Məhkəmə qərarları › İş №1(002)-230/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-230/2025

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-230/2025 12.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri 03 il 02 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Lənkəran şəhəri, Heydər Əliyev prospekti ev 1-də qeydiyyatda ola, hal-hazırda azadlıqdan məhrum etmə cnövündə cəza çəkməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Almaniya Federativ Respublikasından avtomobil gətirmək kimi imkanının olmasına inandıraraq, sonuncuya 35.000 manat müqabilində «Toyota Camry» markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə edərək, aldadıb, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 18 iyun 2024-cü il tarixdə, saat 14:05-də Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən mağazadakı «MilliÖn» ödəmə terminalı vasitəsilə onun 4127-2093-0270-3704 nömrəli bank kartına göndərdiyi 2.000 manat, 18 iyun 2024-cü il tarixdə saat 14:07-də həmin ünvanda yerləşən mağazadakı «MilliÖn» ödəmə terminalı vasitəsilə göndərdiyi 550 manat, 24 iyun 2024-cü il tarixdə saat 10:57-də həmin ünvanda yerləşən mağazadakı «MilliÖn» ödəmə terminalı vasitəsilə göndərdiyi 2.000 manat, 24 iyun 2024-cü il tarixdə saat 11:01-də həmin ünvanda olarkən mobil tətbiq vasitəsilə 5103-07**-****-6260 nömrəli bank kartı hesabından göndərdiyi 1.450 manat, 18 iyul 2024-cü il tarixdə saat 09:45-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən şossesi ünvanında yerləşən mağazadakı «mpay» ödəmə terminalı vasitəsilə göndərdiyi 2.000 manat, 18 iyul 2024-cü il tarixdə saat 09:49-da həmin ünvanda yerləşən mağazadakı «mpay» ödəmə terminalı vasitəsilə göndərdiyi 2.000 manat, 18 iyul 2024-cü il tarixdə saat 09:53-də həmin ünvanda yerləşən mağazadakı «mpay» ödəmə terminalı vasitəsilə göndərdiyi 2.000 manat, 18 iyul 2024-cü il tarixdə saat 09:56-da həmin ünvanda yerləşən mağazadakı «mpay» ödəmə terminalı vasitəsilə göndərdiyi 2.000 manat, 18 iyul 2024-cü il tarixdə saat 09:58-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolu 57 ünvanında yerləşən mağazadakı «MilliÖn» ödəmə terminalı vasitəsilə göndərdiyi 2.000 manat, 18 iyul 2024-cü il tarixdə saat 10:00-da həmin ünvanda yerləşən mağazadakı «MilliÖn» ödəmə terminalı vasitəsilə göndərdiyi 2.000 manat pulları alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 18.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 2024cü ilin yay aylarında Zərərçəkmiş şəxs və Elşən adlı şəxs onun mobil telefon nömrəsini haradansa götürüb, onunla əlaqə yaradıb avtomobil almaq istədiklərini, öyrəndiklərinə görə onun xaricdən avtomobil gətirə bildiyini demişlər. Həmin vaxt Zərərçəkmiş şəxs özünə «Toyota Camry» markalı avtomobil gətirmək istəmişdir. Razılaşmaya əsasən o, Zərərçəkmiş şəxs üçün 35.000 manat müqabilində «Toyota Camry» markalı avtomobil gətirməli idi və sonuncu həmin pulun 18.000 manatını əvvəlcədən ödəməli olmuşdur.O həmin avtomobili şəriki vasitəsi ilə gətirəcəkmiş.Lakin şəriki onu aldadaraq göndərdiyi pulları mənimsəmiş və maşını göndərməmişdir.O son olaraq çıxışında törətdiyi əməldən peşman olduğunu bildirmiş və himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsni xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin yay aylarında o, özünə avtomobil almaq istəyən zaman dostu Elşənin vasitəsilə Təqsirləndirilən şəxs adlı şəxsi tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs dostu Elşən üçün xaricdən, yəni Almaniya Federativ Respublikasından avtomobil gətirməli idi. Həmin vaxt Elşənin bildirməsinə görə Təqsirləndirilən şəxs Almaniya Federativ Respublikasında yaşayırdı və sonuncu ilə yalnız «Vatsapp» mobil tətbiqi vasitəsilə danışmaq olurdu. O, Elşəndən Təqsirləndirilən şəxs mobil telefon nömrəsini götürmüş və sonuncu ilə danışdıqdan sonra razılaşmışlar ki, 35000 manat müqabilində ona «Toyota Camry» gətirəcək, həmin pulun içində gömrük xərcləri də vardır. Həmçinin razılaşmaya görə Təqsirləndirilən şəxs 18.000 manat pulu ödəməli olmuş, qalan pulu isə avtomobili təhvil aldıqdan sonra ödəməli olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ona göndərdiyi bank kartına ümumilikdə 18.000 manat pulları göndərmişdir. Sonuncu dəfə 12.000 manat pulu Təqsirləndirilən şəxs göndərən zaman sonuncu bildirmişdir ki, artıq avtomobili gətirmiş və gömrükdən keçirib avtomobili ona təhvil verməlidir. Məhz buna görə sonuncu dəfə 12.000 manat pulu Təqsirləndirilən şəxs bank kartına göndərmiş və pulu göndərdikdən sonra Təqsirləndirilən şəxsla əlaqə yaratdıqda sonuncu nə zənglərə nə də mesajlara cavab verməmişdir. O, bir neçə gün Təqsirləndirilən şəxsla əlaqə yaratmaq istəsə də, əlaqə yarada bilməmiş və buna görə də aldanıldığını başa düşüb hüquq mühafizə orqanlarına müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir və hal-hazırda ziyanı tələb edir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 09 may 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılaraq icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, 19 iyun 2025-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarından görünür ki, 05 sentyabr 2025-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarından görünür ki, 19 sentyabr 2025-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə ilə ittiham elan edilmiş və azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Penitensiar Müəssisəsində cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir. İş materiallarında olan götürmə aparılması və baxış keçirilməsi haqqında 01 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərdə X1 adına olan 4127-2093-0270-3704 nömrəli bank kartına 18 iyun 2024-cü il tarixdə saat 14:05-də Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən mağazadakı «MilliÖn» ödəmə terminalı vasitəsilə 2.000 manat, 18 iyun 2024-cü il tarixdə saat 14:07-də Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən mağazadakı «MilliÖn» ödəmə terminalı vasitəsilə 550 manat, 24 iyun 2024-cü il tarixdə saat 10:57-də Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən mağazadakı «MilliÖn» ödəmə terminalı vasitəsilə 2.000 manat, 24 iyun 2024-cü il saat 11:01-də tarixdə mobil tətbiq vasitəsilə 5103-07**- ****-6260 nömrəli bank kartı hesabından 1.450 manat, 18 iyul 2024-cü il tarixdə saat 09:45-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən şossesi ünvanında yerləşən mağazadakı «mpay» ödəmə terminalı vasitəsilə 2.000 manat, 18 iyul 2024-cü il tarixdə saat 09:49-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən şossesi ünvanında yerləşən mağazadakı «mpay» ödəmə terminalı vasitəsilə 2.000 manat, 18 iyul 2024-cü il tarixdə saat 09:53-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən şossesi ünvanında yerləşən mağazadakı «mpay» ödəmə terminalı vasitəsilə 2.000 manat, 18 iyul 2024-cü il tarixdə saat 09:56-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən şossesi ünvanında yerləşən mağazadakı «mpay» ödəmə terminalı vasitəsilə 2.000 manat, 18 iyul 2024-cü il tarixdə saat 09:58-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolu 57 ünvanında yerləşən mağazadakı «MilliÖn» ödəmə terminalı vasitəsilə 2.000 manat, 18 iyul 2024-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolu 57 ünvanında yerləşən mağazadakı «MilliÖn» ödəmə terminalı vasitəsilə 2.000 manat pulların göndərilməsi müəyyən olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərdəki olan ödənişləri Təqsirləndirilən şəxs bank kartına etdiyini, sonuncunun ona xarici ölkədən avtomobil alıb gətirəcəyinə dair vəd versə də, vədinə əməl etmədiyini və onu aldadaraq 18.000 manat pulunu ələ keçirdiyini bildirmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2.000 manat cərimə cəzasına məhkum olunmuş, Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası 15 faiz tutulmaqla 01 il 05 ay 09 gün islha işləri cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə şöbənin qeydiyyatdından çıxarılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 24 dekabr 2024-cü il tarixdən hesablanmışdır.. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan tam aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərin miqdarını və zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Abşeron Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli hökmündən əvvəl törətmişdir.Ona görə də Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın əvvəlindən, yəni 24 dekabr 2024-cü il tarixdən hesablanmaldır. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli hökmünə əsasən təyin edilmiş 3 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən toplanılmaqla ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 24 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs hal-hazırda Abşeron Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar