Məhkəmə qərarları › İş №1(002)-237/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-237/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-237/2021 10.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X1 şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş, Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qardaşı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə baş zərbəsi və yumruq zərbələri ilə, bədənin çiyin, döş qəfəsi və boyun hissələrinə isə təpik zərbələri ilə qəsdən vuraraq zərərçəkmişə sağ gözün ağlı qişasına qansızma ilə gözətrafı nahiyənin qançırı və şişkinliyi, travmatik burun qanaxması ilə müşayiət olunan burun nahiyəsinin qançırı və şişkinliyi, sol qaşüstü nahiyənin, sol qulaq sırğalığmm, sol çiyin nahiyəsinin, döş qəfəsinin sol yarısının və boyunun qançırları ilə nəticələnən ümumilikdə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. O, hərdən Yasamal rayonunda yerləşən evlərində, arada isə qeydiyyatda olduğu Lökbatan qəsəbəsində evdə qalır. Təxminən 1 il əvvəl qardaşı Ramal ona məxsus telefonu qonşuluqda yaşayan Bilal adlı şəxsə satmış, Bilal isə pulunu verməmişdir. 2021-ci ilin yanvar ayının 30-da saat təxminən 9-10 radələrində yaşadığı evdə atası ilə yemək yemiş və spirtli içki qəbul etmişlər. Həmin zaman Ramal ilə telefon söhbəti açılmışdır. Həmin məsələyə görə aralarında mübahisə yaranmış, Ramal onu yemək yeyən zaman sillə ilə qəflətən vurmuşdur. O da ayağa qalxıb Ramalı sillə və yumruqla vurmuş və aralarında əlbəyaxa dava düşmüşdür. Atası onları ayırmaq istədikdə Ramal evdən qaçmağa başlamışdır. Qaçan zaman pilləkənlərdə yıxılmış və xəsarət almış, lakin yenə ayağa duraraq qaçıb evdən çıxmışdır. O, sonradan Ramalın polisə gedərək ondan şikayət etdiyini bilmişdir. Ramalla aralarındakı münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt orda Ramalla davanı atası görmüş, digər otaqda yataq xəstəsi olan anası Südabənədə olmuş, lakin anasının yataqdan dura bilmədiyi üçün mübahisəni görməmişdir. Həmçinin bildirir ki, Ramal evdən çıxarkən pilləkəndən yıxılmış, atası Ruslan Ramalı vurmamış, əksinə onları ayırmışdır. Son olaraq əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayının 30-da yaşadıqları ünvan 1 ünvanında olan zaman saat təxminən 9-10 radələrində atası və qardaşı Ramin spirtli içki qəbul etmişlər. Bir qədər spirtli içki qəbul etdikdən sonra qardaşı ondan yaşadıqları evi tərk edərək Yasamal rayonunda yerləşən evlərinə köçməyini istəmişdir. Bu mövzuda aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı qardaşı oturduğu yerdən qalxaraq qəflətən ona hücum etmiş və kəllə ilə sifət nahiyəsinə vurmuşdur. Bu zaman atası da duraraq onları aralamaq istəmiş, lakin qardaşı Ramin isə onun sifət nahiyəsinə dəfələrlə yumruqla zərbələr vurmuşdur. O, Raminin zərbələri nəticəsində yerə yıxılmış, buna baxmayaraq qardaşı sakitləşməmiş və onu yerdə uzanmış vəziyyətdə təpikləməyə başlamışdır. O, həmin zərbələrdən özünü qorumaq üçün əlləri ilə başını tutaraq birtəhər onun əllərindən qaçıb polis bölməsinə gedib bu barədə şikayət etmişdir. Raminlə aralarındakı mübahisə 5- 10 dəqiqə davam etmiş, münaqişə zamanı onlardan başqa anası Südabənin də evdə olmuş, lakin anası yataq xəstəsi olduğundan müdaxilə edə bilməmişdir. Həmçinin bildirir ki, həmin gün əsəbi olduğundan ilkin izahatında atasının da onu vurduğunu demiş, lakin atası Ruslan onu vurmamış, əksinə qardaşı ilə onu aralamaq istəmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasının yeri və vaxtə barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Lakin, Şahid məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Şahid məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq olunmaqla elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs onun oğludur və eyni evdə yaşayırlar. Digər oğlu Ramin isə Yasamal rayonunda ünvanını dəqiq bilmədiyi nənəsinə məxsus evdə yaşayır. 30 yanvar 2021-ci il tarixdə saat təxminən 9-10 radələrində Ramin evə gəlmiş, Ramalm təxminən 1 il əvvəl Raminin telefonunu götürüb qonşuluqda yaşayan Bilal adlı şəxsə verməsi üstündə aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Ramal sillə ilə Ramini yeməy yediyi yerdə vurmuş, bundan sonra əlbəyaxa olmuşlar. O, hər ikisini ayırmağa çalışsa da, gücü çatmadığı üçün ayıra bilməmiş, ayırmaq üçün müdaxilə etmək istədikdə Ramal qaçaraq evdən çıxmışdır. Şahid əlavə olaraq, Ramalı vurmadığını, Ramal Raminlə dalaşdığı üçün onları ayırmaq istədiyini, münaqişə yaşadıqları evin içində olduğunu və təxminən 5 dəqiqə davam etdiyini, həmin vaxt digər otaqda yataq xəstəsi olan yoldaşı Südabənin də olduğunu, lakin onun yataqdan dura bilmədiyi üçün mübahisəni görmədiyini, Ramalın qardaşı Raminlə dalaşan zaman və evdən qaçanda pilləkəndə yıxılan zaman xəsarət aldığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının 30 yanvar 2021-ci il tarixli 43 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ gözün ağlı qişasına qansızma ilə müşayiə olunan gözətrafı nahiyənin qançırı və şişkinliyi, travmatik burun qanaxması ilə müşayiət olunan burun nahiyəsinin qançırı və şişkinliyi, sol qaşüstü nahiyənin, sol qulaq sırğalığının, sol çiyin nahiyəsinin, döş qəfəsinin sol yarısının və boyunun qançırları bərk küt əşya təsirindən müayinədən bir neçə saat əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi yəni 30.01.2021-ci il tarixində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. vət. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsrətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, kənar şəxs tərəfindən yetirilə bilərdilər. (i.v 20-21); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 67-68) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan edilməklə surəti təqdim edilmişdir. (i.v 77-78) Qətimkan tədbiri seçilməsi barədə 05.05.2021-ci il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 91-92,93) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11.05.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.103) Sübutların qiymətləndirilməsi haqqında 11 may 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilmiş və onun əməlində residivin olmaması nəzərə alınmış, iş üzrə Şahid barəsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs 30 yanvar 2021 -ci il tarixdə Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yerin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 18 ünvanı nəzərə alınmış, iş üzrə bəzi sənədlərdə Təqsirləndirilən şəxs adı səhvən “Ramil” kimi qeyd edilsə də, VMAS sistemindən çıxarılmış Təqsirləndirilən şəxs məxsus AZE- ******** nömrəli şəxsiyyət vəsiqəsindən göründüyü kimi adının “Ramil” deyil “Ramin” olması xüsusatı nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsi, üzləşdirmə protokolu, baxış protokolu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 30 yanvar 2021-ci il tarixli 43 nömrəli rəyi və cinayət işinin digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 104-107) Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan olunmuş ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını təsdiq edən məhkəməyə təqdim etdiyi ərizəsini və prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə 30 (otuz) iş saatı və müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə 10 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar