Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-234/2020 07.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx xxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:40 radələrində ünvan 3 ünvanında yaşayan qaynanası, Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərinin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı həmin ünvanın həyətində əli ilə sonuncunun sağ qoluna vuraraq, qəsdən ona sağ saidin, dərialtı hemotoması ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığım qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Pərviz həyat yoldaşıdır, Nazmayə isə qaynanasıdır. Əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir mübahisə olmamışdır. Son bir ildir ki, qaynanası onunla yola getməmiş, oğlu Pərvizdən boşanmağını istəmişdir. Buna görə də münasibətləri pozulmuşdur. Nazmayə mütəmadi olaraq, həyat yoldaşı Pərvizi ona qarşı öyrətmiş, evlərində söz-söhbət yaratmış, onları rahat yaşamağa imkan verməmişdir. Buna görə də o, qaynanası Nazmayə ilə danışmamış və az yaşlı övladlarına, Nazmayəgilə getməsinə icazə verməmişdir. Нər dəfə belə söz-söhbət olanda həyat yoldaşı Pərviz onun tərəfini saxlamış, Nazmayə buna görə öz oğlunu da danışdırmamışdır. Nazmayənin əsas məqsədi onların boşanmasına nail olmaq olmuşdur. xx.xx.2020-ci il tarixdə o, yaşadığı evin həyətini süpürən zaman görmüşdür ki, az yaşlı qızı nənəsigilin həyətindən çıxmış, Nazmayə uşağı evə ötürmüşdür. O, uşağına acıqlanmış, əsəbiləşmiş, uşağa demişdir ki, “sənə deməmişəm о xarabaya getmə” onun bu sözündən sonra qaynanası da ona “xaraba atavın evidir” demiş, o, Nazmayənin bu sözünə cavab verməmişdir. Lakin Nazmayə bu sözdən sonra sakitləşməmiş, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Nazmayə uca səslə onun ünvanına nalayiq sözlər işlətmiş, həmin vaxt evdə olan həyat yoldaşı Pərviz öz anasının söyüşlərini eşidib, evdən çıxmış, anasının həyətinə keçmişdir. Evləri qonşu olduğu üçün onların həyətdə nə danışdıqlarını eşitmişdir. Pərviz nə qədər anasını sakitləşdirməyə çalışmışsa da, Nazmayə ona məhəl qoymadan demişdir ki, “sənin o arvadın əxlaqsız həyat tərzi keçirir” o, Pərvizin əşəbiləşəcəyini güman etmiş və buna görə də Pərvizi evə gətirmək üçün, qaynanasıgilin həyətinə keçmişdir. Nazmayə onu həyətdə görmüş və ölülərini söymüşdür. Atası dünyasını dəyişdiyi üçün o, çox əsəbiləşmiş və özündən asılı olmadan var gücü ilə, Nazmayənin sağ qolundan yumruqla vurmuşdur. Pərviz isə onları ayırmış və onu öz evlərinə aparmışdır. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Pərviz oğludur. Minarə gəlindir, əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir mübahisə olmamışdır. Bir neçə müddət bundan öncə gəlini Minarə başqa oğlanla sevişdiyi üçün oğlu Pərviz onu evdən qovmuşdur. 2020-ci ilin may ayında onlar yenidən barışmışlar. Minarə Pərvizlə barışıb gəldikdən sonra aralarında tez-tez mübahisələr baş vermişdir. Minarə onu danışdırmamış, nəvələrinə onlara getməyə icazə verməmişdir. xx.xx.2020-ci il tarixdə az yaşlı nəvəsi onlara gəlmişdir. Uşaq onunla oynadıqdan sonra evlərinə getmək istəmişdir. O, nəvəsini ötürmək üçün küçəyə çıxmış, qapının qarşısında olanda, gəlini Minarə öz həyətlərindən onu görən kimi ünvanına nalayiq ifadələr işlətmiş, uşağına acıqlanmış və “nə üçün o, xarabaya getmisən birdə səni onların həyətinə, keçən görsəm döyəcəm” sözlərini demiş, о da cavab olaraq Minarəyə “xaraba öz atavın evidi” sözlərini demişdir. Bu sözdən sonra mübahisə daha da böyümüş, onlar biri-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Onların səsini eşidən oğlu Pərviz onun həyətinə keçmiş, ona demişdir ki, “ana bəsdir mənim həyat yoldaşımı söyüb təhqir etdin” oğlunun sözünə cavab olaraq “sən ananın tərəfini saxlamaqdan arvadıvın tərəfini saxlayırsan” sözlərini demiş, Pərviz isə anası ilə razılaşmamış, mehribançılıq yaratmaq istədiyini bildirmişdir. Həmin vaxt Pərvizin arxasınca gəlini Minarə onun həyətinə daxil olmuş, yenidən mübahisə başlamış, Minarə onun ölülərini söydüyü üçün ondan üzr istəməsini tələb etmişdir. O, Minarənin təklifini rədd etmiş, Minarə bundan qəzəblənib onun üzərinə hücum çəkmiş, yumruğunu sıxıb var gücü ilə onun sağ qoluna ağır zərbə vurmuşdur. Həmin vaxt oğlu Pərviz Minarəni ondan ayıraraq öz həyətlərinə aparmışdır. O, öz ifadəsində daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır, Təqsirləndirilən şəxs həyat yoldaşıdır, əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir mübahisə olmamışdır. O, Minarə ilə altı ildir ki, ailə həyatı qurmuş, təxminən son bir ildir ki, anası ilə həyat yoldaşı yola getməmişlər, tez-tez onların arasında mübahisə olmuş, anası onu həyat yoldaşından boşanması üçün öyrətmiş, bu səbəbdən də son zamanlar münasibətləri pozulmuşdur. O, iki az yaşlı övladına görə ailəsini dağıtmaq istəməmiş, buna görə də anası nə onunla nədəki həyat yoldaşı Minarə ilə yola getməmişdir. xx.xx.2020-ci il tarixdə saat 19:40 radələrində o, evində oturmuş. həmin vaxt həyətdə anasının onu və həyat yoldaşını söyməsini eşitmişdir. Həyətə çıxıb, anasıgilin həyətinə keçmiş. Anasına demişdir ki, “axı sən bizdən nə istiyirsən, nə üçün bizi rahat yaşamağa qoymursan”, onun bu sözündən sonra, anası demişdir ki, “sən Minarədən boşanacaqsan yoxsa sizi rahat yaşamağa qoymayacam” o, da cavab olaraq anasına “Minarədən ayrılmayacağımı demiş” anası bu sözdən sonra daha da əsəbiləşmiş və onun həyat yoldaşı Minarənin valideynlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Minarə onun arxasınca, həyətə daxil olmuş, Minarə qayınanası Nazmayəyə, demişdir ki, “valideyinlərimi söymə” Nazmayə ona məhəl qoymamış öz nalayiq ifadələrini işlətməkdə davam etmişdir. Bundan sonra həyat yoldaşı Minarə, Nazmayəni söyə-söyə üzərinə hücum çəkmiş və sağ qoluna yumruqla bərk zərbə vurmuşdur. Bundan sonra Nazmayənin halı pisləşmiş, qolu bərk əzilmişdir. O, onları ayırmış, Minarəni öz həyətinə aparmışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon şöbəsindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 521 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxssağ saidin dərialtı hemotoması müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməl tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 15 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov.
Məhkəmə qərarları › İş №1(002)-234/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-234/2020
07.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver