Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-233/2023 13.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, X1, Zərərçəkmiş şəxs (mülki iddiaçı) X5, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı 23 may 2023-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X9 tərəfindən tərtib edilərək 27 may 2023-cü il tarixdə Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədov tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı, şəxsiyyəti istintaqa məlum olmayan “Esmira” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində yerləşən “X12” adlı mağazasına gəlib “Esmira” adlı şəxsi bacısı kimi təqdim edərək iki ədəd xəz kürk götürüb evdə baxaraq seçim etdikdən sonra bir ədədini alacaqlarını bildirib, 1 gün sonra kürklərdən birini qaytarmaqla 1900 manat dəyərində digər kürkün pulunu ödəyəcəyinə dair yalandan vəd verib Zərərçəkmiş şəxs etibarından sui istifadə edib aldadaraq 1900 manat dəyərində əmlakınıələ keçirib dələduzluq etmişlər. Bundan əlavə o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində yerləşən “X12” adlı mağazasına gəlib özü, qaynanası və bacısı üçün xəz kürk almaq istədiyini bildirib 01 ədəd 5600 manat dəyərində, 01 ədəd 2000 manat dəyərində və 01 ədəd 2400 manat dəyərində xəz dəridən olan qadın kürklərini götürüb, guya həmin geyimlərinin pulunun 35 fazini əvvəlcədən, yerdə qalan hissəsini 4 ay ərzində ödəyəcəyinə dair yalandan vəd verib aldadaraq aldığı qadın üst geyimlərinin pulunu ödəməyib Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ümumilikdə 10000 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. xx.xx.2023-cü il tarixdə ittiham aktı Qaradağ rayon prokuroru tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün Qaradağ rayon məhkəməsinə (hakim Şəfa Dadaşova) göndərilmişdir. Dövlət ittihamçısı cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən işin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq X9 barəsində xüsusi qərar çıxarılmasına dair vəsatət vermişdir. Vəsatətdə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, ibtidai araşdırma zamanı xx.xx.2023-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsində olmuş, lakin 20-xx.xx.2023-cü il tarixlərdə Qaradağ RPİ-nin inzibati binasında olmamış, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın surəti ona təqdim edilməmiş və cinayət işi materialları ilə tanış edilməmişdir. 19 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının surətinin verilməsi haqqında” protokolda, 19 may 2023-cü il tarixli “Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” protokolda, xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi barədə” protokolda və xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda adının qarşısında olan imzalar ona məxsus deyildir. Məhkəmə iclasına dəvət olunmuş Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi X9 yuxarıda qeyd olunan hallarla bağlı bildirmişdir ki, cinayət işində olan sənədlərdəki imzalar Təqsirləndirilən şəxs tərəfindən 19-21 may tarixləri arasında Qaradağ RPİ-nin inzibati binasında onun xidməti otağında icra olunmuşdur. Göstərilən halların araşdırılması üçün məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın xx.xx.2023-cü il tarixli rəyindən aşağıdakılar məlum olmuşdur: - ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 276-cı vərəqində olan 19 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının surətinin verilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 277-ci vərəqində olan 19 may 2023-cü il tarixli “Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 286-cı vərəqində olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi barədə” protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 288-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın - Təqsirləndirilən şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə (tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzalarda həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki, müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun) müəyyən etmək mümkün olmadı. Həmçinin Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə CM-nin 66.5-ci maddəsinə əsasən 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi nəzərə alınaraq onun 19-21 may 2022-ci il tarixlərdə Qaradağ RPİ-nin inzibati binasında olub-olmadığını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya xidmətinə məhkəmə tərəfindən sorğu verilmişdir. Həmin sorğuya xx.xx.2023-cü il tarixdə verilmiş cavabdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 11:17dən saat 12:57-dək olan müddətdə Qaradağ Rayon Polis İdarəsinin yerləşdiyi inzibati binada olmuş, Təqsirləndirilən şəxs izləmə sessiyasına əsasən onun həmin gün digər saatlarda, habelə 20-21 may 2023-cü il tarixlərdə Qaradağ Rayon Polis İdarəsinin yerləşdiyi inzibati binada olması müşahidə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Müstəntiq tərəfindən ittihamı elan etmə qaydasına və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 224 və 284-286-cı maddələrinin tələbləri pozularaq təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surəti, habelə hüquq və vəzifələrə dair yazılı bildiriş təqsirləndirilən şəxsə verilməmiş, o, cinayət işi materialları ilə tanış edilməmişdir. Belə ki, CPM-nin 224-cü maddəsinin tələbinə görə İttihamı elan etdikdən sonra müstəntiq təqsirləndirilən şəxsə onun bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməlidir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surəti, habelə hüquq və vəzifələrə dair yazılı bildiriş təqsirləndirilən şəxsə verilir. Müstəntiq ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında protokol tərtib edir. Bu protokol müstəntiq, təqsirləndirilən şəxs, müdafiəçi tərəfindən imzalanır. Hazırkı halda “təqsirləndirilən şəxsin CPM-nin məhkəməyədək icraat materialları ilə tanış olmasına dair hüququ” pozulmuşdur. Sadalanan pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPMnin 303.3.1 və 303.3.8-ci maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin qeyd edilən maddələrində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı verdiyi vəsatətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, o, istintaqın ilk dövrlərində istintaq hərəkətlərində iştirak etmiş və istintaqdan yayınmamışdır. Daha sonra ona polis əməkdaşı tərəfindən axtarışda olduğu bildirildiyindən 19 may 2023-cü il tarixdə saat 10:00-da Qaradağ RPİ-yə getmişdir. Ona işinin Azər Həsənovda olduğu bildirilmişdir. Azər Həsənov ona könüllü gəlməsi barədə sənədi imzalaması üçün təqdim etmiş, həmin sənədi imzalamış, başqa sənəd imzalamamışdır. Lakin 20-xx.xx.2023-cü il tarixlərdə Qaradağ RPİ-nin inzibati binasında olmamış, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın surəti ona təqdim edilməmiş, müstəntiq tərəfindən cinayət işinin materialları ilə tanış edilməmişdir. 19 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının surətinin verilməsi haqqında” protokolda, 19 may 2023-cü il tarixli “Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” protokolda, xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi barədə” protokolda və xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda adının qarşısında olan imzalar ona məxsus deyldir. Odur ki, hazırda işin ibtidai istintaqa qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 işin ibtidai istintaqa qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısının vəsatəti əsasında dəvət olunmuş Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X9 öz izahatında göstərmişdir ki, sənədlərdə hər hansısa texniki səhvlərin olması mümkündür. Lakin, sənədlərə Təqsirləndirilən şəxs tərəfindən məhz Qaradağ RPİ-nin inzibati binasında onun xidməti otağında imza edilmişdir. Qeyd olunan tarixlərdən kifayət qədər uzun vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs onun xidməti otağında 19-21 may tarixlərindən məhz hansı tarixdə olmasını xatırlamır. Cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısının vəsatəti əsasında dəvət olunmuş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 öz izahatında göstərmişdir ki, o, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyin edilmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə istintaq hərəkətlərində iştirak etmişdir. O, Təqsirləndirilən şəxs olmadan heç bir sənədə imza etməmişdir. Cinayət işinin ibtidai istintaq mərhələsindən uzun zaman keçdiyindən Qaradağ RPİ-də Təqsirləndirilən şəxs cinayət işi ilə bağlı hansı günlərdə iştirak etdiyini xatırlamır. Məhkəmə verilmiş vəsatəti və tərəflərin izahatını dinləyərək hesab edir ki, vəsatət təmin edilməli, ibtidai araşdırma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol verilməklə aparıldığından və həmin kobud pozuntuların aradan qaldırılması məhkəmə baxışı zamanı mümkün olmadığından cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs imza nümunələrinin ona aid olmadığını bildirdiyinə görə xx.xx.2023-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16/16/2-4/1206 saylı ekspert rəyi verilərək məhkəməyə göndərilmişdir. 3-16/16/2-4/1206 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(002)-233/2023 nömrəli cinayət işinin 1-ci cildinin 272-273-cü vərəqlərində olan "təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında" 19 may 2023-cü il tarixli qərarın 2-ci vərəqində "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza, 274-275-ci vərəqlərində olan "təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə" 19 may 2023-cü il tarixli bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində "Təqsirləndirilən şəxs" qrafasındakı imza, 279-281-ci vərəqlərində olan 19 may 2023-cü il tarixli "təqsirləndirilən şəxsin dindirilməsi" protokolun 1-ci vərəqində "İmza:" qrafalarındakı imzalar, 2-ci vərəqin aşağı hissəsindəki imza, 3-cü vərəqində "Təqsirləndirilən şəxs" yazıları önündəki imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1(002)-233/2023 nömrəli cinayət işinin 1-ci cildinin 276cı vərəqində olan "Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının surətinin verilməsi haqqında" 19 may 2023-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imzanın, 277-ci vərəqində olan "Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında" 19 may 2023-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imzanın, 286-cı vərəqində olan xx.xx.2023-cü il tarixli "Təqsirləndirilən şəxsi və onun müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi barədə" protokolda "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imzanın, 288-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında" protokolda Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzalarda həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermədiyindən qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olmadığına görə müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxsin üzərində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə tətbiq olunmuş elektron nəzarət vasitəsi olduğundan onun qeyd etdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Monitorinq Mərkəzinə xx.xx.2023-cü il tarixdə sorğu ünvanlanmış və Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Monitorinq Mərkəzindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 11:17-dən saat 12:57-dək olan müddətdə Qaradağ Rayon Polis İdarəsinin yerləşdiyi inzibati binada olmuş, Təqsirləndirilən şəxs izləmə sessiyasına əsasən onun həmin gün digər saatlarda, habelə 20-21 may 2023-cü il tarixlərdə Qaradağ Rayon Polis İdarəsinin yerləşdiyi inzibati binada olması müşahidə edilməmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ümumiyyətlə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin yerləşdiyi inzibati binada olmamışdır. Bundan əlavə həmin tarixlərdə tərtib olunmuş protokollarda əks olunan imza qeydlərinin məhz təqsirləndirilən şəxs qismində tanınmış şəxs Təqsirləndirilən şəxs tərəfindən icra edilməsinin ekspert rəyi ilə müəyyən edilməsinin mümkün olmadığı nəzərə alınaraq, xx.xx.2023-cü il tarixdə “təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi” və xx.xx.2023-cü il tarixdə “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə” haqqında sənədlərin qeyd olunan tarixlərdə təqsirləndirilən şəxs tərəfindən icra edilməsini şübhə altına alır. Bütün bu sadalanan hallar ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının kobud pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsindən aydın olur ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 303.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinin tələbindən aydın olur ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 303.3.8-ci maddəsinin tələbindən aydın olur ki, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulmasına yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 307.1-ci maddəsində qeyd olunur ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə, cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmiş və Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 303, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında ilizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X9 barəsində xüsusi qərar çıxarılmaqla təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-233/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-233/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver