəğd 100 manatlıq əskinas olduğunu qeyd edərək əlavə 90 manat verməyi xahiş edib 106 manat məbləğində pul vəsaiti göndərəcəyini vəd etdikdən sonra Zərərçəkmiş şəxs2 həmin pul vəsaitini gətirmək üçün onunla göndərdiyi, 14 fevral 2016-cı ildə doğulmuş Zərərçəkmiş şəxs1 ilə evdən çıxdıqdan sonra, Zərərçəkmiş şəxs1 qulaqlarında olan sırğaları görüb Qobustan qəsəbəsi, Torağay küçəsi, 20 nömrəli fərdi yaşayış evinin arxasında həmin əmlakı açıq talama niyyəti ilə sonuncuya sırğaların açıldıqlarını və yerə düşüb itə biləcəklərini bildirib diqqətini yayındırmaq məqəsdilə psixi təsir göstərərək qulaqlarındakı 2,11 qram kütləli, 583/585 əyarlı, qızıldan hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, 179,00 manat dəyərində bir cüt sırğanı açmaqla açıq talama yolu ilə ələ keçirib hadisə yerindən uzaqlaşaraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, “kron” xəstəsidir və onun maddi vəziyyəti olduqca ağır olduğu üçün 14 fevral 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə getmişdir. Tanımadığı qadına yaxınlaşıb yaxınlıqda paltar satışı ilə məşğul olan şəxslər barədə soruşmuşdur. Həmin qadın iki mərtəbəli binanın 2-ci mərtəbəsini göstərərək həmin evdə olan qadının pal-paltar satışı ilə məşğul olduğunu bildirmişdir. O, həmin qadından evdə yaşayan şəxslərin adını öyrənmişdir. Daha sonra o, 2-ci mərtəbəyə qalxaraq evin qapısını döymüş qapını tanımadığı hicablı bir qadın açmışdır. O, həmin qadına qonşuluqda yaşadığını və onları tanıdığını bildirmişdir. Bundan sonra həmin qadın onu evə dəvət etmiş, qadından hansı paltar satması barədə soruşmuşdur. Ona satdığı paltarları göstərmiş, 01 ədəd qadın alt paltarı və 01 ədəd antisprey olan Rexona almışdır. Aldığı əşyaların ümumi dəyəri 16 manat etmiş, qadına işdən gəldiyini bildirərək üzərində 100 manatlıq əskinasdan başqa pul olmadığını, pullarının evdə olmasını həmçinin ona 90 manat əlavə pul verməsini istəmiş, onunla evinə kiminsə göndərməsini bildirərək evdən həmin şəxsə 106 manat pul verəcəyini bildirmişdir. Qadın onunla razılaşdıqdan sonra ona 90 manat pul vermişdir. Daha sonra qadın ona evdən 106 manat pulu götürərək verməsindən ötrü evdə olan təxminən 7-8 yaşında qız uşağını onunla birlikdə göndərmişdir. O, pilləkənlə aşağı düşən zaman qızın qulağında sırğaları görmüş və uşağın qulağındakı sırğaları çıxarmaq qərarına gəlmişdir. Evdən bir qədər aralandıqdan sonra o uşağa qulağındakı sırğaların açılıb yerə düşərək itə biləcəyini bildirmişdir. Uşağın qulağındakı sırğaları açıb götürmüş, uşağa demişdir ki, pul ilə birlikdə sırğaları anasına verəcəkdir. Sırğaları uşağın qulağından açdıqdan sonra uşağa gedib irəlidə gözləməsini, özünün evdən pulu götürüb gələcəyini demişdir. Bu sözləri deyərək uşaqdan uzaqlaşmış, avtomobil yolunun digər tərəfinə keçmiş, markasına və qeydiyyat nişanına dəqiq fikir vermədiyi yol avtomobilinə əyləşərək Sahil qəsəbəsinə getmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır, kron xəstəliyindən əziyyət çəkir və ailə üzvülərindən heç kiminin olmadığını bildirmişdir. Odur ki, məhkəmədən bu halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Az yaşlı Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə məhkəmənin 05 sentyabr 2023-cü il tarixli iclasında iştirak etmişlər. Həmin məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını ona yüngül cəza verilməsini və növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsi elan edilmişdir. Qanuni nümayəndə öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. Şəhlanın hər hansı bir psixoloji xəstəliyi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 onun qaynı arvadıdır və onlarla qonşuluqda yaşayırlar. Qızı Şəhla arada-bir məktəbdən evə gəldikdən sonra Şükufənin yaşadığı evə gedirmiş. xx.xx.2023-cü il tarixdə günorta vaxtı qızı Şəhla yaşadıqları evdən çıxıb Şükufənin yaşadığı evə getmişdir. Şəhla Şükufənin evində olduğu zaman bir nəfər qadın gəlib qapını döymüş, Şükufə də qapını açmışdır. Həmin qadın Şükufəyə demişdir ki, onlarla qonşuluqda yaşayır və Afayəti yəni qaynanasını tanıdığını bildirmişdir. Həmin qadın qaynanasının adını dediyi üçün Şükufə arxayınlaşaraq onu evə dəvət etmişdir. Həmin qadın Şükufədən 16 manat dəyərində bir ədəd antisperspirant “Rexona”, bir ədəd qadın alt paltarı götürərək işdən gəldiyini, pulunun evdə olmasını və üzərində 100 manatlıq əskinas olmasını demişdir. Şükufə ona 90 manat da pul verdikdə, həmin qadın onunla bir adam göndərməsini, həmin adama 106 manat pul verəcəyini bildirmişdir. O, Şəhlaya həmin qadınla getməsini, qadının ona 106 manat pul verəcəyini bildirmişdir. Şəhla da, həmin qadınla birlikdə evdən çıxmış, evin yanında yerləşən işıq idarəsinin yaxınlığında həmin qadın Şəhlaya qulağındakı sırğaların qulağından açılıb düşəcəyini bildirdikdən sonra sırğaları açaraq çıxarmış və sırğaları pul ilə birlikdə anasına verəcəyini demişdir. Daha sonra həmin qadın qaçıb yolu digər tərəfə keçərək orada olan taksiyə minərək oradan uzaqlaşmışdır. Həmin qadın sırğaları açdığı zaman Şəhlaya heç bir zor tətbiq etməmişdir. Şəhla həmin qadının getdiyini gördüyü zaman yaşadıqları evə tərəf qaçmağa başlamış, yolda anası ilə qarşılaşdığı zaman baş vermiş hadisə barəsində anasına məlumat vermişdir. Şahid Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, arada bir parfumeriya, qadın paltarı və xırdavat mallarını Sədərək T/M-dən alıb gətirərək qonşulara və ya tanışlara satır. xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında olarkən mənzilin qapısı döyülmüş və o qapını açdıqda təxminən 35-37 yaşında hamilə qadınının qapının qarşısında dayandığını görmüşdür.Həmin qadından nə istədiyini soruşduqda qadın ona qonşuluqda yaşadığını, qaynanası Afayəti tanıdığını və onun satdığı malları görmək istədiyini bildirmişdir. Qaynanası Afayətin adını eşitdiyi üçün bir qədər arxayınlaşmış, həmin qadını evə dəvət etmişdir. Həmin qadına elə bir satdıq malı olmadığını bildirdikdə qadın ona nəyi varsa gətirməyini və baxmasını demişdir. Həmin gün sevgililər günü olmasını və onun həyat yoldaşına hədiyyə almaq istədiyini bildirmişdir. Həmin qadına kişi üçün elə bir malı olmadığını və təkcə kişi corabı olmasını demişdir. Həmin qadın təkid etdiyi üçün kişi corabını gətirmişdir. Qadın ondan bir ədəd antisperspirant “Rexona”, bir ədəd qadın alt paltarı götürmüş və endirimdən sonra ümumi məbləğ 16 manat təşkil etmişdir. Qadın ona işdən gəldiyini, pulun evdə olmasını və üzərində 100 manatlıq əskinas olmasını demişdir. Ona 90 manat da pul vermiş, onunla bir adam göndərməsini, həmin adama 106 manat pul verəcəyini bildirmişdir.Özünə məxsus 90 manat pulu və aldığı malları həmin qadına vermişdir. Həmin vaxt baldızı Ruhanənin 8 yaşlı qızı Şəhla onların evində olmuşdur. O, Şəhlaya həmin qadınla getməsini, qadının ona 106 manat pul verəcəyini bildirmişdir. Beləliklə həmin qadın Şəhla ilə birlikdə evdən çıxıb getmiş, təxminən 15 dəqiqə sonra Şəhla baldızı Ruhanə ilə birlikdə yaşadığı evə ağlayaraq gələrək ona həmin qadın evin yanında yerləşən işıq idarəsinin yaxınlığında qulağındakı sırğaların qulağından açılıb düşəcəyini bildirdikdən sonra sırğaları onun anasına verəcəyini demişdir. Həmin qadın Şəhlanın qulağından bir cüt qızıl sırğanı açaraq onu avtomobil yolunun kənarına qədər aparmış, orada evin açarını götürüb gələcəyini bildirərək gözləməsini istəmişdir. Daha sonra həmin qadın qaçıb oradan uzaqlaşmış, Şəhla isə onun yaşadığı evə tərəf qaçıb gələrək yolda anası Ruhanə ilə rastlamışdır. Baş vermiş hadisə ilə bağlı anasına məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkolgiya Mərkəzi tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli müayinə sənədindən görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs “yoğun bağırsaq selikli qişası bioptatı. Xronik eroziv iltihabi xəstəlik, yüksək intensivlikdə iltihab infiltrasiyası və destruksiya. Yoğun (düz) bağırsaq selikli qişası bioptatı: iltihabı hiperplastik polip fraqmentləri. Yoğun bağırsağın xronik eroziv iltihabı” xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AK. M.Ə.Mirqasımov adına RKX-nın ambulator kitabçadan çıxarışından aydın olur ki, Təqsirləndirilən şəxs 24 apre 2019-cu il tarixdən 02 may 2019-cu il tarixədək “kron xəstəiyi, klinik orta ağır gedişat (endoskopik 3cü dərəcəli aktivlik)” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan 14 fevral 2023-cü il tarixli «İfadənin yerində yoxlanılması haqqında» protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl barədə istintaqa vermiş olduğu ifadəni əyani şəkildə hadisə yerində Qobustan qəsəbəsi, Torağay küçəsində yerləşən işıq idarəsinin yaxınlığında göstərmişdir. İş materiallarında olan 02 mart 2023-cü il tarixli «Hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə Qobustan qəsəbəsi, Torağay küçəsində yerləşən işıq idarəsinin yaxınlığında və Torağay küçəsi, ev 20-nin arxasıdır arxasıdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 6/1358-9/1620 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - 2,11 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşları olan, sarı rənglli bir cüt sırğa 583/585 əyarlı qızıldan hazırlanmışdır. Sırğa cütünün üzərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aid deyildir. 2,11 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış üzərində rəngsiz, şəffaf qaşları olan, sarı rənglli bir cüt sırğanın modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin fevral ayına orta bazar qiyməti təxminən 179,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 140 (yüz qırx) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 15 aprel 2023-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluqla əldə edilmiş bir cüt sırğa zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, “kron” xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsnun törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 28 fevral 2023-cü il tarixdə, saat 16:35-də şübhəli şəxs kimi tutulmuş və 02 mart 2023-cü il tarixdə saat 12:00-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra, Qaradağ rayon prokurorunun qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və o Qaradağ RPİ-nin MSY-dən azad edilməklə, müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır İş üzrə 140 (yüz qırx) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə bir cüt sırğanın zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxsnun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsn şübhəli şəxs kimi tutulduğu 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 ( iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 4i ünvanındakı mənzili hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X8 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə 140 (yüz qırx) manat ekspertiza xərci X5 tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə bir cüt sırğanın zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 180 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-230/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-230/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver