Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-234/2023 25.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublkası vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.120.2.1, 29,120.2.4, 29, 120.2.5, 29,120.2.6, 186.1, 221.2.1 və 228.2.1-cı maddələrilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəza müddəti 17 il 6 ayadək qaldırılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi xaric edilərək cəzası 16 il müddətinə endirilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 11 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar cəzası 11 il 9 ay müddətinə endirilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Penitensiar Xidmətin Həbsxanasında cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin X2» ilə qadağan edilmiş əşya sayılan daxilində danışıq kartı olan 1 ədəd «Nokıa» markalı «Mini Phone» modelli, «**********00158, **********00158», imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş 050 ******* №-li danışıq kartı vasitəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ********** və 077 ******* nömrəli telefonlara zənglər etməklə tanışları Şahid13 və Şahid14 zənglər edib danışıqlar aparmaqla istifadə etmiş və xx.xx.2022-ci il tarixdə saat 11.30 radələrində həbsxana əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı 1 saylı rejim korpusun 40 saylı kamerasında həmin qadağan olunmuş mobil telefon daxilində danışıq kartı ilə birlikdə özünə məxsus elektrik çaydanının qapağında xüsusi üsulla gizlətdiyi yerdə aşkar edilərək götürülmüşdür. Bundan başqa, Hüseynli X1 Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinə keçirilərək xx.xx.2022-ci il tarixdən cəza çəkərkən təkrarən «Cəzaçəkmə müəssisələrinin X2» ilə qadağan edilmiş əşya sayılan 1 ədəd «Samsung Qalaxy A03» markalı «SM-A035F/DS» modelli, «**********78613, **********78616», imei kodlu mobil telefonu xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş 051 ******* №-li danışıq kartı vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 077 ******* nömrəli telefona tanışı Şahid14 zənglər edib danışıqlar aparmaqla istifadə etmiş və xx.xx.2023-cü il tarixdə saat 12-50 radələrində cəzaçəkmə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı 1 saylı rejim korpusun 11 saylı kamerasında həmin qadağan olunmuş mobil telefon Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin astar hissəsində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2017-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı cəzacəkmə müəssəsində cəza çəkir. Bundan sonra isə 2021-ci il tarixdən Penitensiar Xidmətin Həbsxanasında cəza çəkmişdir. xx.xx.2022-ci il tarixdə Həbsxanada cəza çəkən zaman saat təxminən 11:30 radələrində saxlandığı 1-ci rejim korpusun 40 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman orada istifadə etdiyi elektrik çaydanının qapağından daxilində danışıq kartı olan 1 ədəd «Nokıa» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Həmin mobil telefonu onun və digər əməkdaşların, hal şahidlərinin iştirakı ilə qablaşdırılmışdır. Həmin mobil telefon ona məxsusdur, bu telefonu nə vaxt və harada tapdığı yadında deyil. Həmin telefondan yalnız özü istifadə etmişdir. Bu telefon ilə tanışları Ərəstun və İlqara zənglər etməklə əlaqə saxlamışdır.Həmin telefonu elektrik çaydanının qapağında özü gizlətmişdir. Bundan başqa o, Həbsxanadan 8 saylı Cəzaçəkmə Müəssisəsinə qayıtdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat müəssisə əməkdaşları saxlanıldığı kameraya qəfləti daxil olmuş və onun üzərinə, habelə yataq yerlərinə və kameranın bütün yerlərinə baxış-axtarış tədbirləri keçirilmiş və əynindəki gödəkçənin astar hissəsində gizlətdiyi işlək vəziyyətdə olan 1 ədəd «Samsung» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Həmin mobil telefon ona məxsusdur, telefondan istifadə etmiş, telefonu cəzaçəkmə müəssisəsinin hamamında danışıq kartı ilə birlikdə tapmışdır.Sonradan isə həmin danışıq kartını sındıraraq atmışdır. Həmin mobil telefondan ondan başqa heç bir məhkum istifadə etməmişdir. Həmin telefonla tanışları ilə danışmışdır. Əməlindən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Penitensiar Xidmətin Həbsxanasının əməliyyat şöbəsinin böyük inspektoru Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Həbsxanada cəza çəkən məhkumların üzərinə keçirilən axtarış-baxış tədbirlərinə rəhbərlik etmiş, tədbirə dəvət edilmiş hal şahidlərinə hüquq və vəzifələrini izah etdikdən sonra saat 11:30 radələrində əvvəlcədən əldə olunmuş məlumat əsasında Həbsxananın 1-ci rejim korpusun 40 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilmiş və orada cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus olan elektrik çaydanının qapağında xüsusi üsulla gizlədilmiş «Cəzaçəkmə müəssisələrinin X2» ilə qadağan olunmuş əşya – daxilində danışıq kartı olan qara rəngli balaca 1 ədəd «Nokıa» markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs həmin mobil telefonun ona məxsus olduğunu etiraf etmişdir. Fakt barədə protokol tərtib edilmiş, mobil telefon müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Penitensiar Xidmətin Həbsxananın rejim-nəzarət şöbəsinin rəisi Şahid8, nəzarətçilər Şahid9 və Şahid10 eyni məzmunlu ifadələr verərək Şahid7 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Penitensiar Xidmətin Həbsxanasında məsləhətçi mühasib işləyən Şahid11 ifadələsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Həbsxanada keçirilən axtarış-baxış tədbirlərində hal şahidi qismində iştirak etmişdir. Həbsxananın 1-ci rejim korpusunun 40 saylı kamerasına Həbsxana əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı elektrik çaydanın qapağından daxilində danışıq kartı olan «Nokıa» markalı mobil telefonun aşkar edilərək götürülmüş kamerada cəza çəkən məhkum Təqsirləndirilən şəxs aşkar edilmiş mobil telefonun ona məxsus olduğunu etiraf etmiş, fakt barədə protokol tərtib olunmuş, mobil telefonun isə zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Penitensiar Xidmətin Həbsxananın anbardar Şahid12 eyni məzmunlu ifadə verərək Şahid11 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinin rəisin növbətçi köməkçisi Şahid1 ifadəsində göstərmişdir ki, əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, xx.xx.2022-ci il tarixdə saat təxminən 13.00 radələrində müəssisənin 1-ci rejim korpusunun 11 saylı kamerasında hal şahidlərinin iştirakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilmişdir. Kameraya daxil olduqdan sonra kamerada həbsdə saxlanılan məhkumlar onlarda hər hansı bir qadağan olunmuş əşyaların olmadığını bildirmişlər. Bundan sonra kamerada məhkumların üzərinə, habelə yataq yerlərinə və kameranın bütün yerlərinə baxış-axtarış tədbirləri keçirilmişdir. Tədbirlər zamanı məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan gödəkçənin astar hissəsində xüsusi üsulla gizlədilmiş 1 ədəd «Samsung Qalaxy» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bununla əlaqədar məhkum Təqsirləndirilən şəxs izahatı alınmış, sonuncu həmin mobil telefonun ona məxsus olduğunu etiraf etmişdir. Axtarış zamanı saxlanılması və istifadəsi məhkumlara qadağan edilmiş digər əşyalar aşkar edilməmişdir. Aşkar edilib götürülmüş 1 ədəd «Samsung Qalaxy» markalı mobil telefon müvafiq qaydada qablaşdırıldıqdan sonra zərflər üçün möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinin rejim-nəzarət şöbəsinin inspektoru Şahid2 və əməliyyat bölməsinin inspektoru Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarış və götürmə protokoldan görünür ki, Penitensiar Xidmətin Həbsxanasında həmin gün saat 11:30 radələrində müəssisənin 1-ci rejim korpusun 40 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman məhkum Təqsirləndirilən şəxs məxsus elektrik çaydanının qapağında xüsusi üsulla gizlədilmiş daxilində 050 ******* nömrəli danışıq kartı olan işlək vəziyyətdə qara rəngli «Nokıa» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il il tarixli axtarış və götürmə protokoldan görünür ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində həmin gün saat 12:50 radələrində müəssisənin 1-ci rejim korpusun 11 saylı kamerasında keçirilmiş qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan gödəkçəsinin astar hissəsinə xüsusi üsulla gizlədilmiş daxilində danışıq kartı olmayan işlək vəziyyətdə 1 ədəd «Samsung Qalaxy A3» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan kompyuter-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 5/579 və xx.xx.2023-cü il tarixli, 5/20 №-li rəyindən görünür ki, aşkar edilmiş bir ədəd Nokıa» markalı «Mini Phone» modelli, «**********00158, **********00158», imei kodlu mobil telefon olmaqla hal hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. İş materiallarında olan kompyuter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/355 №-li rəyindən görünür ki, aşkar edilmiş bir ədəd sensor ekran və «Android 12» əməliyyat sistemi ilə təhciz olunmuş «Samsung Qaraxy A03»» markalı «SM-A035F/DS» modelli, «**********78613, **********78616», imei kodlu mobil telefon olmaqla hal hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. İş materiallarında olan "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Penitensiar Xidmətin Həbsxanasında xx.xx.2021-ci il tarixdən cəza çəkmiş Təqsirləndirilən şəxs telefona qoşulmuş 050 ******* №-li danışıq kartı vasitəsilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 051 ******* və 077 ******* №-li telefonlara zənglər etməklə tanışları Şahid13 və Şahid14 ilə əlaqə saxlamaqla istifadə etmiş, telefonlara qarşılıqlı zənglər etməklə müvafiq olaraq hər biri ilə 59 dəfə əlaqə saxlaması barədə məlumatlar qeydiyyata alınmışdır.Bundan əlavə, xx.xx.2022-ci il tarixdən Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs telefona qoşulmuş 051 ******* №-li danışıq kartı vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 077 ******* №-li telefona zənglər etməklə tanışı Şahid14 ilə əlaqə saxlamaqla istifadə etmiş, telefonlara qarşılıqlı zənglər etməklə 37 dəfə əlaqə saxlaması barədə məlumatlar qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X2»nın 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlar üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd mobil telefon, 1 ədəd telefon danışıq kartı, habelə «Azercell-Telekom MMC-nin 2 ədəd diskdə olan məlumtlar maddi subut kimi tanınmış və işə əlavə edilmişdir. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsilə təqsirli bilinərək 04 ay müddətinə, qəti olaraq 11 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar cəzası 11 il 9 ay müddətinə endirilmişdir və hal-hazırda xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin təkrar törədilməsidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 1 ədəd Nokıa» markalı və 1 ədəd «Samsung Qalaxy A03» markalı mobil telefon aparatları dövlət nəfinə müsadirə edilməli və 02 ədəd "xxxx" MMC-nin təqdim etdiyi telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 213 (iki yüz on üç) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat, məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 08 (səkkiz) il 09 (doqquz) ay 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 09 (dooquz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli hökm elan edildiyi tarixdən, yəni 25 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 1 ədəd Nokıa» markalı və 1 ədəd «Samsung Qalaxy A03» markalı mobil telefon aparatları dövlət nəfinə müsadirə edilsin və 02 ədəd "xxxx" MMC-nin təqdim etdiyi telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 213 (iki yüz on üç) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat, məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-234/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-234/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver