Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-235/2022 21.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü ildə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X20 kompleksi 2, ev 15, mənzil 85 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 aprel 2022-ci il tarixdə saat 21:30-də Qaradağ RPİ-ni 10-cu PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X20 Kompleksinin 15 nömrəli binasının arxa tərəfində saxlanılıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsi 7-də yerləşən Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, xx.xx.2022-ci il tarixdə saat 09:40 dəqiqədə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,209 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmış və əsasən Bakı və Abşeron rayonundan taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2012-ci ildə beyin əməliyyatı keçirmiş və bundan sonra daim müalicə və müayinələrə məruz qalmışdır. Son vaxtlar ağrıları daha da kəskinləşdiyi üçün narkotik vasitədən istifadə etmək qərarına gəlmişdir. 07 aprel 2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Qobu qəsəbəsinə gedib orada tanımadığı şəxsdən 10 manat müqabilində 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş “kakos” adlanan narkotik vasitə heroin almışdır. Həmin bükümü əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 21 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X20 Kompleksinin 15 nömrəli binanın arxa tərəfində tanışı Elmanı görmüşdür. Tanışı Elman da onun kimi narkotik vasitə istifadə edirmiş. Söhbət əsnasında Elman ona bildirmişdir ki, üzərində narkotik vasitə kakos vardır və həmin narkotiki istifadə etmək istəyir. O da Elmana bildirmişdir ki, onun da üzərində narkotik vasitə vardır. Onlar narkotik vasitəni qəbul etmək üçün sakit bir yer axtarmaq məqsədi ilə oradan uzaqlaşmaq istəyərkən elə həmin vaxt üç nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları olduqlarını bildirmişlər və onlardan özlərini təqdim etməyi təklif etmişlər. O, polis əməkdaşlarına özünü xx.xx.1983-cü ildə Xocavənd rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs, Şahid4 isə xx.xx.1978-ci ildə Ağdam rayonunda anadan olmuş, Şahid4 kimi təqdim etmişlər. Polis əməkdaşları onlara narkotik vasitənin istifadəsində şübhəli bilindikləri üçün hər ikisini 10-cu polis bölməsinə dəvət etmiş, onlar da polis əməkdaşlarına heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 10-cu PB-nə getmişlər. Təxminən saat 21:45 radələrində təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutulmağı barədə qərar qəbul edilmiş və həmin gün müdafiəçi dəvət edilməsinə baxmayaraq hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkilin sabah gələcəyi barədə onlara məlumat verilmiş və təhqiqatçı tərəfindən barəsində tutma protokolu tərtib edilmişdir. Həmçinin şübhəli şəxsin hüquq və vəzifələri barədə bildiriş ona təqdim edilmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 09:40 dəqiqədə müdafiəçi Bəybala Cəbrayılov ona təqdim edilmiş və polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Polis əməkdaşları üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könülü təqim etməyini təklif etmişlər. O da qara rəngli şalvarının sağ yan cibinə qoyduğu 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli toz şəklində maddə aşkar edilmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş maddənin nə olduğunu və haradan əldə etməyi soruşulduqda onlara həmin bükümün kakos, yəni narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərinə əlavə şəxsi axtarış keçirilsə də üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və zərfin üzəri onunla bərabər iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsində saxlanıldığı zaman müdafiəçi olmadığından həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmədiyini, həmçinin polis əməkdaşlarının nəzarəti altında olduğu üçün narkotik vasitəni harasa tullamaq və yaxud gizlətmək fürsətinin yaranmadığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş « kakos » adlanan narkotik vasitə heroini Abşeron rayonu, Qobu qəsəbəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manat aldığını, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilmədiyini bildirmişdir. O, öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu, beyin əməliyyatı keçirdiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İşlədiyi bölməyə xx.xx.1983-cü il təvəllüdlü, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X20 Kompleksi 2, ev 15, mənzil 85 ünvanında yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1978-ci il təvəllüdlü, Ağdam rayonu, Gülablı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X20 Kompleksi 2, ev 14, mənzil 3 ünvanında yaşayan Şahid4 narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qaradağ RPİ-nin 10-cu PB-nin rəisi, polis polkovnik-leytenantı Nizami Novruzovun əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərarına əsasən əməliyyat qrupu yaradılmış və həmin qrupa rəhbərlik etmək ona həvalə olunmaqla qrupun tərkibinə 10-cu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və 10-cu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da daxil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs və Şahid4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X20 Kompleksində yerləşən 15 nömrəli binanın arxa tərəfində müəyyən edib onlara yaxınlaşmış və xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs və Şahid4 özünü təqdim etdikdən sonra onlara narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirmələri barədə şübhəli olduqları üçün tərəflərindən 10-cu polis bölməsinə dəvət edilmişlər. 10-cu polis bölməsində təhqiqatçı, polis mayoru Valeh Orucov tərəfindən Təqsirləndirilən şəxs və Şahid4 şübhəli şəxs qismində tutulmuşlar. Onların hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri dəvət olunsalar da həmin gün vəkil olmayacağı bildirilmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 09:40 dəqiqədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 təyin edilmiş, müdafiəçi Bəybala Cəbrayılov toplanmış material ilə tanış olduqdan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli çıxardaraq təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı şəxsdən 10 manat aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 222 saylı möhürü ilə üzəri möhürlənmişdir. O da bütün iştirakçılarla birlikdə həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. Bundan başqa həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 10:40 dəqiqədə Şahid4 hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 təyin edilmiş, müdafiəçi Elxas Əsgərov toplanmış material ilə tanış olduqdan sonra Şahid4 üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanmış. Şəxsi axtarış və götürmə zamanı Şahid4 üzərində qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuş, həmin vaxt Şahid4 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli çıxardaraq təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Şahid4 aşkar edilmiş maddənin kakos, yəni narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonu, Kubinka adlanan yerdən tanımadığı şəxsdən 15 manat aldığını bildirmişdir. Bundan sonra Şahid4 aşkar edilmiş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 222 saylı möhürü ilə üzəri möhürlənmişdir. O da bütün iştirakçılarla birlikdə həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatmışdır. Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitənin satışı ilə bağlı məşğul olması barədə məlumat daxil olmamış, Təqsirləndirilən şəxs və Şahid4 saxlanılarkən, eləcədə 10-cu polis bölməsində üzərində axtarış və götürmə aparılarkən onlara qarşı hər hansısa bir təzyiq edilməmişdir. Təqsirləndirilən şəxslə və Şahid4lə qanun çərçivəsində rəftar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 10-cu PB-nin digər əməkdaşı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 Qaradağ RPİ-nin 10-cu PB-nin digər əməkdaşları Şahid1 və Şahid3 Şahir oğlu ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid4 Bakı İstintaq Təcridxanasında olduğuna görə onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün Bakı İstintaq Təcridxanasına məlumat verilmiş, lakin şahidin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4 göstərmişdir ki, halhazırda barəsində Qaradağ RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır. Təqsirləndirilən şəxs tanıyır, Bəhruz da onun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X20 Massivində yaşayır, onunla yaxın tanışlıq münasibətləri vardır. Bundan başqa Bəhruzla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Nərimanov rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarına əsasən 01 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuşdur. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra yenədə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Çünki narkotik vasitəni qəbul etməyəndə bədənində çox möhkəm ağrılar baş verir və bu ağrılara dözmək mümkün deyil. Bu səbəbdən narkotik vasitədən istifadə edir. Narkotik vasitəni həm inyeksiya yolu ilə, həmdə tüstüsünü qəbul etməklə istifadə edir. 07 aprel 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, Kubinka adlanan yerdə tanımadığı şəxsdən 15 manat müqabilində 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kakos adlanan narkotik vasitə heroin almış, həmin bükümü əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 21 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X20 Kompleksinin 15 nömrəli binanın arxa tərəfində tanışı Bəhruzu görmüşdür. O, tanışı Bəhruzun da onun kimi narkotik vasitə istifadə etdiyini qeyd etmişdir. Söhbət əsnasında Bəhruza bildirmişdir ki, üzərində narkotik vasitə kakos vardır və həmin narkotiki istifadə etmək istəyir. Bəhruz da ona bildirmişdir ki, onun da üzərində narkotik vasitə vardır. Onlar narkotik vasitəni qəbul etmək üçün sakit bir yer axtarmaq məqsədi ilə oradan uzaqlaşmaq istəyərkən elə həmin vaxt üç nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları olduqlarını bildirmişlər və onlardan özlərini təqdim etməyi təklif etmişlər. O, polis əməkdaşlarına özünü xx.xx.1978-ci ildə Ağdam rayonunda anadan olmuş, Şahid4 kimi, Təqsirləndirilən şəxssə xx.xx.1983-cü ildə Xocavənd rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onları narkotik vasitənin istifadəsində şübhəli bilindikləri üçün hər ikisini 10-cu polis bölməsinə dəvət etmişlər və onlar da polis əməkdaşlarına heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 10-cu PB-nə getmişlər. Təxminən saat 21:45 radələrində Orada təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutulmağı barədə qərar qəbul edilmiş və həmin gün müdafiəçi dəvət edilməsinə baxmayaraq hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkilin sabah gələcəyi barədə onlara məlumat verilmiş və təhqiqatçı tərəfindən barəsində tutuma protokolu tərtib edilmişdir. Həmçinin şübhəli şəxsin hüquq vəzifələri barədə bildiriş ona təqdim edilmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 10:40 dəqiqədə müdafiəçi Elxas Əsgərov ona təqdim edilmiş və polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könülü təqim etməyini təklif etmiş, o, da qara rəngli şalvarının sağ yan cibinə qoyduğu 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli toz şəklində maddə aşkar edilmişdir. Polis əməkdaşları ona üzərindən aşkar edilmiş maddənin nə olduğunu və haradan əldə etməyini soruşduqda onlara həmin bükümün kakos, yəni narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, Kubinka adlanan yerdə tanımadığı şəxsdən 15 manat müqabilində aldığını bildirmişdir. Onun üzərinə polis əməkdaşları tərəfindən əlavə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və zərfin üzəri onunla bərabər iştirakçılar tərəfindən imzalanmışdır. O, verilmiş suallara əlavə olaraq polis bölməsində saxlanıldığı zaman müdafiəçi olmadığından həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmədiyini, həmçinin polis əməkdaşlarının nəzarəti altında olduğu üçün narkotik vasitəni harasa tullamaq və yaxud gizlətmək fürsətinin yaranmadığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş « kakos » adlanan narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 15 manat aldığını, polis əməkdaşları tərəfindən tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli, 6/1954 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,209 qram olan olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 0,209 qram, tədqiqata sərf edilən miqdar – 0,050 qram, qalıq - 0,159 qram. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 07 iyun 2022-ci il tarixli, 3066 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 08 aprel 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,209 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq 0,159 qram çəkidə narkotik vasitə olan heroinin saxlanması üçün maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri polis kapitanı Şahid1, polis leytenantı Şahid2, polis leytenantı Şahid3 və müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaretin kağızı bükümünü masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış zamanı içərisindən qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin “kakos” olduğunu bildirərək onu xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra həmin maddə polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə X4 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X7, xx.xx.2015-ci il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X8 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nəsirəddin Tusi adına Klinikadan verilmiş sənəddən aydın olur ki, Təqsirləndirilən şəxs beynində “kista” mövcuddur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və xəstə olmaqla himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 07 aprel 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 09 aprel 2022-ci il tarixdə Qaradağ rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,159 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X20 Kompleksi 2, ev 15, mənzil 85 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,159 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-235/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-235/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver