Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-236/2025 26.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Tovuz rayonu Çobansığnaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,653 qram psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, 18 iyul 2025-ci il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D. Bünyadzadə küçəsində yerləşən “Qazelli” adlanan ərazidə Qaradağ RPİ-nin X3 və Qaradağ RPİ-nin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq videoçəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı əynində olan ağ rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,653 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, «şüşə», yaxud «patı» kimi adlanan psixotrop maddə istifadə edir, qəbul etdiyi psixotrop maddəni əsasən müxtəlif ünvanlarda və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. 17 iyul 2025-ci il tarixdə axşam saatlarında psixotrop maddə metamfetamin «patı» almaq üçün sosial şəbəkə vasitəsilə tanış olduğu lakin anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə əlaqə yaradaraq ondan öz istifadəsi üçün bir büküm «patı» adlanan psixotrop maddə istəmiş və İran vətəndaşının ona göndərdiyi kart hesabına 20 manat pul göndərmişdir. Həmin gün İran vətəndaşının ona bildirdiyi məkan əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən dəmiryol xəttinin yaxınlığında yerdən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini götürərək əynindəki ağ rəngli şalvarımın sol yan cibinə qoymuş, yaşadığı ünvana qayıtmışdır. 18 iyul 2025-ci il tarixdə tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, «Qazelli» adlanan əraziyə gəlmiş, kolun dibində yerə oturub aldığı psixotrop maddəni qəbul etmək üçün sakitçiliyin olmasını gözləməyə başlamışdır. Bu zaman biri mobil telefonla videoçəkiliş aparmaqla üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib Qaradağ RPİ-nin X3 və Cinayət Axtarış Şöbəsinin əməkdaşları olduqlarını deyərək ondan özünü təqdim etməsini tələb etmişlər. O, da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, ona görə də üstünü yoxlayacaqlarını bildirərək üzərindəki əşyaları təqdim etməyi təklif etmişdirlər. Bu təklifdən sonra o, əynində olan ağ rəngli şalvarının sol yan cibində gizlətdiyi şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmişdir. Sorğu zamanı o, həmin psixotrop maddənin özünə məxsus olmasını, bir qədər əvvəl tanımadığı İran İslam Respublikasının vətəndaşının hesabına 20 manat pul köçürdüyünü, həmin pulun müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşları onun üstünü yoxlamış, üzərindən özünə məxsus ***-***-**-** nömrəsi ilə işlək halda olan “Honor” markalı mobil telefonu aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüş, sonra çəkiliş başa çatdırılmışdır. Polis əməkdaşları tərəfindən o, Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş, üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokola imzalar etdikdən sonra onu Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Şəhriyar Əlizadəyə təqdim etmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Onun, müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla saxlanıldığı zaman üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış və götürmənin aparılması istintaq hərəkəti keçirilmişdir. Baxış və götürmənin aparılması zamanı polis əməkdaşı tərəfindən saxlanıldığı zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddənin qablaşdırıldığı zərf təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçı tərəfindən həmin zərf açıldıqda zərfin içərisindən bir ədəd şəffaf sellofan büküm aşkarlanmışdır. Sorğu zamanı həmin bükümdəkinin psixotrop maddə olan metamfetaminin olduğunu, həmin metamfetamini haradan əldə etməsi barədə məlumat vermişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin olan kütlə aşkarlanmışdır. İçərisində psixotrop maddə metamfetamin olan 01 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə imzalar edildikdən sonra həmin zərf təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra videoçəkiliş başa çatdırılmış, bu barədə protokol tərtib olunmuş, həmin zərfin üzərinə imzalar etmişdirlər. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər psixotrop maddə metmfetamini əldə etməmişdir. O, tutulan zaman polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilmişdir və ona qarşı zor tətbiq edilməmişdir. Əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətdiyini, ailəsinin onun himayəsində olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, 02 ədəd CD diskdə olan videogörüntülər, 01 ədəd "xxxx" MMC-dən daxil olmuş CD disk və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin X2 əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək hazırki ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan “Emin” adlı şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, hal-hazırda da üzərlərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra o, Qaradağ RPİ-nin X2 əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq əməliyat tədbirləri həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixdə saat 00:15-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, «Qazelli» adlanan ərazidə piyada hərəkət edərkən əvəlcədən əməliyyat məlumatında bildirilmiş zahiri görkəmindən “Emin” adlı şəxsə oxşar bir nəfər şəxsin kolun yanında oturduğunu görmüşdür. Həmin vaxt polis serjantı Şahid3 tərəfindən mobil telefonla video çəkiliş aparılmaqla həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bundan sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, ona görə də onun üstünü yoxlayacaqlarını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdəkinin psixotrop maddə olan «patı» olduğunu, özünə məxsus olan həmin patını tanımadığı İran İslam Respublikası vətədaşının hesabına 20 manat pul köçürməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oşxar kütlə aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd şəffaf sellofan büküm zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, onun üzərindən bir ədəd ***-***-**-** mobil telefon nömrəsi ilə işlək halda olan “Honor” markalı mobil telefon aşkar edilib götürülmüşdür. Bundan sonra videoçəkiliş başa çatdırılmış, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs toplanmış materialla birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Şəhriyar Əlizadəyə təqdim edilmişdir. Təhqiqatçı Ş.Əlizadə tərəfindən Təqsirləndirilən şəxs şübəli şəxs qismində tutulmuş, müdafiəçi dəvət olunmuş, bundan sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi və onların iştirakıyla video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş əşyalara baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zamanı üzərindən aşkar edilmiş, psixotrop maddə metamfetaminə oxşar kütlənin qablaşdırıldığı bir ədəd zərf təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçı tərəfindən həmin zərf açıldıqda zərfin içərisindən bir ədəd şəffaf sellofan büküm aşkar edilmiş, həmin büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümədəkinin psixotrop maddə metamfetamin olduğunu həmin metamfetaminin özünə məxsus olduğunu, öz şəxsi istifadəsi üçün tanımadığı İran İslam Respublikasının vətəndaşından 20 manata aldığını bildirmişdir.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan bir ədəd şəffaf sellofan büküm zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərinə imzalar edildikdən sonra zərf təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra videoçəkiliş başa çatdırılmışdır. Şahid1 məhkəmə baxışında ona verilən suallara cavab olaraq bildirmişdir ki, istintaqa verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılarkən videoçəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı müqavimət göstərməmiş və həmin şəxsə qarşı hər hansı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin X2 əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:15-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, «Qazelli» adlanan ərazidə saxlanılaraq əynində olan ağ rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdəkinin psixotrop maddə olan «patı» olduğunu, özünə məxsus olan həmin «patı»nı tanımadığı İran İslam Respublikasının vətədaşının hesabına 20 manat pul köçürməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oşxar kütlə aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd şəffaf sellofan büküm zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə imza edildikdən sonra tərəflərindən götürülmüşdür. Şahid2 məhkəmə baxışında ona verilən suallara cavab olaraq bildirmişdir ki, istintaqa verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılarkən videoçəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı müqavimət göstərməmiş və həmin şəxsə qarşı hər hansı zor tətbiq edilməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Bakı şəhəri Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 və Şahid2 ifadələrinə oxşar ifadə verərək bildirmişdir ki, həqiqətən də, Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla xx.xx.2025-ci il tarixdə saat 00:15-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, «Qazelli» adlanan ərazidə saxlanılmış, əynində olan ağ rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdəkinin psixotrop maddə olan «patı» olduğunu, özünə məxsus olan həmin patını tanımadığı İran İslam Respublikası vətədaşının hesabına 20 manat pul köçürməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D. Bünyadzadə küçəsi, “Qazelli” deyilən ərazidə saxlanılarkən, mobil telefon vasitəsilə video çəkiliş aparılmaqla üstünün yoxlanılması zamanı əynindəki ağ rəngli şalvarının sol yan cibindən şəffaf sellofan bükümdə təmiz çəkisi 0,653 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 01). “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il tarixdə saat 00:15-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 11-12, 24). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 60-61). xx.xx.2025-ci il tarixli vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Vüqar Nəsibov tərəfindən vəsatət verilmişdir (i.v. 73-74). xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Fərid Nağıyev tərəfindən təqdimat verilmişdir (i.v. 75-76). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 iyul 2025-ci il tarixli 4(002)-206/2025ci il saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir (i.v. 78-82). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 83-84). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2485 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 222” dairəvi möhür əlsi olan 1 (bir) ədəd paketdə təqdim edilmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketi açdıqda 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,653 qram ağ rəngli kristalşəkilli maddə aşkar edildi. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 222” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdə, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,653 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,653 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,603 qramdır. (i.v. 44-45). Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir (i.v. 43). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının 28 avqust 2025-ci il tarixli, 5313 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 101-102). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 000731 nömrəli qərardan görünür ki, əməliyyat tədbirinin keçirilməsi, şübhəli şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntü olan 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (i.v. 55). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 000735 nömrəli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaya baxış və götürmənin aparılması zamanı qeydə alınmış video görüntü olan 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (i.v. 57). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 000741 nömrəli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,653 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq, aparılmış ekspert tədqiqatından sonra qalıq olan 0,603 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Qardağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (i.v. 59). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 000815 nömrəli qərardan görünür ki, "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinin əhatə dairəsinin (antenn məlumatlarının) olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (i.v. 118). “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 0,653 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq, aparılmış ekspert tədqiqatından sonra qalıq olan 0,603 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Bakı şəhəri Qardağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, xx.xx.2025-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış və götürmənin aparılması zamanı qeydə alınmış video görüntü olan 01 ədəd CD disk, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış və götürmənin aparılması zamanı qeydə alınmış video görüntü olan 01 ədəd CD disk və xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinin əhatə dairəsini (antenn məlumatlarını) özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i.v. 119-128). “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş CD diskdən, “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli 000790 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin istifadə etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 00:15-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən «Qazelli» adlanan ərazidə Təqsirləndirilən şəxs saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan ağ rəngli kətan şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd qara rəngli “Honor” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin “patı” adlandırılan psixotrop maddə olan metamfetamin olduğunu, tanımadığı İran İslam Respublikası vətəndaşının kart hesabına 20 manat pul göndərdiyini, bundan sonra həmin şəxsin ona bildirdiyi məkan olan qatar yolu yaxınlığına gedərək yerdən götürdüyünü, metamfetamini öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (i.v. 11-12, 54). “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş CD diskdən, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli 000733 nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Qaradağ RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən «Qazelli» adlanan ərazidə saxlanılmış, saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə aşkar edilərək götürülmüş, təqdim edilmiş bir ədəd zərfin içərisinə baxış keçirilərək zərf açılmış, zərfin içərisindən 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. 01 ədəd şəffaf sellofan büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. (i.v. 34-35, 36, 56). “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli 000810 nömrəli protokoldan və "xxxx" MMC-nin təqdim etdiyi CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin antenn dairəsinə dair məlumatlar vardır. Təqsirləndirilən şəxs tutulmazdan bir neçə saat əvvəl, yəni xx.xx.2025-ci il tarixdə saat 21:22:21-dən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Neftçilər küçəsində olması müəyyən edilmişdir. (i.v. 114, 115, 116, 117). Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v. 98-99). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, 02 ədəd CD diskdə olan videogörüntülər, 01 ədəd CD diskdə olan antenn dairəsi barədə məlumat və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əvvəllər məhkum edilməməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18 iyul 2025-ci il saat 00:15 tarixdən 19 iyul 2025-ci il saat 16:00 tarixədək tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının 28 avqust 2025-ci il tarixli, 5313 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,603 qram çəkidə psixotrop maddə metmfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD diskdə olan videogörüntülər və 01 ədəd CD diskə olan antenn dairəsinə dair məlumat cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 ( bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 36 (otuz altı) saata görə 396 (üç yüz doxsan altı) manat məbləğində pul vəkil X5, iş materialları ilə tanış olduğu və məhkəmənin iclasları zamanı göstərilmiş hüquqi yardımla bağlı 17 (on yeddi) saata görə 187 ( bir yüz səksən yeddi) manat məbləğində pul vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Nazirlər Kabinetinin “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli Qərarına NK-nin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, NK-nin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il saat 00:15 tarixdən 19 iyul 2025-ci il saat 16:00 tarixədək tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla), cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniydan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,603 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış içərisində videogörüntülər olan 02 (iki) ədəd CD disk və içərisində antenn dairəsinə dair məlumatlar olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 36 (otuz altı) saata görə 396 (üç yüz doxsan altı) manat məbləğində pul vəkil X5, iş materialları ilə tanış olduğu və məhkəmənin hazırlıq iclası zamanı göstərilmiş hüquqi yardımla bağlı 17 (on yeddi) saata görə 187 (bir yüz səksən yeddi) manat məbləğində pul vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №1(002)-236/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-236/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver