Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-236/2020 23.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), işləməyən, Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, Ağdam rayonu, Sarıcalı ərazi nümayəndəliyinin Qullar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 5-ci keçid, ev 8B ünvanının qarşısında xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 qardaşı oğlu Şahid4 yaşadığı evin qapısını döyərək narahat etməsinə görə ondan polis bölməsinə şikayət etmiş Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində mübahisə baş vermiş, yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs1 sinə nahiyyəsindən qəsdən iki dəfə yumruqla və bir dəfə təpiklə sağ qolundan zərbə vuraraq sonuncuya sol bazu oynağında cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan döş qəfəsinin sol yarısının dərialtı hemotoması və sağ bazunun qançırı ilə nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa o, xx xxx 2020-ci il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 5A saylı binanın qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2107” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısı açıq olduğuna görə avtomobilə əyləşmiş və avtomobilin mühərrikini “start-stop” düyməsi ilə işə salıb avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçıraraq idarə edib Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında saxlanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128 və 185.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Neçə ildir ki, Qaradağ rayonu ərazisində əlvan metal yığıb satmaqla məşğul olur. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, heç bir psixi pozuntusu yoxdur. xx.xx.2020-ci il tarixdə saat 00.15 radələrində tanışı olan Samir adlı şəxs anası Şahid1 ilə birlikdə onların yaşadığı evə gəlmişdir. Samir və anası Xanım alış-veriş etmişlər. O, həmin vaxt spirtli içki qəbul etmişdir. Anası ona demişdir ki, “maşında bəzi şeylər qalıb onları götürüb gətir evə”. O da Samirin idarə etdiyi VAZ 2107 markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib avtomobili işə salıb sürməyə başlamışdır. Avtomobil “start-stop” düyməsi ilə işə salındığı üçün açara ehtiyac olmamışdır. O avtomobili biraz sürüb gəzib yenidən geri qaytarmağı fikirləşmişdir. O, 2-3 saat ərzində avtomobili Lökbatan qəsəbəsi ərazisində sürmüşdür. Həmin vaxt tanışı Vüsalə adlı qadını görmüş, Vüsalə qızının istiliyinin olduğunu bildirmişdir. O da Vüsaləni aptekə aparmaq üçün avtomobilə əyləşdirmişdir. Lakin Vüsalə onun sərxoş halda olduğunu başa düşüb qorxmuş, onunla çox getməmiş, o da Vüsaləni yaşadığı küçənin yaxınlığında düşürtmüşdür. Saat 04 radələrində Lökbatan qəsəbəsində olarkən arxasınca polis avtomobilinin düşdüyünü görüb avtomobili sürüb Lökbatan qəsəbəsində ara küçələr ilə gedib “Meyvəli” Ticarət Mərkəzi yaxınlığında avtomobili atıb 20 Yanvar metrosuna getmişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, bundan başqa onun, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Vüsal adlı şəxs ilə aralarında münaqişə baş vermişdir. Belə ki, Zərərçəkmiş şəxs1 Lökbatan qəsəbə sakini kimi təxminən 4-5 il olar ki, tanıyır. Bir neçə ay münasibətdə olduğu Vüsalə adlı qız ona demişdir ki, “mənim yaşadığım məhəllənin uşaqları səni axtarırlar”. O da Vüsalənin yaşadığı küçədə tanışı olan Sadiq ilə əlaqə saxlayıb soruşmuşdur ki, “məni kim axtarır”. Sadiq də ona demişdir ki, “Aqşin və adlarını bilmədiyim bir-iki nəfər uşaq səni axtarır ki, bu məhəlləyə niyə gəlib gedir”. O da xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Sadiq ilə birlikdə Aqşinin yaşadığı qapıya getmişdir. O, Sadiqə demişdir ki, “mən Aqşini tanımıram sən qapını döy, mənim döyməyim düz olmaz”. Aqşinin yaşadığı evin qapısını əvvəlcə Sadiq döymüş, daha sonra o da döymüş, lakin gecə saatları olduğundan qapını heç kim açmamışdır. Daha sonra o, Sadiqi kənara çəkib demişdir ki, “məni niyə axtarmısınız, sən mənim nömrəmi bilirsən axı, niyə mənə zəng vurmamısan?”. Daha sonra gec olduğundan o, oradan aralaşıb evə getmişdir. Həmin gecənin səhəri günü bilmişdir ki, Aqşinin əmisi Vüsal ondan şikayət edib. O şikayətdən bir neçə gün sonra Vüsalın yanına getmişdir ki, Aqşini narahat etdiyi üçün üzr istəsin. O, Vüsalın yaşadığı Lökbatan qəsəbəsi, “talışlar” məhləsi deyilən küçəyə getmiş, Vüsal ilə danışıb üzr istəmək istədiyi zaman Vüsal ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Vüsal ona sillə atmış, o da Vüsalın yaxasından tutub itələmişdir, bu zaman Vüsal onu yerə yıxıb bir iki dəfə təpiklə zərbə vurmuşdur. Onların arasındakı münaqişə baş verən zaman səs-küyə qonşuluqda yaşayan tanımadığı şəxslər çıxmış, ona görə də tez oradan qaçaraq uzaqlaşmışdır. Mübahisə zamanı o da Vüsalı vurmuşdur. Halhazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 6 ildir ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqavilə əsasında müddətdən artıq hərbi qulluqçu işləyir. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Lökbatan qəsəbəsində yaşayan Asif adlı şəxs qardaşı Ramilin qapısını döyərək qardaşı oğlu Aqşini çölə çağırmışdır. Aqşin də həmin vaxt qorxusundan qapını açmayıb, ona “whatsapp” vasitəsi ilə yazaraq bu barədə məlumat vermişdir. Lakin o da işdə olduğundan Aqşinin ona yazdıqlarını görməmişdir. Səhəri günü Aqşin ona Asif adlı şəxsin onların qapıya gəldiyini, əlində bıçaq Aqşini qorxutduğuna görə qapını açmadığını bildirmişdir. O da Aqşinə görə Asif adlı şəxsin barəsində 10-cu Polis bölməsinə şikayət ərizəsi vermişdir. Onun Asif adlı şəxsdən şikayət etdikdən təxminən 3-4 gün sonra yəni xx.xx.2020-ci il tarixdə 20 radələrində o, yaşadığı küçəyə, evin qarşısına çıxmışdır. Qapının qarşısında dayandığı zaman Asif adlı şəxs əlində spirtli içki butulkası ilə onun üstünə gəlib demişdir ki, “sən işverənsən, məndən şikayət etmisən”. O da Asifin bu sözlərini özünə qaytarmışdır. Bu zaman aralarında mübahisə yaranmışdır. Münaqişə zamanı Asif onun sol döş qəfəsindən, əvvəllər cərrahi əməliyyat olan yerdən iki dəfə yumruqla zərbə vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmışdır. Yerə yıxılan zaman sağ qolundan bir dəfə təpiklə zərbə vurmuşdur. O, ağrının təsirindən huşunu itirmişdir. Həmin vaxt münaqişə yerinə çoxlu sayda insanlar yığışmış, Asif onu vurandan sonra qaçıb getmişdir. O, ayağa qalxmışdır ki, Asifin arxasınca getsin, lakin halı pis olduğundan Asifin arxasınca gedə bilməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 10 ildir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Ona məxsus olan VAZ 21074 markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin yanvar ayında almışdır. Şahid1 təxminən 1 ildir ki, tanıyır. Həmin vaxtdan onlar birlikdə Güzdək qəsəbəsində təndir yeri işlədirlər. Onların arasında iş münasibətləri vardır. Mütəmadi olaraq Xanımı evindən iş yerinə, iş yerində evə aparıb gətirir, iş üçün lazımı bazarlığı edir. Həmçinin Xanımın evinə gediş-gəlişi var. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində o, Xanım ilə birlikdə aldığı ərzaqları Xanımın yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5A ünvanında yerləşən 9 saylı mənzilə daşıyırmışlar. O, Xanım ilə birlikdə əllərində ərzaq məhsulları olan sellofan torbalar ilə qalxdıqları zaman Xanımın oğlu Təqsirləndirilən şəxs da onların arxasınca binaya yuxarı qalxırmış. Onlar artıq binanın 3cü mərtəbəsini qalxırmışlar. Xanım oğlu Asifə demişdir ki, “maşında bəzi şeylər qalıb, düş onları da götür qaldır evə”. Bu zaman Asif aşağı ona məxsus avtomobilin yanına düşmüşdür. Onlar pilləkanları qalxdıqları zaman, yəni xx.xx.2020-ci il tarixdə saat 00.15 radələrində avtomobilin işə düşməsinin səsini eşidib Xanım ilə birlikdə tez binanın həyətinə düşmüşlər. Ona məxsus avtomobil açarsız işə düşür, avtomobil “Start-stop” düyməsi ilə işə salınır. Onlar aşağı düşənə qədər Asif ona məxsus avtomobili binanın həyətində fırladıb getmək istəyən zaman anası Xanım onu saxlatmaq istəmiş, lakin Asif onlara məhəl qoymayıb avtomobili sürüb getmişdir. O da dərhal Qaradağ RPİ-nin 10-cu PB-nə müraciət etmişdir. Bundan sonra ona məlumat verilmişdir ki, ona məxsus VAZ 21074 markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobili Lökbatan qəsəbəsində “Meyvəli” Ticarət Mərkəzinin yanında saxlanılmışdır. Lakin Asif avtomobili atıb qaçmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 aydan çoxdur ki, tanıyır. Onlar qeyri-rəsmi ailə kimi birlikdə yaşamışlar. Asifin Lökbatan qəsəbəsində yaşayan Vüsal adlı şəxs ilə aralarında baş vermiş dava-dalaşı görməmişdir. Lakin Asif ilə Vüsal arasında dava-dalaş verəndən sonra o, bacısı Təranə Əskərovanın yaşadığı evə gedən zaman qonşulardan eşitmişdir ki, Asif ilə Vüsal arasında dava-dalaş baş verib, o Asif ilə Vüsalın arasında baş vermiş münaqişəni görməmişdir. Təkcə onu bilmişdir ki, Asif həmin dava-dalaşdan əvvəl gecə saatlarında Vüsalgilin qapısına gedib, qapısını döyüb və buna görə də aralarında münaqişə baş verib. xx.xx.2020-ci il tarixdə axşam saatlarında Asif ilə o, birlikdə Lökbatan qəsəbəsi, 2-ci massivdə yerləşən Dədəbəy adlı şəxsə məxsus olduğunu bildiyi evdə qalmaq üçün getmişlər. Evdə su olmadığı üçün Asif ilə o, qol-qola girib mağazaya gedib su alıb evə qayıtmışlar. Həmin vaxt Dədəbəyin evinin yerləşdiyi məhəllədə yaşayan tanımadığı bir nəfər onların arxasınca gəlmişdir. Həmin şəxs adının sonradan Vüsal olduğunu bildiyi şəxs Asifi səsləmişdir. Asif isə Vüsala baxmadan evə getmişdir. Onlar evdə süfrə açıb oturub yemək yedikləri zaman qapı döyülmüşdür. Həmin vaxt Asif əlində mətbəx bıçağı ilə kolbasa kəsirmiş. Asif bıçaq əlində qapıya çıxmışdır. Qapını açanda görmüşdür ki, evə gələndə Asifi səsləyən şəxsdir. Vüsal Asifin üstünə qışqıraraq demişdir ki, “küçüy səninlə deyiləm, çağırıram eşitmirsən, sən kimsən bu evə girmisən?”. Asif Vüsalın üstünə qışqırmağından əsəbləşib mübahisə eləməyə başlamışdır. O, dava olacağından qorxub tez otağa gedib telefonu ilə ev sahibi kimi tanıdığı Dədəbəyə zəng vurmuşdur. Dədəbəyə Asifin həmin məhəllədə yaşayan bir nəfərlə münaqişə elədiyini deyib tez evə çağırmışdır. Telefonla danışdıqdan sonra Asif ilə Vüsalın yanına qayıtmışdır. O, Asifin Vüsalı bıçaqla vurduğunu görməmişdir. O gələndə Asif ilə Vüsal sakitləşmişlər. Həmin vaxt da Dədəbəy gəlmişdir. Dədəbəy gəlib Vüsalın barmağından qan axdığını görüb nə baş verdiyini soruşmuşdur. Vüsal da demişdir ki, “Asif bıçaqla barmağımı kəsdi”. Dədəbəy dərhal onu və Asifi öz avtomobilinə əyləşdirib hərəsini öz evinə aparıb düşürtmüşdür. xx.xx.2020-ci il tarixdə gecə saatlarında böyük qızı Ayşənin istiliyi olduğu üçün aptekə dərman almağa getmişdir. Həmin vaxt Asifi görmüş, Asif ondan bu vaxtdı burda olmağının səbəbini soruşmuş, o da Asifə demişdir ki, “qızımın istiliyi qalxıb, dərman almaq üçün gəlmişəm”. Asif ona demişdir ki, “mən gedib evdən köynək götürüb və maşınla gəlirəm”. O, Asifi yaşadığı binanın yaxınlığında gözləmiş, Asif də gedib köynəyini götürüb qara rəngli avtomobil ilə gəlmişdir. O da avtomobilə əyləşmişdir. Onlar avtomobil ilə Lökbatan qəsəbəsində fırlanmışlar. Həmin vaxt Asifin həm spirtli içki qəbul etdiyini hiss etmiş, həm də avtomobili sürətlə sürdüyündən qorxub Asifdən xahiş etmişdir ki, onu evə çatdırsın. Daha sonra Asif onu yaşadığı küçənin aşağı tərəfində düşürdüb getmişdir. Onun Asifin həmin avtomobili qaçırtmasından heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddətdir ki, Güzdək qəsəbəsində yeməkxana işlədir. Yeməkxanını işlətməkdə ona tanışı Zərərçəkmiş şəxs2 yaxından kömək edir. Samir özünə məxsus VAZ 21074 markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu işdən evə, evdən işə aparır. xx.xx.2020-ci il tarixdə saat 00.15 radələrində Samirlə birlikdə yeməkxana üçün bazarlıq edib onun yaşadığı evə gəlmişlər. O, Samir ilə əllərində sellofan torbalarla evə qalxan zaman oğlu Təqsirləndirilən şəxs onların arxasınca binaya daxil olmuşdur. Həmin vaxt Asif biraz sərxoş olmuşdur. O, Asifdən xahiş eləmişdir ki, Samirin avtomobilində olan ərzaqları da evə qaldırsın. Onlar evə qalxan zaman Samirin maşının işə düşdüyünü eşitmişlər, tez binanın həyətinə qaçıb həyətə çıxanda görmüşlər ki, Asif Samirin maşınana oturub sürüb getmişdir. Asif biraz içkili olduğu üçün onlar qorxmuşlar ki, başına iş gələr. Ona görə də dərhal polisə gəlib ərizə ilə müraciət eləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Vüsaləni təxminən 4-5 ildir ki, tanıyır, onunla qonşuluqda yaşayır. xx.xx.2020-ci il tarixdə Vüsalə ondan Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən Raqif adlı tanışına məxsus tikilinin açarını istəmişdir. Vüsalə ona demişdir ki, “evdə ailəmlə problemlər var, mənə 1 günlük tanışının evinin açarın ver qalım”. O da tanışı Raqifin evinin açarını Vüsaləyə vermişdir. Vüsalə ona həmin evdə tək və ya kiminləsə qalcağını deməmiş, o da bu barədə Vüsalədən heç bir şey soruşmamışdır. Həmin gün yəni, xx.xx.2020-ci il tarixdə gecə saatlarında Vüsalə ona zəng vurub onunla qonşuluqda yaşayan birinin mübahisəsi yarandığını demişdir. O da dərhal idarə etdiyi VAZ 21074 markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin evin yerləşdiyi ünvana gəlmişdir. O həmin evə çatanda artıq ara sakitləşmişdir. O nə baş verdiyini soruşmuşdur. Orada olan onunla rayonda qonşu kənddən olan Vüsal adlı şəxs ona demişdir ki, “Asif bıçaqla barmağımı kəsib”. O dərhal adının sonradan Asif olduğunu bildiyi şəxsi və Vüsaləni avtomobilə əyləşdirib hərəsini öz yaşadığı evdə düşürtmüşdür. Məhkəmə iclasında şahid qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid3 Oqtay oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 233 saylı tam orta məktəbin 8 “ç” sinif şagirdidir. Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayından, Novruz bayramından tanıyır. Bundan əvvəl Asifi tanımamışdır. Asif ilə yaxın münasibəti olmayıb. Asif onların küçəsində yaşayan Vüsalə adlı qadının yaşadığı evə gəlib gedirmiş. 2020-ci ilin mart ayının sonlarında o, küçədə onunla qonşuluqda yaşayan Aqşin ilə dayanmışdır. Asif onların yaşadığı küçəyə gəlib demiş ki, “sizin küçədə bir kişi yoxdur”. Bu zaman Aqşin ilə o, Asifə demişlər ki, “o nə sözdür deyirsən, bəs biz kimik ki?”. Onlar Asiflə mübahisə etməmişlər. Asif öz yoluna davam edib getmişdir. xx.xx.2020-ci il tarixdə Asif ona zəng edib soruşmuşdur ki, “məni kim axtarır”. O da Asifə demişdir ki, “Aqşin və adlarını bilmədiyim bir iki nəfər uşaq səni axtarır ki, bu məhəlləyə niyə gəlib gedir”. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Asif içkili vəziyyətdə onların qapısını döyüb onu çağırmışdır. O, küçəyə çıxıb görmüşdür ki, Asif içkili vəziyyətdədir. Asif ona demişdir ki, “eşimişəm ki, Aqşin məni axtarır, gəl gedək onun qapısını göstər”. O, əvvəlcə Aqşinin qapısını göstərmək istəməmiş, lakin Asifin çox təkid etdiyini görüb Aqşinin yaşadığı evə aparmışdır. Asif ona demişdir ki, “Aqşini sən tanıyırsan sən get qapını döy”. O, gecə vaxtı olduğundan əvvəlcə qapını döymək istəməmiş, lakin Asif təkid etdiyi üçün Aqşingilin qapısını döymüş, lakin heç kim qapını açmamışdır. Daha sonra Asif özü qapını döymüşdür. Gecə vaxtı olduğundan qapını heç kim açmamışdır. Daha sonra onlar birbirilərindən kənarlaşıb öz evilərin getmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və X1 rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli 288 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol bazu oynağında cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan döş qəfəsinin sol yarısının dərialtı hemotoması və sağ bazunun qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan tələbnamədən və hökmün surətindən aydın olur ki, Nəsirov X3 rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Qaradağ rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasını çəkməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanın ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73-1.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 185.1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-236/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-236/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver