Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-233/2022 01.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1985-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən qanunsuz saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, 15 mart 2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Lələtəpə adlanan ərazidə yerləşən evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq saxlanc yeri olan həyətdən Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd, hər birinin dəyəri 150 manat olan su çənini, 1 ədəd dəyəri 50 manat olan dəmir hamam vannasını, 1 ədəd dəyəri 50 manat olan dəmir çarpayını, 1 ədəd dəyəri 100 manat olan dəmir əl arabasını, ümumi dəyəri 100 manat olan 100 metr uzunluğunda kəsilmiş vəziyyətdə olan dəmir armaturları və 1 ədəd kisədə ümumi dəyəri 100 manat olan yığılmış vəziyyətdə olan mis kabelləri gizli olaraq talayıb zərərçəkmiş şəxsə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən 11 aprel 2022-ci il tarixdə 17 radələrində X2 yaşadığı ünvan 4 ünvanında yerləşən evinin həyətinə qanunsuz daxil olaraq saxlanc yeri olan həyətdən Rəfayıl Zahidova məxsus 25 ədəd uzunluğu 3 metr olan 8x8sm-lik 1 metrinin dəyəri 8 manat ümumi dəyəri 600 manat olan dəmir profilləri, 8 ədəd 3 metrlik 75 diametrlik 1 metrinin dəyəri 20 manat ümumi dəyəri 480 manat olan dəmir boruları, 20 ədəd 3 metrlik 50 diametrlik 1 metrinin dəyəri 8 manat ümumi dəyəri 960 manat olan dəmir boruları, 18 ədəd 2 metr 50 sm-lik 1 metrinin dəyəri 5 manat, ümumi dəyəri 102 manat 50 qəpik olan künclükləri və 20 ədəd ümumi uzunluğu 60 metr olan 1 metrinin dəyəri 1 manat 30 qəpik ümumi dəyəri 78 manat olan dəmir armaturları gizli olaraq talayıb zərərçəkmiş şəxsə 2200 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, himayəsində iki azyaşlı övladı var. O, özü rəsmi işləmədiyi üçün ailəsini dolandırmaq məqsədilə Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrini gəzməklə metal qırıntılarını toplayıb satmaqla məşğuldur. Azyaşlı uşaqları xəstə olduğu üçün onların müalicəsinə maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. Qəsəbə ərazisində olan dərə adlanan yerdən dəmir yığaraq aparıb satırmış. xx.xx.2022-ci il tarixdə oğurluq etdiyi həyətdə olan dəmirləri oğurluq etməmişdən 3-4 gün əvvəl orada görmüşdür. Həmin zaman o, həyətin açıq olan qapısından həyətdə dəmir olduğunun şahidi olmuşdur. Həmin dəmir məmulatlarını oğurlamağa qərar vermişdir. xx.xx.2022-ci il tarixdə qəsəbə ərazisindən tanıdığı Nurlan adlı şəxs ilə dərə adlanan ərazidən dəmir tullantıları yığmaq istəyirmişlər. O, Nurlana yaxınlıqda olan qohumun evinin həyətində dəmir məmulatları olduğunu və qohumunun həmin dəmir məmulatlarının lazımsız olduğundan aparıb təhvil verməyini xahiş etdiyini bildirmişdir. İkisi birlikdə tanımadığı şəxsin həyətinə getmişlər. Nurlan öz növbəsində yarımçıq açıq olan qapıdan içəri keçərək həyət qapısını açmış və həyətə icazəsiz daxil olmuşdur. O da icazəsiz olaraq həyətə daxil olmuşdur. Sonra birlikdə taxtaların altından dəmirləri birlikdə kənar hissəyə yığmışlar. O, taksi dalınca getmək məqsədi ilə Nurlanı həmin həyətdə gözləməsini bildirmişdir. Nurlan həyətdə gözləyən zaman o, qəsəbə ərazisinə taksi arxasınca getmişdir. Qəsəbə ərazisində tanımadığı qırmızı rəngli “Opel” markalı nəqliyyat vasitəsinə yaxınlaşmışdır. Həmin şəxsə dəmir aparmalı olduğunu bildirmişdir. Aparacağı dəmir məmulatına görə ona 5 manat taksi xidmət haqqı verəcəyini bildirmişdir. O, taksiyə əyləşərək Nurlan ilə birlikdə oğurlayacaqları dəmir olan həyətə gəlmişdir. Nurlan öz növbəsində həyətin böyük qapısını açmışdır. Taksi ilə içəri girmişlər. Taksi sürücüsü həmin dəmir məmulatlarını bir dəfəyə apara bilməyəcəyini bildirmişdir. Nurlan ilə o, ilk reys olaraq taksinin üzərində olan saxlayıcıya dəmirləri yükləmişlər. O, taksi ilə həmin yüklədikləri dəmirləri satmaq məqsədi ilə Binəqədi rayon ərazisində olan metal qəbulu məntəqəsinə getmişdir. O, orada olan fəhlə ilə dəmirləri tərəziyə boşaltmışlar. Oğurladığı dəmirlərin oğurluq olması barədə metal qəbulu məntəqəsinə heç nə deməmişdir, dəmirlərin özünün olduğunu bildirmiş və şəxsiyyət vəsiqəsini qarşı tərəfə vermişdir. İlk dəfə olaraq 97 kq dəmir məmulatlarını satmışdır. Taksi ilə yenidən həmin həyətə gəlmişdir. Nurlan onu orada gözləmişdir. Nurlan ilə birlikdə 2 dəfə olmaqla dəmirləri taksiyə yükləmişdir. O, taksiyə əyləşmiş və çölə çıxmışdır. Nurlan həyət qapılarını bağlamış və taksiyə əyləşmişdir. Birlikdə əvvəlki metal qəbulu məntəqəsinə gəlmişlər, dəmirləri Nurlan ilə birlikdə tərəziyə boşaltmışdır. Oğurladıqları dəmirlərin ümumi pulu olan 84 manatı almış və taksiyə 10 manat verərək yola salmışdır. 74 manat puldan Nurlana 10 manat verərək qəsəbə ərazisinə gəlmişlər. Orada ayrılmışlar. Oğurluq etmələri xx.xx.2022-ci il tarixdə saat 16-17:00 radələrində başlamışdır. Təxminən 2 saat ərzində oğurluq etmişlər və dəmirləri aparıb sataraq ayrılmışlar. Oğurladıqları dəmir məmulatları turba, profil imiş. Yaşadığı məhəllədə olan zaman oğurluq etmələrinin üstünün açıldığını, taksi sürücüsü saxlanıldığını bilmişdir. O, oğurluq etdiyi üçün qəsəbə ərazisindən çıxaraq Nərimanov rayonuna getmişdir. O, 15 mart 2022-ci il tarixdə təxminən saat 17 radələrində Müşfiqabad qəsəbəsi, Lələ təpə adlanan ərazidən bir dəfə fərdi yaşayış həyətinə qanunsuz olaraq daxil olmuş, daxil olduğu həyətə hasardan keçmək yolu ilə daxil olmuş, həmin həyətdən qanunsuz olarq 1 ədəd dəmir kravat, 1 tonluq su çəni, dəmir vanna, armatur qırqları, mismar olan dəmir çamadan, çamadanın içərisində təxminən 3-4 kq dəmirləri dəmir arabanın içərisinə yığaraq həyətdən çıxadaraq yoldan tanımadığı taksi tutaraq daşıyıb qəsəbədə metal qəbulu ilə məşğul olan Elmir adlı şəxsin məntəqəsinə aparmışdır. Orada o, Elmirə bildirmişdir ki, həmin əşyaları zibillikdən yığmış və şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra Elmirə həmin əşyaları satmış və həmin materialları satışından 50 manat nağd pul əldə etmişdir. Sonradan etdiyi əməli ev sahibi bildiyi üçün o, ev sahibi ilə görüşmüş və oğurladığı əşyaların bir qismini geri qaytarmışdır. Həmin şəxs ilə razılaşmışdır ki, yerdə qalan metal əşyaları da geri qaytaracaq, xahiş etmişdir ki, bu nəzərə alınsın. O, əvvəlki 1ci həyətə hasarı keçmək yolu ilə daxil olmuş və tək olmuşdur, xx.xx.2022-ci il tarixdə etdiyi oğurluğu isə Nurlan ilə birlikdə etmiş və həmin oğurluqdan əldə etdiyi 74 manat pulun 64 manatını o özünə götürmüş, 10 manatını isə Nurlana vermişdir. Nurlanın onun oğurluq etməsindən xəbəri olmamışdır. O, Nurlana qohumunun ondan etdiyi xahişə görə həyətdən dəmirləri aparmağını bildirmişdir. Nurlanın onun oğurluq etməsindən xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixdə Rəfayıl Zahidovun həyətindən Nurlanla birlikdə oğurladığı dəmir məmulatları armaturlar, profil dəmirləri, dəmir borulardan ibarət olmuşdur. O, xx.xx.2022-ci il tarixdə Rəfayıl Zahidovun həyətindən oğurladığı dəmir məmulatlarını Müşfiqabad qəsəbəsinin Binəqədi rayonu ərazisinə düşən hissəsində Elmir adlı şəxsə şəxsiyyət vəsiqəsini göstərməklə satmış və Elmirə bu barədə heç bir söz deməmişdir. Elmir də ondan bu barədə heç nə soruşmamışdır. O, xx.xx.2022-ci il tarixdə Rəfayıl Zahidovun həyətindən Nurlanla birlikdə oğurladığı dəmir məmulatlarını qəsəbədə taksi fəaliyyəti ilə məşğul olan adını bilmədiyi qırmızı rəngli “Opel” markalı ** GH *** dövlət nömrə nişanlı avtomaşın ilə aparmış və həmin şəxsə həyətdən dəmir aparacağını demişdir. Həmin sürücü dəmir məmulatlarının oğurluq olub-olmamasını soruşmamış və o, taksi pulu olaraq sürücüyə 10 manat pul verimişdir. O, Elmir adlı şəxsə şəxsiyyət vəsiqəsi təqdim etdikdən sonra əşyaları zibillikdən yığdığını demişdir. Elmirin onun oğurluq etməsindən xəbəri olmamışdır. O, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 həyətindən oğurladığı əşyaları dəmir əl arabasına yığaraq bir dəfəyə həyətdən çıxardaraq yoldan keçən tanımadığı taksi vasitəsi ilə metal qəbulu məntəqəsinə aparmışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxs X4 ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs2 məxsus əşyaların əksər hissəsini metal qəbuletmə məntəqəsindən geri götürərək sahibinə qaytarmış, lakin maddi imkanı çox zəif olduğundan zərərçəkmiş şəxsə vurulmuş ziyanının qalan hissəsini ödəmək iqtidarında olmamış, lakin qısa müddətdə gələcəkdə qalan ziyanı da tam ödəyəciyini bildirmişdir. Törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Anası və atası vəfat etmiş, həyat yoldaşı evdar xanım olmaqla himayəsində iki azyaşlı övladı vardır. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ona məxsus 4 sütun içərisində olan fərdi yaşayış evində talvar tikmək məqsədi ilə həyətin giriş qapısının sağ tərəfində dəmir borular və dəmir profil, həmçinin armaturlar, həyətə daxil olan adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq satılmışdır. O, işdən yaşadığı fərdi evə gələn zaman yoldaşı ona bildirmişdir ki, o, evdə olmayan zaman xx.xx.2022 ci il tarixdə saat 17 radələrində həyətə daxil olan Təqsirləndirilən şəxs onun həyətə yığdığı dəmirləri bir qırağa yığmış və sonradan aparmışdır. O, yoldaşından bu barədə soruşduqda yoldaşı ona bildirmişdir ki, “elə bilib qonşuluqda təmir işləri görən şəxsdir və ona dəmir turba lazımdır”. O, əvvəlcədən yoldaşına bildirmişdir ki, “qonşu bizə gələcək və oradan dəmir turba və s, lazım olan bir neçə tikinti əşyası götürəcəkdir”. Yoldaşı ona belə bir söz dediyini xatırlamış və dəmiri oğurlayan şəxslər barədə məlumatsız olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həyətindən dəmirləri oğurlayan Təqsirləndirilən şəxs öz tanışı Şahid2 ilə birlikdə olmuş və Təqsirləndirilən şəxs onun həyətindən oğurladıqları dəmirləri qəsəbə ərazisində taksi fəaliyyəti ilə məşğul olan qırmızı rəngli “Opel” markal ** GH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yükləyərək dəmir qəbulu məntəqəsinə aparmış və orada satmışlar. O, bu barədə məlumat aldıqdan sonra dəmir qəbulu məntəqəsinə getmiş və oranı işlədən şəxs ilə söhbət etdikdən sonra dəmir boruların və profillərin bir hissəsini geri qaytarmışdır. Təqsirləndirilən şəxs tanışı Şahid2la birlikdə onun həyətindən 25 ədəd uzunluğu 3 metr olan 8x8sm-lik 1 metrinin dəyəri 8 manat ümumi dəyəri 600 manat olan dəmir profilləri, 8 ədəd 3 metrlik 75 diametrlik 1 metrinin dəyəri 20 manat ümumi dəyəri 480 manat olan dəmir boruları, 20 ədəd 3 metrlik 50 diametrlik 1 metrinin dəyəri 8 manat ümumi dəyəri 960 manat olan dəmir boruları, 18 ədəd 2metr 50 sm-lik 1 metrinin dəyəri 5 manat, ümumi dəyəri 102 manat 50 qəpik olan künclükləri və 20 ədəd ümumi uzunluğu 60 metr olan 1 metrinin dəyəri 1 manat 30 qəpik ümumi dəyəri 78 manat olan dəmir armaturları oğurlamışlar. Ona həmin oğurluq nəticəsində 2200 manat 50 qəpik maddi ziyan dəymişdir. O, metal qəbulu məntəqəsindən bir neçə əşyalarını götürmüş və metal qəbulu məntəqəsindən götürdüyü əmlakın dəyəri 300 manat təşkil etmişdir. O, həmin metal qəbulu məntəqəsindən qaytardığı əmlakını ona lazım olmadığına görə səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə satmışdır. O, həmin şəxsləri tanımırmış və idarə etdiyi avtomaşının dövlət nömrə nişanını xatırlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Lələtəpə adlanan ərazidə yaşayış üçün özünə 2 martəbəli evi tikirmiş. Halhazırda həmin tikili yarımçıq vəziyyətdədir. xx.xx.2022-ci il tarixdə o, evə nəzarət etmək məqsədi ilə gələndə ona məlum olmuşdur ki, həyətdən ona məxsus olan 2 ədəd, hər birinin dəyəri 150 manat olan su çənini, 1 ədəd dəyəri 50 manat olan dəmir hamam vannasını, 1 ədəd dəyəri 50 manat olan dəmir çarpayını, 1 ədəd dəyəri 100 manat olan dəmir əl arabasını, ümumi dəyəri 100 manat olan 100 metr uzunluğunda kəsilmiş vəziyyətdə olan dəmir armaturları və 1 ədəd kisədə ümumi dəyəri 100 manat olan yığılmış vəziyyətdə olan mis kabelləri naməlum şəxs oğurlamışdır. O, əşyalarını tanıdığından qəsəbədə olan metal qəbulu məntəqəsinə getmiş və orada əşyalarını gördükdə tanımışdır. Sonradan ona məlum olmuşdur ki, həmin əşyalarını Təqsirləndirilən şəxs adlı şəxs oğurlamışdır. O, Təqsirləndirilən şəxs Müşfiqabad qəsəbəsində tapmış və oğurluq etdiyi əşyalarını qaytarmağını xahiş etmişdir. Anar onunla birlikdə həmin metal qəbulu məntəqəsinə gəlmiş və orada olan mallarını ona geri qaytarmışlar. O da həmin əşyaları yararsız vəziyyətə salındığından səyyar metal qəbul edən şəxslərə satmışdır. O, səyyari metal qəbul edən şəxsləri tanımırmış və idarə etdikləri avtomaşının dövlət nömrə nişanını bilməmişdir. Ona həmin oğurluq nəticəsində 700 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona 1 ədəd dəmir kravat, 1 ədəd su çəni və 1 ədəd dəmir vannanı geri qaytarmışdır. Həmin əşyaların dəyəri 250 manat məbləğində olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən hadisədən təxminən 10 gün əvvəl olarmış ki, Müşfiqabad qəsəbəsində yerləşən Qaçqınlar şəhərciyində yol kənarında özünə məxsus qırmızı rəngli “Opel” markalı ** GH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsi ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2022-ci il tarixdə axşam saat 16:00 radələrində tanımadığı, sonradan adı ona Təqsirləndirilən şəxs kimi məlum olan şəxs yaxınlaşaraq əşyaları olduğunu bildirmişdir. O, nə əşya olduğunu soruşan zaman qarşı tərəf dəmir məmulatları olduğunu bildirmişdir. Onunla götürməyini bildirmişdir. O, öz növbəsində istifadəsində olan nəqliyyat vasitəsinə yerləşəcəyini soruşan zaman qarşı tərəf yerləşəcək deyərək onunla getməyini istəmişdir. Həmin şəxs istifadəsində olan nəqliyyat vasitəsinin qabaq oturacağına əyləşmiş və onlar birlikdə həmin şəxsin bildirdiyi ünvana getmişdir. Sonradan adı ona Nurlan kimi məlum olan şəxs onun ilə gələn Anar adlı şəxs ilə salamlaşmış və “gəldiniz” deyərək müraciət etmişdir. Sonradan həyət qapısını Anar açaraq maşını içəriyə salmağını bildirmişdir. O, dəmirlərə baxan zaman istifadəsində olan nəqliyyat vasitəsinin dəmiri tam apara bilməyəcəyini bildirmişdir. Həmin dəmirləri iki dəfəyə aparmalı olduğunu bildirdikdən sonra qarşı tərəf bununla razılaşmışdır. Anar və Nurlan həyətdə olan dəmirləri maşının dam hissəsinə yarsını yığmış, o, iplə dəmirləri bağlamış və Anar ilə dəmir qəbulu məntəqəsinə gəlmişdir. Anar dəmir qəbulu məntəqəsində dəmiri boşaldaraq tərəziyə yığmışdır. Sonra onlar birlikdə 2 dəfə dəmirləri yığmaq üçün geri qayıtmışlar. Nurlan həmin həyətdə oturaraq siqaret çəkirmiş. İki dəfə dəmirləri maşına yükləmişlər, həyət qapısını bağladıqdan sonra qabaq oturacaqda Anar, arxa oturacaqda isə Nurlan əyləşmişdir. Onlar birlikdə iki dəfə dəmir qəbulu məntəqəsinə gedən zaman Nurlan Anardan ilk dəfə neçə kq dəmir olduğunu soruşan zaman Anar Nurlana 1-ci dəfəfə 97 kq dəmir olduğunu bildirmişdir. Həmin şəxslər ona əziyyəti müqabilində 10 manat pul vermişlər. O, Təqsirləndirilən şəxs sərbəst formada həmin həyətə girib-çıxmasından və digər şəxs Nurlanın orada onları gözləməsinə görə elə bilmişdir ki, həmin həyət Təqsirləndirilən şəxs məxsusdur və öz əşyalarını aparıb metal qəbulu məntəqəsinə təhvil verirmiş. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlanayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, o, uzun müddətdir Bakı şəhəri, Müşfiqabad qəsəbəsinin Binəqədi rayon ərazisinə düşən hissəsində yerləşən dəmir qəbulu məntəqəsi işlədirmiş. xx.xx.2022 ci il tarixdə tanımadığı şəxs qırmızı rəngli “Opel” markalı nəqliyyat vasitəsi ilə ona satış üçün dəmir gətirmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş və həmin dəmirlərin kimə məxsus olduğu barədə məlumat almışdır. xx.xx.1985-ci il təvəllüdlü (AA*******) şəxs olan Təqsirləndirilən şəxs həmin dəmir məmulatlarını öz həyətindən gətirdiyini, uzun müddətdir baxımsız qalan bağında təmizlik işləri apardığı zaman topladığını bildirmişdir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəkilini mobil telefonuna çəkərək dəmir tullantılarını Anardan almışdır. Həmin şəxs 1-ci dəfə gətirdiyi dəmir tullantılarının çəkisi 97 kq, 2-ci dəfə gətirdiyi dəmir tullantları 35 kq imiş. Həmin şəxs ikinci dəfə onun yanına gələndə özü ilə başqa bir nəfər ilə gəlmişdir. Həmin şəxsin polis bölməsində olan zaman Nurlan olduğunu bilmişdir. O, bildirmişdir ki, ona gətirdikləri dəmir tullantılarına ümumilikdə 56 manat pul vermiş, həmin dəmir tullantılarını o, metal formada çəki ilə alırmış. Hadisədən bir neçə gün sonra işlədiyi yerə sonradan adını Rəfayıl kimi tanıdığı şəxs gələrək yaşadığı fərdi həyətdən oğurluq edildiyi barədə məlumat vermişdir. O, öz istəyi ilə qarşı tərəfə bildirmişdir ki, “dəmirlərə baxsın əgər ona məxsus dəmir tullantılar varsa apara bilər”. Həmin şəxs dəmir tullantıların içərisindən özünə məxsus dəmirləri yığmış və aparmışdır. O, sonradan könüllü olaraq polis bölməsinə gedərək dəmiri oğurlayaraq ona satan şəxslər barədə məlumat vermişdir. Həmin şəxsin dəmir tullantılarının oğurlayaraq ona satması barədə əvvəlcədən məlumatı olmamışdır. O, Rəfayıl adlı şəxsə dəmir profilləri, dəmir boruları və dəmir üçküncləri geri qaytarmışdır. Təqsirləndirilən şəxs ona satdığı digər əşyaları isə o, dəmir qəbuluna vermişdir. Buna görə də qalan dəmir məmulatlarını qaytara bilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ona 1 ədəd dəmir kravat, 1 tonluq su çəni, dəmir vanna, armatur qırqları, mismar olan dəmir çamadan və dəmir araba gətirərək təhvil vermişdir. Anar həmin əşyları zibillikdən yığdığını demiş və şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, Anarın şəxsiyyət vəsiqəsi təqdim etdiyinə görə inanıb həmin metalları qəbul edərək Anara 50 manat pul vermişdir. O, həmin əşyaların oğurluq olmasını bilməmişdir. Bir müddətdən sonra Anar gələrək xx.xx.2022-ci il tarixdə ona satdığı 1 ədəd dəmir kravat, 1 tonluq su çəni, dəmir vannanın pulunu geri qaytararaq özünə lazım olduğunu deyərək aparmışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Müşfiqabad qəsəbəsində, Qaçqınlar şəhərciyində yerləşən “Şərab evi” adlanan ərazidə duran zaman qəsəbə ərazisindən tanıdığı və onun qonşuluğunda yaşayan Anar adlı şəxs ona yaxınlaşaraq qohumu evində dəmir olduğunu köməklik etməyini və qarşılığında ona fəhləlik etmək üçün 10 manat verəcəyini bildirmişdir. O, Anar ilə razılaşdıqdan sonra Anar ilə birlikdə onun qohumu evinə getmişdir. Qapı açıq imiş. Anar ilə birlikdə həyətin giriş qapısının sağ tərəfində yerləşən dəmirləri bir kənara yığmışlar. Anar ona bildirmişdir ki, həmin həyətdə qalsın və özü maşın gətirib gəlsin. O, həyətdə gözləmiş və Anar öz növbəsində maşın gətirməyə getmişdir, o, həyətdə təxminən 40 dəqiqə gözlədikdən sonra Anar adlı tanıdığı şəxs qırmızı rəngli “Opel” markalı nəqliyyat vasitəsi ilə həyətə gəlmişdir. Onlar birlikdə həyətdə olan dəmir əşyaları maşına yükləyən zaman maşının sürücüsü yükü iki dəfəyə aparacağını bildirmişdir. Onlar maşına yük yığdıqdan sonra Anar ilə birlikdə maşınla dəmirləri dəmir qəbulu məntəqəsinə aparmışlar. Təxminən 30-35 dəqiqə sonra Anar maşın ilə geri qayıtmış və o, Anar ilə birlikdə yerdə qalan dəmirləri maşına yükləmişdir. Anar nəqliyyat vasitəsində qabaq oturacaqda əyləşmiş və o, həmin maşında arxa oturacaqda əyləşmişdir. Birlikdə metal qəbulu məntəqəsinə gəlmişlər. Anar gətirdikləri dəmirləri satdılqdan sonra ona fəhlə pulu olaraq 10 manat vermişdir. Anar adlı şəxsin dəmirləri oğurlaması barədə onun əvvəlcədən məlumatı olmamışdır. Həmin dəmirlərin nə məbləğdə satılması barədə məlumatı yoxmuş. Təqsirləndirilən şəxs ona həmin evin həyətinin qohumuna məxsus olduğunu və qohumunun xahişi ilə lazımsız dəmirləri götürəcəyini bildirmişdir və ona fəhlə pulu olaraq 10 manat pul vermişdir. Onun Təqsirləndirilən şəxs həmin həyətdən oğurluq etməsindən xəbəri olmamışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2008-ci il tarixdə X10 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2021-ci il tarixdə X5 ölmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X8 və xx.xx.2013cü il tarixdə doğulmuş X9 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxs X4 ilə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, digər Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 19 aprel 2022-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 21 aprel 2022-ci il tarixdə barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs bu günədək həbsdə qaldığı 06 (altı) ay 13 (on üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 06 (altı) ay 13 (on üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-233/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-233/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver