Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-234/2025 28.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –“Ədalət” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxil olan xeyli miqdarda 10,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 iyun 2025-ci il tarixdə saat 16:05-də ünvan 2 ünvanının yaxınlığında olan zaman saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada xidməti otaqda, həmin tarixdə saat 17:54-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 02 ədəd kibrit olan ümumilikdə xeyli miqdarda 10,83 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadə etmiş, ***-***-**-** və ***-***-**-** nömrələri ona məxsus olmuş, lakin narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Toy mərasimlərindən sonra narkotik vasitə istifadə etsə də heç kimə narkotik vasitəni pay (bəxşiş) verməmişdir. 18 iyun 2025-ci il tarixdə saat 15:45-də özünü bank əməkdaşı kimi təqdim edən şəxs ona zəng vuraraq kart sifariş verdiyi üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “KTV” adlanan ərazisinə çağıraraq həmin əraziyə mopedlə gələcəklərini bildirmişdir. Ona iki dəfə zəng olunmuşdur. İki zəng arasında 15-20 dəqiqə fərq olmuşdur. Ona vurulan ilk zəngdə debet kartının sifarişi əlaqədar gəldikləri xəbər verilmişdir. İkinci zəngdə isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “KTV” adlanan ərazidə olduqlarını bildirmişlər. 18 iyun 2025-ci il tarixdə saat 16:05-də o, polis əməkdaşları tərəfindən tutulmuşdur. Onu tutan 3 nəfər deyil, 4 nəfər şəxs olmuşdur. Tutulması zamanı hər hansı videoçəkiliş aparılmamışdır, şahid və ərazidə müşahidə kamerası yoxdur. Son 10 ildə Xocasən qəsəbəsi ərazisinə getməmişdir. Heç kəsdən nəşə almamışdır. Aldığı şəxs gəlib ona desin ki, o, nəşəni həmin şəxsdən almışdır. Antenn dairəsinə baxmaq lazımdır. Şahid ifadələri arasında ziddiyyətlər vardır. Bir kibrit qutusunda maksimum 4 qram narkotik vasitə marixuana ola bilər. Lakin iki kibrit qutusuna görə şəxsə 10,83 qram narkotik vasitə olduğu göstərilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs narkotik vasitəni yalnız bir nəfərə satması mümkün deyildir. 2 ədəd kibrit qutusunu onun üzərinə qoymaq üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində sol qoluna və qarnına elektroşok verilmiş, sol ayağına təpik və üzünə şillə vurulmuşdur. Fiziki zorakılığa məruz qaldığından narkotik vasitəni pay verdiyini etiraf etmişdir. Üç gün BMCMİ-də qalmış, sonra istintaq təcridxanasına aparılmışdır. Bu müddət ərzində yaralarının sağalması mümkün olmuşdur. Fiziki zorakılıq nəticəsində sol said nahiyəsindən xəsarət almışdır. 1992-ci ildə Qarabağ Müharibəsində iştirak etmişdir. Özünün və valideynlərinin xəstəliyi, yetkinlik yaşına çatmayan övladı vardır. Bütün bunların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaqdakı ilkin ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələr tədqiq olunmuşdur. 20 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1992-1994-cü illərdə hərbi xidmətdə olmuşdur. 1997-ci ildə ailə həyatı qurmuş və həmin evlilikdən üç övladı dünyaya gəlmişdir. Toylarda çəkiliş aparmaqla qazanc əldə etmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri istifadə etmişdir. Təxminən 15 ilə yaxın müddətdir ki, mütəmadi olaraq "nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Narkotik vasitələri anket məlumatlarını bilmədiyi şəxslərdən, bəzən isə internetdən tanıdığı şəxslərlə danışıb əldə etmişdir. Saxlanılmamışdan təxminən 03 gün əvvəl, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində artıq uzun müddətdir ki, narkotik vasitələri əldə etdiyi, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 02 ədəd kibrit qutusunda ümumilikdə 160 manat pul müqabilində şəxsi istifadəsi üçün “nəşə” adı ilə tanıdığı narkotik vasitə qurudulmuş marixuana əldə etmiş və həmin narkotik vasitəni sonradan fürsət yarandıqda istifadə etmək məqsədilə üzərində saxlamışdır. Narkotik vasitəni əldə etdikdən sonra axşam saatlarında toyların birində çəkiliş etməyə getmişdir. Toy başa çatdıqdan sonra bir qədər kənara keçərək əldə etidiyi narkotik vasitədən istifadə etmək qərarına gəlmişdir. Bu zaman orada olan iki-üç nəfər üzdən tanıdığı, əvvəllər də çəkiliş aparmağa getdiyi, toylarda rastlaşdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslər onu görmüşlər. Onlara narkotik vasitə təklif etmişdir. Həmin şəxslər də onun bu təklifi ilə razılaşmışlar və aldığı narkotik vasitənin bir miqdarını birlikdə istifadə etmişlər. Həmin şəxslərdən narkotik vasitənin qarşılığında hər hansı məbləğdə pul almamış, narkotik vasitəni onlara pay vermişdir. Qalan narkotik vasitəni sonradan istifadə etmək məqsədi ilə üzərində saxlamağa başlamışdır. 18 iyun 2025-ci il tarixdə saat 16:05-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.Məmmədov küçəsi ünvanının yaxınlığında olduğu zaman 03 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla tanış etmişlər. İlk olaraq tərəddüd etsə də, yalan danışmağın mənasız olduğunu dərk edib səmimi olaraq etiraf edərək üzərində marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra cibində marixuana olduğunu bildirərək, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən isə içərisində ***-***-**- **, ***-***-**-** saylı mobil nömrələr olan "Samsung" markalı mobil telefonu, özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsini və 05 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra təqdim etdiyi 02 ədəd kibrit qutusuna polis əməkdaşı tərəfindən ardıcıllıqla baxış keçirilmiş və hər bir kibrit qutusunun içərisində qurudulmuş marixuana olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxardaraq təqdim etdiyi 02 ədəd kibrit qutusunun içərisində olan marixuananın özünə məxsus olduğunu, həmin kütlələri 3 gün əvvəl, mobil telefon vasitəsi ilə əlaqə saxladığı, anket məlumatlarını bilmədiyi, qiyabi tanıdığı şəxsdən, hər bir kibrit qutusuna 80 manat olmaqla ümumilikdə 160 manat pul verməklə əldə etdiyini, şəxsi istifadə etmək məqsədi ilə üstündə gəzdirdiyini, həmin kütlələrdən 2-3 nəfər tanışına pay verdiyini, həmin kütlələrin üzərində olmasından heç kimin məlumatının olmadığını, həmçinin özünün 15 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar polis əməkdaşı tərəfindən qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təqdim etdiyi 01 ədəd “Samsung" markalı mobil telefonu və özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqdim etdiyi 05 manat pul isə özünə geri qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi başa çatdıqdan sonra bu barədə müvafiq protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Törətdiyi cinayət əməlindən çox peşmandır. Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdə ibtidai istintaq zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət və təqdimata məhkəmə iclasında baxılan zaman özünü qismən təqsirli bilərək, 15 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, heç bir halda narkotik vasitənin satışı ilə məşğul olmadığını, öz yaxın dostlarına pay formasında narkotik vasitə verdiyini və ya birlikdə istifadə etdiklərini, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir təzyiq və təsirə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 19 avqust 2025 və 25 avqust 2025-ci il tarixlərdə ibtidai istintaqda əlavə dindirilən zaman qeyd edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 18 iyun 2025-ci il tarixdə evdə olan zaman təxminən saat 15:45 radələrində tanımadığı nömrədən onun mobil nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxs debet kart sifariş verdiyini, həmin kartın hazır olduğunu, şəhərə yaxınlaşıb kartı götürmək lazım olduğunu bildirmişdir. Heç bir kart sifariş vermədiyini bildirsə də, həmin şəxs adından kart sifarişi verildiyini, hər bir halda onu götürməli olduğunu söyləmişdir. Bu məsələlərdən məlumatsız olduğu üçün həqiqətən adına kart sifariş verildiyinə inanmış və həmin şəxsə kartı götürəcəyini, lakin şəhərdən kənarda yaşadığı üçün onların deyəcəyi ünvana yaxınlaşa bilməyəcəyini söyləmişdir. Bu zaman həmin şəxs hara yaxınlaşa biləcəyini soruşmuşdur. O, isə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "KTV”" adlanan bir yer olduğunu həmin yerə kartı gətirsələr götürə biləcəyini demişdir. Danışan şəxs razılaşmışdır. Bu danışıqlarından təxminən 15-20 dəqiqə sonra həmin nömrədən təkrar zəng gəlmişdir. Zəng edən şəxs dediyi yerə çatdığını və gözlədiyini demişdir. O, da həmin yer yaşadığı evə yaxın olduğu üçün paltarlarında evdən çıxaraq yaxınlaşmışdır. Həmin yerə yaxınlaşdıqda dörd nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra onlar özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək onu öz idarə etdikləri boz rəngli markasını dəqiq xatırlamadığı avtomobilə əyləşdirmişlər. Etiraz etmədən onların idarə etdikləri avtomobilə əyləşmişdir. Yolda avtomobil ilə hərəkətdə olan zaman onu saxlayan şəxslərdən biri sorğu sual etməyə başlayaraq ondan narkotik vasitə satıb-satmadığını soruşmuşdur. O isə cavab olaraq narkotik vasitədən istifadə etsə də, satmadığını bildirmişdir. Bundan sonra Baş İdarəyə gəlmişlər. Baş İdarədə onu xidməti otaqlardan birində əyləşdirmişlər. Təxminən bir saata yaxın müddətdə həmin otaqda qalmışdır. Bu zaman onu saxlayan şəxslərdən biri əlində iki kibrit qutusu "nəşə” kimi tanıdığı narkotik vasitə ilə içəri girərək təqdim etdiyi narkotik vasitənin ona aid olduğunu söyləmişdir. O isə bununla razılaşmamış və etiraz etmişdir. Bu zaman otaqda olan digər bir mülki geyimdə olan şəxs əlində olan qara rəngli elektroşok vasitəsi ilə bədəninə tok vermişdir. Bundan başqa həmin şəxslər fiziki güc tətbiq edərək narkotik vasitəni öz üzərinə götürməyəcəyi təqdirdə ona qarşı daha şiddətli fiziki güc göstərəcəklərini söyləmişlər. O, da bundan qorxaraq həmin narkotik vasitəni öz üzərinə götürməyə məcbur olmuşdur. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Çəkiliş zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni polis əməkdaşları tərəfindən ona qarşı göstərilən fiziki və psixi təzyiqlər nəticəsində öz üzərinə götürməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ilkin qismən etirafedici ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, "şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş 01 ədəd CD-disk, məhkəmə-bioloji ekspertizasının 19 iyun 2025-ci il tarixli 7/886 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının (məhkəmə-narkoloji ekspertizasının) 20 iyun 2025-ci il tarixli 3688 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının 02 iyul 2025-ci il tarixli 2293/K nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 19 iyul 2025-ci il tarixli 308/MEŞ nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının (məhkəmə-narkoloji ekspertizasının) 19 sentyabr 2025-ci il tarixli 5858 nömrəli rəyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin 26 sentyabr 2025ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ona kartı ilə qara pul vəsaitlərinin yuyulması barədə məlumat verilərək bu məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdır. Lakin DİN-nin BMCMİ-nə getdikdən sonra məsələnin Təqsirləndirilən şəxs ilə bağlı olduğunu bilmişdir. DİN-nin BMCMİ-də onu əməliyyatçı qarşılamışdır. Orada əvvəlcə ona oturmağa icazə verməmişlər. Məhkəmədə və polisdə heç vaxt olmadığı üçün həyəcanlı olduğundan ifadə verməyə çəkinmişdir. Ona videoçəkiliş təqdim edilərək həmin videoçəkiliş əsasında onun çağırıldığı bildirilmişdir. Videoçəkilişdə onun dövlət qeydiyyat nişanının sonu “259” olan “Gelly” markalı avtomobilinin arxa tərəfi göstərilmişdir. Avtomobilinin videoçəkilişinin ona göstərilməsinin səbəbini bilməmişdir. İstintaq zamanı qorxaraq Təqsirləndirilən şəxs narkotik vasitə aldığını demişdir. İstintaqda verdiyi ifadəsini oxumayaraq imza çəkmişdir. İstintaqda ifadəsi alınan zaman ona qarşı zor tətbiq olunmamışdır. Ona Kürdəxanı istintaq təcridxanasına göndəriləcəyi bildirilmişdir. İstintaqda verdiyi ifadəsinin məzmunu ona məlum olmuşdur. Müstəntiq ondan Təqsirləndirilən şəxs narkotik vasitə alıb-almadığını soruşmuş, o, da qorxduğundan “hə” deyərək cavab vermişdir. Şahid1 həmçinin məhkəmə iclasının gedişatında bildirmişdir ki, təxminən 1-2 ildir ki, narkotik vasitə istifadə etsə də aludəçisi deyildir. Toy mərasimlərində sakitləşmək üçün Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə istifadə etmişdir. Toy məclislərində olduğu vaxtlar toy sahibi və ya digər şəxslər ona nəşə çəkməyi təklif edirdilər. Təqsirləndirilən şəxs 10-15 il öncədən tanışlığı olsa da, həmin şəxslə son 1-2 ildə ailəvi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs pulla və ya hədiyyə olaraq narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs ilə dostluq münasibəti olduğundan həmin şəxsən pulla narkotik vasitə olan “nəşə” alması mümkün deyildir, Təqsirləndirilən şəxsla dost olduğundan narkotik vasitə olan “nəşəni” ona pulsuz verə bilərdi. Təqsirləndirilən şəxs “Rövşən, sən də “nəşə” çəkirdin?” sualını verəndə Təqsirləndirilən şəxs cavabında ona aradabir “nəşə” çəkdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildi. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, toylara musiqiçi kimi gedərək qazanc əldə etmişdir. Təxminən 3 ilə yaxın müddətddə "nəşə" adı ilə tanıdığı narkotik vasitə qurudulmuş marixunadan istifadə etmişdir. Əvvəllər narkotik vasitələri Bakı şəhəri Qaradağ rayonu ərazisində üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslər ilə əlaqə saxlayaraq əldə etmişdir. Təqsirləndirilən şəxs təxminən 08 ilə yaxın müddətdir ki tanımışdır. Təqsirləndirilən şəxs kameramandır və həmin şəxs ilə birlikdə getdikləri toyların birində tanış olmuşlar. Rövşən də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yaşadığından onlar toylarda tez-tez rastlaşmağa başlamışlar. Beləliklə də, Rövşən ilə münasibəti daha da yaxşılaşmışdır. Təxminən 01 il əvvəl Təqsirləndirilən şəxs ilə toy məclislərinin birindən çıxdıqdan sonra Təqsirləndirilən şəxs "nəşə” çəkdiyini görmüş və Rövşənin də narkotik vasitə istifadə etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ilə söhbət edən zaman həmin şəxsə özünün də narkotik vasitə istifadəçisi olduğunu demişdir. Bundan sonra bir dəfə yenə birlikdə getdikləri toyların birindən çıxan zaman Təqsirləndirilən şəxs ona çəkmək üçün öz “nəşə”sindən verərək, nə vaxt "nəşə” lazım olarsa əlaqə saxlamasını, 10 manata bir baş "nəşə” verə biləcəyini bildirmişdir. Bundan sonra o, özü istifadə etmək üçün "nəşə” lazım olduqda Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs “nəşə”si olduğunu dedikdə onun yaşadığı ünvana gedərək 10 manat pul verməklə öz şəxsi istifadəsi üçün bir baş "nəşə" almışdır. Şahid1 təqsirləndirilən Təqsirləndirilən şəxs ilə ibtidai istintaqda üzləşdirilərkən Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yaşadığı üçün Təqsirləndirilən şəxs ilə toy məclislərində mütəmadi olaraq qarşılaşmışlar. Təxminən 1 il əvvəl toydan çıxdıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini görmüşdür. Daha sonra o, Təqsirləndirilən şəxs özünün də narkotik vasitə istifadə etdiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs ona nə zaman narkotik vasitə lazım olarsa onunla əlaqə saxlaya biləcəyini demişdir. Bundan sonra narkotik vasitə lazım olduqda Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq 10 manata şəxsi istifadəsi üçün bir baş “nəşə” almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 18 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı qərar qəbul olunmuş və icrası ona həvalə olunmuşdur. Əməliyyat qrupunun tərkibində o, Murad Sədizadə və Ziya Paşabəyli olmuşlar. Həmin gün saat 16-17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tutulmuşdur. Təqsirləndirilən şəxs tutularkən yaşadığı ərazidən təxminən 1 kilometr uzaqlıqda olmuşdur. Təqsirləndirilən şəxs tutulduqdan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. DİN-nin BMCMİ-də təhqiqatçı tərəfindən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Şəxsin üzərində videoçəkiliş vasitəsilə axtarış və götürmə hərəkətləri həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən şəxsə üzərində qeyri-qanuni əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Şəxsin özü bu zaman üzərində narkotik vasitə olan marixuana olduğunu bildirmiş və əynində olan idman şalvarının sağ cibindən iki ədəd kibrit qutusu marixuana, digər cibindən isə telefon və pul çıxararaq təqdim etmişdir. Həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Telefon götürülmüş, pul vəsaiti isə şəxsin özünə qaytarılmışdır. Şəxsdən ilkin olaraq narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda bir neçə gün əvvəl qiyabi tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən əldə etdiyini, həm özünün istifadəsi, həm də 2-3 nəfər yaxın tanışına pay vermək məqsədilə əldə etdiyini bildirmişdir. Şəxsin narkotik vasitədən həm özünün istifadə etməsi, həm də tanış 2-3 nəfər şəxsə pay verməsi videoçəkilişdə qeyd olunmuşdur. İnsanların sıx olduğu yerdə əlverişsiz şərait olduğu üçün Təqsirləndirilən şəxs tutularkən videoçəkilişdən istifadə edilməmişdir. Təqsirləndirilən şəxs tutularkən evində narkotik vasitə olmadığını və evində ailəsinin yaşadığını bildirdiyi üçün həmin şəxsin evinə baxış keçirilməsi haqqında qərar qəbul edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi zor təbiq edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirilməmiş, döymə faktı baş verməmiş, ekspertizadan keçirilərək xəsarət izi aşkar edilməmişdir. Şahid2 təqsirləndirilən Təqsirləndirilən şəxs ilə ibtidai istintaqda üzləşdirilərkən Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:05də tutulub DİN-nin BMCMİ-yə gətirildikdən sonra orada aparılan videoçəkiliş zamanı Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının sol yan cibindən 02 ədəd kibrid qutusunu çıxararaq kibrid qutularının içərilərində olan qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin marixuananı 3 gün əvvəl tanımadığı şəxsdən hər kibrit qutusu 80 manat olmaqla, cəmi 160 manata alıb istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, narkotik vasitə marixuanadan 2-3 nəfər tanışına pay verdiyini, 15 ildir narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X7 ifadəsində bildirmişdir ki, 18 iyun 2025-ci il tarixdə DİN-nin BMCMİ-yə Təqsirləndirilən şəxs ad-soyadlı şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatı barədə o, Şahid2 eşitmişdir. Həmin məlumatın yoxlanılması məqsədilə ondan, Şahid2 və Ziya Paşabəylidən ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 16-17 radələrində Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmişlər. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Məmmədov küçəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi ilə bağlı DİN-nin BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə DİN-nin BMCMİ-yə gəlmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində idman şalvarı və qısa köynəyin olduğunu xatırlayır. Müdafiəçinin iştirakı ilə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs cibindən iki kibrit qutusu narkotik vasitə olan marixuana, digər cibindən isə telefon və şəxsiyyət vəsiqəsi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni 2-3 gün əvvəl tanımadığı şəxsdən telefon vasitəsilə əlaqə saxlayaraq əldə etdiyini, əldə etdiyi narkotik vasitənin müqabilində 160 manat pul verdiyini, narkotik vasitəni istifadə məqsədilə aldığını, lakin 2-3 nəfər yaxın tanışına narkotik vasitəni pay verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq əməliyyat müvəkkili, hazırda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edən X8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində 18 iyun 2025-ci il tarixdə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı raportla rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupuna üzv kimi daxil olmuşdur. Təqsirləndirilən şəxs yeri müəyyən olunduqdan sonra günorta radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində Təqsirləndirilən şəxs əlamətlərinə zahiri cəhətdən bənzər şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Şəxs də özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra barəsində əməliyyat məlumatı olduğunu bildirərək həmin şəxsi DİN-nin BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. BMCMİ-də Təqsirləndirilən şəxs üzərinə baxış zamanı iki kibrit qutusunda qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Şəxsi saxladıqları ərazidə videoçəkiliş aparmaq üçün şərait olmadığından şəxsin təhlükəsizliyini təmin etməklə BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara hər hansı tabesizlik göstərməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində toplanmış materialda satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, polis leytenantı Coşqun Məmmədli tərəfindən Azərbaycan Respuublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1). “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən vətəndaş Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı nəzərdən keçirərək, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır (i.v. 05-06). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:05-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Əli Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 18, 19). “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 61-62). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)- 769/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:05-dən hesablanmışdır (i.v. 83-85). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)- 1091/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (i.v. 199-201). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 4(103)-1018/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-1091/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (i.v. 207-211). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 171-172). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluqlara yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 222-223). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 19 iyun 2025-ci il tarixli 7/886 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən...” yazısı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri: 5,26 qram; 5,57 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 10,83 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi - 10,83 qram (1-2 №-li obyekt), tədqiqata istifadə olundu - 0,1 qram (hər obyektdən 0,05 qram götürüldü), qalıq - 10,73 qram (i.v. 42). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir (i.v. 41). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 Məhkəmə-Kimya Şöbəsi tərəfindən verilmiş maddi sübutların məhkəmə-kimyəvi ekspertizasının 02 iyul 2025-ci il tarixli 2293/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (i.v. 134-136). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X13 tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli 3688 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının (məhkəmə-narkoloji ekspertizasının) rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə, 15 ildir ki, narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 131-132). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X13 tərəfindən verilmiş 19 sentyabr 2025-ci il tarixli 5858 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama ekspert komissiyasının (məhkəmə-narkoloji ekspertizasının) rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şahid1 Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Şahid1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 224-225). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 Məhkəmə-X5 tərəfindən verilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 19 iyun 2025-ci il tarixli 308/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilmədi (i.v. 138-139). “Maddi sübut hesab etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,73 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (i.v. 95-96). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini əks etdirən videogörüntü olan 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 226-238). “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş CD diskdəki videogörtüntüdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 18 iyun 2025-ci il tarixdə saat 16:05-də ünvan 2 ünvanının yaxınlığında olan zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusunun içərisində olan qurudulmuş marixuanaya oxşar kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 3 gün əvvəl, mobil telefon vasitəsi ilə əlaqə saxladığı, anket məlumatlarını bilmədiyi, qiyabi tanıdığı şəxsdən, hər bir kibrit qutusuna 80 manat olmaqla ümumilikdə 160 manat pul verməklə əldə etdiyini, şəxsi istifadə məqsədi ilə üstündə gəzdirdiyini, həmin kütlələrdən 2- 3 nəfər tanışına pay verdiyini, həmin kütlələrin üstündə olmasından heç kimin məlumatının olmadığını, həmçinin özünün 15 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi və 05 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 05 manat pul vəsaiti isə ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti 18 iyun 2025-ci il tarixdə saat 17:54-də başlamış və həmin tarixdə saat 18:07-də başa çatmışdır (i.v. 27-29, 30). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 107-108). Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 19 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v. 111). Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 208 nömrəli arayışdan və “AZEMİS” elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 valideynidir (i.v. 110). Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqaları Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ilkin qismən etirafedici ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, "şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş içərisində videofayl olan 01 ədəd CD disk, məhkəmə-bioloji ekspertizasının 19 iyun 2025-ci il tarixli 7/886 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının (məhkəmə-narkoloji ekspertizasının) 20 iyun 2025-ci il tarixli 3688 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının 02 iyul 2025-ci il tarixli 2293/K nömrəli rəyi, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 19 iyul 2025-ci il tarixli 308/MEŞ nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının (məhkəmə-narkoloji ekspertizasının) 19 sentyabr 2025-ci il tarixli 5858 nömrəli rəyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun 26 sentyabr 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülərək və işgəncə verilərək etirafedici ifadə verməyə məcbur edildiyini bildirsə də, onun dedikləri təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə dediklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə iclasında Bakı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli tibbi arayışını təqdim etmiş, Təqsirləndirilən şəxs sol saidin ön səthində 2-3 sm ölçüdə sarımtıl qançır, sol qasıq büküşündə çapıq toxuması aşkar edilmişdir. İlkin tibbi müayinəyə əsasən Təqsirləndirilən şəxs “Narkomaniya? Keçirilmiş sol tərəfli qasıq kanalı yırtığına görə cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozları qoyulmuşdur. Təqsirləndirilən şəxs stasionar müalicə tələb edən patologiya aşkar edilməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində qeyd olunan xüsusat təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilməsi haqqında qərar qəbul edilmiş, araşdırmanın nəticəsindən narazı qaldığı halda şikayət hüququ Təqsirləndirilən şəxs izah edilmişdir. Təqsirləndirilən şəxs həmin qərardan şikayət verməmişdir. Hazırda həmin qərar qüvvədədir. Hətta Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 Məhkəmə-X5 tərəfindən verilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 19 iyun 2025ci il tarixli 308/MEŞ nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək, narkotik vasitə istifadə etdiyini desə də, satış məqsədi olmadığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif oluna bilməz. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi xx.xx.2025-ci il tarixli izahatında, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində və xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən, xx.xx.2025-ci il tarixdə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimata baxılarkən məhkəmə iclasında, həmçinin Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin pay (bəxşiş) verilməsini etiraf etmişlər. Şahid1 məhkəmə iclasında bildirmişdir ki, ibtidai istintaqda ifadə verdikdən sonra dindirmə protokolunu oxumadan imzalamış, həmin vaxt ifadə verərkən müstəntiqin verdiyi suallarını cavablamış və dindirmə protokolunun məzmunu barədə məlumatlı olmuşdur. Müstəntiq ondan Təqsirləndirilən şəxs narkotik vasitə alıb-almadığını soruşmuş, o, da “hə” deyərək cavab vermişdir. Şahid1 Təqsirləndirilən şəxs 10-15 il öncədən tanımış, Təqsirləndirilən şəxs ilə son 1-2 ildə ailəvi münasibətləri olmuşdur. Şahid1 məhkəmə iclasında əvvəlcə toy məclislərində ona marixuana çəkməyin təklif edildiyini, onun bir neçə dəfə marixuana çəkdiyini, Təqsirləndirilən şəxs da marixuana çəkdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasının gedişatında bildirmişdir ki, o, Təqsirləndirilən şəxs “Rövşən, sən də “nəşə” çəkirdin?” sualını verəndə Təqsirləndirilən şəxs cavabında ona aradabir “nəşə” çəkdiyini demişdir. Şahid1 məhkəmə iclasında Təqsirləndirilən şəxs pulla və ya hədiyyə olaraq narkotik vasitə almadığını desə də, məhkəmə iclasında gedişatında bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə dostluq münasibəti olduğundan həmin şəxsdən pulla narkotik vasitə “nəşə” alması mümkün deyildi, Təqsirləndirilən şəxs narkotik vasitə “nəşəni” ona pulsuz verə bilərdi. Şahid1 məhkəmə iclasında kifayət qədər ziddiyətli ifadələr verməsi dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs cəzalanmamasına köməklik etmək istəməsi, yəni Təqsirləndirilən şəxs müdafiəsinə yönəlmiş ifadələr hesab edilməlidir. Şahid1 Təqsirləndirilən şəxs xeyrinə məhkəmə iclasında ifadə verməsi üçün təsir göstərilməsi istisna edilmir. Şahid1 məhkəmə istintaqı zamanı verilən suallara tam cavab verə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “KTV” adlanan əraziyə çağırılarkən iki dəfə zəng vuran şəxsin telefon danışıqlarında özünü ona polis əməkdaşı kimi deyil, debet kartını çatdıran şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tutulduğu yerdə videoçəkilişlə üzərində axtarış aparılmamasının səbəbi Təqsirləndirilən şəxs tutulduğu yerdə insanların sıx hərəkəti ilə əlaqədar fasiləsiz videoçəkilişlə axtarışın aparılması üçün əlverişsizliyi və Təqsirləndirilən şəxs təhlükəsizliyinin təmin edilməsi olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN-nin BMCMİ-nə əməliyyat məlumatı daxil olmuşdur. DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 həmin məlumatı aldıqdan dərhal sonra bu barədə rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat müvəkkilləri Murad Sədizadə və Ziya Paşabəylidən ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik Şahid2 tapşırılmışdır. Əməliyyat məlumatını Şahid2 aldığından o, həmin əməliyyat məlumatı barədə qrupun üzvləri əməliyyat müvəkkilləri Murad Sədizadə və Ziya Paşabəylini xəbərdar etmişdir. Murad Sədizadə və Ziya Paşabəyli əməliyyat məlumatı barədə qrup rəhbəri Şahid2 eşitdiklərini bildirmişlər. Buna görə də, Təqsirləndirilən şəxs müdafiəçisi Zaur Əliyevin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən əməliyyat müvəkkillərinin ifadələri arasında ziddiyyətlərin olduğunu bildirməsi həqiqəti əks etdirmir. Əməliyyat müvəkkillərinin ifadələrində bildirdikləri məsələlər iş üzrə toplanmış digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkilləri Murad Sədizadə və Ziya Paşabəylinin həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdikləri ifadələri arasında ziddiyyətlər aşkar edilməmişdir. Onlar tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri məhkəmə nəzarətinin predmetinə aid məsələ deyildir. Məhkəmə istintaqı zamanı DİN-nin BMCMİ-nin əməliyyat müvəkkilləri tərəfindən keçirilən əməliyyat-axtarış tədbirinin qanuna zidd olması aşkar edilməmişdir. Ona görə də şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkilləri Murad Sədizadə və Ziya Paşabəylinin həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdikləri ifadələri sübut kimi qəbul edilməlidir. Bütün bunlara əsasən, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi, həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi xx.xx.2025-ci il tarixli ifadəsi sübut kimi qəbul edilməlidir. Digər tərəfdən Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtiadi istintaqda verdiyi ifadə ilə ziddiyyət təşkil edən ifadə verərək narkotik vasitə marixuananı pul və ya bəxşiş (pay) müqabilində satmadığını qeyd etməsi onun cinayət məsuliyyətindən və cəzalanmaqdan yayınmaq cəhdi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Ali Məhkəməsinin həmin Plenum qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Ali Məhkəmənin Plenumun həmin qərarına əsasən narkotik vasitələrin bəxşiş verilməsi narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirmişdir. Məhz bu səbəblərdən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi tövsif olunmalıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində sözügedən amnistiya aktının tətbiq edilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Milli Məclisinin həmin Qərarının 7.1-ci bəndinə əsasən, amnistiya aktı Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1992-ci ildə Qarabağ Müharibəsində iştirak etdiyinə görə müharibə veteranı statusunda olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasına münasibətdə bildirir ki, müdafiə tərəfi bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı (“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsistemində) bu hal öz təsdiqini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olub-olmaması barədə məhkəmə araşdırması zamanı (“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının “Tibbi-sosial ekspertiza və reabilitasiya” alt sistemində) onun əlilliyi barədə məlumatlar (qiymətləndirmə) aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladının olmasını, xəstəliyi ilə əlaqədar əməliyyat olunmasını, əvvəllər məhkum olunmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, cəzanın şəxsin islah olunmasına təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadllıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi, yəni tutulduğu (azadlığının faktiki olaraq məhdudlaşdırıldığı) 18 iyun 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsiriləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının 19 sentyabr 2025-ci il tarixli, 5858 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə təyin edilməsi mümkün deyildir. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Azərbaycan Respublikası DİNnin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 10,73 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, içərisində videogörüntü olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Başqa məhkəmə məsrəfləri, həmçinin mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən (azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan), yəni 18 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 10,73 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış içərisində videogörüntü olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrrə başqa məhkəmə məsrəfləri, həmçinin mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə surəti verildiyi andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №1(002)-234/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-234/2025
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver