Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-230/2024 05.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası- nın vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Xanxanımlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozunda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən dayısı oğlu X1 ilə qısa müddətli görüşə gələn zaman əynində olan alt paltarında sellofan torbaya bükərək gizlətdiyi “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya sayılan – daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan üz hissəsində “B” hərfi yazılan “X8” modelli, “**********73370-**********73388” imei kodlu bir ədəd mobil telefon aparatını yoxlamadan gizli olaraq məhkum Elxan Hümbətova ötürməyə cəhd etmiş və müəssisənin nəzarət-buraxılış məntəqəsinin əməkdaşlarının keçirdiyi axtarış-baxış tədbirləri zamanı həmin əşya aşkar edi- lərək götürüldüyünə görə iradəsindən asılı olmayan səbəblərdən cinayət əmə- lini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə özünü təqsirli bilərək bildirmişdir ki, X1 onun dayısı oğludur və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəzasını çəkir. 31 mart 2024-cü il tarixdə təxminən saat 16:30 radələrində dayısı oğlu Elxan Hümbətov ilə qısamüddətli görüşməkdən və onun üçün sovqat aparmaqdan ötrü Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinə gəlmişdir.Nəzarət buraxılış məntəqəsində müəssisənin əməkdaşları tərəfindən gətirdiyi sovqatlara baxış keçirilən zamanı sovqatların arasından heç bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Gətirdiyi sovqatlara baxış keçiriləndən sonra müəssisənin əməkdaşları tərəfindən nəzarət buraxılış məntəqəsində yerləşən otaqların birində üzərinə baxış keçirilmiş və baxış keçirilən zaman əynində olan alt paltarının içərisindən əvvəlcədən sellofan torbaya bükərək gizlətdiyi bir ədəd mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Mobil telefon aparatını cəzaçəkmə müəssisəsinə gətirilməsi barədə dayısı oğlu Elxan Hümbətovun məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin rəisinin növbətçi köməkçisi Şahid2 ifadəsində göstəmişdir ki, 31 mart 2024-cü il tarixdə, saat 16:30 radələrində müəssisədə cəza çəkən məhkum X1 ilə qısamüddətli görüşə gələrək sovqat gətirmiş bibisi oğlu Təqsirləndirilən şəxs gətirdiyi sovqatlara və üzərinə müəssənin nəzarət-buraxılış məntəqəsində xüsusi ayrılmış otaqda hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əynində olan alt paltarından sellofan torbaya bükülərək gizlədilmiş vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya sayılan daxilndə “Sim” danışıq kartı olan bir ədəd “Mini Bentley” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rejim-nəzarət şöbəsinin inspektoru Şahid3 eyni məzmnlu ifadə verərək Şahid2 qeyd etdiklərini təsdiq etmişdir. İş materiallarında olan 23 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə fakta görə başlanılmışdır. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan kompyuter-texniki ekspertizasının 17 may 2024-cü il tarixli, “5/501” nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd üz hissəsində “B” hərfi olan “X8” modelli, “**********73370-**********7- 3388” imei kodlu mobil telefon olmaqla, halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə,məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən peşman olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş cərimə cəzasının yuxarı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan üz hissəsində“B” hərfi yazılan “X8” modelli,“**********73370- **********73388” imei kodlu mobil telefon aparatı məhv edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan üz hissəsində“B” hərfi yazılan “X8” modelli,“**********73370- **********73388” imei kodlu mobil telefon aparatı məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim :Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-230/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-230/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver