Məhkəmə qərarları › İş №1(002)-231/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-231/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-231/2024 06.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hal-hazırda Penitensiar Xidmətin 8 X1 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən cəza çəkdiyi 8 X1 “Cəzaçəkmə müəssisələrinin X2" ilə qadağan olunmuş əşyalar olan, işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan 01 ədəd sensor ekraniı və “İOS" əməliyyat sistemi ilə təhciz olunmuş “iphone 7" markalı, “A1778” modeili, “**********69532" İMEİ kodlu mobil telefon aparatını, 01 ədəd “Azercell” markalı arxa məlumat lövhəsinə görə “MF25" modeili, “**********0777911 İMEİ kodiu “4G WiFİ router" şəbəkə cihazını, 03 ədəd elektrik qidalandırıcısım, 01 ədəd qulaqcığı, 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassıyə malik olan məişət təyinatlı turist bıçağını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla gəzdirmiş və xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin 2-ci rejim korpusunun 7 saylı kamerasında müəssisə əməkdaşları tərəfindən keçiriimiş axtarış-baxış tədbiri zamanı kamerada olan soyuducunun üst qapağının alt hissəsində xüsusi üsulla gizlədilmiş həmin mobil telefon aparatı, elektrik qidalandırıcıları, qulaqcıq, bıçaq və şəbəkə cihazı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 8 X1 cəza çəkərkən gəzinti zamanı ağacın dibindən daxilində danışıq kartı olmayan 01 ədəd “iphone 7" markalı, telefon, 03 ədəd elektrik qidalandırıcısı, 01 ədəd qulaqcıq, 01 ədəd bıçaq və “WiFi router”tapmışdır. Təxminən on gün sonra qaldığı otağa müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış zamanı orada soyuducunun üst qapağında gizlətdiyi mobil telefon və digər əşyalar aşkar olunaraq götürülmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 X1 Penitensiar Xidmətin əməliyyat bölməsinin böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin 2-ci rejim korpusunun 7 saylı kamerasında müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı, məhkum Təqsirləndirilən şəxs saxlanıldığı kamerada olan soyuducunun üst qapağının alt hissəsində xüsusi üsulla gizlədilmiş, işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan 01 ədəd "İphone 7" markalı, mobil telefon aparatı, 03 ədəd elektrik qidalandırıcısı, 01 ədəd qulaqcıq, 01 ədəd bıçaq və 01 ədəd "Azercell" markalı “WiFi router” şəbəkə cihazı aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyaların aşkar olunması ilə əlaqədar müəssisə əməkdaşlarının, şahidlərin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdıraraq protokola əlavə edilmişdir. İş üzrə şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 X1 RNŞnin inspektoru vəzifəsində işləyən Şahid4 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərilmiş xüsusatları təsdiqləmişdir. İş materillarında olan kompyuter-texnlki ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 5/1735 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sensor ekran və “İOS” əməliyyat sistemi iiə təhciz olunmuş “iphone 7” markalı, “A1778” modelli, “**********69532” İMEİ kodlu mobil telefon aparatı hal- hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş, “Azeroell" markalı arxa məlumat lövhəsinə görə “MF25* modelli, “**********07779” İMEİ kodlu “4G WiFi router" şəbəkə cihazı təyinatı üzrə istifadə edilməsinin mümkün olmaması səbəbindən yararlı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materillarında olan məhkəmə-balistik ekspertizasının 21 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-3/2160 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. İş materillarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 13 (on üç) il azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarmadığından və cəzasının sonuna 05 (beş) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün qaldığından ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli hökm elan edildiyi tarixdən, yəni 06 avqust 2024-cü il tarixdən hesablanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış daxilində danışıq kartı olmayan 01 ədəd sensor ekranlı və “İOS” əməliyyat sistemi ilə təhciz olunmuş "İphone 7" markalı, “A1778” modelli, “**********69532" İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd “AzerceH” markalı arxa məlumat lövhəsinə görə ''MF25” modelli, “**********07779“ İMEİ kodlu “4G WiFi router” şəbəkə cihazı, 03 ədəd elektrik qidalandıncısı, 01 ədəd qulaqcıq dövlət nəfinə müsadirə edilməli və 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağı məhv edilməlidir. İş üzrə 183 (bir yüz səksən üç) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saat görə 120 (bir yüz iyirmi) manat, məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 05 (beş) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli hökm elan edildiyi tarixdən, yəni 06 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış daxilində danışıq kartı olmayan 01 ədəd sensor ekranlı və “İOS” əməliyyat sistemi ilə təhciz olunmuş "İphone 7" markalı, “A1778” modelli, “**********69532" İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd “AzerceH” markalı arxa məlumat lövhəsinə görə ''MF25” modelli, “**********07779“ İMEİ kodlu “4G WiFi router” şəbəkə cihazı, 03 ədəd elektrik qidalandıncısı, 01 ədəd qulaqcıq dövlət nəfinə müsadirə edilsin və 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağı məhv edilsin. İş üzrə 183 (bir yüz səksən üç) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saat görə 120 (bir yüz iyirmi) manat, məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar